Məhkəmə qərarları › İş №2-1(112)-7384/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7384/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7384/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin işrirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, miras əmlakına dair şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Kontorunə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Kontorunun 10 dekabr 2019-cu il tarixli 621 saylı cavabı üzrə hərəkətin qanunsuz hesab edilməsi, vətəndaş İddiaçı Məlikməmməd Baba oğlunun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə mümkünlük iclası 19.10.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, X8 29.01.2017-ci il tarixdə vəfat etmiş X5 oğludur. Hazirda qanuni vərəsəsi olan X1 rayon Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli, 2(004)-5188/2011-saylı qətnaməsinə əsasən, qohumları X3 1948-ci ildə, X4 1947-ci ildə, X2 1941-ci ildə və Məlikməmməd Baba oğlunun 1943-cü ildə ölmələri faktı müəyyən edilmişdir. Ölüm haqqında şəhadətnamələr təqdim edilmişdir. Sadiqov Cəmilin anasinin babası olan Məlikməmməd Baba oğlunun ünvan 1 ünvaninda yerləşən mülkdə yaşayan Xırda xanıma və Xanım anaya məxsus olmuşdur. Hazirda notariatda həmin şəxslərin ölüm haqqında şəhadətnamələrini tələb edirlər. Xirda xanım Məlikməmmədin anası olmuş və Xanim ana Məlik Məmmədin isə xalası olmuşdur. Digər bir ailə üzvü isə Kamilə Məlikməmməd qızının Xədicə adlı nənəsi olmuşdur ki, həmin xanımın Məlikməmməd ilə nikahı olmuşdur. Xədicə xanımın da ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsi üçün Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. 5 saylı Notariat Kontoruna Məlik Məmmədin mülkiyyətində olmuş A.Şaiq küçəsi 132 ünvanında yerəşən mülkün ona aid hissəsinə dair 5/1 paya dair vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət edilmişdir. Lakin 5 saylı Notariat Kontorunun 10.12.2019-cu il tarixli, 621 saylı imtina məktubuna əsasən lazımı sənədlərin olmaması, qohumluq faktının və ölüm faktının müəyyən edilməməsi səbəbindən vərəsəlik şəhadətnaməsi verilməmişdir. Hazırki sənədlər müəyyən edilmiş Yasamal rayon məhkəməsinin əvvələr vermiş olduğu qətnamələr əsasən müəyyən edilmişdir. Notariat Kontorunun hazırkı hərəkəti əsassız hesab edilir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Kontorunin hərəkətlərini mübahisələndirərək İddiaçı Məlikməmməd Baba oğlunun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi hərəkətlərin qanunsuz hesab edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə olsa da, mübahisə mahiyyət baxımıdan mülki xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sözügedən Qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Belə ki, iddia ərizəsində qeyd olunanlardan müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti araşdırılarkən Məlikməmmədin mülkiyyətində olmuş A.Şaiq küçəsi 132 ünvanında yerəşən mülkün ona aid hissəsinə, 5/1 paya dair vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciətinin təmin edilməsi üçün lazımı sənədlərin təqdim edilməsi, o cümlədən qohumluq faktının və ölüm faktının müəyyən edilməsi barədə sənədlərin və hüquqmüəyyənedici sənədlərin təqdim edilməli olduğu bildirilmişdir. Hazırda iddiaçı tələbini cavabdeh tərəfindən tələb olunan sənədlərin Yasamal rayon Məhkəməsində baxılan işlər üzrə qəbul edilmiş qətnamələri əsasında müəyyən edildiyini qeyd edərək əsaslandırmağa çalışsa da, lakin buna dair müvafiq sənədləri nə cavabdehə, nə də ki, məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə o cümlədən qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulduğu müəyyən edilsə belə, hazırki tələbə inzibati icraat qaydasında baxıla bilməz. Belə ki, hazırda Mülki Prosessual Məcəllənin qüvvədə olan redaksiyasında 305.1.8-ci maddə mövcud olmasa da, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin inzibati məhkəmə icraatı qaydasında baxılmamasına dair məhkəmə hesab edir ki, hüquqi mövqe dəyişmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı ən mühüm şərt mübahisə üzrə publiklik əlamətinin mövcudluğu təşkil edir ki, hazırkı iş üzrə notariusun hərəkət və hərəkətsizliyində publiklik əlamət mövcud olmamış, əksinə münasibət mülki hüquq sahəsində yaranmışdır. Nəzərə alınmalıdır ki, notariat kontoru nəzəri baxımdan inzibati orqan kimi çıxış edsə də, hazırkı münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Beləliklə, mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar notariat hərəkətlərin aparılmasından imtina edilməsinə dair mübahisə üzrə yaranmış hüquq münasibəti publiklik əlamətlər daşımadığından, həmçinin hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Odur ki, hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Kontorunə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Kontorunun 10 dekabr 2019-cu il tarixli 621 saylı cavabı üzrə hərəkətin qanunsuz hesab edilməsi, vətəndaş İddiaçı Məlikməmməd Baba oğlunun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Kontorunə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, miras əmlakına dair şəhadətnamənin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar