Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-738/2020 05.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı (Ünvanı: Sumqayıt şəhəri, Sarıqaya “Aliminumçu” y/m), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38, mənzil 224; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosu, vəkil) iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinə qarşı İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1715/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olunmuçdur. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya xx.xx.2012-ci il (57 yaşdan) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı əmək şəraitinə görə güzəştli şərtlə əmək pensiyası təyin olunması üçün xx.xx.2019-cu il tarixdə rəsmi qaydada müraciət etmişdir. Cavabdeh tərəfindən 28 avqust 2019-cu il tarixli **********5 saylı imtina məktubu göndərilmişdir. Həmin məktubda cavabdeh qeyd edir: “"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar iizrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxıl olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyiniz 16 oktyabr 1977-ci il tarixində açılmış İT-Q ******* nömrəli əmək kitabçanızın 48-49 cu səhifələrində Laçın rayon "Təsərrüfatlararası Təmir Tikinti idarəsi”ndə xx.xx.1987 - xx.xx.1991-ci il tarixləri arasındakı işlədiyiniz dövr qeyd olunan tarixdən əvvəlki dövrlərdə işlədiyiniz "Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda əmək kitabçanızın 44-45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər olunduğu aşkar görünür. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Odur ki, iddiaçı hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Əmək kitabçasından da göründüyü kimi ümumilikdə iddiaçının 29 il 5 ay 23 gün əmək stajı mövcuddur. Həmin iş stajının 13 il 9 ay 4 günü məhkəmə qaydasında müəyyən edilmişdir. Həmçinin cavabdeh onun 15 il 09 ay əmək stajını mübahisələndirməmiş və qəbul etmişdir. Belə ki, həmin fakt Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2019-cu il tarixli 2-1 (102)-511/2019 saylı qərarında öz təsdiqini tapır. Hazırda cavabdeh əmək stajı kimi qəbul etmədiyi xx.xx.1987-ci il tarixdən 21.11 1991-ci il tarixədək Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti idarəsində işlədiyi müddət cavabdehin mübahisələndirmədiyi 15 il 9 ay əmək stajına daxildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə pensiya təyinatının aparılması barədə müraciətinə İdarə tərəfindən baxılmış, onun təqdim etdiyi 16 oktyabr 1977-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının 48-49-cu səhifələrində Laçın rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasında işlədiyi dövr qeyd olunan tarixdən əvvəlki dövrlərdə işlədiyi “Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmədiyindən və əmək kitabçasının 44-45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər edildiyi üçün ona güzəştli şərtlərlə pensiya təyinatının aparılması mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı əmək kitabçasının 48-49-cu səhifələrində qeyd olunan Laçın rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə xx.xx.1987xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddət ondan əvvəlki dövrlərdə işlədiyi “Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmədiyini, həmçinin əmək kitabçasının 44-45 və 48-49-cu səhifələrində sonradan aşkar düzəlişlərin olunduğunu nəzərə alaraq adıçəkilən şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddianın rədd edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Laçın rayonu, Narışlar kəndində anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli xx.xx.1977-ci il tarixli Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Baytarlıq stansiyasında sürücü; xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X2 sürücü; xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Yük Avtomobili parkında 3-cü dərəcə üzrə sürücü; xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon Təsərrüfatlararası Təmir Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaynaqçı; xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 1 №-li Təmir Tikinti Quraşdırma İdarəsində 4-cü daha sonra 5-ci dərəcə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi iddiaçının müraciətinə verilən xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərmişdir: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyiniz 16 oktyabr 1977-ci il tarixində açılmış ИТ-İ ******* nömrəli əmək kitabçanızın 48- 49-cu səhifələrində Laçın rayon “Təsərrüfatlararası Təmir Tikinti idarəsi”ndə xx.xx.1987- 21.11 1991-ci il tarixləri arasındakı işlədiyiniz dövr qeyd olunan tarixdən əvvəlki dövrlərdə işlədiyiniz “Baytarlıq Stansıyası”nın möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda əmək kitabçanızın 44-45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər olunduğu aşkar görünür. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, əmək kitabçasının 44-45 səhifələrində sonradan düzəlişlər olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, qeyd edilən düzəliş, yəni “уволить” sözü iddiaçının iş yerindən azad olunmasını göstərir, həmin səhifədə qeyd edilən tarixlərdə hər hansı düzəlişin edilməsi aşkar görünmür. Həmçinin, düzəliş olunan “уволить” sözü iddiaçıya iş stajı vermir, əksinə iddiaçının işdən azad olunmasını göstərir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab eidr ki, iddiaçının əmək kitabçasının 44-45 səhifələrində sonradan düzəlişlərin olunması qəbul edilsə də belə (halbuki cavabdeh tərəfindən Əmək kitabçasının mötəbərliyinin müəyyən edilməsi üçün müvafiq tədbirlər görülməmişdir), həmin səhifədə olunan düzəliş hazırkı iddianın mahiyyətinə təsir etmir. Həmçinin, cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, İddiaçı əmək kitabçasının 48-49-cu səhifələrində qeyd olunan Laçın rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə xx.xx.1987- xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddət ondan əvvəlki dövrlərdə işlədiyi “Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş əmək kitabçasında göstərilən və cavabdeh tərəfindən mübahisələndirilən dövrün mötəbərliyinə əsaslı şübhələr olduğu halda cavabdeh orqan mövcud qanunvericiliyə uyğun olaraq öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli idi. Lakin, cavabdeh əmək kitabçasında göstərilən və cavabdeh tərəfindən mübahisələndirilən dövrün mötəbərliyinin müəyyən edilməsi üçün müvafiq tədbirlər görmədən iddiaçıya imtina məktubu ünvanlamaqla kifayətlənmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh orqanın mübahisələndirdiyi xx.xx.1987- xx.xx.1991-ci il tarixləri arasındakı dövr, yəni 03 il 11 ay 20 gün iddiaçının ümumi iş stajına hesablanmasa da belə, iddiaçının qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi iş stajı mövcud olmuş olur. Belə ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 29 il 06 ay 08 gün ümumi iş stajı mövcuddur, göründüyü kimi cavabdehin mübahisələndirdiyi 03 il 11 ay 20 gün hesablanmasa da, iddiaçının ümumi iş stajı 25 ildən artıq, yəni 25 il 06 ay 18 gün təşkil edir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların azanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi,iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (29 il 06 ay 08 gün) ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə iş materiallarını, cavabdehin iddiaya dair yazılı etirazını və imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının güzəştli şərtlərlə iş stajının olması işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında olan 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi vəzifə (elektrik qaynaqçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı ilə (kod 23200000—19906) güzəştli şərtlərlə pensiya hüququ verir. Həmçinin, iş materiallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2-1(85)-1749/2018 saylı qərarı ilə İddiaçı iddiası təmin edilərək, iddiaçının 14 yanvar 1992-cü il tarixdən 28 oktyabr 2005-ci il tarixədək 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı işlədiyi müddətin əmək stajı kimi müəyyən edilməklə sığorta stajına daxil edilməsi öhdəliyninin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli 2-1(105)-560/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin apelyasiya şikayətinin təmin edilməməsi; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli 2-1(102)-511/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməməsi; Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Beləliklə, cavabdeh orqanın mübahisələndirdiyi dövr nəzərə alınmasa da belə, iddiaçının 12 il 6 aydan artıq (13 il 09 ay 14 gün) güzəştli şərtlərlə iş stajı mövcuddur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda əl ilə qaynaq aparan elektrik qaynaqçıları göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti, yəni işlədiyi işin güzəştli olmasını dəqiq və birmənalı olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürən müəyyən edir. İş materiallarından görünür ki, 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin Arayışında iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş Siyahısında göstərilən 23200000— 19906 koda əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (29 il 06 ay 08 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (13 il 09 ay 14 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2012-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş satajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, xx.xx.1987ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya xx.xx.2012-ci il (57 yaşdan) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya xx.xx.2012-ci il (57 yaşdan) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-738/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-738/2020
05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver