Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-737/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya təyin edərkən hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinəti, qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavəni, 3 vəzifə maaşı məbləğində mükafatı nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1947-ci ildə anadan olmuşdur və yaşa görə 2009-cu ilin iyul ayından əmək pensiyası alır. Əmək fəaliyyətinə 20.02.1967-ci ildə Mərkəzi texniki invertarlaşdırma bürosunda texnik vəzifəsində başlamış, sonra həmin təşkilatda 01.10.1967-ci ildən böyük-texnik, 01.06.1968-ci ildən mühəndis vəzifələrində çalışmışdır. 07.07.1976-ci ildən Bakı Texniki İnvertarlaşdırma bürosunda mühəndis, 01.09.1976-cı ildən qrup rəhbəri, 19.03.1979-cu ildən baş mühəndis vəzifələrində işləmişdir. 03.06.1981-ci ildən Bakı Şəhəri İcra Hakimiyyəti aparatının Mənzil-Kooperativ idarəsində mühəndis, 02.02.1983-cü ildən şöbə rəisi, 13.11.1992-ci ildən həmin idarənin rəis-müavini vəzifələrinə təyin olunmuşdur. 13.01.1994-cü ildə qanunsuz işdən azad edilmiş (ixtisarla bağlı) və məhkəmə aktlarına əsasən əvvəlki işinə bərpa edilmiş, boş dayanma vaxtları əmək stajına daxil edilmişdir. Bu barədə sonuncu məhkəmə qərardadı 1997-ci ildə Azərbaycan Respublikası Ali Məhkəmə tərəfindən qəbul edilmiş və 13.01.1994-cü ildən 1997-ci ilədək olan müddət əmək stajına daxil edilmişdir. Beləliklə, iddiaçının 30 il ümumi əmək stajı var və bunun 15 ilindən çoxunu dövlət qulluğunda (9 il 9 ay 11 gün şöbə rəisi və daha 6 il 11 ay 8 gün rəis müavini) işləmişdir. Hazırda dövlət qulluqçusu kimi 446,77 manat pensiya alır. Cavabdeh pensiya məbləğini düzgün müəyyən etməmişdir. Bu səbəbdən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş və 20.02.2020-ci il tarixli **********7 nömrəli məktubla xahişi rədd edilmişdir. Şəxsi uçot vərəqəsindən, 13.04.2009-cu il tarixli 23/11-08 saylı arayışdan və 13.11.1992-ci il tarixli 1877 saylı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamından görünür ki, onun 30 ildən çox ümumi əmək stajı var və Bakı şəhər X2 İcrayə Komitəsi Aparatının Mənzil Kooperativ İdarəsində 04.06.1981-ci ildən mühəndis, 23.02.1983- cü ildən şöbə rəisi və 13.11.1992-ci ildən 20.05.1997-ci ilədək idarə rəisinin müavini vəzifəsində dövlət qulluğunda qulluq etmişdir. Dövlət qulluğunda qulluq stajının 15 il 11 ay 16 gün gün təşkil etdiyini və bunun üzərində xüsusi dayanmaq istədiyini aşağıdakılarla izah etmişdir. 04.06.1981-ci ildən 04.01.1994-cü ilədək dövlət qulluğunda olmağını cavabdeh mübahisələndirməmişdir. 13.01.1994-cü ildən 20.05.1997-ci il tarixinədək dövlət qulluğunda olma müddəti cavabdeh tərəfindən qəbul edilmir. Bu da qanunun tələbinə ziddir. Belə ki, 13.01.94-cü il tarixdə qanunsuz olaraq (ixtisarla bağlı) işdən azad edilmişdir və həmin vaxtdan başlayaraq 20.05.1997-ci il tarixədək işə bərpa barədə iddia tələbi ilə bağlı məhkəmə çəkişmələri getmişdir. İşə dəfələrlə rayon və Bakı şəhər məhkəmələrində baxılmış və sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.05.1997-ci il tarixli qərarı ilə əvvəlki işinə (Mənzil Kooperativ İdarəsinin rəis müavini vəzifəsinə) bərpa edilmişdir. Belə olan halda cavabdeh həmin müddəti dövlət qulluğunda olma müddəti kimi qəbul etməyə borcludur. Beləliklə, iddiaçının dövlət qulluğunda qulluq stajı 12 il 7 ay 11 gün yox, 15 il 11 ay 16 gün təşkil etdiyi sənədlərlə və məhkəmə aktları ilə təsdiq edilir. Belə olan halda cavabdehin iddiaçıya ünvanlandığı 20.02.2020-ci il tarixli **********7 nömrəli məktubdakı hesablamalar həqiqəti əks etdirmir və guya iddiaçıya “16.562,58 manat artıq vəsait köçürülməsi aşkar edilmişdir” fikri işin həqiqi hallarına uyğun gəlmir, qanuna ziddir. Qanunun tələbinə və işin faktiki hallarına müvafiq qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə haqq və orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyası almaq hüququ var. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununa görə dövlət qulluqçularına Respublikada mövcud olan bayramlarla əlaqədar 3 dəfə bir maaş həcmində mükafatlar verilir. Həmin məbləğ pensiya hesablanarkən orta əmək haqqına əlavə edilməli və bundan sonra 80% miqdarında iddiaçıya pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 avqust tarixli 948 nömrəli Fərmanına əsasən dövlət qulluqçusu növbəti məzuniyyətə çıxdıqda ona bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Bu arayış əvvəllər işlədiyi təşkilat üzrə verilmişdir. Buna görə də iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 24.04.2020-ci il tarixli etirazda bildirilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən təyin edilir və hesablanır. Qeyd edilən Qanunun 20.11-ci maddəsində göstərilmişdir: “Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir”. Göründüyü kimi, qanunverici dövlət qulluqçularının pensiyası hesablanarkən konkret olaraq həmin pensiyanın dövlət qulluqçularının son 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzində aldıqları dövlət məvacibinin orta aylıq məbləğindən hesablanmasını göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın (əlavə 1) 2-ci bəndinə əsasən “əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır”. Həmin Qaydaların 9-cu bəndinə əsasən “Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır”. Beləliklə, yuxarıda qeyd edilən bəndlərdən də göründüyü kimi, dövlət qulluqçusuna verilən ödənişlərdən ona pensiya hesablanması üçün əsas şərt həmin ödənişlərin dövlət sosial sığortasına cəlb edilməsidir, yəni digər sözlə şəxsin dövlət qulluqçusu vəzifəsində işləyərkən aldığı ödənişlərdən dövlət sosial sığorta ödənişləri etməsidir. Dövlət qulluqçusunun almadığı və sosial sığortaya cəlb edilməyən ödənişlər onun dövlət məvacibinə daxil edilə bilməz. Həmin Fərman ilə təsdiq edilmiş 2 saylı əlavə “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 2-ci bəndində göstərilmişdir ki, “Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır”. Lakin, qeyd edilən bəndə göstərilən 3-10-cu bəndlərin heç birində dövlət qulluqçusunun işlədiyi müddət zamanı almadığı və ya dövlət sosial sığorta ödənişləri etmədiyi ödənişlərin onun pensiyasının hesablanması zamanı nəzərə alınması qeyd edilməmişdir. İddiaçının iddia tələbində göstərdiyi mükafatların və müavinətlərin ona ödənilməsini təsdiq edəcək heç bir sübut təqdim etmədiyindən həmin pul təminatları qanunvericiliyin tələblərinə görə ona tətbiq edilə bilməz. İddiaçının iddia ərizəsində əsassız olaraq Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatları haqqında” 23.10.2003-cü il tarixli 948 saylı Fərmanının 1-ci bəndinə istinad etmişdir. Qeyd edilən Fərmanın mətnindən də göründüyü kimi, həmin bir aylıq müavinət işləyən dövlət qulluqçularına şamil edilir. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etirazda qeyd edilənlərə uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Səbail RPİ tərəfindən 24.03.2005-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1947-ci ildə doğulmuş İddiaçı oğlu yaşayış yeri üzrə Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 20.02.2020-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən iddiaçıya 12 iyul 2009-cu il tarixindən aparılmış dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçıya 12.07.2009- 29.02.2020-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş pensiya məbləği qanunvericiliyə uyğun olmayaraq hesablanmışdır. Belə ki: -1 iyul 2009-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 312,00 manat və qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz-62,40 manat olmaqla qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız 374,40 manat təşkil etmişdir. -1 dekabr 2013-cü il tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artımı ilə əlaqədar vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 430,00 manata artırıldığından qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz-86,00 manat olmaqla qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız 516,00 manat təşkil etmişdir. -1 mart 2018-ci il tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artımı ilə əlaqədar vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 475,00 manata artırıldığından qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz-95,00 manat olmaqla qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız 570,00 manat təşkil etmişdir. -1 sentyabr 2019-cu il tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artımı ilə əlaqədar vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 715,00 manata artırıldığından qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz-143,00 manat olmaqla qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız 858,00 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə ödənilən əmək pensiyası 12 iyul 2009cu il tarixindən 243,36 manat hesablanmalı olduğu halda 436,80 manat, 1 dekabr 2013-cü il tarixindən 335,40 manat hesablanmalı olduğu halda 436,80 manat, 1 mart 2018-ci il tarixindən 358,38 manat hesablanmalı olduğu halda 436,80 manat, 1 sentyabr 2019-cu il tarixindən isə 480,78 manat hesablanmalı olduğu halda 446,77 manat müəyyən edilmişdir. Göründüyü kimi sizə 12.07.2019-31.08.2019-cu il tarixiləri arasındakı dövr ərzində 16.766,64 manat məbləği artıq vəsait, 01.09.2019-29.02.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 204,06 manat əskik vəsait ödənilmişdir. Ümumilikdə, 16.562,58 manat məbləğində artıq vəsaitin hesabınıza köçürüldüyü aşkar edilmişdir. Bununla əlaqədar sizdən artıq ödənilmş vəsaitin qaytarılması ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığınızı qısa müddət ərzində idarəyə təqdim etməyiniz xahiş olunur. Əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyanızdan tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, araşdırma zamanı pensiya işinizə aid sənədlər işlədiyiniz dövrdə ərizənizdə qeyd etdiyiniz mükafatlar və müavinətin sizə ödənildiyinə məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin pul təminatları qanunvericiliyin tələbləri baxımından sizə münasibətdə tətbiq edilməsi mümkün hesab olunmur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci madddəsinə əsasən əmək pensiyası “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir”. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin 10 fevral 2020-ci il tarixli 10/02-19/195 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsində sizin işlədiyiniz Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi işçilərinə üç aylıq mükafatın və məzuniyyətə çıxarkən bir aylıq müavinətin ödənilməsinin şamil olunub-olunmaması barədə ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə müvafiq, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində dövlət orqanlarında dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 948 №-li Fərmanına əsasən isə dövlət qulluqçusu növbəti məzuniyyətə çıxdıqda, ona bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir”. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil - Kooperativ Təsərrüfatı İdarəsinin 10.12.2019-cu il tarixli 71-15 saylı arayışından görünür ki, İddiaçı Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsində 04.06.1981-ci il tarixdən 23.02.1983-cü il tarixədək mühəndis, 23.02.1983-cü il tarixdən 13.11.1992-ci il tarixədək Təşkilat şöbəsinin rəisi, 13.11.1992-ci il tarixdən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02.10.1992-ci il tarixli 1531 saylı Sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin yaradılmasını nəzərə alaraq, 1877 saylı 13.11.1992-ci il tarixli Sərəncamı ilə 14.03.1994-cü il tarixədək idarənin rəisinin müavini vəzifəsində işləmişdir. - Nəsimi rayon rayon Xalq Məhkəməsinin 2-425 saylı 20 may 1997-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin rəisinin müavini vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqı alınıb verilməsi qət edilmişdir. - Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətinin 15 avqust 1997-ci il tarixli qətnaməsi ilə Bakı şəhər prokurorun protesti rədd edilmiş, Nəsimi rayon rayon Xalq Məhkəməsinin 20 may 1997-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 1997-ci il tarixli 3д-5/327 saylı qərardadı ilə Azərbaycan Respublikasının Baş Prokurorunun müavinin Nəsimi rayon rayon Xalq Məhkəməsinin 2-425 saylı 20 may 1997ci il tarixli qətnaməsindən və Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətinin 15 avqust 1997-ci il tarixli qərarından verdiyi protest təmin olunmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 31 avqust 1998-ci il tarixli 4г-46/98 saylı qərarı ilə Ali Məhkəmə sədrinin Nəsimi rayon rayon Xalq Məhkəməsinin 2-425 saylı 20 may 1997-ci il tarixli qətnaməsinin, Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətinin 15 avqust 1997-ci il tarixli qərarının və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 noyabr 1997-ci il tarixli 3д-5/327 saylı qərardadının ləğv edilərək yeni qərar qəbul edilməsi barədə protesti təmin olunmamışdır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən göründüyü kimi Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 26.12.2009-cu il tarixli qərarı ilə iddiaçıya 12.07.2009-cu il tarixdən yaşa görə dövlət qulluqçusu kimi 12 il əmək (sosial sıgorta) stajı hesablanmaqla ömürlük 202.02 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “əmək pensiyasının yenidən hesablanması haqqında” 30.03.2020-ci il tarixli qərarından görünür ki, 12.07.2009-cu il tarixdən 30.11.2013-cu il tarixə qədər 243.36 manat məbləğində, 01.12.2013-cü il tarixdən 28.02.2018-ci il tarixə qədər 335.4 manat məbləğində, 01.03.2018-ci il tarixdən 01.09.2019-cu il tarixə qədər 358.38 manat məbləğində, 01.09.2019-cu il tarixdən müddətsiz olaraq 480.78 manat məbləğində pensiya təyin edilmiş, 30.03.2020-ci il tarixli qərarla isə iddiaçıya 446.77 manat məbləğində pensiya təyin edilmişdir. Dövlət qullugu stajı 12 il 9 ay əsas götürülməklə qulluq stajıa görə əlavə 20% hesablanmışdır. -Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 18.03.2021-ci il tarixli 23/14-07 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə müvafiq olaraq, Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 948 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” fərmanına əsasən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsində işlədiyi 04.06.1981-14.03.1994cü illərdə idarənin fəaliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, digər qanunvericilik aktları ilə tənzimləndiyindən, ona hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinət, habelə üç vəzifə maaşı məbləğində mükafat verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçıya 12.07.2009-cu il tarixdən yaşa görə dövlət qulluqçusu kimi ömürlük pensiya təyin edilmişdir. Sonradan şöbənin pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamlarına müvafiq olaraq iddiaçının əmək pensiyasının məbləği artırılmışdır. İddiaçının pensiya təyin edilərkən 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavə haqq qanunvericiliyə əsasən nəzərə alınmışdır. Lakin iddiaçı 15 ildən yuxarı dövlət qulluğu stajının olmasına iddia edərək ona 30 faiz əlavə haqqın təyin edilmiş pensiyaya hesablanması barədə cavabdehə müraciət etmişdir. İddiaçı, həmçinin, hər il məzuniyyətə görə bir aylıq əmək haqqı məbləğində müavinətin və 3 vəzifə maaşı məbləğində mükafatın da nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun: Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Maddə 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). 20.12-ci maddə. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamə: Bənd 2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd 5. İşin nəticələrinə görə kollektiv mükafatlandırma zamanı mükafatın müəyyən edilməsi üçün götürülən dövrdə (hesablaşma dövrü) hamiləliyə və doğuşa görə məzuniyyətdə olma, ştatların ixtisarı ilə əlaqədar işdən azad olma, hərbi xidmətə çağırılma, ixtisasartırma kursunda olma və digər üzürlü səbəblərdən tam işləməmiş dövlət qulluqçuları üçün onların faktiki qulluq keçdiyi dövrə görə mükafat hesablanır. Xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd 12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən 10 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 20 faizi, 15 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 30 faizi miqdarında əlavə haqq alırlar. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 943 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Hazırkı iş üzrə iddiaçı dövlət qulluqçusu kimi ona təyin edilmiş pensiyanın məbləğinin düzgün hesablanmadığını iddia edir və hesab edir ki, təyin edilən əmək pensiyası dövlət qulluqçusuna qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavə pul məbləği, üç vəzifə maaşı mislində mükafat və məzuniyyətə çıxarkən bir vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə əlavələrin pensiyanın tərkibində hesablanması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı müxtəlif vəzifələrdə, o cümlədən 03.06.1981-ci ildən Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil-Kooperativ İdarəsində mühəndis, 02.02.1983-cü ildən şöbə rəisi, 13.11.1992-ci ildən 13.01.1994-cü ilə kimi rəis-müavini vəzifələrinə işləmişdir (bu barədə müvafiq əmrlər iş materiallarına əlavə edilir). 13.01.1994-cü ildə iddiaçının qanunsuz işdən azad edildiyi qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapsa da, lakin işə bərpa ilə baglı məhkəmə qətnaməsi icra olunmamış qalmış, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, bununla da 13.01.1994-cü ildən 1997-ci ilədək olan dövr üzrə iddiaçı vəzifə üzrə dövlət məvacibi almadıgından həmin dövr ona pensiya hesablanması üçün əsas götürülə bilməz. Belə olan halda, məhkəmə cavabdeh orqan tərəfindən ona düzgün olaraq 03.06.1981-ci ildən 13.01.1994-cü ilədək olan dövr üçün işlədiyi vəzifələri dövlət qullugu vəzifələrinə bərabərləşdirməklə 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavə haqq qanunvericiliyə əsasən nəzərə almışdır. Həmin dövrdə isə iddiaçının iddia etdiyi əlavələrin, mükafatların və müavinətin almaması işlədiyi müəssisəyə verilən müvafiq sorğu ilə müəyyən edilir. Bundan başqa, iddiaçı tərəfindən həmin əlavələrin alınması ilə bağlı cavabdeh inzibati orqana və məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya pensiyasının yenidən hesablamasından və yaranmış fərqin birdəfəlik ödənilməsindən imtina etməkdə haqlı olmuşdur. Bununla da məhkəmə hesab edir ki, iddiaçının pensiya təyin edilərkən hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinəti, qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavəni, 3 vəzifə maaşı məbləğində mükafatı nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi hissəsində iddia tələbi rədd edilməli oldugundan birinci tələbdən bilavasitə doguran və ondan asılı olan ikinci tələbinin, yəni iddiaçıya pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də araşdırmaga lüzum görmədən həmin hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilərkən hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinəti, qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavəni, 3 vəzifə maaşı məbləğində mükafatı nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA