Məhkəmə qərarları › İş №2-1(112)-7377/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7377/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7377/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndə və vəkilləri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cəmiyyət barəsində **********151082 nömrəli xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlamasının nəticələri haqqında akt tərtib etmişdir. Bundan sonra cavabdehin **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Cəmiyyət vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Belə ki, cavabdeh Cəmiyyətin 2018-2020-ci illər üzrə istehsal həcmini qaz sərfiyyatı əsasında müəyyən edərək əlavə dəyər vergisinin azaldıldığı barədə nəticəyə gəlmiş, o cümlədən, sözügedən müəssisə barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Hesab edirlər ki, cavabdehin həmin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlili ilə bağlı bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151036 saylı qərarına əsasən "xxxx" MMC-də (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) və nəticəsi xx.xx.2022-ci il tarixli **********151082 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə aşağıdakı faktlar aşkar edilmişdir: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq asfalt istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, kommunal göstəricilərin məlumatları, ƏDV-nin depozit subhesabı üzrə məlumatları, mütəxəssis rəyi, ekspert rəyi, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılaraq aşağıdakı vergilər hesablanmışdır: Əlavə dəyər vergisi üzrə: Yoxlama zamanı mütəxəssis tərəfindən xx.xx.2022-ci il tarixli MB 15/1070№-li rəyə verilmişdir. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MB 15/1070№-li rəy əsasən müəssisənin real asfalt istehsalı 2018-ci ildə 146184,01 m3, 2019-cu ildə 109142,11 m3, 2020-ci ildə 122917,92 m3 və 2021-ci ildə 105477,94 m3 müəyyən edilmişdir. Eyni zamanda yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən rəsmi satış göstərilmədiyi və ya bununla bağlı yoxlamaya hər hansı sənəd təqdim edilmədiyi üçün vergi ödəyicisi tərəfindən təqdim edilən asfaltın real bazar qiymətinin müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən asfaltın 1 tonunun real bazar qiyməti 60,0 (altmış) manat (ƏDV ilə) müəyyən edilmişdir. Beləliklə, mütəxəssis tərəfindən verilmiş asfaltın istehsal həcminə uyğun ekspert tərəfindən verilmiş asfaltın bazar qiyməti tətbiq edilməklə vergilər hesablanmışdır. Belə ki, sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV hesabatlarında 2018-ci ilin noyabr-dekabr aylarındakı dövriyyənin 196 272,40 manat (ƏDV-siz) olması deyil, 1 449 569,30 manat (ƏDV-siz) olması, 2019-cu ilin yanvar-dekabr aylarındakı dövriyyənin 364 733,85 manat (ƏDV-siz) deyil, 4 381 486,90 manat (ƏDV-siz) olması, 2020-ci ilin yanvar- dekabr aylarındakı dövriyyənin 373 588,16 manat (ƏDV-siz) deyil, 5 151 945,10 manat (ƏDVsiz) olması və 2021-ci ilin yanvar-oktyabr aylarında isə dövriyyənin olmaması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, mütəxəssis dəvət edilməsi barədə və ekspertiza təyin edilməsi barədə Qərarlarda xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr göstərilsə də və həmin dövr üzrə rəylər verilməsinə baxmayaraq vergilərin hesablanması zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr götürülmüşdür. Eyni zamanda, 2020-ci ilin mənfəət vergisi ilə əlavə dəyər vergisi bəyannamələri arasında yaranmış fərqin səbəbi, müəssisənin xx.xx.2022-ci il tarixdə (AVİS: xx.xx.2022-ci il tarixli **********938200 nömrəli) vergi orqanına ünvanladığı məktubda "xxxx" ASC-nin 74 295,0 manat debitor borcunun olması və müəssisənin ASC-yə birləşməsi ilə əlaqədar olaraq 74295,0 manat debitor borcunun 2020-ci ilin oktyabr ayında dövriyyəyə daxil edilməsidir. Beləliklə, ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına görə yoxlama ilə ümumilikdə 1 808 713,23 manat əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 908 424,26 manat məbləğində, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə 1,07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunur. Müəssisə tərəfindən gəlir və xərclər hesablama metoduna əsasən formalaşmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, mütəxəssis rəyi, ekspert rəyi, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Həmçinin aparılmış araşdırmalarla analoji olaraq "Rafel” MMC (VÖEN **********), “Azital İnşaat” (VÖEN **********) və “Taleh-A.T.” müəssisəsinin (VÖEN **********), sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmadı, həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəssisələrin işçi sayının, dövriyyəsinin və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək mümkün olmadı, yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2018-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 613 420,70 manat, ümumi gəlirdən çıxılan xərclər 1 466 426,91 manat göstərilmiş, 853 006,21 manat zərər hesablanmışdır. Keçmiş illərin zərəri isə 5 744 747,40 manat qeyd edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 1 866 717,60 manat (yanvar-oktyabr ayları üzrə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 417 148,30 manat və noyabr-dekabr ayları üzrə ekspert rəyinə əsasən 1 449 569,30 manat) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2018-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, müəssisənin 2018-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2018-ci il üzrə müəssisənin əldə etdiyi 1 866 717,60 manat (yanvar-oktyabr ayları üzrə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 417 148,30 manat və noyabr-dekabr ayları üzrə ekspert və mütəxəssis rəylərinə əsasən 1 449 569,30 manat) gəliri əsasında (1 866 717,60 /100+20 x 20= 311 119,60) hesablanmış 311 119,60 manat mənfəətdən keçmiş illərin zərəri 5 744 747,40 manat olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2019-cu ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 364 733,85 manat, ümumi gəlirdən çıxılan xərclər 979 227,11 manat göstərilmiş, 614 493,26 manat zərər hesablanmışdır. Keçmiş illərin zərəri isə 6 597 753,61 manat qeyd edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 4 381 486,90 manat (ekspert və mütəxəssis rəylərinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2019-cu ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 4 381 486,90 manat (ekspert və mütəxəssis rəylərinə əsasən) gəliri əsasında (4 381 486,90/100+20 x 20= 730 247,82) hesablanmış 730 247,82 manat mənfəətdən keçmiş illərin zərəri 5 744 747,40 manat olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 1 094 705,10 manat, ümumi gəlirdən çıxılan xərclər 809 713,12 manat göstərilmiş, vergiyə cəlb olunan 284 991,98 manat 1 094 705,10 - 809 713,12) mənfəətdən keçmiş illərin zərəri olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 5 077 650,00 manat (ekspert və mütəxəssis rəylərinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2020-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 5 077 650,00 manat (ekspert və mütəxəssis rəylərinə əsasən) gəliri əsasında (5 077 650,00/100+20 x 20= 846 275,00) hesablanmış 846 275,00 manat mənfəətdən keçmiş illərin zərəri 5 744 747,40 manat olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Eyni zamanda 2020-ci ilin mənfəət vergisi ilə əlavə dəyər vergisi bəyannamələri arasında yaranmış fərqin səbəbi, müəssisənin xx.xx.2022-ci il tarixdə (AVİS: xx.xx.2022-ci il tarixli **********938200 nömrəli) vergi orqanına ünvanladığı məktubda "xxxx" ASC-nin 74 295,0 manat debitor borcunun olması və müəssisənin ASC-yə birləşməsi ilə əlaqədar olaraq 74295,0 manat debitor borcunun 2020-ci ilin oktyabr ayında dövriyyəyə daxil edilməsidir. Yoxlama ilə ümumilikdə ƏDV üzrə dövriyyənin azaldılmasına görə 1 808 713,23 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 908 424,26 manat məbləğində və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə 1,07 manat maliyyə sanksiyası əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndə və vəkilləri hər biri ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarının qanunsuz və əsassız olduğunu, bununla bağlı bütün təsdiqedici sənədlərin məhkəmə araşdırmasına tərəflərindən təqdim edildiyini, həmçinin cavabdeh orqanın mübahisəli qərarın qəbul edilməsinə əsas olmuş səyyar vergi yoxlaması aktının düzgün olmamasının məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar olaraq təqdim edilmiş ekspert rəyi ilə bir daha təsdiq edildiyini, ümumiyyətlə Cəmiyyətdə aparılmış yoxlama zamanı asfalt istehsalı zovodlarına heç bir baxış keçirilmədiyini, heç bir araşdırma və ölçmə işlərinin aparılmadığını, Cəmiyyətin heç bir qaz tədarükü etmədiyi və heç bir qaz üzrə ödəniş etmədiyini, "xxxx" MMC-ilə bağlanmış müqavilə üzrə asfalt bişirilməsi xidməti üzrə fəaliyyət göstərdiyini və qazın (və digər materialların) "xxxx" MMC tərəfindən təchiz edildiyini və müvafiq qaydada "xxxx" MMC tərəfindən ödənildiyini, Cəmiyyətin heç bir fəaliyyəti olmadığını, yalnız xidmət müqaviləsi üzrə fəaliyyət göstərdiyini bildirərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və tərəflərindən təqdim edilmiş ekspert rəyinə mülahizəyə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş reyestrdən çıxarışa əsasən "xxxx" ASC xx.xx.2014-cü il tarixdə ********** nömrəli VÖEN ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir.

8. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən: - xx.xx.2021-ci il tarixli **********151036 nömrəli qərarla "xxxx" MMC-də səyyar vergi yoxlamasıın keçirilməsi qərara alınmışdır. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 27 oktyabr 2021-ci il tarixli KY211686423 nömrəli çıxarış təqdim edilmişdir. Həmin çıxarışa əsasən "xxxx" MMC-də xx.xx.2018-xx.xx.2021-ci il dövrü üzrə növbədən kənar səyyar vergi yoxlaması təyin edilməsi barədə qərar reyestrə daxil edilmiş, yoxlamanın müddəti xx.xx.2021-xx.xx.2021 göstərilmişdir. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 08 avqust 2022-ci il tarixli, 08 iyul 2022-ci il tarixli, 20 may 2022-ci il tarixli, 28 mart 2022-ci il tarixli, 01 mart 2022-ci il tarixli, 27 oktyabr 2021-ci il tarixli çıxarışlar təqdim edilmişdir. - xx.xx.2022-ci il tarixli **********151082 nömrəli “Səyyar vergi yoxlaması” aktına əsasən "xxxx" MMC-də yoxlama xx.xx.2021-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Yoxlama dövründə xx.xx.2021-ci il tarixli “müddətin uzadılması”; xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “müvəqqəti dayandırma”; xx.xx.2022-ci il tarixli “müddətin uzadılması”; xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “müvəqqəti dayandırma”; xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərarlar qəbul edilmişdir. Yoxlama üzrə Cəmiyyətinin ƏDV üzrə 1 808713,23 manat kənarlaşması müəyyən edilmiş, Cəmiyyətə 50% miqdarında, 908 425.33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. - Səyyar vergi yoxlaması aktında yoxlama dövründə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar istisna edilməklə digər qərarların surətləri məhkəməyə təqdim edilmişdir. - Səyyar vergi yoxlamasının 1.9.4-cü bəndində xx.xx.2022-cü il tarixli qərarla ekspertizanın təyin edilməsi barədə qərar qəbul edilməsi göstərilsə də, həmin qərar iş materiallarında aşkar olunmamışdır. - Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən Cəmiyyət ƏDV üzrə 1 808713,23 manat kənarlaşma və 50% miqdarında, 908 425.33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi nəticəsində vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi məhkəməyə təqdim edilmişdir. - Konkret icraatın təşkili ilə bağlı məktublar və s.

9. İddiaçı tərəfindən məhkəmə araşdırmasına və ekspertiza tədqiqatına mübahisə ilə bağlı aidiyyəti sənədlər (elektron qiamələr, müqavilələr, təqdim edilmiş iş və xidmətlərin siyahısı, şəxsi hesab vərəqəsindən çıxarış və s.) təqdim edilmişdir.

10. Məhkəmənin 2-1(112)-7377/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 noyabr 2023-cü il tarixli 9/6884 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, birinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və onuncu sualar üzrə - rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarına əsasən xx.xx.2022-ci il tarixli **********151082 səyyar vergi yoxlaması ilə ƏDV üzrə vergi ödəyicisinə aparılmış 1.808.713,23 manat məbləğində əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Həmçinin, qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin yoxlamanın əhatə etdiyi dövrlər üzrə bəyannamələri ilə təqdim edilmiş sənədlər arasında fərq müəyyən olunmur. İkinci sual üzrə - "xxxx" MMC-yə məxsus olan asfalt istehsal avadanlığının vergi yoxlamasının aparıldığı dövr ərzində istehsal həcminin nə qədər olmasının müəyyənləşdirilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmasığından bu sual üzrə tədqiqat aparılmamışdır.

11. Cavabdeh tərəfindən ekspert rəyinə mülahizə təqdim edilərək bildirilmişdir ki, ekspertin rəydə yoxlama ilə ƏDV-nin düzgünlüyünün müəyyən olunmamasına dair gəldiyi nəticə əsassızdır. Belə ki, rəyin tədqiqat hissəsindən göründüyü kimi ekspert həmin suallar üzrə gəldiyi nəticəni rəydə əsaslandırmamışdır. Göründüyü kimi, ekspert aydınlaşdırılmalı olan halları araşdırmamış və suallara mahiyyəti üzrə cavab verməmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək də ekspertin hüquqlarına aid edilmişdir. Göründüyü kimi, ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməmişdir. Məhkəmə qərardadında göstərilən suallara əsaslandırılmamış və qeyri müəyyən cavablar verməklə qanunvericiliyin tələblərinə əməl etməmişdir. Həmçinin, qeyd etmək istəyirlər ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmis vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bacglı qanunla nəzərdə tutulmus qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Bilindiyi kimi, vergilərin hesablanmasının əsasını "xxxx" İB ən əldə edilmiş qaz sərfiyyatı barədə məlumat olmuşdur. Həmçinin ekspert əsassız olaraq sərfiyyatın həmin müəssisəyə aid olmamasını bildirmişdir. Halbuki, "xxxx" İB-dən iddiaçıya məxsus aylar üzrə sərfiyyat baş idarəyə təqdim olunmuşdur. Bildirilir ki, ekspertin iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xidməti müqaviləyə istinad etməsinin əsası yoxdur. Belə ki, qeyd olunan xidməti müqavilə səyyar vergi yoxlaması zamanı cavabdehə təqdim edilməmiş, xidməti müqavilənin mötəbərliyi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Ekspertin iddiaçı müəssisəyə aid olmayan qaz sərfiyyatının hesablanmasının əsasını təşkil etməsi ilə bağlı bildirilir ki, "xxxx" İB-dən əldə olunmuş xx.xx.2022-ci il tarixli qaz sərfiyyatı barədə məlumat “Akkord Asfalt" MMC-yə məxsusdur. 2-ci sual üzrə ekspert qeyd edir ki, "xxxx" MMC-yə məxsus olan asfalt istehsal avadanlığının vergi yoxlamasının aparıldığı dövr ərzində istehsal həcminin nə qədər olmasının müəyyənləşdirilməsi məhkəməmühasibat ekspertizasının predmetinə aid olmamışdır. Ekspertin 2-ci suala cavabından görünür ki, ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməyərək,suala cavab verməkdən yayınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 21 noyabr 2022-ci il tarixli 9/6884 nömrəli ekspert rəyinin sübut kimi qəbul edilməməsini məhkəmədən xahiş edirlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

19. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.

20. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

23. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; … Həmin Məcəllənin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.

29. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bənd 3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Bənd 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin:

1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu;

2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

4. media subyektinin adı, məlumatın yayılma tarixi;

5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link);

6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri. 3.4-1. Qanunun 28-ci maddəsində göstərilən, yoxlama ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər barədə aşağıdakılar tələb olunur: 3.4-1.1. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə aralıq aktın nömrəsi və tarixi; 3.4-1.2. məhdudlaşdırıcı tədbirin tətbiqinə səbəb olan tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4-1.3. məhdudlaşdırıcı tədbirin növü, tətbiq edilməsinin Qanunun 28-ci maddəsinə uyğun əsaslandırılması və tarixi; 3.4-1.4. məhdudlaşdırıcı tədbirin ləğv edilməsi üçün yerinə yetirilməli tədbirlər; 3.4-1.5. bu Əsasnamənin 3.4.15-ci yarımbəndinə müvafiq olaraq, məhdudlaşdırıcı tədbirin tətbiqinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığının olubolmaması; 3.4-1.6. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın nömrəsi və tarixi; 3.4-1.7. məhdudlaşdırıcı tədbirin ləğv edilməsinin tarixi və səbəbləri.

30. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin normalarının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən «Akkord Asfalt” MMC üzrə xx.xx.2021-ci il tarixli, **********151036 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla noyabr 2018 - oktyabr 2021-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixdə başlayıb, xx.xx.2021-ci il tarixdə başa çatmalı olmasına baxmayaraq, VM-nin 38.2-ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müvəqqəti dayandırma və müddət uzadılması barədə qərarların olmasını göstərmiş, həmin qərarların əksəriyyətinin surətləri məhkəməyə təqdim edilsə də, bir qisminin surətləri (xüsusilə müddətin uzadılması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə) məhkəməyə təqdim edilməmişdir (həmin qərarlar hazırki qərarın 8-ci bəndində sadalanan iş materiallarında öz əksini tapmışdır). Əlavə olaraq məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin dayandırılması və müddət uzadılması barədə qərarların əsaslı olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qərarlardan bəziləri (xx.xx.2022-ci il tarixdən sonra qəbul edilmiş, müddətin uzadılması, əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi, ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarlar) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində xx.xx.2022-ci il tarixli **********165012 nömrəli ekspertiza təyin edilməsi barədə qərara istinad edilsə də, həmin qərar inzibati icraat materiallarında aşkar edilməmişdir. Ümumiyyətlə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar, aparılmış inzibati icraat çərçivəsində qəbul edilmiş aralıq inzibati aktlar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Sadəcə mübahisəyə mahiyyəti üzrə yanaşılmaqla qanunvericiliyin normalarına istinad edilməklə kifayətlənilmişdir.

31. Halbuki, Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. Həmçinin, inzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutmuşdur ki, həmin istisnalarda Vergi Məcəlləsinin 38.2-ci maddəsində təsbit edilmiş, həmçinin yoxlamanın hansı hallarda dayandırıla biləcəyi VM-nin 38.7-ci maddəsində öz əksini tapmışdır. Hazırki halda isə cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu tam olaraq əsaslandırmamışdır.

32. Məhkəmə eləcə də, mübahisəli vergi borcu məbləğinin əsaslılığına münasibətdə qeyd edir ki, həmin borc məbləğinin əsaslılığının yoxlanılmasına məqsədilə məhkəmə qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli **********151082 səyyar vergi yoxlaması ilə ƏDV üzrə vergi ödəyicisinə aparılmış 1.808.713,23 manat məbləğində əlavə hesablamaların düzgünlüyü müəyyən olunmamış, həmçinin, iddiaçı "xxxx" MMC-nin yoxlamanın əhatə etdiyi dövrlər üzrə bəyannamələri ilə təqdim edilmiş sənədlər arasında fərq müəyyən olunmamışdır. Məhkəmə həmin ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir.

33. Belə ki, işin hallarından göründüyü kimi, "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 1.816.848,51 manat məbləğində ƏDV-nin az hesablanması və 8135.28 manat məbləğində ƏDV-nin artıq hesablanması faktı müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlanılan dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti faktiki olaraq təbii asfalt və bitum hasilatı ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən asfaltın 1 tonunun real bazarı 60,0 manat (ƏDV ilə) müəyyən edilmişdir. Bundan başqa müəssisənin xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövr üzrə real asfalt hasilatını müəyyənləşdirmək məqsədi ilə xx.xx.2022-ci il tarixli **********158644 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MB 15/1070 nömrəli rəyinə əsasən real asfalt istehsalı 2018-ci ildə 146184,01 m3, 2019-cu ildə 100.942,11 m3, 2020-ci ildə 122917,92 m3 və 2021-ci ildə 105477,94 m3 müəyyən edilmişdir. Beləliklə mütəxəssis tərəfindən verilmiş asfaltın istehsal həcminə uyğun ekspert tərəfindən verilmiş asfaltın bazar qiyməti tətbiq edilməklə vergilər hesablanmışdır. Sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV hesabatlarında 2018-ci ilin noyabr-dekabr aylarındakı dövriyyənin 196.272,40 manat (ƏDV-siz) olması deyil. 1.449.569,30 manat (ƏDV-siz) olması, 2019-cu ilin yanvardekabr aylarındakı dövriyyənin 364.733,85 manat (ƏDV-siz) deyil, 4.381.486,90 manat (ƏDV-siz) olması, 2020-ci ilin yanvar-dekabr aylarındakı dövriyyənin 373.588,16 manat (ƏDV-siz) deyil, 5.151.945,10 manat (ƏDV-siz) olması və 2021-ci ilin yanvar-oktyabr aylarında isə dövriyyənin olmaması müəyyən edildi. Vergilərin hesablanması zaman, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr götürülmüşdür. Beləliklə, ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 159.1 -ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına görə yoxlama ilə ümumilikdə 1.808.713,23 manat əlavə vəsait hesablanmışdır.

34. Məhkəməyə və ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli ASFS 070/0717 saylı “Alğı-satqı müqaviləsi” rəsmiləşdirilmiş 1 ton bişirilmiş asfaltın dəyəri ƏDV- siz 45,0 manat, ƏDV-li 53,1 manat müəyyən edilmişdir. Bundan başqa tərəflər arasında xx.xx.2017-ci il tarixli 041/0117 nömrəli və xx.xx.2019-cu il tarixli ASFX 118/0719 nömrəli Xidmət Müqavilələri rəsmiləşdirilmişdir. xx.xx.2017-ci il tarixli 041/0117 nömrəli xidmət müqaviləsi üzrə xidmət haqqı bişirilmiş asfaltın 1 tonu 6 manat 45 qəpik (ƏDV daxil), həmin müqaviləyə edilmiş xx.xx.2018-ci il tarixli əlavə saziş üzrə xidmət haqqı bişirilmiş asfaltın 1 tonu 8 manat 40 qəpik (ƏDV daxil) müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC Sifarişçiyə asfalt bişirilməsi xidməti göstərir. Müqavilənin 1.3 bəndinə əsasən sifariş edilən asfaltın hazırlanması üçün tələb olunan bütün xammal materialların və kommunal xidmətlərin alışını “Sifarişçi” təmin edir, bununla əlaqədar bütün kommunal xərclərini ödəyir. Göründüyü kimi, müəssisə "xxxx" MMC-ilə bağlanmış müqavilə üzrə asfalt bişirilməsi xidməti üzrə fəaliyyət göstərməsinə və qaz (və digər materiallar) "xxxx" MMC tərəfindən təchiz edilməsinə və müvafiq qaydada "xxxx" MMC tərəfindən ödənilməsinə baxmayaraq, mütəxəssis tərəfindən tərtib edilmiş asfaltın istehsal həcminin müəyyən edilməsi ilə bağlı rəydə istehsal həcminin "xxxx" ASC-nin göstəriclərinə əsasən qaz sərfiyyatı nəzərə alınmaqla hesablandığı öz əksini tapmışdır. Cavabdeh tərəfindən sözügedən hallar nəzərə alınmayaraq yalnız, iş üzrə təqdim edilmiş mütəxəssis rəyinə istinad edilməklə işin halları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə müvafiq olaraq hərtərəfli, tam və obyektiv araşdırılmamışdır.

35. Həmçinin mütəxəssis tərəfindən istehsal həcmi yalnız qaz sərfiyyatına əsasən hesablanmış, lakin, istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsifatına əsasən istehsal olunan məhsulun maya dəyəri yalnız qaz sərfiyyatı xərclərindən ibarət olmayıb, kompleks xərc elementlərindən ibarətdir.

36. Məhkəmə eləcə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı mütəxəssisin iştirakı ilə müəssisədə inventarizasiya keçirilməmişdir. Səyyar vergi yoxlaması aktında yoxlanılan dövrdə müəssisə tərəfindən bəyannamələrin vergi orqanına vaxtında təqdim edildiyi qeyd edilmiş, bəyannamə məlumatları ilə kameral bəyannamə məlumatları arasında fərq olmamışdır. Yoxlamanın əhatə etdiyi dövlər üzrə bəyanamələri ilə təqdim edilmiş sənədlər arasında fərq mövcud olmamışdır.

37. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergisi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və VM-nin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də, müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçıya hesablanmış vergi məbləğini müəyyən edərkən VM-nin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər-hansı sübut məhkəməyə təqdim etməmiş, həqiqətən əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

38. Belə olan təqdirdə, cavabdehin hazırkı vergi yoxlamasında VM-nin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi VM-nin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

39. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərarının düzgünlüyü sübuta yetirilə bilmədiyindən həmin qərar qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

42. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

43. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

45. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 9/6884 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 (iki yüz əlli manat) manatdır və iddiaçıdan 200 (iki yüz əlli manat) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167529 saylı ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz əlli manat) manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar