Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-738/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi rayon İcra şöbəsinə qarşı “24926 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti İddiaçı cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “24926 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı DƏK tərəfindən xx.xx.1999-cu ildə verilmiş şəhadətnaməyə əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m olan qeyri-yaşayış sahəsi Nəsimi rayon Məhkəməsinin qətnaməsi içra edilərkən, Nəsimi rayonu İcra Şöbəsinin məmuru kapitan Kənan Əzizov həmin 6 kv.m olan qeyri-yaşayış sahəsini qəsdən sökmüşdür. Əmlakın sökülməsi ilə mən sahibkarlıq fəaliyyətimdən məhrum olmuşdur. Əmlakın bazar qiyməti "xxxx" MMC tərəfindən təqdim olunmuş uni/m01-028/19 saylı 05 mart 2019-cu il tarixli hesabata əsasən 12000 manat dəyərləndirilmişdir. Sahibkarlıq fəadiyyətindən məhrum olduğundan ona dəymiş ziyanı aşağıda göstərilən hesabatla dəyərləndirir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin verdiyi xx.xx.2016-cı il tarixli **********950900 saylı «Ödənilmiiş vergilər haqqında» arayışa əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində 2155,79 manat məbləğində vergi dövlət büdcəsinə ödənilmişdir.Nəzərə alsaq ki, sadələşmiş vergi dövriyyənin məbləğindən 4% tutulur. Onda xx.xx.2010-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək dövriyyənin ümumi məbləği aşağıdakı kimi tapılır. 2155,76 manat-4% X (dövriyyə) manat - 100 % Onda X dövriyyə = 2155,76 X 100% = 53894,75 manat olur. 4 % 1 il üçün dövriyyə 53894,75:6=8982,435 manat olur. 4 il üçün dövriyyə 8982,45x4 =35929,83 manat olur. xırdavat dükanları üçün pərakəndə satış üzrə gəlir dövriyyə məbləğinin (25-30 )%-ni təşkil edir, onda 35929,83 manat x0,25 %= 8982,25 manat gəlir olur. 4%-ni sadələşmiş vergiyə dövlət büdcəsinə ödənilir. 8982,25x 0,04 %=359,29 manat. Xalis gəliri tapmaq üçün 8982,25 manatdan bütün xərcləri (Vergi pulu,işıq pulu, əmlak pulu, kommunal xərcləri) çıxılmalıdır. Vergi pulu 359,29 manat. İşıq pulu üçün 1 ayda 16 manat, 1 ildə 16x12=192 manat olub. Kommunal xərcləri (məişət tullantıları) 1 ayda 6 manat, 1 ildə 6x12= 72 manat olur. Əmlak vergisi (Nəsimi bələdiyyəsi) 1 ildə 25 manat olur. ildə xərclər 359,29 +192+72+25= 648,29 manat olur. xx.xx.2016-cı ildən fəaliyyətimi dayandırmışam, onda xx.xx.2012-ci ildən xx.xx.2016cı il tarixinədək 4 il üçün xərclər 4x648,29 man=2593,16 manat olur, onda 4 il üçün xalis gəlir 8982,25-2593,16=6389,09 olar. Onda 1 ay üçün xalis gəliri belə tapır: 4 il 48 ay olduğundan, 1 ayda xalis gəlir 6389,09: 48= 133,1 manat təşkil edir,onda xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilə kimi 8 il olduğundan, 8 il x12=96 ay olur ki, xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilə kimi sahibkarlıq fəaliyyətindən ona dəymiş maddi ziyan 96 ay x 133,1 manat =12925,6 manat olmuşdur. Əmlakın bazar qiyməti 12 000 manatdır, onda mənə dəymiş maddi ziyan 12000+12925,6 = 24925,6 manat olacaq. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxmışdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi B.B.Nuruzadə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İİİ. Tədqiq edilmiş sənədlər "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m., tikinti altı sahəsi 10,6 kv.m. olmuş və 2013-cü ilin iyun ayında ərazidə sökülmüş daşınmaz əmlakın (18 nömrəli televizor təmiri emalatxanasının) 05 mart 2019-cu il tarixə bazar dəyəri 12.000 manat təşkil edib. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 04 fevral 1999-cu il tarixli şəhadətnaməsinə əsasən ünvan 4 ünvanda pilləkən qəfəsliyində yerləşən ümumi sahəsi 6 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı sahiblik hüququ təsdiqlənmişdir. İddiaçının cavabehə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən ona dəymiş maddi ziyanın ödənilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı əlavə sübut qismində xx.xx.1998-ci il tarixli texniki pasportun, kommunal ödənişləri təsdiq edən qəbzlərin, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərlinə, Nəsimi rayon MKTB-yə və Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizələrinin, fotoşəkillərin surətlərini məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə 4631 nömrəli xx.xx.2013-cü il tarixdə başlanılmış icra işində olan sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-598/2012 saylı 24 may 2012-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər İddiaçı, X8, maraqlı şəxs X2 qarşı bloka girişin açılması, qanunsuz tikilinin sökülməsi və blokdan istifadə edilməsi üçün bütün manelərin aradan qaldırılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq qət etdi : - Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı binanın C.Hacıbəyli küçəsində olan blokun küçə və həyət tərəfdən giriş hissələrində İddiaçı və X8 tərəfindən əlavə tikinti kimi inşa edilmiş mağaza, dəhliz, hamam-ayaqyolu, eləcə də 1-ci və 2-ci mərtəbələr səviyyəsində dəmir-beton tavan quraşdırılmış tikililər sökülsün və binanın bloka girişi açılmaqla həmin blokdan istifadə edilməsi üçün maneələr aradan qaldırılsın. - İddiaçı və X8, X4, X9 və X5 Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı binanın C.Hacıbəyli küçəsindən olan blokun küçə və həyət tərəfdən giriş hissələrindəki əlavə tikilidən çıxarılsınlar. - İddiaçı və X8, X4, X9, X3 müştərək qaydada ödənilmiş 4 (dörd) manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. -Qətnamə qanuni qüvvəsini 12 noyabr 2012-ci il tarixdə almışdır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci bəndinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə görə icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.. Həmin Qanunun 6.1-ci maddəsinə görə, aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları;məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi;xarici və yerli arbitraj məhkəmələrinin qərarları; Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 7.2. Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. “İcra məmurları haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən, İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; İşin faktiki hallarına əsasən, İddiaçı 22 yanvar 1994-cü il tarixdə keçirilmiş auksionda Kaveroçkin küçəsi 21 ünvanda yerləşən “Balaton” TTM-in sahəsi 6,0 kv.m olan 18 nömrəli radio-televizor təmiri emalatxanasını satın almışdır. Həmin qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nəsimi rayon 2(006)-598/2012 saylı 24 may 2012-ci il tarixli qətnaməsinin icrası təmin edilərək sökülmüşdür. İddiaçı hazırda ona mülkiyyət hüququ ilə məxsus olan əmlakın cavabdeh Nəsimi rayon İcra Şöbəsi tərəfindən sökülməsinə görə ona vurulmuş maddi ziyanının əvəzinin ödənilməsini tələb edir. Lakin iddiaçı dəymiş maddi zərərin tutulmasını xahiş etsə də, ona məxsus əmlakın sökülməsinin cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsini sübut etməmişdir. Belə ki, iş materialları ilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının qeyd edilən ziyana məruz qalması, qanunsuz hərəkət ( mağazanın sökülməsi) ilə maddi zərərin arasında səbəbli əlaqənin olması təsdiq edilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ziyanın vurulmasına dair sübutları və ya belə sübutların mövcud olması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. İş materiallarından da görünür ki, cavabdeh Nəsimi rayon İcra şöbəsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)598/212 saylı 24 may 2012-ci il tarixli məhkəmə qətnaməsini icra etmiş və həmin qətnamədə Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı binanın C.Hacıbəyli küçəsində olan blokun küçə və həyət tərəfdən giriş hissələrində İddiaçı məxsus mağazanın sökülməsi qət edilmişdir. İddiaçı cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilərkən ona məxsus əmlakı yanlışlıqla söküldüyünü göstərsə də, yanlışlığın nədən ibarət olmasını izah edə bilməmişdir. Məhkəmə tərəfindən araşdırılma zamanı iddiaçıya münasibətdə sözügedən məhkəmə qətnaməsi icra edilərkən yanlışlığa yol verilməsi halı müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsin əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11-ci maddəsində göstərilmişdir : "11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” Həmin Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci madəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Nəsimi rayon İcra şöbəsinə qarşı “24926 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-738/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-738/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver