Məhkəmə qərarları › İş №2-1(112)-7390/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7390/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7390/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası X8) “dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehndə 01 fevral 2011-ci il tarixdən etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilk əmək fəaliyyətinə 1995-ci ildən başlamışdır. 18 sentyabr 2000-ci ildə 31 nömrəli əmr ilə Cavabdehnə məhkəmə kargüzarı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixli 16 nömrəli əmr ilə böyük mütəxəssis (makinaçı-operator) vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixli 27 nömrəli əmr ilə böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsinə keçirilmişdir. 01 fevral 2011-ci il tarixli 05 nömrəli əmr ilə böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsindən azad edilərək, əmək müqaviləsinə əsasən məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixli 16 nömrəli əmrə əsasən iddiaçıya kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2013-cü il tarixli 27 nömrəli əmrə əsasən 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2017-ci il tarixli 79 nömrəli əmrə əsasən 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Dövlət qulluğunda olan dövrdə iddiaçı tutduğu inzibati vəzifəyə uyğun ixtisas dərəcəsi almışdır, barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, orta aylıq vəzifə maaşı, ona əlavələr almışdır və dövlət büdcəsinə müvafiq məcburi ödənişlər etmişdir. 17 fevral 2022-ci il tarixli elan üzrə Şirvan Apellyasiya Məhkəməsində vakant olan Məhkəmə Aparatının baş məsləhətçi vəzifəsinə müsahibədə iştirak etmək üçün X7 şəxsi kabinet vasitəsilə müraciət etmişdir. X8 xx.xx.2022-ci il tarixdə iddiaçıya cavab olaraq bildirmişdir ki, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinə görə müsahibədə iştirakına imtina verilmişdir. X5 imtinası tam qanunsuz və əsassızdır. İddiaçı 10 ildən artıq Cavabdehndə inzibati vəzifəsində qulluq keçir və dövlət qulluğu haqqında qanunda göstərilən təminat və məhdudiyyətlər iddiaçıya şamil edilmiş, müvafiq ixtisas dərəcələri verilmişdir. Həmçinin DİM və həmin funksiyaları həyata keçirən əvvəlki qurum iddiaçının 2000-ci ilin sentyabr ayından dövlət qulluğuna qəbul olunduğunu, 2011-ci ilin fevral ayında isə inzibati vəzifəyə keçirilməyini bildikləri halda buna dair heç bir reaksiya (işə qəbul edilməyi barədə inzibati aktın ləğv edilməsini tələb etmək) verməmişdir. Qeyd olunan halın üzərindən 10 ilə yaxın müddət keçmişdir. Göründüyü kimi iddiaçının dövlət qulluqçusu olaraq inzibati orqanla arasında publik hüquq münasibətləri olmuşdur və inzibati orqanla iddiaçının arasında olan publik münasibətlər tanınmalıdır (müəyyən edilməlidir). Yəni iddiaçının inzibati vəzifə üzrə dövlət qulluğunda çalışmağı nəzərə alınmalı və iddiaçının Cavabdehndə inzibati dövlət qulluğu vəzifəsində işləməyi dövlət qulluqçusu kimi statusu və stajı nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7390/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddiaya yazılı münasibətində bildirilmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Cavabdehndə məhkəmə kargüzarı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdə böyük mütəxəssis (makinaçı-operator) vəzifəsinə, xx.xx.2008-ci il tarixdə isə böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə o, böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsindən azad edilərək, müddətsiz əmək müqaviləsinə əsasən məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixdə ona kiçik dövlət qulluqçusu, xx.xx.2013-cü il tarixdə 3-cü dərəcə dövlət qulluqçusu və xx.xx.2017-ci il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Əmək fəaliyyəti dövründə barəsində hər hansı bir intizam tənbeh tədbiri tətbiq edilməmiş, orta aylıq vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr almış və dövlət büdcəsinə müvafiq məcburi ödənişlər etmişdir. İddiaçı Cavabdehndə işlədiyi müddət ərzində dövlət qulluqçusu olaraq özünü bacarıqlı və işgüzar bir işçi kimi göstərmiş, ona həvalə olunan tapşırıqları vaxtında yerinə yetirməklə vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, dövlət qulluqçusunun etik davranış qaydalarına daim əməl etmiş, məhkəmənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, kollektiv içində dərin hörmət qazanmışdır. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X8) “hüquq münasibətinin müəyyən edilməsi” tələbinə dair müvafiq qərar qəbul edilməsi xahiş edilir. Üçüncü şəxs Azərbaycan Respublikası X5 iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi məsələlərə dair bildirilir ki, inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İddiaçı 17 fevral 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində vakant baş məsləhətçi vəzifəsi üzrə elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün müraciət etmiş və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Mərkəzin məlumat bazalarında iddiaçının hər hansı müsabiqədə (test imtahanında və müsahibədə) iştirakı qeydə alınmamışdır. Beləliklə, iddiaçı 2011-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqədənkənar Nərimanov Rayon Məhkəməsində inzibati vəzifələrin yeddinci təsnifatına aid olan məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluqçusu statusunu qanunvericiliyin tələbləri pozulmaqla əldə etmişdir. Məhz bu səbəbdən onun Şirvan Apellyasiya Məhkəməsində vakant baş məsləhətçi vəzifəsi üzrə elan edilmiş ümumi müsahibədə iştirakına icazə verilməmişdir. Qeyd edilən Qanunun 33cü maddəsində dövlət qulluğuna xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İddiaçının iddia ərizəsində inzibati dövlət qulluğu vəzifəsinə təyin edildiyi vaxtdan etibarən qulluq keçdiyi müddət ərzində qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilməsinə Mərkəz tərəfindən heç bir reaksiya verilməməsi ilə bağlı qeyd etdiklərinə dair bildirilir ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi” ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar Mərkəz dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildən etibarən mütəmadi olaraq müxtəlif dövlət orqanlarına məktublar göndərmiş, o cümlədən eyni məsələ ilə bağlı 20 iyun 2018-ci il tarixli 01/xx-xx/1699 nömrəli və 18 dekabr 2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktublarla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktublarda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında İddiaçı dair məlumatlar da öz əksini tapmışdır. Yuxarıda qeyd edilənləri və İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini nəzərə alaraq onun “dövlət qulluğu münasibətlərinin müəyyən edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 005-137/2022 nömrəli məktubunda iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli müsahibədə iştirakla bağlı müraciətə cavabda qeyd edilmişdir ki, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinə görə müsahibədə iştirakına imtina verilmişdir. İş materiallarına əlavə edilmiş ИT-İ ******* nömrəli, xx.xx.1996-cı il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı Cavabdehndə xx.xx.2000-ci ildə müvəqqəti makinaçı-operator vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci ildə makinaçı-operator vəzifəsində daimi hesab edilmiş, xx.xx.2003-cü ildə böyük mütəxəssis (makinaçı operator) vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsindən azad edilmiş, əmək müqaviləsinə əsasən məsləhətçi (kompyuter proqramçı) vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci ildə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2013-cü ildə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2017-ci ildə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 005-147/2022 nömrəli məktubla göndərilmiş sənədlərdən görünür ki: - Cavabdeh xx.xx.2011-ci il tarixli, 05 nömrəli əmrinə əsasən İddiaçı 01 fevral 2011-ci il tarixdən böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsindən azad edilib, əmək müqaviləsinə əsasən məsləhətçi (kompyuter proqramçı) vəzifəsinə təyin olunmuş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməsi qərara alınmışdır. - Cavabdeh xx.xx.2011-ci il tarixli, 16 nömrəli əmrinə əsasən məsləhətçi (kompyuter proqramçı) İddiaçı 01 mart 2011-ci il tarixdən kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - Cavabdeh xx.xx.2013-ci il tarixli, 27 nömrəli əmrinə əsasən məsləhətçi (kompyuter proqramçı) İddiaçı dövlət qulluğunun 2-ci dərəcə referenti ixtisas dərəcəsi verilmişdir. - Cavabdeh xx.xx.2017-ci il tarixli, 79 nömrəli əmrinə əsasən məsləhətçi (kompyuter proqramçı) İddiaçı 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - X3 İnformasiya Sisteminə daxil edilməsi barədə şəxsi kartın surətinə əsasən İddiaçı dövlət qulluğu münasibətləri haqqında məlumatlar reyestrə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş A 047032 nömrəli, 1999-cu il tarixli Diplomun surətinə əsasən İddiaçı Riyaziyyat ixtisası üzrə Ali Peşə istiqaməti üzrə Bakalavr dərəcəsi veriilmişdir. İş materiallarına əlavə edilmiş B 244729 nömrəli, 2012-ci il tarixli Diplomun surətinə əsasən İddiaçı Hüquqşünaslıq ixtisası üzrə Ali Peşə istiqaməti üzrə Bakalavr dərəcəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası X5 xx.xx.2022-ci il tarixli, PMŞ/3-2-2022-1459 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 5ci hissəsinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X8 tərəfindən birgə aparılır. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Adıçəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. X8 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X6 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Yuxarıda adıçəkilən Qaydaların tələbinə görə qulluq keçdiyi orqan iddiaçı haqqında məlumatları onun dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edilməsindən sonra ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X6 üzrə Komissiyaya rəsmən təqdim etməli idi. Azərbaycan Respublikasının Prezidenti yanında X6 üzrə Komissiya ləğv edildiyi və X8 sözügedən Komissiyanın hüquqi varisi olmadığı üçün İddiaçı haqqında məlumatların Azərbaycan Respublikasının X3inə daxil edilməsi üçün müvafiq sənədlərin ləğv edilmiş Komissiyaya nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Əlavə olaraq bildirilir ki, iddiaçının dövlət qulluğu vəzifəsinə təyinatı və onun barəsində məlumatların qulluq keçdiyi orqan tərəfindən Dövlət Reyestrinə ilk dəfə daxil edilməsi haqqında həmin orqanın məktubunun ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X6 üzrə Komissiyaya göndərilməsi ilə bağlı onun qulluq keçdiyi orqandan məlumatın əldə edilməsi mümkündür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 8/590 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Akif qızı xx.xx.2000-ci il tarixdən Nərimanov Rayon Məhkəməsinin əmri ilə məhkəmədə kargüzar vəzifəsinə təyin edilmişdir. Məhkəmənin əmrləri ilə müxtəlif vəzifələrə keçirilmiş, xx.xx.2003-cü ildə ona dövlət qulluğunun kiçik referentı ixtisas dərəcəsi verilmişdir. xx.xx.2011-ci il tarixdən məsləhətçi (kompyüter-proqramçısı) vəzifəsinə keçirilmiş, halhazırda 2-ci dərəcəli dövlət qulluqçusudur. “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən birinci instansiya məkəmələrinin maliyyə təminatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. İşlədiyi müddət ərzində İddiaçı məhkəmədən daxil olan əmrlər əsasında vəzifə maaşı, vəzifə maaşına əlavələr (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına görə), mükafatlar və sair ödənilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddiaçının cavabdehdən dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə iddiası qeyd edilən müəyyən etmə haqqında iddia növünə uyğundur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. -2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. -7.1-ci maddəsinə görə dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. -7.2-ci maddəsinə görə dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir. - 9-cu maddəsinə görə dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. -10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. -10.5-ci maddəsinə əsasən inzibati vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. -10.6-cı maddəsinə əsasən yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. -13.2-ci maddəsinə görə inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. -13.3-cü maddəsinə görə yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır. -14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. -16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. -22.1-ci maddəsinə əsasən dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. -22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın: -2-ci bəndinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. -5-ci bəndinə görə Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X8 tərəfindən birgə aparılır. -9-cu bəndinə əsasən Dövlət Reyestrinə Azərbaycan Respublikasının dövlət qulluqçuları haqqında əsas məlumatlar daxil edilir. -12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. İşin hallarından görünür ki, İddiaçı Cavabdehndə xx.xx.2000-ci ildə məhkəmə kargüzarı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə böyük mütəxəssis (makinaçıoperator) vəzifəsinə, xx.xx.2008-ci ildə böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsinə, xx.xx.2011-ci ildə əmək müqaviləsinə əsasən məsləhətçi (kompüter proqramçı) vəzifəsinə təyin edilmişdir. İddiaçının Cavabdehndə işlədiyi dövr ərzində ona 01 mart 2011-ci il tarixdən kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2013-cü il tarixli, 27 nömrəli əmrə əsasən dövlət qulluğunun 2-ci dərəcə referenti ixtisas dərəcəsi, xx.xx.2017ci il tarixli, 79 nömrəli əmrə əsasən 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Bundan əlavə, iddiaçı barəsində məlumatlar işlədiyi orqan tərəfindən X3 İnformasiya Sisteminə daxil edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində ödənilən vəzifə maaşının tərkibində dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr nəzərə alınaraq ödənilmiş, iddiaçı il ərzində dövlət qulluqçuları üçün ödənilən mükafatlar ilə təmin edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçını xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu vəzifəsinə təyin etməklə onu həmin tarixdən dövlət qulluğu haqqında qanunvericiliklə nəzərdə tutulmuş təminatlara uyğun olaraq təmin etmiş, ona müvafiq ixtisas dərəcəsi, tutduğu vəzifəyə uyğun olaraq ixtisas dərəcəsinə, qulluq stajına əlavələr və s. ilə birlikdə dövlət məvacibini ödəməklə bilavasitə iddiaçıya münasibətdə dövlət qulluqçusu münasibətini sərgiləmişdir. Hazırkı halda iddiaçı barəsində məlumatların Dövlət X1ması onun barədə məlumatların işlədiyi qurum tərəfindən Dövlət Reyestrini aparan dövlət qurumuna təqdim edildiyi və sonuncu tərəfindən həmin məlumatların qəbul edilməsi kimi də qiymətləndirilməlidir. Məhkəmə bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs X8 etirazında hər nə qədər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradıldığını, oktyabr 2016-cı il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyə başladığını, bununla da DİM-in AR Prezidenti yanında X6 Komissiyasının hüquqi varisi olmadığına, dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında İddiaçı dair məlumatların da əks olunduğuna istinad etsə də, lakin üçüncü şəxs fəaliyyətdə olduğu dövrdə vaxtilə özü bilavasitə iddiaçının dövlət qulluqçusu statusunda olmasını təsdiq etmişdir. Belə ki, güzəştli mənzil sistemindən iddiaçının adına olan elektron kabinetin xx.xx.2017-ci il tarixli elektron çıxarışından görünür ki, iddiaçı 2017-ci ildə “ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs kimi” güzəştli mənzil növbəsinə alınmış və qeyd olunan kateqoriya üzrə qeydiyyata alınması üçün müvafiq mənzil növbəsinə alan quruma onun dövlət qulluğunda stajını təsdiq edən arayışı bilavasitə həmin vaxt fəaliyyətdə olan DİM-dən əldə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdən etibarlı dövlət qulluğu münasbətlərinin mövcudluğu işdəki sübutlar və iddiaçının ona göstərilmiş dövlət qulluğu təminatlarına etimad hüququ ilə öz təsdiqini tapmışdır. Bu əsasdan iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2011-ci il tarixdən Cavabdehndə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən (təsdiq) edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01 fevral 2011-ci il tarixdən Cavabdehndə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən (təsdiq) edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar