Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-74/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, yataqxana ev 6, 3 saylı mənzilə dair onunla birgə kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdi, Bakı "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onları mənzillə təmin edə bilmədikləri üçün yaşadıqları yataqxananın mənzilini, növbəsində olduğu mənzil əvəzi olaraq, R.Quliyev küçəsi, ev 6, mənzil 3-ü order əsasında iddiaçıya verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilmə və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi yataqxana ev 6, mənzil 3 iddiaçıya İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. İddiaçının mənzilində uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqları vaxtıvaxtında o, ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş təhvil-qəbul aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗA, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə Prezidentinin fərman və sərəncamı ilə qeyd etdiyi yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmişdir. İddiaçı isə mənzilinə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli ərizəsində (iddia ərizəsinə əlavə) bildirilmişdir ki, iddiaçının faktiki istifadəsində olan ünvan 4 ünvanında yerləşən 4 otaqdan ibarət 3 saylı mənzilə dair xx.xx.2004-cü ildə 0007 saylı order verilmişdir. Sözügedən mənzilə dair mülkiyyət hüququnu əldə etmək zərurəti yaranmışdır. Bu məqsədlə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə müvafiq olaraq balanssaxlayıcıya, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə (cavabdehə) ərizə ilə müraciət edərək onunla mənzil-kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Cavabdeh onunla mənzil-kirayə müqaviləsi bağlamaqdan imtina edərək xx.xx.2004-cü ildə ona verilmiş 0007 saylı orderin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 saylı yataqxana binasının 3 saylı otağına istifadə hüququnun itirilməsinə dair ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən iddia tələbinin təmin olunmasına baxmayaraq Apellyasiya və Ali Məhkəmə tərəfindən iddia tələbi rədd edilmişdir. Sonuncu dəfə cavabdehə xx.xx.2021-ci ildə müraciət edərək onunla mənzil-kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Lakin ərizəsinə heç bir cavab verilməmiş, münasibət bildirilməmişdir. Göründüyü kimi cavabdeh qanunun tələblərinə əməl etmək istəmir və onunla mənzil-kirayə müqaviləsi bağlamaqdan yayınır. Odur ki, cavabdehin üzərinə onunla mənzil-kirayə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 5 ünvanında yerləşən 4 otaqdan ibarət 3 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı müəyyən edilmişdir ki, iddiaçı 3 saylı mənzildə 1993-cü ildən faktiki olaraq Ağdam rayon məcburi köçkünü qismində məskunlaşmış və hal-hazırda da məcburi köçkün kimi 4 nəfər ailə üzvü (özü, arvadı, qızı və oğlu) ilə birlikdə yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavoduna müraciət olunaraq, əvvəllər "xxxx" İstehsalat Birliyinə məxsus olmuş yataqxanada məcburi köçkünlərin məskunlaşdığı otaqlara "xxxx" İstehsalat Birliyi tərəfindən müəssisə ilə əmək münasibətlərində olan işçilərinin adına order verilib-verilməməsi, verildiyi təqdirdə həmin şəxslər, onların adına verilmiş order və yaşayış otağının ayrılması haqqında protokollar barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə, "xxxx" zavodu tərəfindən yataqxana binaları xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olduğu işçilərdən heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə isə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumat verə bilmədikləri göstərilmişdir. Göründüyü kimi yataqxanada məcburi köçkünlərin məskunlaşdıqları otaqlara dair başqa şəxslərin adlarına order verilməsinin hüquqi əsası olmamış, orderlərin verilməsinə əsas verən hüquqmüəyyenedici sənəd olmadığından təqdim edilməmiş və boş olmayan otaqlara dair surətləri təqdim edilmiş orderlərin arxiv materialları mövcud deyildir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Belə olan halda məcburi köçkünlərin faktiki olaraq məskunlaşdıqları və boş olmayan otağa dair təqdim olunan order Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən qanunsuzdur və heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət proqramının təsdiq edilməsi haqqında 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və diger binaların sənədləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin ««Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» 01 iyul 2004-cü il tarixli, 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilməməsi məqsədilə həmin yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş orderlərin də hüquqi qüvvəsi dayandırılmışdır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən yataqxanadakı yaşayış sahələri yalnız orada qeydiyyatda olmaqla faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mövcud mənzil qanunvericiliyinə müvafiq olaraq yaşayış sahəsini icarə müqaviləsi olan sakinlər tərəfindən əmlak hüquqları rəsmiləşdirilə bilər. Göründüyü kimi adıçəkilən qanunun müddəalarına əsasən dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. Belə ki, faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən orderin isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Göründüyü kimi məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 3 saylı otağa dair İddiaçı verilmiş müvəqqəti yataqxana orderinin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən İddiaçı adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də İddiaçı adına yazılmış order etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin məzmunundan göründüyü kimi İddiaçı Bakı şəhəri, ünvan 6 yataqxana binasının 3 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxanda göstərilən hüquqmüeyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Qüvvədə olan qanunvericiliyin müddəalanna əsasən dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qəran əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin tələbinə əsasən mənzil şəraitini yaxşılaşdırılmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxanda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2 və 68-69-cu maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı Bakı şəhər Menzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxanlması xahiş edilir. Cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsində (etiraza əlavə) bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı ailə üzvlərinin 4 nəfərdən ibarət olmasına baxmayaraq, guya ona Bakı "xxxx" İB tərəfindən xx.xx.2004-cü il tarixli, 0007 saylı orderlə ünvan 6 ünvanda yerləşən subaylar üçün nəzərdə tutulan seksiya tipli yataqxana binasında yaşayış sahəsi 82,3 kv.metrdən ibarət 4 otaqlı tam kommunal şəraitli 3 saylı mənzil verilmişdir. Belə ki, bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olarkən müxtəlif şəxslərin vasitəsilə qanunsuz yataqxana orderi əldə etmişdir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq” istehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 6 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçı əldə etdiyi xx.xx.2004-cı il tarixli, 0007 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, “Üfüq” İstehsalat Birliyi “Radioquruşdırma” zavodunun xx.xx.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə İddiaçı guya mənzil verilməsi haqqında növbəlik siyahısında 7-ci adam olaraq növbəyə alındığını, eləcə də mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai Rayon İcra Hakimiyyətində təsdiq edilib-edilməməsi barədə məlumatlarının olmadığı bildirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli Qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi Əsasnamə”nin 2-ci bəndinin İİİ hissəsinə əsasən “Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir”. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tədəbinə görə “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinin məzmunundan göründüyü kimi iddiaçının Bakı şəhəri, ünvan 6 yataqxana binasının 3 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin, müəyyən ediləndən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən edir. Həmin Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyması üçün iddia verə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən, İddiaçı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2229/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər İddiaçı, X3, X4, X6 qarşı “orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi” tələbinə dair işə baxılıb yekun qərar qəbul edilib qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1301/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuş və ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı "xxxx" İB-nin xx.xx.2004-cü il tarixli, 0007 nömrəli orderin surətindən görünür ki, İddiaçı və onun dörd nəfərdən ibarət ailə üzvləri Xətai rayonu, R.Quliyev küçəsindəki 6 saylı evdə yerləşən ailəlilər üçün yataqxananın 1 giriş 2 mərtəbəsindəki yaşayış sahəsi 82.3 kv.m. olan 4 otaqlı 3 №-li mənzili tutmaq hüququna malikdir. Ailə tərkibi 4 nəfər: İddiaçı Ə. oğlu, Qasımova Aidə Ə. qızı, Qasımov Orxan Y. oğlu, Qasımova Nigar Y. qızı. Order Bakı "xxxx" İB-nin müdiriyyəti və HİK-nin 41 saylı protokolu ilə rəsmiləşdirilmiş 09 noyabr 2004-cü il tarixli birgə qərarına əsasən verilmişdir. İş yeri "xxxx" İB, növbə əsasında verilib. İş materiallarına əlavə edilmiş Bakı "xxxx" İB-nin HİK-nin X2 Şurasının və MMKnın X8 xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışa əsasən 1. Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, Birliyə məxsus S.Ə.Şirvani k. 4A, Məshəti k. 3A, R.Quliyev k. 6 və Cavanşir k. 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələri verilməsi, 2. Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə Order verilməsi və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, 3. Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədİəşdirilməsi (HİK-nin qərarı və Order), 4. Birlikdə işləyib uzun illərdi mənzil və yataqxana nöbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər verilməsi,
5. Birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küç. 3A, R.Quliyev küç. 6 və Cavanşir küç. 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar ımız alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzii verilən vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order yerilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı "xxxx" İB-nin HİK-nin X2 Şurasının və MMKnın X8 xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışa əsasən 1. Birliyə məxsus R.Quliyev küçəsi 6-da yerləşən ailəvi yataqxanada 1-ci giriş, 2-ci mərtəbədə boşalan (20,5+19) 39,5 kv.m-lik sahəsi olan iki otağın HİK-nin qərarı ilə İddiaçı verilməsi, 2. Birliyə məxsus R.Quliyev küçəsi 6-da yerləşən ailəvi yataqxanada 1-ci giriş, 2-ci mərtəbədə boşalan otaqlarla birgə 4 otaqlı 82,3 kv.m-lik 3 nömrəli mənzilin İddiaçı adına order əsasında sənədləşdirilməsi və yeni mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommmunal Təsərrüfatı Departamentinə ünvanlandığı xx.xx.2019-cü il tarixli, 02/47 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" zavodu tərəfindən ünvan 12 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərdən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə ünvan 12 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı məlumat verilə bilinmir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131 “s” №-li 03 iyun 2013-cü il tarixli sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 iyul 2013-cü il tarixli sərəncamına, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 122 №-li 18 dekabr 2013-cü il tarixli sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 16 №-li 25 dekabr 2013-cü il tarixli əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 01-1/984 №-li 07 iyun 2013-cü il tarixli məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin 15 №-li 12 iyun 2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 №-li Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir - Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, Yataqxana ev 6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-6870- 1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə ünvan 13 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Həmçinin bildirilir ki, İddiaçı məxsus AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına ümumbirgə mülkiyyətdə olan, Ağstafa rayonu, Tatlı kəndində JN: 70 nömrəli dövlət aktı ilə 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Həmçinin Ağstafa rayonu, Tatlı kəndində JN: 408F nömrəli şəhadətnamə ilə 0.1 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, Q-19 nömrəli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 6 evin 3 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı müəyyən ediİmişdir ki, siz 3 saylı mənzildə 1993-cü ildən faktiki olaraq Ağdam rayon məcburi köçkünü qismində məskunlaşmısınız və hal-hazırda da məcburi köçkün kimi 4 nəfər ailə üzvü (özü, arvadı, qızı və oğlu) ilə birlikdə yaşayırsınız. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavoduna müraciət olunaraq, əvvəllər "xxxx" İstehsalat Birliyinə məxsus olmuş yataqxanada məcburi köçkünlərin məskunlaşdığı otaqlara "xxxx" İstehsalat Birliyi tərəfindən müəssisə ilə əmək münasibətlərində olan işçilərinin adına order verilib-verilməməsi, verildiyi təqdirdə həmin şəxslər, onların adına verilmiş order və yaşayış otağının ayrılması haqqında protokollar barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə, "xxxx" zavodu tərəfindən yataqxana binaları xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olduğu işçilərdən heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə isə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumat verə bilmədikləri göstərilmişdir. Göründüyü kimi adınıza order verilməsinə əsas verən hüquqmüəyyənedici sənəd olmadığından təqdim edilməmiş və surətini təqdim etdiyiniz orderin arxiv materialları mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin indlemlərinin həlli üzrə Dövlət proqramı”nın təsdiq edilməsi haqqında 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların sənədləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul edilmiş və orada nəzərdə tutulan işlər uğurla icra edilir. Ona görə də halhazırda yataqxanalarda, müxtəlif ictimai binalarda və digər (müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər problemlərinin həlli üçün zəruri tədbirlər qeyd edilən Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Odur ki, Bakı şəhəri, ünvan 6 evin 3 saylı mənzilinə kirayə müqaviləsinin bağlanması barədə xahişiniz əsassızdır və qanunsuz olduğuna görə təmin edilə bilməz. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ünvan 15 ünvanında yerləşən 4 otaqdan ibarət 3 saylı mənzilin ona Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodunun xx.xx.2004-cü il tarixli 0007 nömrəli orderi əsasında verildiyini, sözügedən mənzilə dair mülkiyyət hüququnun əldə edilməsi məqsədilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə müvafiq olaraq balanssaxlayıcıya, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə (cavabdehə) ərizə ilə müraciət edərək onunla mənzil-kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Cavabdeh orqan iddiaçının adına verilmiş orderin verilməsinə əsas verən hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını, yataqxanalarda, ictimai binalarda və digər müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin dövlət proqramına uyğun olaraq Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin aidiyyəti qurumları tərəfindən həyata keçirildiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2019-cu il tarixli imtinasından sonra xx.xx.2019-cu il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassız iddiadır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən ev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC-nin balansında olmuş, xx.xx.2014-cü il tarixdən sözügedən bina Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 14 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə təhvil verilmiş, hazırda sözgüdən bina, o cümlədən həmin binada 4 otaqdan ibarət 3 saylı mənzil Birliyin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 709 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamının 3-cü bəndinə əsasən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamı əsasında, adına yaşayış sahəsinin icarə müqaviləsi olan, keçmiş yataqxanalarda, özəlləşdirilən dövlət müəssisələri (birlikləri) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlər tərəfindən verilmiş xidməti mənzillərdə yaşayan vətəndaşların müraciətləri əsasında onların mənzillərinin özəlləşdirilməsini təmin etməsi qərara alınmışdır. İddia tələbindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı mənzilə kirayə müqaviləsi bağladıqdan sonra onu özəlləşdirməkdir. İddiaçının sözügedən mənzilə kirayə müqaviləsinin bağlanmasına dair əsas olaraq istinad etdiyi Bakı "xxxx" İB-nin xx.xx.2004-cü il tarixli, 0007 nömrəli orderi və həmin orderin verilməsinin əsasında duran Bakı "xxxx" İB-nin HİK-nin X2 Şurasının və MMK-nın X8 xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışdır. Məhkəmə aşağıdakılara əsasən iddiaçının istinad etdiyi adıçəkilən sənədlərin hazırkı halda sözügedən dövlət mənzil fonduna aid edilmiş yataqxananın balansaxlayıcısı-idarəedicisi olan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsinə əsas vermədiyi gəlir. Belə ki, orderin verildiyi 2004-cü il tarixdə qüvvədə olmuş mənzil münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olmuş): -4-cü maddəsinə əsasən mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu) (.......); Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər (.....). -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. -37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: -8-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -11-ci bəndinə görə vətəndaşlar yaşayış yerində yerli xalq deputatları Sovetinin icraiyyə komitəsinə və ya iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə verirlər. -12-ci bəndinə əsasən verilmiş ərizə vətəndaşların ərizələrinin qeydiyyatı kitabında qeyd edilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə vermiş hər vətəndaş üçün uçot işi açılır və burada vətəndaşın uçota götürülməsinə, ona mənzil sahəsi verilməsinə aid bütün materiallar saxlanır. -14-cü bəndinə görə iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi ərizənin daxil olduğu gündən bir ay müddətində baxır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. -15-ci bəndinə əsasən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin mənzil məsələləri üzrə komissiyası, vətəndaşların yaşayış yerində uçota götürülmək haqqında ərizələrini, bu vətəndaşların mənzil şəraitinin yoxlanması materiallarını, habelə iş yerində uçota götürülən vətəndaşların müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən təqdim edilmiş siyahılarını və onların uçot işlərini nəzərdən keçirir və ərizənin, ya da siyahının daxil olduğu gündən bir ay ərzində yerli xalq deputatları Soveti icraiyyə komitəsinin müzakirəsinə müvafiq təkliflər verir. Yerli xalq deputatları Soveti icraiyyə komitəsinin bu məsələlərə dair qərarı materialın komissiyadan daxil olduğu gündən bir aydan gec olmayaraq qəbul edilməlidir. -16-cı bəndinə görə iş yerində uçota götürülmüş vətəndaşların yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş siyahıları və onların uçot işləri müəssisə, idarə, təşkilat müdiriyyətinə qaytarılır. -17-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan və yaşayış yerində uçota götürülən vətəndaşların uçot kitabı yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində, iş yerində uçota götürülənlərin uçot kitabı isə müəssisədə, idarədə, təşkilatda və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində aparılır. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində uçota götürülmədir. İşçi iş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə təqdim edir, həmin ərizə və işçinin mənzil-məişət komissiyasının apardığı yoxlamanın nəticəsində müəssisə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə mənzil uçotuna götürülür, uçota götürülmüş vətəndaşların siyahıları, uçot işləri müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. Bundan sonra ictimai mənzil fondu evlərində yaşayış sahəsi müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında müvafiq rayon xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir, həmin order əsasında kirayədarla - mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə icarə müqaviləsi bağlanır. Qeyd edilən normaları işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, hazırkı iş üzrə təqdim edilmiş order iddiaçının iş yerində mənzil növbəsində olması, ona iş yerində mənzil uçotuna götürülmüş mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac olan şəxs kimi qeydiyyata alınaraq mənzil verilməsi ilə əlaqədar olmamışdır. Orderin özündə konkret olaraq idarə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarına istinad edilsə də qeyd edilən order, eləcə də adıçəkilən xx.xx.2004-cü il tarixli, 41 nömrəli protokol "xxxx" İB-nin müdiriyyətinin deyil, Mənzil Təsərrüfatı Bölməsinin möhürü və Həmkarlar İttifaqı İdarəsinin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə sorğusu əsasında “Raqdioquraşdırma” zavodundan təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 41 nömrəli protokol ümumi məzmunda olmaqla mənzil növbəsində olan fəhlə və qulluqçulara mənzil orderlərinin verilməsini nəzərdə tutmuş, həmin protokolda order verilən İddiaçı adı bilavasitə qeyd edilməmiş, eyni zamanda təqdim olunan sənədlərlə yerli icra hakimiyyətində təsdiq edilmiş iş yerində mənzil növbəsində olanların siyahısı, o cümlədən İddiaçı adının olduğu uçot qovluğu təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli, 41 nömrəli protokoldan çıxarış isə İddiaçı boşalan 2 otağın verilməsi barədədir ki, bu çıxarış da yalnız Həmkarlar İttifaqı Komitəsinin sədrinin möhürü və imzası ilə təsdiq edilmişdir. Dolayısı ilə, sözügedən order qeyd edilən səlahiyyətli qurumların imza və möhürü ilə təsdiq edilməmiş, yerli icra hakimiyyəti orqanında iddiaçının iş yeri üzrə mənzil növbəsinə götürülmüş şəxs olması ilə bağlı məlumat, uçot qovluğu olmamışdır. Təqdim olunmuş order verildiyi vaxt qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə əsasən müəssisə rəhbərliyi, həmkarlar ittifaqının birgə qərarı, yerli icra hakimiyyəti orqanında təsdiq edilmiş siyahı üzrə verilmiş və iş yerində uçota götürülmüş şəxslərə verilən order qismində çıxış etmir. Beləliklə, iddiaçı qeyd edilən İB-də mənzil növbəsində olması və ona göstərilən order əsasında yataqxanada otağın verilməsi məhz onun mənzil növbəsində olması ilə əlaqədar olmamışdır ki, mənzilin balanssaxalayıcısı dəyişdikdə dövlət mənzil fondunun idarəedicisinin iddiaçı qarşısında mənzillə təmin etmə öhdəliyi yaranmış olsun. Qeyd edilməlidir ki, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Buna baxmayaraq qüvvədən düşmüş mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutmuşdur. Bu baxımdan, hazırkı iddiaçıya qarşı cavabdeh MKTD tərəfindən mülki məhkəmə icraatında iddiaçıya verilmiş orderin etibarsızlığı mübahisələndirilmiş, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddia tələbləri təmin edilməmiş, bu zaman işə baxan məhkəmələr iş üzrə nəticəyə gələrkən orderin verilməsinə əsas olmuş qərarın qanuniliyinə mahiyyəti üzrə qiymət verməmiş, əsasən etibarsızlıq üçün qanunla nəzərdə tutulmuş kəsici müddətin ötürüldüyünə istinad edərək orderin etibarlılığını tanımışlar. Bütün bunları nəzərə alaraq məhkəmə hazırkı iddiaya baxarkən iddiaçının istinad etdiyi orderin etibarlılığını deyil, əsasən orderin təyinatı, onun verilməsinin əsasında duran hüquqmüəyyənedici sənədin - protokoldan çıxarışın hazırkı halda inzibati orqana qarşı inzibati tələbin əsasını təşkil edib-etməməsi baxımından qiymətləndirmə aparmışdır. Başqa sözlə, mülki məhkəmə icaratında müəyyən olunmuş hal - orderin etibarlılığı hazırkı inzibati mübahisənin həllinə birbaşa təsir etmir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Qeyd edildiyi kimi mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Sadalanan normalara və işin faktiki hallarına əsasən qiymətləndirmə apardıqda müəyyən olunur ki, hazırkı iş üzrə iddia edilən mənzil (otaq) yataqxana binasında yerləşir, eyni zamanda yuxarıda da qeyd edildiyi kimi həmin mənzilin iddiaçıya iş yerində mənzil növbəsində olması səbəbindən növbəlilik qaydasında verilməsi sübut olunamamışdır. Belə olan halda hesab edilir ki, qeyd edilən order öz təyinatına görə keçmiş Mənzil Məcəlləsinin 106 və 107-ci maddələrinin tələblərinə uyğun olaraq müəssisə müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilmiş və işçinin işlədiyi dövrdə yaşaması üçün yataqxanalardan istifadəsinə əsas verən sənəddir. Bu tip yataqxana otaqları isə qeyd edildiyi kimi daimi istifadə hüququ ilə deyil, yalnız işlədiyi dövr ərzində müvəqqəti istifadə hüququ ilə işçinin istifadəsinə verilir və əmək müanasibətləri xitam olunduqda mənzil geri təhvil verilməlidir. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə uyğun yoxlayaraq bu nəticəyə gəlir ki, iddia olunan mənzilə dair dövlət mənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçıyla mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır. Eyni zamanda məhkəmə hazırda qüvvədə olan mənzil qanunvericiliyinə əsasən də qiymətləndirmə aparmağı zəruri hesab edir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -4.0-cı maddəsinə görə dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. -17.3.1-ci maddəsinə əsasən sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Sadalanan normalardan görünür ki, hazırkı halda mövcud mənzil qanunvericiliyi sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsini nəzərdə tutmuşdur. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının adına Ağstafa rayonu, Tatlı kəndində JN: 408F nömrəli şəhadətnamə ilə 0,1 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. -55.1-ci maddəsinə görə aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahələrinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilirsə, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. Beləliklə, hazırda iddiaçının adına fərdi yaşayış evinin tikintisinə icazə verən həyətyanı torpaq sahəsinin qeydə alınması müəyyən olunur. Bu hal da iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına və sosial kirayə müqavilələrinə əsasən mənzillə təmin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, hazırkı mənzil qanunvericiliyi ilə iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan mənzil uçotuna alınmış şəxs olmadığından onunla mübahisəli mənzilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova