Məhkəmə qərarları › İş №2-1(112)-7405/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7405/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7405/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Əhrəman oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan , yəni 18 noyabr 2022-ci il tarixdən “Prezident təqaüdü”nün təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 noyabr 2022-ci ildə 65 yaşının tamam olması ilə bağlı yaşa görə pensiyaya çıxmışdır. Ona SSRİ Elmlər Akademiyasının N.N.Mikluxo Maklay adına X1 hissəsinin Elmi Şurasının 21 may 1987-ci il tarixli qərarı ilə tarix elmləri namizədi elmi dərəcəsi verilmişdir. O, tarix elmləri namizədi elmi dərəcəsi almamışdan əvvəl də və elmi dərəcə aldıqdan sonra da Azərbaycan Milli Elmlər Akademiyasında işləmişdir. O, pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan “Prezident təqaüdü”nün təyin edilməsi ilə bağlı ərizə ilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin onun müraciəti təmin olunmayaraq qanunsuz və əsassız olaraq ona “Prezident təqaüdü”nün təyin olunmasından imtina olunmuşdur və bu barədə ona həmin filialdan 07 dekabr 2022ci il tarixli **********4 №li məktubla ona cavab verilmişdir. Həmin məktubda ona bildirilmişdir ki, “...təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində onun sığorta stajı qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az (23 il 6 ay) olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı 22 noyabr 2022-ci il tarixdə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə “Prezident təqaüdü”nün təyin edilməsi barədə ərizə ilə “DOST” mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 19 il 02 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və elmi dərəcəsinə görə “Prezident təqaüdü”nün təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən “əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru eimi dərəcəsinə görə 300 manata çatdırılmışdır. M.X11 təqdim etdiyi əmək kitabçasının surətinə əsasən eimi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 19 il 09 ay 04 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə “Prezident təqaüdü”nün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçı və nümayəndəsi və vəkili Vəkil Əhrəman oğlu ayrı-ayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1957-cı il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı eyni tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus 15 noyabr 1973-cü il və xx.xx.1995-ci il tarixlərdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki o; “Azərsud-Tikinti” Baş İdarəsinin Şoran torpaqların duzdan təmizlənməsinin təşkili İdarəsində; xx.xx.1973-cü ildə torpaq-meliorasiya laboratoriyasına texnik-laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1974-cü ildə yardımçı fəhlə vəzifəsinə keçirilmişdir; xx.xx.1975-ci ildə fiziki sınaqlar üzrə İİ dərəcəli laborant vəzifəsiə keçirilmişdir; xx.xx.1975-ci ildə kimyəvi sınaqlar üzrə İİİ dərəcəli laborant vəzifəsinə keçirilmişdir; xx.xx.1975-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; xx.xx.1975-ci ildə texniki vəsaitlər aborantı vəzifəsinə qəbul edilmişdir. Bakı şəhəri 56 №-li məktəbdə; xx.xx.1976-cı ildə pioner baş dəstə rəhbəri vəzifəsinə qəbul edilmişdir; xx.xx.1977-ci ildə Sovet Ordusu sıralarında xidmətlə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan SSR X7 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda; xx.xx.1980-ci ildə təsərrüfat müqaviləsi əsasında Şirvan-Şabran arxeoloji ekspedisiyasına baş laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1980-ci ildə Yeni tikinti sahələrinin arxeoloji şöbəsinin baş laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1981-ci ild Sovet dövrü etnoqrafiyası şöbəsinə keçirilmişdir; xx.xx.1981-ci ildə “Etnoqrafiya” ixtisası üzrə əyani aspiranturaya qəbul olmuşdur; xx.xx.1984-cü ildə Təhsil müddəti qurtardığı üçün aspiranturadan azad edilmişdir; Azərbaycan SSR X7 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda; xx.xx.1985-ci ildə Sovet dövrü etnoqrafiyası şöbəsinə ştatda boş olan kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1987-ci ildə tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan SSR X4 Komitəsində; xx.xx.1987-ci ildə Azərbaycan SSR X4 komitəsinin təlimatçısı vəzifəsinə qəbul edilmişdir; xx.xx.1988-ci ildə Azərbaycan SSR X10 komitəsinin təlimatçısı vəzifəsindən azad edilməklə, rayonu partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.1991-ci ildə Rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsindən azad edilməklə, Respublika Elmlər Akademiyasında partiya komitəsinin katibinin müavini vəzifəsinə təyin edilmişdir; xx.xx.1991-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan Milli Elmlər X5 İttifaqında; xx.xx.1991-ci ildə etibarən ştat cədvəlinə əsasən Azərbaycan Respublikası Elmlər Akademiyasında BHK təlimatçısı vəzifəsinə təyin edilmişdir; xx.xx.1995-ci ildə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" Azərbaycan-X3; xx.xx.1995-ci ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasından köçürülmə yolu ilə "xxxx" Azərbaycan-X6 baş direktorun maliyyə məsələləri üzrə müavinin vəzifələrini müvəqqəti icra edən vəzifəsinə qəbul edilmişdir; xx.xx.1996-cı il tarixdə ixrac-idxal, marketinq və konyunktura şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir; xx.xx.1998-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda: xx.xx.1998-ci ildə əvəzçi baş elmi işçi vəzifəsinə qəbul edilmişdir; xx.xx.2001-ci ildə tam ştata keçirilmişdir; xx.xx.2012-ci ildə işdən azad edilmişdir; "xxxx" MMC-də xx.xx.2012-ci ildə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir; xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci bəndinin “a” yarımbəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. ИТ seriyalı 012218 №li, xx.xx.1987-ci il tarixli SSR Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası X8 təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, SSRİ Elmlər Akademiyasının N.N.Mikluxo Maklay adına X1 hissəsinin Şurasının xx.xx.1987-ci il tarixli qərarı ilə (protokol № 6) İddiaçı “tarix elmləri namizədi elmi dərəcəsi” verilmişdir. Azərbaycan Milli Elmlər X9 İttifaqının xx.xx.2023-cü il tarixli, 065/10-16 №-li arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci ilə kimi Azərbaycan Milli Elmlər X9 İttifaqında təlimatçı vəzifəsində işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli, 8-1-8/2-185/2023 №-li arayışında göstərilmişdir ki, İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli, 8-1-8/2-198/2023 №-li arayışında göstərilmişdir ki, İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əvəzçi böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmişdir. Əsas: AMEA Rəyasət Heyətinin 8-1/2-607/2023 saylı xx.xx.2023-cü il tarixli arayışı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-149760/23 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Milli Elmlər X9 İttifaqının xx.xx.2023-cü il tarixli, 065/10-43 №-li arayışında göstərilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 7.1.1-ci bəndinə görə alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedoqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri elmi fəaliyyətin subyektləri ola bilərlər. İddiaçı xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə Azərbaycan Milli Elmlər X5 İttifaqında işlədiyi təlimatçı vəzifəsi elmi fəaliyyət hesab edilə bilməz. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq; DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********4 №li 07 dekabr 2022-ci tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı (23 il 6 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********1 №li 29 dekabr 2022-ci tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək cəmi 23 il 6 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün sizə sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3-17-1/2- Ə-29745/2023 №li 15 fevral 2023-cü tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.22-ci maddəsinə əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxslərdir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci abzasına əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Azərbaycan Milli Elmlər X2 İttifaqında işlədiyiniz dövrlər elmi müəssisə və təşkilatlarda sığorta stajı kimi nəzərə alınmamışdır. Təkrar müraciəti ilə əlaqədar bir daha bildirirlər ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı (19 il 9 ay 4 gün) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 5.3-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələridnə azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanının (bundan sonra mətndə - Fərman): 1-ci hissəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1-ci hissəsinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. 2.2-ci hissəsinə əsasən dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. 4-cü hissəsinə əsasən bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli, 1494 №-li Fərmanı ilə “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (İ kitab), maddə 1491) 1-ci hissəsində “200” rəqəmləri “300” rəqəmləri ilə, “120” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilmiş, Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin (Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanı) tələbindən göründüyü kimi məhz əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əsasən iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas verən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajına aşağıda qeyd olunan dövrlər daxildir; Bakı şəhəri 56 №-li məktəbdə “Pioner baş dəstə rəhbəri” vəzifəsində işlədiyi dövrxx.xx.1976-xx.xx.1977 (01 il, 07 ay, 21 gün); Azərbaycan SSR X12 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda “baş laborant” vəzifəsində işlədiyi dövr - xx.xx.1980 - xx.xx.1981 (01 il, 06 ay, 29 gün); Azərbaycan SSR X12 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda “kiçik elmi işçi” vəzifəsində işlədiyi dövr - xx.xx.1985-xx.xx.1987-ci il (02 il, 10 ay, 29 gün); Azərbaycan SSR X10 Komitəsində “təlimatçı” vəzifəsində işlədiyi dövrü xx.xx.1987-xx.xx.1991 (02 il, 09 ay, 09 gün); Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda “baş elmi işçi” vəzifəsində işlədiyi dövr - xx.xx.2001-xx.xx.2012 (11 il, 01 ay, 30 gün) Beləliklə iddiaçının Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas verən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 20 il, 28 gün təşkil edir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda “baş elmi işçi” vəzifəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi işləməsinə baxmayaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas verən sığorta stajını xx.xx.2001-ci il tarixindən qəbul edilir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan müəyyən edilir ki, sonuncu xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda əvəzçi böyük elmi işci, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmiş və xx.xx.2001-ci il tarixdən isə tam ştata keçirilmişdir. Yuxarıda qeyd olunan Fərmanın tələblərindən də göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində vətəndaşın işləməsi ilə yanaşı həm də tutuduğu vəzifə onun əsas iş yeri olmalıdır. İddiaçı xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə Azərbaycan Milli Elmlər X5 İttifaqında işlədiyi təlimatçı vəzifəsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 7.1.1-ci bəndinə görə alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedoqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri elmi fəaliyyətin subyektləri sırasına daxil edilmədiyi üçün iddiaçının işlədiyi qeyd olunan vəzifə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə əsas olan staj olaraq qəbul edilə bilməz. Hazırkı halda iddiaçı ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oluşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “prezident təqaüdünün təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar