Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-739/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxs “X9” MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “X9” MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “Sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin başçının 14.01.2015-ci il tarixli 13 saylı sərəncamın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixində Nərimanov rayonunda Sabit Rəhimov 30, 32 və Xan Şuşinski 33-də yerləşən küçələrdə onlara məxsus 14 (on dörd) mənzili “X9” MMC aldadaraq sökdürmüş, 18.09.2003-cü il 466 saylı (hündür binaların tikintisinə icazə verilməsi barədə) sərəncamın balansına həmin mənzilləri keçirilməklə 2015-ci il 14 yanvar tarixində Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 13 saylı sərəncamına əsasən “X9” MMC yuxarıda qeyd edilən sərəncamın bazasında tikintinin aparılması nəzərdə tutularaq, bu günə qədər həmin sərəncama əsasən tikinti aparılmayaraq, onlara məxsus mənzillərin çıxarışlarının əsilləri həmin şirkətdə qalaraq, onlar əmlaklarından məhrum edilərək və tikinti qəsdən yubadılaraq, sənədlər qaydasında olmadığına baxmayaraq hal-hazırda katlavan qazılaraq tikinti aparılmasına cəhd göstərilir. Baxmayaraq ki, onlarla şirkət rəhbərliyi razılaşmayaraq onlara məxsus mənzilləri bərpa etməkdən imtina edir.**********19 №-li 18.03.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunda bildirilir ki, “idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması nəticəsində məlum olmuşdur ki, mənzilin yerləşdiyi bina sökülmüşdür. Bu səbəbdən texniki pasportu tərtib etmək tərəflərindən mümkün olmamışdır. Yuxarıda qeyd edilənlər onu göstərir ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 14.01.2015-ci il tarixli 13 saylı sərəncamının özü qanunsuzdur və məhkəmə tərəfindən etibarsızlığı tanınmalıdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3658/2020-ci il tarixli, 26 fevral 2020-ci il tarixli qərardadı ilə “X9” MMC iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Bir sıra prosessual hərəkətlər edildikdən sonra İddiaçı1 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd olunan iddia tələbinin ona aid hissədə geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli 2-1(112)-739/2021 saylı qərardadı ilə ərizə icraata qəbul edilmiş və İddiaçı1 iddiaçılar sırasından çıxarılmışdır. İddiaçı2 07.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 14.01.2015-ci il tarixli, 13 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzili, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzili onun mülkiyyətindədir. “X9” MMC tərəfindən ona heç bir kompensasiya ödənilmədən, razılığı alınmadan, ondan xəbərsiz mülkiyyətində olan mənzilləri sökülmüşdür. Cavabdeh də bunu bilə-bilə mübahisələndirilən sərəncamı vermişdir. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2-1(112)-739/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə iclası 30.09.2021-ci il tarixinə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək, iddia ərizəsinin təkmilləşdirilməsi və qarşı tərəflə məhkəmədən kənar mübahisənin həll edilməsi zərurəti yarandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 izahatında iddia tələbinin əsassız olduğunu, iddiaçı tərəfindən əsassız tələb üzrə süni surətdə mübahisənin uzadıldığını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına etiraz etdi və işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməməsini xahiş etdi. 3-cü şəxs “X9” MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına etiraz etdi, işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsi şifahi məhkəmə baxış iclasında iddiаçının vəsаtətinə əsаsən iddiа ərizəsinin qаytаrılmаsı ilə bаğlı hər hаnsı müddəa müəyyən еtmədiyindən, məhkəmə hаzırkı vəziyyətdə məsələnin nizаmа sаlınmаsı üçün Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin müddəаlаrının tətbiq еdilməsini zəruri hеsаb еdir. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 1.2-ci mаddəsinə əsаsən bu Məcəllə ilə bаşqа qаydа müəyyən еdilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prоsеssuаl prinsiplərə zidd оlmаdığı hаllаrdа, inzibаti mübаhisələrə dаr işlər üzrə məhkəmə icrааtındа Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin müddəаlаrı tətbiq оlunа bilər. «Nоrmаtiv hüquqi аktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyа Qаnununun 13.1 və 13.2-ci mаddələrinə əsаsən kоnkrеt ictimаi münаsibətləri tənzimləyən qаnunvеricilik nоrmаlаrı оlmаdıqdа hüququn аnаlоgiyаsındаn və yа qаnunun аnаlоgiyаsındаn istifаdə оlunа bilər. Əvvəlcə qаnunun аnаlоgiyаsındаn istifаdə оlunur. Kоnkrеt ictimаi münаsibətləri tənzimləyən qаnunvеricilik nоrmаlаrı оlmаdıqdа həmin ictimаi münаsibətlərə охşаr ictimаi münаsibətləri tənzimləyən qаnunvеricilik nоrmаlаrı tətbiq еdilir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 259.0.11-ci mаddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə tərəfindən ərizə baxılmamış saxlanılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsi şifahi məhkəmə baxış iclasında iddiаçının vəsаtətinə əsаsən iddiа ərizəsinin qаytаrılmаsı ilə bаğlı hər hаnsı müddəanı nəzərdə tutmadığından, cavabdeh və 3-cü şəxsin nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasına etiraz etdiklərindən, işə mahiyyəti üzrə baxılmasını tələb etdiklərindən geri qaytarılma ilə bağlı ərizə təmin edilməməlidir. Bununla yanaşı Məhkəmə hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçının hazırki tələbi bir sıra mümkünlük şərtlərini ödəmir. İlk öncə, Məhkəmə hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən iddianın geri qaytarılması barədə ərizə özü-özlüyündə iddiaçı tərəfindən iddianın müdafiə edilməməsinə bərabər tutulur ki, əsaslandırılmayan, müdafiə olunmayan iddia da mümkünsüz iddiadır. Bundan əlavə göründüyü kimi, iddiaçının tələbi Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 14.01.2015-ci il tarixli 13 saylı sərəncamının ləğv edilməsindən ibarətdir: Məhkəmə sərəncamın ləğvinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestrdən verilmiş 08.04.2019-cu il tarixli arayışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu , Sabit Rəhman küçəsi, ev 32, mənzil 4 (1 otaq); Baki şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 7 ( 4 otaq, ü/s 94 kv.m, y/s 62 kv.m) və Bakı şəhəri, ünvan 1 ünvanlarda olan daşınmaz əmlaklar İddiaçı2 mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestrdən verilmiş 08.04.2019-cu il tarixli arayışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 9; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 5; Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32; Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 4; ünvan 2; Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 9; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 6; Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 8; Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 5; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 4; Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1; Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32; ünvan 2 ünvanlarda olan daşınmaz əmlaklar İddiaçı1 mülkiyyətindədir. - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti işlərinə dair 088 nömrəli 15 aprel 2015-ci il tarixli xüsusi nişan nömrəsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 sentyabr 2003-cü il tarixli, 466 nömrəli; 13 fevral 2015-ci il tarixli, 51 nömrəli və 14 yanvar 2015-ci il tarixli 13 nömrəli sərəncamlara əsasən "xxxx"Holdinq Kompaniyasına Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 945 nömrəli məhəllədə yaşayış binasının (18 mərtəbəli (+texmərtəbə) 2 girişli, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayancaq və texniki sahə) tikintisi üçün müvafiq xüsusi nişan verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 26 aprel 2019-cu il tarixli, 04/09-İ-09-2471 saylı məktubuna əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 945 nömrəli məhəllədə "xxxx" Şirkəti tərəfindən aparılan çoxmərtəbəli yaşayış binalarının tikintisi zamanı ərazidə evləri sökülmüş sakinlərə şirkət rəhbərliyi arasında yaranmış narazılıqlar barədə 27.03.2019-cu il tarixli müraciətə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən baxılmış və qeyd olunan məsələnin məhkəmə araşdırılmasının predmeti olduğunundan icra hakimiyyəti orqanları tərəfindən müdaxilə edilməsi mövcüd qanunvericiliyin tələblərinə zidd olduğu bildirilmişdir. “X9” MMC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki: - "xxxx" Mənzil Tikinti Kooperativinin sədri İddiaçı1 14 yanvar 2014-cü il tarixdə ünvan 3 ünvanında yaşıyan İslam Abdullayevə, Validə Cəfərovaya və Dilarə Məmmədovaya məktub ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.09.2003-cü il tarixli 466 saylı Sərəncamı ilə Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 33 ilə Sabit Rəhman küçəsi 33 və Xan Şüşinski küçəsi 33 kəsişmələrində yerləşən 945-ci məhəllədə "xxxx" Holdinq Kompaniyasına hündürmərtəbəli binaların tikintisinə icazə verilməsini, həmin sərəncamın 5.1-ci bəndinə əsasən ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin mövcüd qanunvericilik əsasında köçürülməsi "xxxx" Holdinq Kompaniyasının vəsaiti hesabına həyata keçirilməsini, sərəncamda nəzərdə tutulan əraziyə görə onların yaşadıqları mənzillərin inşa edilən hündürmərtəbəli binanın tikinti meydançasının ərazisinə aid olduğunu bildirərək, onların yaşadıqları mənzillərin hüquqi sənədlərini (mülkiyyət haqqında çıxarış və ya qeydiyyat vəsiqəsini, mənzilin texniki pasportunu) tanış olmaq üçün "xxxx" MTK-ya təqdim etməsini xahiş etmişdir. - "xxxx" X1 İsmayılov.V.C tərəfindən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 002 saylı, 17 fevral 2015-ci il tarixli məktubundan görünür ki, "xxxx" Holdinq Kompaniyası Bakı Şəhər İcra Hakimiyyətinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.09.2003-cü il tarixli, 466 saylı sərəncamı ilə "xxxx" Holdinq Kompaniyasına Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 33, məhəllə 945-də hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılmasını və sərəncamda qeyd olunmuş 1 blokdan ibarət iki binanın inşası başa çatdırılmasını və bununla əlaqədar olaraq Kompaniyanın təsisçilərinin həmin binaların 2015-ci ilin sonunadək dövlət Komissiyasına təhvil verilməsini öz öhdəsinə götürdüyünü bildirərək, Sərəncamda qeyd olunmuş yeni iki bloklu binanın inşa olunması üçün ayrılmış torpaq sahəsi təmizləndiyinə, tikinti-mühafizə zolağının yaradıldığına və aidiyyatı dövlət qurumlarından lazımı rəylər və razılaşmalar alındığından tikinti nişanın verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. - Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə istehsalat sahəsinin təşkili haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 sentyabr 2003-cü il tarixli 466 nömrəli sərəncamının surətindən görünür ki, müvafiq sərəncama əsasən "xxxx" Holdinq kompaniyasının müraciəti və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 945 nömrəli məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 000048 nömrəli şəhadətnaməsi) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin kompaniyanın istifadəsinə verilməsi qərara alınmışdır (5-ci bənd). Ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi "xxxx" Holdinq kompaniyasının vəsaiti hesabına həyata keçirilsin (5.1-ci bənd); - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X2 Ekspertiza Baş İdarəsinin Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 945-ci məhəllədə 2 girişli, 18 mərtəbəli (+texniki mərtəbə) yaşayış binasına dair 08 dekabr 2014-cü il tarixli 19273 nömrəli rəyin surətindən görünür ki, müvafiq binanın işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır; - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintilərin dövlət reyestri tikinti obyektlərinə verilən koda dair AZE seriyalı 001812 nömrəli 14 fevral 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 945 nömrəli məhəllədə 1 ədəd 2 girişli 18 mərtəbəli yaşayış binasının (Baş plan üzrə blok 2) tikintisinə dair "xxxx" Holdinq Kompaniyasına müvafiq kod verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "xxxx" Holdinq Kompaniyasına ünvanladığı yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi haqqında 14 fevral 2019-cu il tarixli 05/05-835 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" Holdinq Kompaniyasının 17 yanvar 2019-cu il tarixli 01/161 nömrəli məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 945 nömrəli məhəllədə 1 ədəd 2 girişli 18 mərtəbəli yaşayış binasının (Baş plan üzrə blok 2) tikintisinə icazə verilməsinə dair təsdiq edilmiş sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. - Bakı şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 53 saylı Mənzil Kommunal İstismar sahəsinin 53/324 saylı,11.04.2019-cu il tarixli arayışından görünür ki, Xan Şuşinski küçəsi 33 ünvanında İddiaçı1 adına olan mənzillər 2013-2014-cü il tarixlərdə İddiaçı1 iştirakı ilə sökülmüş və yerində çoxmərtəbəli bina tikilmişdir və tikilməkdədir. Xan şuşinski 33 ünvanında 3 mənzil sökülməmiş qalmışdır. - Bakı İnzibati Məhkəməsinin 11.08.2020-ci il tarixli 2-1(112)-3658/2020 saylı qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 müvəqqəti xarakterli müdafiəyə dair ərizəsi təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.09.2020-ci il tarixli 2- 1(103)-1609/2020 saylı qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin 11.08.2020-ci il tarixli 2-1(112)-3658/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3658/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2021-ci il tarixli 2-1(102)-306/2021 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-1(103)-1609/2020 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-1(103)- 1609/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilən sərəncam 2015-ci il tarixə aiddir, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 14.01.2015-ci il tarixli 13 saylı sərəncamın etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi 26.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuş, sonradan İddiaçı1 iddiasını geri götürmüş, İddiaçı2 isə 07.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində iddia tələbini dəyişdirərək, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 14.01.2015-ci il tarixli, 13 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu hal özü də onu göstərir ki, iddiaçı sərəncam barədə vaxtilə məlumatlı olmuş, lakin qanunla müəyyən edilmiş prosessual müddəti ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır. Beləliklə, iddiaçı həmin sərəncamı mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 35.1-ci mаddəsinə əsаsən bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsindən inzibаti аktın qəbul еdilməsi və yа qəbul еdilməsindən imtinа оlunmаsı, yахud inzibаti оrqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində оnun hüquqlаrının və qаnunlа qоrunаn mаrаqlаrının pоzulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburеtmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və yа müəyyən hərəkətləri еtməkdən çəkinməyə dаr iddiа mümkün sаyılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilməsin. İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-739/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-739/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver