Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7405/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Gədəbəy rayonunda mənzil uçotunun Sabunçu rayonuna köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Vətən müharibəsi şəhid ailəsidir, əvvəlki qeydiyyatı Gədəbəy rayonunda olduğu üçün həmin rayonun İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülmüşdür. 2024-cü-ilin iyul ayından pasport qeydiyyatını Sabunçu rayonu ünvan 1 ünvanına dəyişdiyi üçün mənzil uçotunun da Sabunçu rayonuna köçürülməsi xahişi ilə Cavabdehnə ərizə ilə müraciət etmişdir, lakin müraciətinin təmin olunmasından imtina edilmiş, Sabunçu rayonunda 5 il daimi pasport qeydiyyatı olmadığı əsas gətirilmişdir. İnzibati orqanın imtinası əsassızdır, çünki o özünün Sabunçu rayonunda pasport qeydiyyatında olduğu təqdirdə mənzil uçotunun Gədəbəy rayonunda saxlanılması mənasızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı mənzil uçot işinin Gədəbəy Rayon İcra Hakimiyyətindən Cavabdehnə köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı passport qeydiyyatı Gədəbəy rayonu olmuş daha sonra 2024-cü ildə passport qeydiyyatını dəyişərəm ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və onların mənzil növbəliyinin köçürülməsi qanunla tənzimlənmir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinn rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş “Veteran” Mənzil Tikinti Kooperatini tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 02 nömrəli Arayışda göstərilmişdir ki, X4 və İddiaçı 03.05..2021-ci il tarixdən ünvan 4 ünvanında yaşayırlar və qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 004142 nömrəli “X14 Vəsiqəsindən görünür ki, İddiaçı vəsiqə xx.xx.2024-cü il tarixdən verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 0.12.2024-cü il tarixli 144 nömrəli “vətəndaş İddiaçı yaşayış sahəsinəehtiyacı olan qismində uçotdan çıxarılması və uçot sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə” Sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.1-ci maddəsinə uyğun olaraq uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizəsinə əsasən İddiaçı yaşayış yerini dəyişdiyinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Cavabdehnə göndərilsin. RİH başçısının xx.xx.2022-ci il tarixli 106 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış İddiaçı 3 nəfər ailə üzvləri ilə (özü ilə birgə, növbəsi 77) uçotdan çıxarılsın. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli 5-18/2-1637/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X4 ünvan 5 ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Daşınmaz Əmlakın dövlət reyestrindən Arayışda göstərilmişdir ki, İddiaçı adına Respublika ərazisi üzrə əmlakın mövcudluğuna dair xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən aşağıdakı əmlaklar aşkar edilmişdir: 1)Gədəbəy rayonu, Çalburun kəndində yerləşən 0.58 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 2) Gədəbəy rayonu, Çalburun kəndində yerləşən 0.16 ha yaşayış məntəqələrinin torpaq sahəsi. -Azərbaycan Respublikası Bakı şəhər Bakıxanov Bələdiyyəsi tərəfindən verilmiş 03/A saylı xx.xx.2025-ci il tarixli Arayışda göstərilmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olan X4 və İddiaçı Bakıxanov Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-19757/2025 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 və İddiaçı adlarına (ümumibirgə pay) Gədəbəy rayonu, Çalburun kəndində 0.16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-462D nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; Gədəbəy rayonu, Çalburun kəndində 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-11 nömrəli xx.xx.2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 81, 5 saylı mənzil xx.xx.2010-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Gəncə şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-1-292 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c, 5 saylı mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-3159 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 61, 16 saylı mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-184 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21263/2025 nömrəli məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdaa əsasən ünvan 5(yeni qaydalarla: AZ 1132, ünvan 6 ünvanında yerləşən **********79-05301-093245 reyestr nömrəli ümumi sahəsi 99.4 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 3804 nömrəli reyestr kitabının 355931 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X9 ünvan 5(yeni qaydalarla: AZ 1132, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 99.4 kv.m olan mənzili hədiyyə alan İddiaçı bağışlamışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdaa əsasən ünvan 5(yeni qaydalarla: AZ 1132, ünvan 6 ünvanında yerləşən **********79-05301-093245 reyestr nömrəli ümumi sahəsi 99.4 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3804 nömrəli reyestr kitabının 355931 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən İddiaçı ünvan 5(yeni qaydalarla: AZ 1132, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 99.4 kv.m olan mənzili hədiyyə alan X5 bağışlamışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdaa əsasən ünvan 5(yeni qaydalarla: AZ 1132, ünvan 6 ünvanında yerləşən **********79-05301-093245 reyestr nömrəli ümumi sahəsi 99.4 kv.m olan mənzil xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3804 nömrəli reyestr kitabının 355931 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-11120 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü X6 xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gədəbəy rayonu, Çalburun kəndində, xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-11119 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanında xx.xx.1977-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 5-18/2-A-9-068/2025 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxılacaq. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı və əri X4 şəhid ailə üzvləridir. İddiaçı Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə mənzil növbəsinə götürülmüş, daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 5 ünvanına qeydiyyata düşmüş, Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 144 nömrəli sərəncamı ilə İddiaçı mənzil növbəsindən çıxarılaraq onun mənzil növbəliliyinin qeydiyyatı üzrə Cavabdehnə köçürülməsi üçün uçot sənədlərinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı qeydiyyatda olduğu ünvan üzrə Cavabdeh tərəfindən mənzil uçotuna alınmasını mübahisələndirir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 55.1-ci maddəsinə görə aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahəsinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə (ailə üzvlərinə) aid yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi və ya mənzil varsa, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. Mənzil Məcəlləsinin 52-ci maddəsinin tətbiqi üçün uçota alınmaq istəyən vətəndaşın mənzil şəraiti müraciətdən öncə uçota alınmasına mane olacaq dərəcədə qanunla nəzərdə tutulan minimal səviyyə və ondan yuxarı əliverişli vəziyyətdə olmalıdır ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmağa xidmət edən müvafiq hərəkətlər etməklə (əmlakı satmaq, bağışlamaq və s.) şəxs öz əliverişli mənzil şəraitini pisləşdirmiş olsun. Qeyd olunanlar nəzərə alındıqda müəyyən olunur ki, ünvan 5 ünvanda yerləşən mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmiş, xx.xx.2024-cü il tarixli, Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında oğlunun adına özgəninkiləşdirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdən mülkiyyətçisi olduğu ünvan 5 ünvanında qeydiyyata alınmış və mənzili oğlunun adın özgəninkiləşdirdikdın sonra xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu üzrə mənzil uçotundan çıxarılmış və cavabdeh Bakı şəhər Cavabdehnə xx.xx.2025-ci il tarixdə müraciət edərək mənzil uçotuna alınmasını xahiş etmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan əmlakı özgəninkiləşdirməsi (bağışlamanın) iddiaçının mənzil vəziyyətini qəsdən pisləşdirdiyi hal kimi qəbul edilir və bu halda iddiaçının vəziyyəti bilavasitə Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsiri altına düşür. Beləliklə, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin özgəninkiləşdirilməsindən və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən müvafiq bağışlama barədə əqdin bağlandığı tarixdən növbəti beş il müddət keçmədiyindən iddianın təmin edilməsi də hazırkı halda istisna edilir. Digər tərəfdən işdən müəyyən olunur ki, iddiaçının adına hazırda da Gədəbəy rayonu, Çalburan kəndində 0.16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi əri X4 ilə onun ümumbirgə mülkiyyətindədir. Göründüyü kimi, hazırda iddiaçının və onun ailə üzvü olan ərinin adına fərdi yaşayış evinin tikintisinə icazə verən həyətyanı torpaq sahəsinin qeydə alınması müəyyən olunması iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına əsas vermir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7405/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7405/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver