Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7378/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “yataqxananın boşaldılması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar küçəsi 5 ünvanında yerləşən yataxananın bütöv halda boşaldılması və icarədar olaraq faktiki sahibliyinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 1994-cü il tarixdə "xxxx" kiçik müəssisəsi yaradılmışdır və həmin kiçik müəssisə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 562/6 nömrəli Sərəncamı ilə hüquqi ünvan olaraq ünvan 1raq qeydə alınmış, sonradan yəni 06 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs qismində qeydiyyatdan keçmişdir. "xxxx" kiçik müəssisəsinin təsisçisi, hazırda İddiaçı olmuşdur. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 065/44 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinə, X3 məxsus İnşaatçılar prospekti 5 nömrəli ünvanda yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində kommersiya fəaliyyətinə icazə verilmişdir. Həmin sərəncama əsasən qeyd edilən yataqxananın 1-ci mərtəbəsində yeməkxana, ayaqqabı təmiri və dərzi fəaliyyəti ilə məşğul olmuşdur. Yataqxana işçilərinin 4 yanvar 1991-ci il tarixində "Yataqxananın icarəyə götürülməsinə dair" keçirilmiş iclasın qərarına əsasən X2 rəhbərliyin qəbulunda olmuş və iclasın qərarını rəhbərliyə təqdim etmiş, gəmiçilik rəhbərliyi yataqxananın yataqxana işçilərinin icarəsinə verilməsinə dair razılığını bildirmişdir və müavini T.Muradova müvafiq müqavilə bağlanılması barədə göstəriş vermişdir. Həmin tarixdən yataqxana bütöv halda yataqxana işçilərinin icarəsinə keçmiş və müvafiq təsərrüfat fəaliyyətini həyata keçirmişlər. Məlumatıları olmadan cavabdeh müxtəlif vaxtlarda ünvan 3 ünvanda yerləşən yataqxananı hissə-hissə tanımadığı müxtəlif şəxslərə vermiş, bununla da icarədar olaraq qeyd olunan ünvanda yerləşən əmlaka faktiki sahiblik və istifadə hüquqlarını pozmuşdur. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar küçəsi 5 ünvanda yerləşən yataqxanadan istifadə edən fiziki şəxslər çıxarılmalıdır. Bu məsələ ilə əlaqədar cavabdehə yazılı surətdə müraciət edərək yataqxanadan istifadə edən kənar şəxslərin çıxarılmasını xahiş etsə də, cavabdeh Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında hərrac vasitəsi ilə özəlləşdirildiyini bildirmişdir. Sözügedən əmlakın özəlləşdirilməsini qanunsuz hesab edir, ona görə ki sözügedən həmin əmlak 1991-1993cü illərdən etibarən sözügedən yataqxana işçilərinin və birinci mərtəbəsi iddiaçı, yəni təsisçi olduğu "xxxx" kiçik müəssisəsinin qanunla müəyyən edilmiş qaydada icarəsində olmuşdur. Cavabdeh sözügedən əmlakın iddiaçının icarəsində olması barədə məlumatlı idi, lakin bilərəkdən icarə haqqında mülki qanunvericiliyin müddəalarını pozaraq əmlak üzrə qanunsuz əqdlər bağlamaqla özgəsinin mülkiyyətinə vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda qeyd etmişdir ki, İddiaçı qeyd olunan məsələ ilə bağlı müraciətlərinə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq olaraq 3-21-3/2-M-1437/02-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-21-3/2-M-0283- 8/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubları ilə cavab verərək, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı qaydaları”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edildiyi, 2016 və 2017-ci illərdə hərraca çıxarılaraq hərracın qalibləri tərəfindən qanunvericiliyə uyğun qaydada özəlləşdirildiyi bildirilmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahələri özəlləşdirilmiş və ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan maddənin dördüncü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 480 nömrəli xx.xx.1990-cı il tarixli “Kiçik” müəssisələrin yaradılması və inkişafı tədbirləri haqda” qərarına müvafiq olaraq "xxxx" Kiçik Müəssisəsinin təsisçisi İddiaçı tərəfindən yaradılmış, müəssisənin nizamnaməsi xx.xx.1994-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. xx.xx.2010-cu il tarixli Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Sosial Məsələlər və Təsərrüfat Xidməti rəisi X4 ilə İddiaçı (gələcəkdə istifadəçi) arasında bağlanan “Qeyriyaşayış sahələrinin istismar xərclərinin ödənilməsi haqqında” müqavilədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 40 №-li xx.xx.2000-ci il tarixli qərarına əsasən ümumi sahəsi 30 kv.m qeyri-yaşayış sahəsinin 1 kv.m üçün ayda 1,68 istismar xərci müəyyən edilir. Hazırki müqaviləyə əsasən illik istismar xərci 600 manat təşkil edir. İddiaçı hazırda "xxxx" kiçik müəssisəsinə X3 məxsus İnşaatçılar prospekti 5 nömrəli ünvanda yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində kommersiya fəaliyyətinə icazə verilməsini iddia edərək, həmin yataxananın bütöv halda boşaldılması və icarədar olaraq faktiki sahibliyinə qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkünlük şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının subyektiv hüququnun müəyyən olunmasıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından görünür ki, iddiaçı mübahisəli qeyri-yaşayı sahəsinin "xxxx" kiçik müəssisəsinə verildiyini bildirmiş, xx.xx.2010-cu il tarixli “Qeyri-yaşayış sahələrinin istismar xərclərinin ödənilməsi haqqında” müqaviləni müəssisənin adından bağlamış, lakin hazırkı iddianı öz adından qaldırmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1). Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (maddə 52.2). Göründüyü kimi, qanunverici hüquqi şəxsin ayrıca əmlaka malik olmaq hüququnu, təsisçilərinin hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh olmadığını təsbit etmişdir. İkincisi, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Cavabdehin qeyd etdiklərindən aydın olur ki, mübahisəli ünvanda yerləşən qeyriyaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı qaydaları”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilərək 2016 və 2017-ci illərdə hərraca çıxarılaraq hərracın qalibləri tərəfindən qanunvericiliyə uyğun qaydada özəlləşdirilmişdir. Belə olan halda iddiaçı hazırkı iddia vasitəsilə çatmaq istədiyi nəticəyə nail olmaq, yəni Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar küçəsi 5 ünvanında yerləşən yataxananın bütöv halda boşaldılması və faktiki sahibliyinə qaytarılması üçün ilk əvvəl həmin özəlləşdirmənin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciət etməlidir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5alahova
Məhkəmə qərarları › İş №2-1(112)-7378/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7378/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver