Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7383/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşının kifayət etdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-ci il tarixdə doğulmuş və əmək fəaliyyətini Bakı Şüşə Zavodunda başlamışdır. Belə ki, xx.xx.1977-ci il tarixdən Bakı Şüşə zavodunun 3 saylı Sexində 3-cü dərəcəli nəqliyyatçı peşəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə həmin sexdə cilalayıcı köməkçisi təyin edilmişdir. xx.xx.1977-ci il tarixdə 1 №-li şüşə qabları sexinə cilalayıcı köməkçisi, xx.xx.1977-ci ildə 3-cü dərəcəli cilalayıcı, xx.xx.1978-ci ildə 3 №-li sexində tənzimləyici, xx.xx.1978-ci ildə işdən azad olunmuşdur. xx.xx.1978-ci ildə Astara rayon Ekspedisiya Dəstəsi Bakı zavodu “VM-Krab-20” usta köməkçisi, xx.xx.1978-ci ildə Bakı zavodu Astra rayon Ekspedisiya VRD-349 2-ci dərəcəli usta vəzifəsində, xx.xx.1978- ci ildə işdən azad olunmuşdur. xx.xx.1978-ci ildən X7 İdarəsində 2-ci dərəcəli matros təyin edilmiş, xx.xx.1979-cu ildə “Abşeron-2” d/i 1-ci dərəcəli motrosçu-matros qəbul edilmiş, xx.xx.1979-cu il tarixində “Abşeron-2” d/i 1-ci motros vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu il tarixində işdən azad olunmuşdur. xx.xx.1979-cu il tarixində Bakı Dəniz Məktəbi Gəmiçilik ixtisası üzrə 2-ci kurs kursantı qəbul edilib, xx.xx.1983-cü il tarixində Gəmiçilik ixtisası üzrə tam kurs keçmiş və X2 işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə X3 Bakı İdarəsinə “Hövsan” reyes kapitanı 2-ci köməkçisi qəbul edilib. xx.xx.1983-cü ildə “Lənkaran” reysinə matros keçirilmiş, xx.xx.1983-cü ildə işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə Azərbaycan SSR MPS Xüsusi RSU 2-ci dərəcəli dəmiryollarının montyoru vəzifəsinə işə qəbul edilmiş xx.xx.1984-cü il tarixində işdən azad olunmuşdur. xx.xx.1984-cu ildə X4 1032 saylı m/k 1-ci dərəcəli matros qəbul edilib, xx.xx.1985-ci ildə 2-ci dərəcəli matros, xx.xx.1986-cı ildə 46 saylı m/k baş matros vəzifəsinə keçirilmişdir. Dəniz Nəzarəti Nazirliyinin xx.xx.1988-ci il 220 №-li əmri ilə “X4” Dəniz Donanması cənub rayon İdarəsinin adı “X6” dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə cənub ekspedisiyası dəstəsi adı ilə əvəz edilib. xx.xx.1989-cu ildə T/x PSK 173 2-ci dərəcəli matros qəbul edilib, xx.xx.1992-ci ildə T/x PSK 158 2-ci dərəcəli matros qəbul edilib, xx.xx.1995-ci ildə T/x PSK 175 2-ci dərəcəli matros qəbul edilib, xx.xx.1998-ci ildə Cənub kapitanı-4, xx.xx.2000-ci ildə p/m 674 кар. Böyük köməkçi, xx.xx.2005-ci ildə Ağdərə-6 müvəqqəti kapitan, xx.xx.2007-ci ildə işdən azad olunmuşdur. Əmək kitabçasında qeydlərdən müəyyən olunur ki, fasiləsiz olaraq onun əmək stajı 29 ildən çoxdur. Azərbaycan Respublikası "xxxx" X8 Cəmiyyətinin 06 №-li xx.xx.2019-cu il tarixli arayışına əsasən 04.08.977-ci ilən xx.xx.1978-ci ilə kimi müxtəlif vəzifələrdə işlədiyini və Əmlak Komitəsinin 153 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Şüşə zavodu "xxxx" ATSC adlandırılmışdır. Azərbaycan Xəzər Dəniz Cəmiyyəti Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il 01/03-M-366/290 saylı məktubunda Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək təqaüdü hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin 2-ci yarımbəndinin “b” bəndinə uyğun olaraq dəniz və nəqliyyat gəmilərinin heyət üzvi kimi güzəştli təqaüdü almaq hüququna malik” olduğu göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Cavabdeh yazılı vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının müraciətinə məhkəmədənkar qaydada təkrar baxılmış və cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-102029/2024 nömrəli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, İddiaçıa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddaçının xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq ünvanlanmış məktubda bildirilmişdir ki, ona 363,86 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yeni pensiya kartını 15 gün sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinə şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə edə bilər. İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-M- 102029/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən ona 363,86 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (pensiya müddəti – müddətsiz, hüququn yaranma tarixi – xx.xx.2017-ci il, statusu – ödənişdə). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı vəsatətin məzmununa uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7383/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7383/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver