Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-739/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı X1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi,77 saylı 2 mərtəbəli binada 34,6 kv.m ümumi, 20.0 kv.m yaşayış sahəsindən ibarət iki otağına görə əlavə 37296.70 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:
1. İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi,77 saylı 2 mərtəbəli binada 34,6 kv.m ümumi, 20.0 kv.m yaşayış sahəsindən ibarət iki otağına görə əlavə 60000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi,77 saylı 2 mərtəbəli binada 34,6 kv.m ümumi, 20.0 kv.m yaşayış sahəsindən ibarət iki otağına görə əlavə 37296.70 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.
3. Məhkəmənin 03 fevral 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, 77 saylı, 2 mərtəbəli binada 34.6 kv.m, ümumi 20.0 kv. yaşayış sahəsindən ibarət iki otaqlı mənzil iddiaçıya məxsus olmuşdur. Həmin mənzili Cavabdeh 94438 manata dövlət ehtiyacları səbəbindən almışdır. Cavabdeh eyni ərazidə olan mənzillər üçün hər kv.m üçün daha da yüksək ödənişlər etmiş və nətiəcədə iddiaçıya az ödəniş edilmişdir.
5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Seriya MH ******* nömrəli, xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 1 ünvandakı ümumi 34,6 kv.m, yaşayış sahəsi 20 kv.m. olan iki mərtəbəli ev İddiaçı tam mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanaraq İddiaçı mübahisə predmeti olan evin mülkiyyət sənədinə əsasən, faktiki əlavə sahələr nəzərə alınmaqla 94438 manat məbləğində kompensasiya ödənilmişdir. Bildiririk ki,evin faktiki sahələri olan 32,55 kv.m. əsas sahəsinin, 29,23 kv.m köməkçi sahəsinin hər bir kv.m 1500 manatdan hesablanmaqla digər 1,92 kv.m sahəsi (pilləkən) 400 manatdan hesablanmaqla iddiaçıya kompensasiya ödənilmişdir. Ödənilmiş kompensasiya məbləğinə bütün kompensasiya növlərinin, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və “Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrin daxil edilməsi iş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında başğlanmış xx.xx.2014-cü il tarixli Alqısatqı müqaviləsi və “Qiymətləndirmə Cədvəli" ilə təsdiq olunur. Bundan başqa, mövcud inzibati praktikaya əsasən əsas və köməkçi sahələrin hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir (AR Ali Məhkəməsinin İnzibati Məhkəməsinin xx.xx.2019 2-1(102)-2348/2019 nömrəli qərarı). Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanaraq mübahisə predmeti olan evə görə ədalətli kompensasiya ödənilmişdir. Beləliklə, artıq özgəninkıləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Bundan əlavə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mübahisə predmeti olan evə görə ona əlavə olaraq 75 000 manat kompensasiyanın ödənilməsini xahiş etsə də, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əsasən həmin evə görə ona 60 000 manat ödənilməsini tələb etmişdir. Yəni, iddiaçı inzibati orqana ünvanladığı məktubda və sonradan məhkəməyə təqdim etdiyi iddia ərizəsində fərqli tələblər irəli sürmüşdür.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.
6. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi - “Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi,77 saylı 2 mərtəbəli binada 34,6 kv.m ümumi, 20.0 kv.m yaşayış sahəsindən ibarət iki otağına görə əlavə 37296.70 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ndən ibarətdir.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İş materiallarında olan: AN-İ ******* nömrəli, 17 oktyabr 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı (X2) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34.6 kv.m, yaşayış sahəsi 20 kv.m olan mənzili ona məxsus hissədə alıcının (Bakı şəhəri Cavabdeh) mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, satıcı daşınmaz əmlakı 94438 manat 00 qəpik (doxsan dörd min dörd yüz otuz səkkiz manat sıfır qəpik) qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Hazırda iddiaçının hüquqi marağı 2014-cü ildə özgəninkiləşdirdiyi mənzilə görə cavabdehdən kompensasiya şəklində əlavə ödənişləri almasıdır, bunu eyni ünvanda cavabdeh tərəfindən sökülmüş mənzilə görə digər vətəndaşa əlavə ödənişlərin edilməsi ilə əsaslandırmış, cavabdeh tərəfindən ona qarşı ayrı-seçkiliyinin yolverilməzliyini qeyd etmişdir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, digər vətəndaşa edilmiş ödəniş- maddi yardım olmaqla- cavabdeh tərəfindən deyil, digər dövlət orqanı tərəfindən edilmiş ödənişdir. İddiaçının isə müvafiq inzibati orqana maddi yardım edilməsi barədə müraciəti olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin müqavilə ləğv və ya etibarsız hesab edilməmişdir, müqavilənin şərtlərinə riayət edilməklə bu günki günə tam icra edilmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən iddiaçının qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Bu anlayış hüquq subyektinin hüquqi münasibətlərdə öz mülkiyyətinə, şəxsi azadlıqlarına, sərbəst fəaliyyətinə, həyatına və digər hüquqlarına sahib olması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, iddiaçının tələb etdiyi əmlaka dair kompensassiya cavabdeh tərəfindən ona ödənildiyi üçün onun qanun çərçivəsində hüquqlarının müdafiəsinə əsas olmadığından yol verilə bilməz. Bundan əlavə məhkəmə iclasında iddiaçı bildirmişdir ki, digər qonşu şəxslərə əlavə yardımın ödənildiyi halda iddiaçıya ödənilməsindən imtina edilir. Məhkəmə bununla bağlı iddiaçıya müvafiq ərizə ilə səlahiyyətli orqanına müraciət etmək hüququnu izah etmişdir. Beləliklə məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi,77 saylı 2 mərtəbəli binada 34,6 kv.m ümumi, 20.0 kv.m yaşayış sahəsindən ibarət iki otağına görə əlavə 37296.70 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4acıbəyova