Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7394/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı plan-ölçü sxeminin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 1237 saylı, 04 noyabr 1998-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin plan və ölçü sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının 04 noyabr 1998-ci il tarixli, 1237 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün sahil qəsəbəsindən torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə ona verilməmişdir. Hazırda torpağa dair sənədləşdirmə işləri aparmaq niyyəti olduğundan, plan-ölçü sxeminin olması zəruridir. Çünki, sənədləşmə ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə sənədləri təqdim edərkən, bildirmişlər ki, Cavabdeh başçısının 04 noyabr 1998ci il tarixli, 1237 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin tərəfindən göstərilən torpaq sahəsinə aid olmasını dəqiqləşdirmək mümkün olmadığından sənədlərin qəbulundan imtina edilmişdir. Bakı şəhəri Qaradaq rayon İcra Hakimiyyəti başçısının 04 noyabr 1998-ci il tarixli, 1237 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair Cavabdehnə etdiyi müraciətinə cavab olaraq, bildirilmişdir ki, “Sahil qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi ilə bağlı Cavabdehnə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müraciətlə bağlı bildirirlər ki, Cavabdeh Başçısının 04 noyabr 1998-ci il tarixli, 1237 nömrəli sərəncamına əsasən torpağın yerləşmə cizgisi verildiyindən, təkrar verilməsi məqsədəmüvafiq deyildir.” Qeyd olunanlara əsasən bildirir ki, o, Cavabdehnə qanuni əsaslarla verilmiş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair müraciət etmişdir. İcra Hakimiyyəti isə onun müraciətinə formal cavabla münasibət bildirilmişdir. O, faktiki olaraq ona məxsus və istifadəsində olan torpağa dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi ilə bağlı müraciət etmişdir. Həmin cizginin verilməsinin İcra Hakimiyyəti üçün nə problem yaratması ona aydın deyil. Ona görə də, cavabdehin imtinasını əsassız hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Cavabdeh başçısının 04 noyabr 1998-ci il tarixli, 1237 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin Sahil qəsəbəsində ayrılması barədə sərəncamı normativ xarakterli akt olduğundan və qərarın özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür. Məlum olduğu kimi, 01 yanvar 2001-ci il tarixindən “Bələdiyyə əraziləri və torpaqları haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bununla bağlı, İddiaçı torpaq sahəsinin ona ayrılmasına dair verilmiş sərəncamın 3-cü bəndində qeyd edildiyi kimi, fərdi yaşayış evinin tikintisi üçün Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlamalı və evin tikintisini 3 il müddətində başa çatdırılmalı idi. Lakin, iddiaçı noyabr 1998-ci il tarixli, 1237 nömrəli sərəncamın bəndlərinin tələbləri yerinə yetirilməmişdir. Bununla əlaqədar, iddiaçının istifadəsində olan torpaq sahəsinin onun özünə aid edilməsini dəqiqləşdirmək mümkün olmadığı üçün yerləşmə cizgisinin təkrar verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi tələbi ilə bağlı iddiası əsassız olduğu üçün rədd olunmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş Cavabdeh Başçısının 04 noyabr 1998-ci il tarixli, 1237 nömərli sərəncamından arxiv çıxarışının surətindən görünür ki, Cavabdeh Başçısının 10.08.1993-cü il tarixli, 1179 saylı sərəncamının 1-ci bəndinə əsasən Sahil qəsəbəsi, Bakı prospekti, 27 sayı evin 3-cü mənzilində yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən ayrılmış torpaq sahəsi etibarsız hesab edilmiş, bu torpaq sahəsi Sahil qəsəbəsi, Şimal keçidi, 4 saylı evin 54-cü mənzilində yaşayan İddiaçı verilmişdir. Sərəncamın 4-cü bəndinə əsasən fərdi yaşayış evinin tikintisinin rayon İcra Hakimiyyəti Başçısının sərəncamından sonra 3 il müddətinə başa çatdırılması qərara alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış A-78-091 nömrəli, 31 may 2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Sahil qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi ilə bağlı Cavabdehnə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, Cavabdeh başçısının 04 noyabr 1998-ci il tarilxi, 1237 nömrəli sərəncamına əsasən torpağın yerləşmə cizgisi verildiyindən təkrar verilməsi məqsədəmüvafiq deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Cavabdeh Başçısının 1237 nömrəli, 04 noyabr 1998-ci il tarixli “Cavabdeh başçısının sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamı ilə Cavabdeh başçısının 10.08.1993-cü il tarixli, 1179 saylı sərəncamına əsasən Sahil qəsəbəsi, Bakı prospekti, 27 saylı evin 3-cü mənzilində yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsində ayrılmış torpaq sahəsi etibarsız hesab edilərək, həmin torpaq sahəsi Sahil qəsəbəsi, Şimal keçidi, 4 saylı evin 54-cü mənzilində yaşayan İddiaçı verilmişdir. Sözügedən sərəncam hazırda qüvvədə olmaqla, bir nüsxəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Həmin sərəncama əsasən iddiaçıya ayrılmış torpaq sahasinə dair cavabdeh tərəfindən əvvəllər yerləşmə cizgisinin verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, sərəncamın arxivdə olan nüsxəsinə də, yerləşmə cizgisi əlavə edilməmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə, torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsinə dair cavabdehə müraciət etsə də, sonuncu tərəfindən iddiaçının müraciətindən torpaq sahəsinin yerləşmə cizgisinin təkrar verilməsinin məqsədəmüvafiq olmaması əsas gətirilərək imtina edilmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsində göstərilmişdir ki, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmçinin qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, istər Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılması zaman ayrılmış torpaq sahasinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair plan-ölçü sxeminin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan-ölçü sxeminin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair düzgün plan-ölçünün təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının 04 noyabr 1998-ci il tarixli, 1237 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7394/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7394/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver