Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7366/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadə, İddiaçılar İddiaçı1 MMC-nin, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində göstərilməklə “ipoteka yüklüyü haqqında dövlət qeydinin ləğv edilməsi və kompensasiya tələbi”nə dair iş üzrə verilmiş iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə ərizəyə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 MMC-nin, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə İddiaçı1 MMC və İddiaçı2 ilə "xxxx" ASC arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli 05 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 78 saylı binadakı 3 otaqlı 27-ci mənzilin, İddiaçı1 MMC və İddiaçı3 ilə "xxxx" ASC arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli 05/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsindəki 34 saylı binadakı 2 otaqlı 38-ci mənzilin, Horadiz” MMC və İddiaçı4 ilə "xxxx" ASC arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli 05/2 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bünyatzadə küçəsindəki 17 saylı binadakı 3 otaqlı 1-ci mənzilin, ipoteka yüklüyünün dövlət qydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin onların xeyrinə 80.000 (səksən min) manat məbləğində vurulmuş zərərin əvəzi olaraq pul tutulması öhdəliyinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-nin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil Məhərrəm oğlu məhkəmə dəftərxanası vasitəsilə 09.09.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların nümayəndəsi və vəkili Vəkil Məhərrəm oğlunun iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəlləsində hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə, məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 MMC-nin, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində göstərilməklə “ipoteka yüklüyü haqqında dövlət qeydinin ləğv edilməsi və kompensasiya tələbi”nə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçıların nümayəndəsi və vəkili Vəkil Məhərrəm oğlunun iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 MMC-nin, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində göstərilməklə “ipoteka yüklüyü haqqında dövlət qeydinin ləğv edilməsi və kompensasiya tələbi”nə dair iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7366/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7366/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver