Məhkəmə qərarları › İş №2-1(112)-7378/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7378/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7378/2022 22.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi quluqçuların statusu haqqında’' Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axrıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsini nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr N2-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi üçün cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Mimağı oğlu 2001-ci ildən N8-ci ilədədk Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və N8-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrdə təqvim 20 il 10 ay (ümumilikdə güzətli isə 24 il, 10 ay, gün) xidmət etmişdir. Zaqatala sərhəd dəstəsi (2007 nömrəli hərbi hissə) MTT şöbəsini Əşya geyim Bölməsinin rəisi vəzifəsindən azad olmaqla N iyun N8-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla (əmr N:0134) X1 Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci maddəsiniun axrıncı abzasına və “Hərbi qulluqçuların Statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün ona növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə 10 noyabr tarixində ərizə (DSX-nin ünvanına çatma xx.xx.2021ci il) təqdim etmişdir. Ərizəsində istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə ona pul kompensasiyanın birdəfəlik ödənilməsini və ödəməni həyata keçirərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr N2-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi rəhbər tutulması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçının istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin imtina məktubu. - Cavabdeh N №-li hərbi hissənin məktubu - İddiaçı AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti xx.xx.2021-ci il tarixli 10/143 nömrəli məktubla bildirmişdir: “2007 nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli 0134 nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığınız üçün "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 120-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün əlavə 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzi kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyata buraxıldığınız hərbi hissənin nizami hissəsinə müraciət etməyiniz məqsədə uyğundur. İstifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququnuz olduğu təqdirdə hərbi hissə tərəfindən ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır.” İş materiallarından görünür ki, Cavabdeh N №-li hərbi hissə xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubla bildirmişdir: “Silahlı Qüvvələrin ehtiyyatına buraxıldığınız üçün “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 120-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün əlavə 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzi pul kompensasiyası 2022-ci ilin 1-ci rübü ərzində ödəniləcəkdir.” Qeyd edilən məktublardan göründüyü kimi, iddiaçıya “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün əlavə 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyası ödənilməməsi cavabdeh tərəfindən etiraf edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin obyektiv araşdırılması üçün məhkəmə tərəfindən cavabdeh inzibati orqana xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğular göndərilsə də, cavabdeh inzibati orqan məhkənin sorğularına hər hansı cavab verməmiş və məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 120-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Əsasnaməin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” xx.xx.N4-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla: 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ N0-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş; 2. bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq N0-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1994-cü il fevralın 1-dən N0-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.N4-cü il tarixli 399 nömrəli Qərarına əsasən həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən N0-cu il iyunun 12-dək dövr əsas götürülmüş (1-ci bənd), 1994-cü il fevralın 1-dən N0-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə N0-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilmiş (2-ci bənd), Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, ... tapşırılmışdır. Qərarla müəyyən edilmişdir ki, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi bu qərarın 3-cü hissəsində göstərilən dövlət orqanları üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir (4-cü bənd). Mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik aktlarının təhlili göstərir ki, nə “Hərbi qulluqçuların statusu haqqında” Qanunu və “Hərbi xidmətkeçmə haqqında”Əsasnamə, nə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0-cu il tarixli Fərmanı ilə hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi hər hansı tarix və məbləğ ilə məhdudlaşdırılmamış, həmin normativ hüquqi aktlarda digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi açıq və aydın tərzdə tənzimlənmiş, bu kompensasiyanın yalnız məbləği və ödənilməsi qaydasının müəyyənləşdirilməsi Nazirlər Kabinetinə həvalə olunmuşdur. 46. Bununla bağlı Konstitusiya Məhkəməsi xx.xx.N4-cü il tarixli Qərarında qeyd etmişdir ki, “... qanunverici dövlət hakimiyyətini səmərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, hazırkı iş məhkəmənin icraatında oduğu müddət ərzində cavabdeh tərəfindən ona 90 gün üçün ödənilməyən kompensasiyanın 45 gün hissəsi ödənilmişdir və buna görə iddia tələbini dəqiqləşdirərək istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 gün üçün ödənilməyən pul kompensasiyasının hesablanaraq ona ödənilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün əlavə 3 ay müddətində növbəti məzuniyyət günlərinin 45 günü əvəzinə pul kompensasiyası ödənilmədiyindən və inzibati orqan tərəfindən sübut etmə vəzifəsi üzərində olmasına baxmayaraq buna dair hər hansı sübut təqdim etmədiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsnə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (12.1) Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (12.2) Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. (12.3) Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. (12.4) Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar