Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7383/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 ******* nömrəli forma 27də göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2014-2016-cı illərdə hərbi xidmətə getmiş, Aprel döyüşlərində və İİ Qarabağ müharibəsində iştirak etmiş, gedən döyüşlərdə yaralanmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində “Sağ baldır və budun qəlpə yaralanması”,Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi”, diaqnozu Neftçala Rayon Mərkəzi Xəstəxanasının ******* nömrəli forma 27-də göstərilən digər diaqnozlar təyin edilmişdir. O həmin tarixdən özünü narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr alımışdır. Bu zaman bir sıra müalicələr də alımış, bundan sonra yenidən ağrıları başlamışdır. Neftçala Rayon Mərkəzi Xəstaxanası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 27) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona xx.xx.2023-cü il tarixli imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, ona təyin olunan baş beyin xəstəliyi, travmasıvə disfunksiyası nəticəsində yaranan digər üzvi şəxsiyyət və davranış pozuntuları əks etdirmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X7 və X8 izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2022-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi-emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ budun və baldırın kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli"nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasım Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; - xx.xx.2021-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı, xx.xx.1996-cı il təvəllüdlü, xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən). xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyyata tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə 26 saylı ŞP-na müraciət etmiş və Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (baş beyin silkələnməsi nəticəsində) emosional-labil şəxsiyyət pozuntusu" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 10927/21 nömrəli çıxarış epikrizi). MN BKH-nın nevroloqu ilə konsultasiya olunmuşdur; - Lənkəran rayon Mərkəzi Xəstəxanasının xəstənin ambulator, stasionar tibbi kartasından xx.xx.2020-ci il tarixli 4373 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə barotravmadan sonrakı vəziyyət diaqnozu ilə stasionara daxil olmuş, xx.xx.2020-ci il tarixdə çıxmışdır, xəstə evə yazılarkən ümumi vəziyyəti kafi olmuşdur; - xx.xx.2020-ci il tarixli travma haqqında arayışın surətindəm görünür ki, xx.xx.1996cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən “Sağ budun və baldırın qalpə yaralanması” diaqnozu ilə xəsarət almışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1854 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur; - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-24403/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 665 nömrəli şəhadətnaməsi və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əlilliyin qiymətləndirilməsindən narazı olan vətəndaş qərardada uyğun olaraq xx.xx.2023-cü il tarixiə mütəxəssislərin iştirakı ilə yenidən Agentlikdə müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş, sənədlərdən görünür ki, ehtiyatda olan əsgər (atıcı) İddiaçı SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən xx.xx.2020-ciil tarixdə hərbi xidmətə çağırılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respubljasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən mərmi partlayışı nəticəsində “Sağ baldır və budun qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım olduqdan sonra Fizuli rayon Mərkəzi Xəstəxanasına 2-3 gün, oradan da X6 göndərilmişdir. Neftçala rayon Mərkəzi Xəstəxanasının “Ambulator, kitabçasısından(xəstəlik tarixindən) çıxarışın surətində iddiaçı barəsində xx.xx.2020-ci il tarixdə əsas xəstəlik “Qapalı kəllə beyin travması. Beyin silkələnməsi” diaqnozu təyin edilərək, xəstəni Lənkəran Mərkəzi Hərbi Hospitalına göndərilməsi tövsiyyə edilmişdir. Lənkəran rayon Mərkəzi Xəstəxanasının “Xəstənin ambulator, stasionar tibbi kartasından” Çıxarışında İddiaçı xx.xx.2020-ci il tarixdə barotravmadan sonrakı vəziyyət diaqnozu ilə stasionara daxil olduğu və xx.xx.2020-ci il tarixdə stasionardan çıxarılaraq evə göndərilmiş, evə göndərilərkən ümumi vəziyyəti kafi olmuşdur. SHXÇDX-nin Bakı şəhəri Nizami Rayon İdarəs tərəfindən xx.xx.20220-ci il tarixdə hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi tərəfindən hərbi həkim komissiayasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə 26 saylı ŞPna müraciət etmiş və Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2021xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (baş beyin silkələnməsi nəticəsində) emosional-labil şəxsiyyət pozuntusu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. (əsas: 10927/21 nömrəli çıxarış epikrizi). MN BKH-nın nevroloqu ilə konsultasiya olunmuşdur. xx.xx.2022-ci il tarixli 665 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR” şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-178/2023-cü il tarixli qərarı ilə Bakı şəhər sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAFTZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 665 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş- beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Saq budun və baldırın kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 5328/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 6933/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından, zəif eşitmədən şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Verilən sualları qısa əsəbi cavablandırmış, əhvalının dəyişkən olması, emosional labillik, davranışı qeyriadekvat olduğu müşahidə edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, psixopatabənzər davranış pozuntuları və şəxsiyyətin spesifik cizgilərinin qabarması" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər və davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçı TSEK-ə əlillik təyin edilməsi ilə bağlı müraciət etmiş, xx.xx.2023-cü il tarixdə çap olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininın Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatınından görünür ki, iddiaçı barədə diaqnoz (diaqnoz üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi hallyusinoz. Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan diğər üzvü mənşəli şəxsiyyət və davranış pozuntuları) əlillik əlaməti təyin etmədi səbəbi ilə imtina edilmişdir. İddiaçı, bu səbəbdən məhkəməyə müraciət edərək, X3 ******* nömrəli forma 27-də göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə 2-1(112)-7383/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert qarşısında İddiaçı xəstəlik diaqnozu (DTSERA-nın həkimlərinin iştirakı olmadan) müəyyən edilməsi və barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılmasının ekspertin səlahiyyətinə (sərəncamına) buraxılması ilə bağlı olaraq sual qoymuşdur. Məhkəmə-tibbi ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9”nin ekspertlərinə həvalə edimiş və bu məqsədlə iş materialları həmin quruma təqdim olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının keçirilməsi ilə bağlı olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9”nin T378/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Astiqmatizm.” diaqnoz şəxsin anamnestik, psixi status və laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-24403/2023 nömrəli “Vətəndaşın əyani müayinə olunması haqqında” məktubunda qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 665 nömrəli şəhadətnaməsi və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əlilliyin qiymətləndirilməsindən narazı olan vətəndaş qərardada uyğun olaraq xx.xx.2023-cü il tarixiə mütəxəssislərin iştirakı ilə yenidən Agentlikdə müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinəgöndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsinəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) təsdiq edir.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Mülki Prosessusal Məcəllənin 217.2-cimaddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçının xəstəliyinin xx.xx.2002-ci il tarixində qiymətləndirildiyi üçün həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” tətbiq edilməlidir. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizanın keçirilməsi tibbi-sosial ekspert komissiyaların səlahiyyətinə aid edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın özünün qiymətləndirmə azadlığından irəli gələrək səlahiyyətinin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi qiymətləndirmə azadlığı əsasında qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətini özünün qiymətləndirməsi ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətlərini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (əlillik vəziyyəti ilə bağlı qiymətləndirilmə aparılması və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etməsi) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əyani müayinə olunduqda belə ona qoyulmuş xəstəlik diaqnozu, eyni zamanda ekspert rəyində öz təsdiqini tapmış xəstəlik diaqnozu (Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Astiqmatizm.”) qüvvədə olan meyarlarda göstərilsə də belə cavabdeh inzibati orqan tərəfindən müvafiq qiymətləndirmə aparılaraq, iddiaçının xəstəlik diaqnozu müəyyən edilərkən onun aidiyyəti üzrə (MRT, EEQ, EMQ kimi) aparatlardan yoxlanılmadan keçrilmədiyi və müvafiq qanuvericiliyin tələblərinə uyğun olaraq nəzərədə tutulmuş müddətdə və qaydada ambulator və ya stasionar müalicədə olmadığı müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən əsaslı və qanuni olaraq əlilliyin təyin olunmasından imtina edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırılmaqla “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na uyğun olaraq iddiaçının barəsində aidiyyəti səhiyyə müəssisəsi tərəfindən göndəriş müvafiq olaraq yenidən təqdim oluna bilər. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən yenidən imtina verildikdə yeni əsas üzrə iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ istisna edilmir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı X3 ******* nömrəli forma 27-də göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasınına dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev