Məhkəmə qərarları › İş №2-1(112)-740/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-740/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-740/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budad oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə, üçüncü şəxs X7 qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X9 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 göstərilən ünvandan qeydiyyatdan çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. 24 yanvar 2020-ci il tarixdə iddiaçı məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən X5 ünvan 2 ünvanından pasport qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə 2005-ci ildən Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev ö/t 27 ünvanda yaşayır. Yaxın zamanlarda Forma-2 arayışını əldə etmək məqsədilə Asan Xidmət Mərkəzində olarkən yaşadığı ünvanda tanımadığı bir şəxs olan X5 onun evində qeydiyyatda olduğunu bilmişdir. Qeyd olunanlara əsasən üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Bibiyeybət” Neft və Qazçıxarma İdarəsinin Mənzil Təsərrüfat Kontoru tərəfindən verilmiş 01 noyabr 2005-ci il tarixli mənzil kirayə haqqında məlumat vərəqindən görünür ki, İddiaçı ünvan 2 ünvanına dair bütün kommunal xidmətləri ödəmişdir. İşdə olan Səbail rayon Məhkəməsinin 202333/2005 saylı 12 dekabr 2005-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X3 iddiaları təmin olunaraq Bakı şəhəri, A.İsmayılov küçəsi 27 saylı özütikili evə istifadə hüquqları tanınmışdır. Qətnamə icraya yönəldilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X4,xx.xx.1984-cü il təvəllüdlü X1 Habil Akif oğluna məxsus ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 065-29296J-3219 saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxsin ona məxsus ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinə baxılmış, cavabdeh tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunaraq, şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı, bununla bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə baxışı dövründə məhkəmə tərəfindən cavabdehdən sorğu əsasında üçüncü şəxsin iddiaçıya məxsus ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə işin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X9 iddiaçının razılığı və xəbəri olmadan ona məxsus mənzilə pasport qeydiyyatına alınmışlar. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin onun razılığı və xəbəri olmadan ona məxsus mənzilə qeydiyyata alınması, göstərilən şəxsin həmin mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. X9 iddiaçıya məxsus mənzildə yaşamadığı halda onun razılığı olmadan formal olaraq ona məxsus mənzilə pasport qediyyatına alınmışdır. Üçüncü şəxs X9 yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, onun qeyd edilən mənzilə istifadə hüquqları olmadığından və qeydiyyatları formal xarakter daşıdığından iddiaçının həmin şəxslərin iddiaçıya məxsus ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanından X5 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar