Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7373/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi (idarənin rəisi) X8, üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı, X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla doğum akt qeydində dəyişiklik edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 adına tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 1130 saylı doğum haqqında akt qeydləri kitabında və 24 yanvar 1970-ci ildə verilmiş doğum haqqında şəhadətnamədə dəyişiklik edilərək X9 əvəzinə X19 yazılması və qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 mart 2000-ci il tarixdə X18 ilə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşdur. Onların nikahları Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 176 № ilə akt qeydləri kitabında qeydə alınmışdır. Onların birgə nikahlarından övladları - 20 may 2001-ci il təvəllüdlü X16 anadan olmuşdur. X7 arasında bağlanmış nikah Səfərin ikinci nikahı olmuşdur. Belə ki, o, 17 yanvar 1970-ci il tarixdə X20 ilə ailə həyatı qurmuş, onların nikahları Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında həmin tarixdə 10 № ilə qeydə alınmışdır. X13 mərhum həyat yoldaşı X18 ilə ailə həyatı qurmamışdan əvvəl Səfər Kərimov adlı şəxsdən 07 sentyabr 1965-ci il təvəllüdlü X19 adlı övladı dünyaya gəlmişdir. X3 Səfər İbad oğlu ilə nikaha daxil olduqdan sonra doğum haqqında akt qeydində X13 Səfər Kərimovdan olan övladı X4 onun sözlərinə əsasən "Abdullayev" kimi dəyişdirilmişdir. Lakin mərhum həyat yoldaşı X18 tərəfindən X17 nə atalıq, nədə ki, soyadına keçirilməsinə dair razılıq ərizəsi verilməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin 14 fevral 2024-cü il tarixli, 3-165/8-12-251/24 №-li məktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydinin üzərində atalığın müəyyən edilməsi barədə heç bir məlumat qeyd edilməmişdir. Binəqədi rayon qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.1970-ci il tarixli, 10 saylı nikah haqqında akt qeydində əsasən soyadlar "Kərimov"dan "Abdullayev"ə düzəliş edilmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin 27 fevral 2024-cü il tarixli, 3-165/7-12- 354/24 №-li məktubunda da qeyd olunmuşdur ki, X9 adına tərtib edilmiş xx.xx.1965-ci il tarixli ИЗО saylı doğum haqqında akt qeydinin uşaq, ata qrafalarında soyadlar Binəqədi rayon qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.1970-ci il tarixli, 10 saylı nikah haqqında akt qeydinə əsasən "Kərimov"dan "Abdullayev"ə düzəliş edilmişdir. Akt qeydinin üzərində atalığın müəyyən edilməsi barədə heç bir məlumat qeyd edilməmişdir. Mərhum həyat yoldaşı X18 01 avqust 2023-cü il tarixdə vəfat etmişdir. O, hələ vəfat etməmişdən əvvəl 24 sentyabr 2021-ci il tarixli, 2-V-1/399 reyestr nömrəli vəsiyyətnamə tərtib etdirmişdir. Həmin vəsiyyətnamə ilə o özünə məxsus daşmar və daşınmaz əmlaklarını onların birgə nikahlarında olan övladları X11 vəsiyyət etmişdir. X5 əvvəlki nikahından olan övladı X19 tərəfindən 9 saylı Notariat ofisinə təqdim olunmuş 13 fevral 2024-cü il tarixli ərizədə o, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə ölmüş atası - X18 tərəfindən tərtib edilmiş 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-399 reyestr nömrəli vəsiyyətnamənin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmək istəyir və bununla əlaqədar olaraq vərəsəlik işini dayandırmaqlarını xahiş etmişdir X6 atası X18 olmamışdır. Onun tərəfindən Abdullayev Nizamiyə atalıq verilməməsinə baxmayaraq, doğum haqqında akt qeydində heç bir qanuni əsas olmadan, yalnız anası X2 əsasən onun soyadı "Kərimov"dan "Abdullayevə dəyişdirilmişdir. Göründüyü kimi, qanunsuz və əsassız olaraq edilmiş bu hərəkət hal-hazırda xx.xx.2021-ci il tarixli, 2V-399 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsə olan oğlu X10 və qanun üzrə vərəsə kimi onun vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də, hesab edir ki, 1130 №-li doğum aktı qeydində X4 heç bir qanuni əsas olmadan, yalnız ananın sözlərinə əsasən, özbaşına olaraq dəyişdirildiyinə görə həmin akt qeydi ləğv olunmalıdır. Üçüncü şəxs etiraz ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxs iddiaya etiraz etdiklərini bildirdirlər. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia tələbindən göründüyü kimi, iddiaçı üçüncü şəxs X9 doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində soyadının dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. 6.7. Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır. 6.8. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir: 6.8.1. ərizə verən şəxsin soyadı, adı, atasının adı; 6.8.2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi; 6.8.3. daşımaq istədiyi ad, ata adı və soyad; 6.8.4. doğulduğu tarix və yer; 6.8.5. milliyyəti və vətəndaşlığı; 6.8.6. yaşayış və iş yeri, vəzifəsi; 6.8.7. hərbi qeydiyyat yeri; 6.8.8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada; 6.8.9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada); 6.8.10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer); 6.8.11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt; 6.8.12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi). 6.9. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 6.9.1. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi; 6.9.2. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə; 6.9.3. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə; 6.9.4. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr; 6.9.5. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; 6.9.6. ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti; 6.9.7. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli; 6.9.8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair sənəd. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi 18 yaşına çatmış və tam fəaliyyət qabiliyyətli fiziki şəxsin soyadı yalnız onun iradəsi əsasında dəyişdirilə bilər. Lakin iddiaçı üçüncü şəxs X1 dəyişdirilməsini tələb edir ki, bununla bağlı iddiaçının subyektiv hüququ olmadığı kimi iddia qaldırmaq da hüququ yoxdur. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İddiaçının hazırkı iddiası öhədliyin icrası haqqında iddiadır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının inzibati orqana müraciəti mövcud deyildir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Qeyd eilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7373/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7373/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver