Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7398/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində “B” (118.4 kv.m) tikilisi istisna olmaqla, digər tikililərin – “A” (111.5 kv.m), “V” – (132 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazılarının cavabdeh tərəfindən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mübahisə predmeti ünvan 2 ünvanında yerləşən “A” (111.5 kv.m) və “V” (13.2 kv.m) tikililəridir. Fərdi yaşayış evi 6 nəfər payçının ümumi mülkiyyətindədir. Mərhum atası A.M.Mövlamovun mülkiyyət hüququ ünvandakı “A” (111.5 kv.m) tikilisinə 13/256 hissədə, “B” (118.4 kv.m) tikilisinə münasibətdə Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixli çıxarışla qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsində o və bacısı İ.A.Qurbanova A.Mövlamovun hüquqi varisləri olaraq müəyyən edilmişlər. Hazırda cəmi 1 tikili - “B” (118.4 kv.m) tikilisi mövcuddur. Digər tikililər - “A” (111.5 kv.m) və “V” (13.2 kv.m) tikililəri sentyabr 2019-cu il tarixdə məhv edilmişdir. Cavabdehə etdiyi yazılı müraciətə də imtina edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 2V-546 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə “ASAN ximət” mərkəzinə müraciət edilməsi məqsədəuyğundur. Qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ iddiaçı adına qeydiyyata alındıqdan sonra sonra qeydiyyata alınmış hüququn ləğv edilməsi məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Həmçinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı olmaqla X9 – 16/32 hissə; X15 – 8/32 hissə; X7 – 1/32 hissə, X3 – 38/256 hissə; X13 – 5/256 hissə; X4 – 13/256 hissədə mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 229.90 kv.metr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X1 (“A” tikilisindən 38/2556 hissə), X5 (“A” tikilisindən 16/32 hissə), X8 (“A” tikilisindən 5/256 hissə açıq saxlanılır), X6 (“A” tikilisindən 1/32 hissə), X14 (“A” tikilisindən 8/32 hissı) və X2 (“A” tikilisindən 13/256 hissə və “B” tikilisi) məxsusdur. İddiaçı hazırda həmin ünvanda yerləşən fərdi yaşayış evindən “B” (118.4 kv.m) tikilisi istisna olmaqla, digər tikililərin söküldüyünü bildirərək, həmin hissədə fərdi yaşayış evinə dair aparılmış qeydin ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: -maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. - maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: -maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. - maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstinad olunan normalardan görünür ki, daşınmaz əmlakın məhv olması nəticəsində həmin əmlakın qeydiyyatının ləğvi üçün:
1. əmlak tam məhv olmalı;
2. onun qeydiyyatı hər cür hüquqi mənasını itirməlidir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 229.90 kv.metr olan fərdi yaşayış evi tam məhv olmamış, iddiaçı həmin əmlaka dair qeydin ləğvini tələb etsə də, buna dair digər paylı mülkiyyətçilərin razılığını nə məhkəməyə, nə də cavabdeh orqana təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçiridiyindən, bu səbəbdən iddiaçının hazıkı məzmunda tələb hüququ yalnız digər paylı mülkiyyətçilərin razılığı olduqda yarandığından iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5alahova