Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-738/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X22 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili XN, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, N nömrəli hərbi hissəyə və N nömrəli hərbi hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, N nömrəli hərbi hissəyə və N nömrəli hərbi hissəyə qarşı N nömrəli hərbi hissə komandiri tərəfindən qəbul edilmiş xx.xx.N1-ci il tarixli, 09 əç nömrəli əmrin və N nömrəli hərbi hissə komandiri tərəfindən qəbul edilmiş xx.xx.N1-ci il tarixli 62 nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa olması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı hərbi qulluqçu çavuş olaraq, N nömrəli hərbi hissənin rabitə bölüyünün telefon tağımının telefon manqasının telefonçusu vəzifəsində işləmişdir. N və N nömrəli hərbi hissə komandirləri barəsində qanunsuz əmrlər qəbul edib, onu əsassız olaraq işdən çıxarmışlar. N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 09 əç nömrəli əmri ilə işlərini və vəzifəsini təhvil verməsi əmr edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 62 nömrəli əmrindən çıxarışla xx.xx.N1-ci il tarixindən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması əmr edilmişdir. Barəsində bu cür əsassız əmrlərin qəbul edilməsində məqsəd, ona qarşı törədilən zorlama cinayətini ört-basdır etmək və cinayət məsuliyyətindən yayınmaqdır. Beləki, Laçın rayonu, Qaraqışlaq kəndi ərazisində xidmətdə olduğu zaman kəşfiyyat komandiri Məmməd Zeynalov tərəfindən ona qarşı zorlama cinayəti törədilmişdir. Ona qarşı zorlama cinayətinin tərədilməsi faktı üzrə hərbi hissə komandılığına şikayət etmişdir. Hərbi hissədən onu qospitala göndərmişlər və həmin qospitalda ondan qan analizi almışlar. Faktiki olaraq Məmməd Zeynalov tərəfindən ona qarşı törədilən zorlama cinayətinin məsuliyyətindən yayınmaqdan ötrü əsassız olaraq, qanında guya narkotik çıxdığını bəhanə edib onu işdən azad edəcəklərini bildirmişlər. Bununla belə o, həmçinin Müasir Diaqnostika klinikasında da, qan analizi vermiş və analizin nəticələrinə əsasən qanında heç bir narkotik maddə aşkar edilməmişdir. Hərbi hissə komandanlığı ona qarşı törədilən cinayətdən yayınmaq üçün, hərbi hissəyə aid hərbi həkimlərə təsir edərək barəsində saxta və uydurma rəy hazırlamaqla cinayəti ört-basdır etməyə çalışırlar. Həmin əsassız rəyə əsasən guya ona qarşı zorlama törədilməmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə əsasən Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər 4 ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə - əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın - hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabitheyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 146-cı maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial- iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. xx.xx.N1-ci il tarixli əmrdə qeyd edilir ki, guya o, xidməti uyğunsuzluğa görə işdən azad edilir. Hesab edir ki, bu əsassız yanaşmadır. Ona görə ki, hərbi xidmət keçdiyi müddət ərzində onun hərbi xidməti ilə bağlı uyğunsuzluğu təsdiq edən heç bir əsaslı fakt aşkar edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, N nömrəli hərbi hissənin komandirinin xx.xx.N1-ci il tarixli 182 nömrəli təliqəsinə əsasən iddiaçı qan və sidik nümunələrində narkotik tərkibli və ya psixotrop vasitələrin olub-olmamasının təyini üçün Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində müayinələr aparılmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli, 182 №-li təliqəsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin məhkəmə- kimya bölməsinin kimyaçı eksperti, iş təcrübəsi 2018-ci ildən olan Vəfa Qarayeva tərəfindən xx.xx.N1-ci ildə müayinə olunmuş, ondan götürülmüş qan və sidik nümuələri tədqiq edilmişdir. 4/K №-li maddi sübutlarının tədqiqatı aktında göstərilir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu MAHHXHQ çavuş İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izləri (qalıqları) aşkar olunmuşdur. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir Göstərilənlərə əsasən, N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış və iddaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan başqa bildirmək istəyir ki, qeyd olunan aktda “aşkarlanan bu preparatlar Çətənə (kannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir”. Təbii mənşəli olduğundan həmin peraparatın müxtəlif növ dərman preparatlarının və bəzi qida məhsullarının qəbulu nəticəsində yaranması mümkün deyildir. İddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının əsasında ondan götürülmüş qan və sidik nümunəsində narkotik maddələrin aşkarlanması olmuşdur. O, narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətdə də, saxlanıla bilməzdi. Müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi iddiaçının xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırmış, komandanlıq vəsatətlə razılaşaraq N nömrəli hərbi hissə komandirinə təqdimat vermiş, N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İnzibati akt qəbul edildikdən sonra iddiaçı söhbətləşmədən imtina etmiş və hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa, İddiaçı xidməti xasiyyətnaməsində sonuncunun xidmət etdiyi müddətdə öz vəzifə borcunu bilməməsi, xidməti vəzifələrini yerinə yetirməkdə çətinlik çəkməsi, komandirlərə və rəislərə hörmət göstərməməsi öz əksini tapmışdır. Hərbi xidmətə daxil olmanın, eləcə də hərbi xidmətdən buraxılmanın halları və qaydalarına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 nömrəli 2 fevral 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” ilə tənzimlənir. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41, 41.0.6-cı, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “e” bəndində nəzərdə tutulmuşdur. Komandanlıq iddiaçı ilə xidməti münasibətlərə xitam verərkən qeyd edilən qanunvericilik aktlarının tələblərinə riayət etmişdir. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma hərbi qulluqçunun hərbi intizamı ciddi pozması, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşması, öz üzərində çalışmaması, tabeliyində olanlara qarşı tələbkar olmaması və sair hallarda ola bilər. Belə hallar müxtəlif üsullarla aşkarlana bilər. Belə halların aşkarlanmasından sonra hərbi qulluqçunun iki ay xidmətdə saxlanması hərbi xidmətin mənafelərinə uyğun deyildir. Azərbaycan Respublikası Silahlı X1 qeyd olunur ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətliolmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. İddiaçı hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılmamışdır. “Hərbi xidmətkeçmə haqında” Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilirlər. Qanunverici “bir qayda olaraq” ifadəsindən məqsədli istifadə etmişdir. Həqiqi hərbi ximdətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında iki ay qalmış xəbərdar etmə əsasən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçulara münasibətdə tətbiq edilir. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılan hərbi qulluqçulara münasibətdə bu qaydaya əməl olunmaya bilər. “Hərbi xidmətkeçmə haqında” Əsasnamənin 162-ci maddəsində də göstərilir ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Azərbaycan Respublikası Silahlı X1 qeyd olunur ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmlərdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında ( bu Əsasnamənin 156-cı 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişikliyə yol verilimir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158- ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: Maddə N vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları gündən bu statusu itirirlər; Maddə 4 hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda o cümlədən. döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar; Maddə N0.1 hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər; Maddə N0.N qeyri-hərbi cinayətlərin törədilməsinə görə hərbi qulluqçular ümumi əsaslarla cinayət məsuliyyəti daşyırlar. Müəyyən edilmiş hərbi xidmət qaydasına qarşı cinayət törədilməsinə görə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hərbi cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar. Maddə N1 hərbi qulluqçular barəsində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-48-ci maddələrinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli, ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, ağlabatan təşəbbüslər göstərməli, hərbi xidmətinin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli, öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli, tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli, tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalı, şəxsi heyətin döyüş və ictimai siyasi hazırlığına bilavasitə rəhbərlik etməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli, 62 əmrindən çıxarışdan görünür ki, qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızı, N nömrəli hərbi hissənin rabitə bölüyünün telefon taqımının telefon manqasının telefonçusu, N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 09 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N mart N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsinə göndərilməsi, qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızının Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən N1-ci il üçün nəzərdə tutulmuş yanvar-fevral ayları üçün nəzərdə tutulmuş birdəflik pul mükafatını almağa layiq olmaması, qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızına ehtiyata buraxılması ilə əlaqədar olaraq 1.2 aylıq maaş miqdarında birfədəlik pul müavinətinin veirlməsi, qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızına N1-ci ili üçün nəzərdə tutulmuş maddi və məzuniyyət pulu ödənilməsi barədə əmr verilmişdir. Əmrin verilməsinə əsas kimi, N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli, 09 əç nömrəli əmrindən çıxarış göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzi tərəfindən 27 aprel N1-ci il tarixdə verilmiş 672 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” aktın surətidnən görünür ki, İddiaçı Bəhram qızından 27 aprel N1-ci il tarixdə götürülmüş qan və sidik nümunələrinin tərkibində ekspres test üsulu ilə yoxlama zamanı narkotik vasitə olan opvidlərin qəbul faktı aşkarlanmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.N1-ci il tarixli, 27N7 nömrəli məktubla təqdim edilmiş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması barədə əmrin verilməsinə əsas olmuş sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: - Məhkəmə Tibbi Ekspertiza və X10 tərəfindən xx.xx.N1-ci il tarixli, 11N nömrəli məktubla 4/k saylı, xx.xx.N1-ci il tarixli məhkəmə-kimyəvi müayinə aktı göndərilmiş, həmin akta əsasən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin komandiri polkovnik Məhərrəm Həsənovun xx.xx.N1-ci il tarixli, 182 nömrəli təliqəsinə əsasən xx.xx.N1-ci il tarixdə müayinə başlamış, xx.xx.N1-ci il tarixə müayinə bitmişdir. Maddi sübut olaraq, N nörməli hərbi hissənin hərbi qulluqçusu QHQ çavuş İddiaçı Bəhram qızından götürülmüş qan və sidik nümunələri tədqiq olunmuş, aparılmış tədqiqatın nəticələrinə əsasən İddiaçı Bəhramm qızından götürülmüş qan və sidik nümunələrinin Kütlə spektrometriyalı qan xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq, məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan və sidik nümunələrinin tərkibində Kannabionidlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izləri (qalıqları) aşkar olunmuşdur. - N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş 09 fevral N1-ci il tarixli, xx.xx.N1-ci il tarixli akta əsasən komissiyanın sədri şəxsi heyətin uçotu bölmə rəisinin köməkçisi baş leytenant X17, komissiyanını üzvləri: şəxsi heyətin uçotu bölməsinin kargüzar-operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6, nizami hissənin kargüzaroperatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X8 və şahid rabitə bölüyünün komandiri kapitan X2, bu aktı tərtib etmişlər ki, 11N nömrəli xx.xx.N1-ci il tarixli məktuba əsasən rabitə bölüyünün qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızının xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılması üçün sənədləri hazırlanmış, lakin söhbətləşmədən imtina etmişdir, hərbi hissəni özbaşına tərk etmişdir. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən qadın hərbi qulluqçu çavuş İddiaçı Bəhram qızı xidmət etdiyi müddət ərzində, komandir və rəislər tərəfindən ona verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirməkdə çətinlik çəkir. Nizam-intizam qaydalarını pozmağa meyilli, işgüzar qabiliyyəti aşağıdır. O, öz silahını, hərbi geyimini təmiz saxlayır, hərbi əmlakdan düzgün istifadə edir. Nizamnamə qaydalarını bilir ancaq əməl etmir. Kollektivdə öz yoldaşları arasında özünə məxsus hörmət qazanmışdır. Tənqidi başa düşüb düzgün nəticə çıxarmaqda çətinlik çəkir. Fiziki hazırlıq və kütləvi idman tədbirlərində müntəzəm iştirak edir lakin fərdi nəticələri qeyri-kafi qiymətləndirilir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli təqdimatına əsasən, “qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızının N nömrəli hərbi hissənin rabitə bölüyünün telefon taqımının telefon manqasının telefonçusu, xx.xx.N0-ci il tarixdən “əsgər” xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması üçün təqdimat təqdim olunmuş, təqdimatın əsaslandırılması olaraq göstərilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq təqdim olunur. Qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızı, xx.xx.N0-ci il tarixdən N nömrəli hərbi hissənin rabitə bölüyünün telefon taqımının telefon manqasının telefonçusu vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü nizam intizamlı, bacarıqlı, təcrübəli, savadlı, işgüzar bir hərbi qulluqçu kimi göstərə bilməmişdir. Bundan başqa qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızı öz şəxsi nizam-intizamı, qeyri dürüstlüyü və xidməti yerində hərbi qulluqçuya yaraşmayan hərəkətlər etməklə digər hərbi qulluqçulardan mənfi xüsusiyyətləri ilə fərqlənmişdir. Dəfərlərlə onunla söhbət aparılmasına və intizam qaydasında cəzalandırılmasına baxmayaraq xidmətində dönüş yaratmamışdır. Bu da hərbi qulluqçular arasında müəyyən mənfi fikirlərin oyanmasına və xidmətə biganə münasibət bəsləmələrinə gətirib çıxara biiər. Yuxarıda göstərilənlər və qadın hərbi qulluqçusu çavuş İddiaçı Bəhram qızının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətini davam etdirməsi zəruriyyəti olmadığını göstərir və onun perespektivsiz bir hərbi qulluqçu olduğunu nəzərə alaraq ordu sıralarında xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını məqsədəuyğun hesab edir. Özünü sağlam hiss edir, hərbi həkim komissiyasına göndərilməsinə ehtiyac duyulmur. Ehtiyata buraxıldıqdan sonra qeydiyyata durmaq üçün sənədləri SHXÇDX-nin Abşeron rayon şöbəsinə göndəriləcək. Xidmət etdiyi müddət ərzində yaşayış sahəsi ilə təmin olunmamışdır. Fiziki cəhətdən sağlamdır. Çəkisi 75 kq, boyu 165 sm. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-ci bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən vəsatət qaldırılmışdır. - İddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinə verilmiş izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, faktla bağlı onu deyə bilər ki, xx.xx.N1-ci il tarixdə qandan və sidikdən verdiyi analizlərin cavabına irad olaraq bildirir ki, narkotik vasitələrin heç bir vasitəsindən istifadə etməmiş və sadəcə olaraq qeyd edir ki, sinirləri ilə bağlı BKQH-də orada yazılan həkim tərəfindən həb-dərmanların tərkibi sakitləşdirici-narkotik vasitənin olduğunu bilir və nəzərə çatdırır ki, həkimin yazdığı xəstəxanadan çıxarışda da, qeyd olunub. O, xx.xx.N1-ci il tarixdə N nömrəli hərbi hissədə verdiyi analizlərin doğru olmadığını bildirir, çünki, onun analizi N nömrəli xəstəxanadan götürülüb. Tibbi Ekspertə apardığına, yəni, o, özü tibb ekspertədə analizi verməmiş və o, yanvar ayında o, yenidən vermişdir. Sağlam ailədə analizinin cavabı neqativ çıxmışdır. Heç vaxt narkotik vasitə qəbul etməmişdir. İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin icraatında olmuş 04/24-C nömrəli material üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət edən qadın hərbi qulluqçu İddiaçı Bəhram qızı müraciətində Laçın rayonunun Qarıqışlaq kəndində N nömrəli hərbi hissədə xidmətdə olan zaman N yüksək rütbəli zabit tərəfindən seksual xarakterli zorakı hərəkətlərə məruz qaldığını bildirmiş, qeyd olunan müraciət əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinə 18 yanvar N0-ci il tarixdə “Cinayətlər haqqında məlumatların qeydiyyatı kitabı”-da 04/24-C nömrə altında qeydiyyata alınaraq icraatına alınmaqla araşdırılmış, araşdırma nəticəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin, kəşfiyyat şöbəsinin rəisi, polkovnik X7 X1N ilə zorla cinsi əlaqədə olması xüsusatı üzrə M.V.Zeynalovun əməlində Azərbaycan Respublikası CM-nin 149 və 150-ci maddələrinin tərkibi mövcud olmadığına görə Azərbaycan Respublikası CPM-nin N9.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə işin halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia ərizəsinə mübahisəli əmrin ləğv edilməsinə əsas kimi, ona qarşı törədilmiş zorlama faktının ört basdır edilməsinə və onun narkotik vasitə qəbul etməsinə dair saxta və uydurma rəy alınmasına istinad etmişdir. Məhkəmə iddiaçının həmin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında zorlama faktı ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin icraatında olmuş 04/24-C nömrəli material üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı mövcuddur ki, həmin qərarda zorlama faktı ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, bu isə özlüyündə iddiaçının hazırki iddia tələbindəki əmrin ləğv edilməsi üçün göstərilmiş əsas kimi dəlilinin əsassız olmasını sübut edir. İddiaçının digər dəlili isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X10 tərəfindən verilmiş rəyin saxta və uydurma olmasıdır ki, iş materiallarında həmin rəyin əsassız hesab edilməsinə dəlalət edəcək hər hansı bir sübut yoxdur. Belə ki, iddiaçı sadəcə olaraq, X11 tərəfindən verilmiş laboratoriya test nəticələrini və mübahisəli rəyin verilməsindən N aydan çox müddət keçdikdən sonra Narkoloji Mərkəzdə verilmiş müayinə aktını əlavə etmişdir ki, həmin laboratoriya nəticəsi və Narkoloji Mərkəz tərəfindən verilmiş akt özlüyündə Məhkəmə Tibbi Ekspertizası və X10 tərəfindən verilmiş rəyin əsassız sayılması üçün sübut qismində qiymətləndirilə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən Məhkəmə Tibbi Ekspertizası və X4 sözügedən rəyinin mötəbər sayılmasına səbəb ola biləcək digər hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillərdən əlavə, işin halları məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, araşdırılma nəticəsində əmrin qəbul edilməsi zamanı aparılmış icraat nəticəsində (iş materiallarında olan iddiaçı barəsində verilmiş xidməti xasiyyətnamə, akt, rəy, təqdimat və s. əsasən) “Hərbi vəzifə və hərbi xidmət haqqına” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və əmək qanunvericiliyinin normalarının pozulması halı müəyyən edilməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa əsasən) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında ( bu Əsasnamənin 156-cı 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişikliyə yol verilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158- ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişikliyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun N0 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin N-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 9N). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 7N, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N0 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-738/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-738/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver