Məhkəmə qərarları › İş №2-1(112)-7400/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7400/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7400/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1956-cı il təvəllüdlüdür, və "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çalışır. 01.07.2008-ci il tarixdən hazırki vaxtadək yol montyoru vəzifəsini icra edir. İşlədiyi müəssisənin A/09, 14.01.2021-ci il tarixli arayışında müvafiq məlumat verilmiş və güzəştli pensiya almaq üçün təqdim olunmuşdur. Həmin müraciətə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina cavabı vermişdir. 25.02.2021-ci il tarixli, **********7 saylı məktubda imtina səbəbi güzəştli iş stajının olmaması göstərilir. Halbuki, iş yerindən təqdim olunmuş arayış, əmək kitabçasındakı qeydlər həmin stajın varlığını sübut edir. Nazirlər Kabinetinin 23.01.2007 tarixli 12 saylı Qərar 12,5 il güzəştli əmək stajı olanlara 59 yaşdan güzəştli pensiya hüququ verir. Onun artıq 65 yaşı, əmək stajı var və 30 il vergi ödəyib. 1975-ci ildən əmək fəaliyyətinə başlamış və həmişə ağır işlərdə çalışmışdır. 12 il 6 ay güzəştli stajı artıq yanvar ayında bitmişdir. Odur ki, ona həmin vaxtdan pensiya verilməlidir. Nazirliyin imtinası əsassızdır, sənədlər də bunu təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazı 29.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı 15 yanvar 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı cavabdeh tərəfindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 14 yanvar 2021 -ci il tarixli A/09 nömrəli arayışında 01.07.2008-ci il tarixindən hazırki vaxtadək "xxxx" QSC- nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”.Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, cavabdeh iddiaçı Rəhim Məmməd oğlu X2rşı iddiasının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi-X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyaı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Naxçıvan MR, Ordubad rayonu, Çənnəb kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilən 4138 nömrəli fərqlənmə attestatından görünür ki, İddiaçı 02 sentyabr 1974-cü ildən 17 may 1975-ci ilədək Azərbaycan SSR Bakı şəhəri 22 saylı peşə texniki məktəbində Tornaçı ixtisası üzrə təhsil almışdır. NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 10.05.1976-cı il tarixdən 10.05.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İT-İ seriyalı ******* nömrəli 25.05.1975-ci il tarixli əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 22 saylı PTM-də 02.09.1974-cü ildən 17.05.1975-ci il tarixədək təhsil alıb. 22.05.1975-ci ildə B.Sərdarov adına Maşınqayırma Zavodunun mexanika sexinə 2-ci dərəcəli tornaçı kimi qəbul edilmişdir. 15.01.1976-cı ildə Qazma nasoslarının kəmər sexinə 2-ci dərəcəli nəqliyyat ilə mal nəql edən (göndərən) kimi keçirilmiş, 28.04.1976-cı ildə həqiqi hərbi xidmətə getməsi ilə əlaqədr işdən azad edilmişdir. 22.06.1978-ci ildə Ordubad kolxozlararası tikinti sahəsinə 3-cü dərəcəli betonçu kimi işə qəbul edilmiş, 10.09.1978-ci ildə işdən azad edilmişdir. 03.10.1978-ci ildə 80 №li X1 “QacaranTikinti” Trestinə 3-cü dərəcəli fəhlə kimi qəbul edilmiş, 27.11.1978-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 29.11.1978-ci ildə Ordubad kolxozlararası tikinti sahəsinə 3-cü dərəcəli fəhlə qəbul edilmiş, 07.05.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. 14.05.1979-cu ildə TMİ-619 Azərbaycan Hava Yollarının Yol Tikinti Trestinə 2-ci dərəcəli tornaçı kimi işə qəbul edilmişdir. 01.02.1980-cı ildə tornaçıya 3-cü dərəcə verilmişdir. 01.03.1980-cı ildə ESN-13 keçirilmişdir. 01.03.1980cı ildə baza üzrə 3-cü dərəcəli tornaçı kimi qəbul edilmiş, 25.09.1980-cı ildə işdən azad edilmişdir. 21.11.1980-cı ildə 3 saylı X9 “Baş Bakı Tikinti” Baş korpusa 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. 17.12.1980-cı ildə 2-ci dərəcə verilmişdir. 09.02.1981-ci ildə hazır məhsullar anbarına 2-ci dərəcəli takelajçı keçirilmişdir. 15.12.1981-ci ildə İMİ-203 tresti “Bakı şəhər Tikinti” Mexanikləşdirmə”-dən keçirildiyi üçün işdən azad edilmişdir. 16.12.1981-ci ildə İMİ-203 tresti “Bakı şəhər Tikinti” Baş Bakı Tikinti DSK-3-dən keçirildiyi üçün İİP sahəsinə 3-cü dərəcəli tornaçı kimi qəbul edilmişdir. 14.09.1982-ci ildə “Bakı şəhər Tikinti” trestinin 8 saylı Mexanikləşdirmə üzrə xüsusi idarəsinə keçirilmişdir. 14.09.1982-ci ildə İMİ-203 trestindən keçirildiyi üçün 5-ci dərəcəli tornaçı kimi qəbul edilmişdir. 18.11.1986-cı ildə mühəndis kimi keçirilmişdir. 13.12.1989-cu ildə 6-cı dərəcə tornaçı kimi keçirilmişdir. 18.01.1991-ci ildə ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə 3 №-li X6 keçirilmişdir. 22.01.1991-ci ildə İstehsalat Birliyi 8 saylı X9 İMİ-8 tresti Bakı şəhər Mexanikləşdirmədən keçirilməsi ilə armatur sexinə 6-cı dərəcəli tornaçı kimi keçirilmişdir. 01.04.1992-ci ildə mexanika sexinə 6 (altıncı) dərəcəli tornaçı kimi keçirilmişdir. 02.06.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 03.06.1993-cü ildə “Çinarə” kiçik müəssisəsinə sex rəisi vəzifəsinə işə qəbul edilmişdir. 28.10.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 15.11.1993-cü ildə nəqliyyat sahəsinə 6-cı dərəcəli tornaçı qəbul edilmişdir. 14.02.1994-cü ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 01.07.2008-ci ildə Bakı Metropoliteni Yol xidməti 1 saylı hissəyə 3-dərəcəli yol fəhləsi qəbul edilmişdir. İş gecə, tuneldə xüsusi, zərərli iş şəraitində. 02.03.2009-cu ildə növbəti 4-cü dərəcə verilmişdir, yol montyoru. 18.07.2014-cü ildə "xxxx" QSC Yol Xidməti 1 saylı yol hissəsi 3-cü sahəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə qəbul edilmişdir. İş gecə tuneldə xüsusi, zərərli iş şəraitində. "xxxx" QSC tərəfindən verilən A/09 nömrəli 14 yanvar 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı 01.07.2008-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində çalışmışdır. 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləyir. Arayışın “qeyd” hissəsində göstərilmişdir Yol montyoru yol fəhləsi hesab edilir və yol fəhləsi tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində (xüsusi zərərli ış şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işləyir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 25.02.2021-ci il tarixli **********7 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 14 yanvar 2021-ci il tarixli A/09 nömrəli iddiaçıya dair arayışında 01.07.2008-ci il tarixindən bugünədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 20.09.2021-ci il tarixli 40N-10/3-1144 nömrəli cavab məktubu ilə bildirmişdir ki, İddiaçı 01.07.2008-ci il tarixindən hazırki vaxtadək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsində çalışır. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 02 ay 18 gün (on üç il iki ay on səkkiz gün) (17.09.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Həmçinin qeyd edilmişdir ki, yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. X7 Sistemindən çıxarışdan müəyyən olunur ki, iddiaçının 08.10.2021-ci il tarixə pensiya kapitalı 38.053,14 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (15.11.2016) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması da işin mübahisə doğurmayan hallarındandır (təqdim olunmuş çıxarışa əsasən iddiaçının faktiki malik olduğu pensiya kapitalı 38.053,14 manat təşkil edir və ona münasibətdə isə tələb olunan məbləğ 29.200 manat təşkil edir). İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi iddiaçının 01.07.2008-ci il tarixindən hazırki vaxtadək işlədiyi "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə metropoliten sahəsində olmadığından onun güzəştli iş stajının olmaması qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: 21.5. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: nəzərdə tutulmuşdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 06 ay zərərli iş stajı yanvar 2021-ci il tarixdə tamam olmuşdur. Baxmayaraq ki, həmin tarixdə iddiaçının 63 yaşı olmuş, lakin o, güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün zəruri olan şərtləri həmin tarixdə tamamladığından, ona yanvar 2021-ci il tarixdən pensiya təyin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki tələblə inzibati orqana 15 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı yanvar 2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yanvar 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1956-cı ildə doğulmuş İddiaçı yanvar 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar