Məhkəmə qərarları › İş №2-1(112)-7398/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7398/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7398/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X5, X2 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 E nömrəli bağ sahəsinin X4 adına, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 H nömrəli bağ sahəsinin iddiaçı X1 adına, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 X nömrəli bağ sahəsinin İddiaçı adına dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti X8 və İstismarı Birliyi tərəfindən 759 E nömrəli bağın istifadəsinə dair xx.xx.2005-ci il tarixli 33937 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 E nömrəli bağ sahəsi iddiaçı X4 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti X8 və İstismarı Birliyi tərəfindən 759 H nömrəli bağın istifadəsinə dair xx.xx.2005-ci il tarixli 33935 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 H nömrəli bağ sahəsi iddiaçı X1 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti X8 və İstismarı Birliyi tərəfindən 759 X nömrəli bağın istifadəsinə dair xx.xx.2005-ci il tarixli 33936 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 X nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Həmin vaxtdan bağlar iddiaçılar tərəfindən hasara alınaraq istifadələrindədir. Həmi bağ sahələrinə dair çıxarıların verilməsi üçün iddiaçılar cavabdehə müraciət etmişlər. Lakin, cavabdeh tərəfindən onlara imtna məktubu ilə bildirilmişdir ki, göstərilən ərazidə və bağların bölgüsünə dair sxematik xəritədə həmin bağ sahələrinin nömrələri yoxdur. Eyni zamanda hər üç bağ eyni hasarın daxilində yerləşir və bununla bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxem təqdim edilməmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5441/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X4, X1 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 E nömrəli bağ sahəsinin X4 adına, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 H nömrəli bağ sahəsinin iddiaçı X1 adına, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 X nömrəli bağ sahəsinin İddiaçı adına dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələblərinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması qərara alınmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2019-cu və 24.092021-ci il tarixlərində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən ərazidə və bağların bölgüsünə dair sxematik xəritədə “759x” nömrəsi yoxdur. Bağ sahəsi qonşu bağlarla ümmi bir hasar daxilindədir, bununla bağlı notarial təsdiq edilmiş bölgü təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, ümumi ərazinin yaxınlığından 6 KV-luq yüksək gərgilikli elektrik xətti keçir. Həmçinin sözügedən bağ sahəsi İddiaçıan qanunvericiliyin tələbləri pozularaq tam fəaliyyət qabiliyyəti əldə edilmədən ayrılmışdır. Bu səbələrdən ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********64 nömrəli və xx.xx.2021-ci il tarixli, **********09 nömrəli cavab məktubları ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinaya uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti X8 və İstismarı Birliyinin “Şüvəlan ərazisində 759 X nömrəli bağın istifadəyə verilməsi haqqında” 33936 saylı, 11 may 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 759 X saylı, ümumi ölçüsü 0.12 ha olan torpaq sahəsinə dair İddiaçı ilə müqavilə bağlanmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq **********09 nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçıya müraciəti ilə bağlı **********64 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.12 ha torpaq sahəsi ola 759 X nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X8 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 11 may 2005-ci il tarixli, 33936 nömrəli müqavilə (həmçinin müqavilənin möhürlü nüsxəsi) İdarənin arxivində mövcuddur. İşdə olan "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 a saylı bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 759 X saylı bağ sahəsi elektrik veriliş xətlərinin mühafizə zonadına yerləşir. Sözügedən 6 kV-luq xəttin yaşayış ərazisindən keçməsini, torpaq sahəsi ilə xətt arasındakı məsafənin 7 metr olmasını, xəttin yolun əks tərəfindən keçməsini və xəttə texniki xidmət göstərilməsinə maneəçilik törədilmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydası”nın tələblərində göstərilən, “HX-nin yaşayış yerlərindən keçməsi” barədə olan 2.5.14.7 və 2.5.14.9-cu bəndlərinə əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasına etiraz edilməmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 759 e, 759 h və 759 x saylı bağların bölgü sxemindən görünür ki, X5, X2 və İddiaçı bölgü sxemlə razıdırlar, şikayətləri, etirazları və əlavələri yoxdur. Sözügedən bağların bölgü sxemi cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir . Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********81 nömrəli “Sənədlərin surətinin verilməsi barədə” məktubun surətindən görünür ki, keçmiş X8 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış 33936 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən ayrılmış bağ sahəsinə dair sənədlərin surətləri təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 20 oktyabr 2021-ci il tarixli, **********09 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti X8 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 33936 saylı, 11 may 2005-ci il tarixli müqavilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 0.12 ha sahəsi olan 759 X saylı bağ torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən aktdır. Həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, müqavilə mötəbər sübut kimi qiymətləndirilir. Cavabdeh imtinasının digər əsası olaraq, sözügedən bağ sahəsinin qonşu bağ sahələri ilə ümumi hasar daxilində yerləşməsinə, bununla bağlı notarial qaydada təsdiq edilmiş bölgü təqdim edilməməsin istinad edilmişdir. Məhkəmə bununla bağlı da, qeyd edir ki, iş materiallarında bir hasar daxilində yerləşən bağların notarial qaydada təsdiq edilmiş bölgü sxemi mövcuddur ki, həmin bölgü sxem cavabdeh orqana təqdim edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bu xüsusatlar hər biri ayrı-ayrılıqda iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina olunması üçün əsas kimi çıxış edə bilməz. Cavabdehin bağ sahəsinin hansı hissəsinin 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin yaxınlığından keçməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" ASC tərəfindən sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasına tərəflərindən etiraz edilmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 759 X nömrəli bağ sahəsinin İddiaçı adına (mülkiyyət hüququ üzrə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar