Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7387/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 üzərindəki mülkiyyət hüququnun mərhum X1na məxsus olması haqqında “hüququn ölmüş şəxsə məxsus olması haqqında Təlimatda göstərilən məzmunda müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış” verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 24.01,2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı, onun vərəsəsidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Xidmətinin Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1nun adına xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanına dair texniki pasport tərtib edilsə də onun adına çıxarış verilməmişdir. X1 daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan ölmüşdür. Odur ki, mərhum ərinin adına “hüququn ölmüş şəxsə məxsus olması haqqında Təlimatda göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış” verilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə bununla əlaqədar olaraq müraciət etsə də, aradan 1 aydan çox vaxt keçməsinə baxmayaraq müraciətinə cavab verilmir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz göndərərək iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X2 müvafiq mənzil üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquq sahibi öldükdən sonra xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X8 və X5, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə İddiaçı Mnurad qızının (hər birində 1/3 hissədə) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış hazırlanmışdır. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələ müzakirə edildi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddiaçının hazırkı tələbi ünvan 1 üzərindəki mülkiyyət hüququnun mərhum X1na məxsus olması haqqında arayışın verilməsi barədədir. Cavabdeh isə etirazında hüquq sahibi öldükdən sonra xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X8 və X5, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə İddiaçı Mnurad qızının (hər birində 1/3 hissədə) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış hazırlandığına istinad edirək iddia tələbinin mümkün hesab edilməməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsinə yönəlmişdir. Lakin cavabdeh etirazında xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə İddiaçı Mnurad qızının (hər birində 1/3 hissədə) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış hazırlandığını bildirir. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etmədən əvvəl tərəflər arasında mübahisə həllini artıq tapdığından, yəni ünvan 1 üzərindəki mülkiyyət hüququnun mərhum X1na məxsus olması haqqında arayış verildiyindən, həmçinin həmçin daşınmaz əmlak mərhumun vərəsləri (iddiaçı və digər vərəslər) arasında paylı mülkiyyət hüququ üzrə reyestrdə qeydə alındığından hazırkı iddiasında iddiaçının hüquqi marağı müəyyən edilmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7387/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7387/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver