Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7408/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********168354 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməkdədir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********150231 saylı Qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının aparılması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması sentyabr 2018- avqust 2021 olan dövrü əhatə etmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə görə cavabdeh tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması Aktından görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış və 13 təqvim ayının tamamında xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Hazırki iddia ərizəsi ilə mübahisələndirilən **********150270 saylı səyyar vergi yoxlaması Aktı xx.xx.2022-ci il tarixdə tərtib edilərək xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsinə təqdim edilmişdir. İddiaçı hesab edir ki, aşağıda sadalanan bir sıra səbəblərdən **********150270 saylı “Səyyar vergi yoxlaması Aktı”, həmin akt əsasında verilmiş **********442800 saylı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə Tələbnamə” etibarsız hesab edilərək, **********150270 saylı “Səyyar vergi yoxlaması Aktı əsasında qəbul edilmiş **********168354 saylı “Vergi ödəyicisiniın və ya sığortaedəııiıı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ləğv edilməlidir. Belə ki, mübahisələndirilən “Səyyar vergi yoxlaması aktında onun xx.xx.2022ci il tarixdə tərtib edildiyi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış və 13 təqvim ayından sonra xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.3-cü maddəsinə əsasən vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********01 1400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 8.13. bəndinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilməlidir. Yoxlamanın nəticələrinə görə Akt qeyd edilən imperativ hüquq normasının tələbinə əsasən xx.xx.2022-ci il tarixdə tərtib edilməli olduğu halda, cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-ci və 38-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixdə “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” Qərar qəbul edərək səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətini 30 gün uzatmışdır. Bu hal qeyd edilən “Qaydalar”ın 8.14. bəndi ilə nəzərdə tutulmuşdir (8.14. “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında Qərar”ina əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər). Nəzərə alsaq ki, xx.xx.2022-ci il tarixdən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günə uzadılmışdır. Səyyar vergi yoxlaması aktı ən geci xx.xx.2022-ci il tarixdə tərtib edilməli idi. Cavabdeh bunu nəzərə alaraq səyyar vergi yoxlaması Aktının titul səhifəsində onun tərtib edilmə tarixini xx.xx.2022-ci il olaraq göstərmişdir, lakin Aktın içərisində, misal üçün 1.9.4. və 1.9.5. bəndlərində vergi yoxlaması müddətində keçirilmiş ekspert və mütəxəssis rəylərinin iddiaçıya xx.xx.2022-ci il tarixində elektron poçt vasitəsi ilə göndərildiyi qeyd etmişdir. Belə olan halda səyyar vergi yoxlaması Aktının qanunvericilikdə nəzərdə tutulmuş müddətlərin pozulması ilə tərtib edildiyi və ya Aktı tərtib edən vəzifəli şəxsin gələcəyi görmək istedadı olduğu açıq aşkar məlum olur ki, bu isə Aktın xx.xx.2023-cü il tarixdə deyil, saxtalaşdırılmaqla daha sonrakı tarixlərdə tərtib edilməsindən xəbər verir. Bundan əlavə bir daha məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ********** 150231 saylı Qərarla İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının aparılması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Nəzərə alınmalıdır ki, iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, hesab edirik ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd elmək istəyirik ki, vergi qanunvericiliyinin məqsədi ancaq dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən deyil, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Belə ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Azərbaycab Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Bundan başqa, səyyar vergi yoxlaması Aktından görünür ki, aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə - 9 dəfə dayandırılmış, 2 dəfə vergi yoxlamasının müddəti, 1 dəfə isə aktın tərtibi müddəti uzadılmışdır. Lakin, cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın həmin hərəkətləri, həm Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 1 1-ci və 24cü maddələrinin pozulması ilə müşayiət olunur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir. Bundan əlavə, Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********150270 saylı “Səyyar vergi yoxlaması Aktı” xeyli sayda uyğunsuzluqlar və hüquqa zidd pozuntularla tərtib edilmişdir: Aktın 1.7-ci bəndində qeyd edilmişdir ki, İddiaçı MMC lisenziyası olmadan yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyət növü ilə məşğul olmuşdur. Lakin, "xxxx" MMC ümumiyyətlə və həmçinin yoxlama ilə əhatə edilən dövr ərzində tikinti fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixli **********150270 saylı Aktda (səhifə 5, abzas 2) düzgün olaraq qeyd edilmişdir ki, tikinti işləri podrat müqaviləsi əsasında üçüncü şəxs tərəfindən həyata keçirilmişdir. Aktın 1.8. bəndində qeyd edilmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş satış müqavilələri və qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar əsasında satışların olduğu müəyyən edilmişdir. Lakin bu fakt tərəfimizdən təqdim edilmiş satış müqavilələri və qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar əsasında öz təsdiqini tapmır. Tərəfimizdən yoxlama ilə əhatə edilən dövr ərzində satış aparılmamışdır. Yoxlama ilə əhatə edilən dövr ərzində satış aparılmadığını təsdiq edən sənədlər cavabdeh tərəfindən sorğular vasitəsi ilə əldə etdiyi, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş sənədlər ilə sübuta yetirilir. Aktın 2.1. bəndində (səhifə 13, abzas 3) qeyd edilmişdir ki, yoxlama zamanı təqdim edilmiş mənzillər, qeyri-yaşayış obyektləri və zirzəmi sahələri iizrə satış müqavilələr əsasında Vergi Məcəlləsinin 159.1-ci maddəsinin (Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi vergitutma obyektidir) tələblərinə əsasən yoxlama dövründə (sentyabr 2018-avqust 2021) təqdim edilmiş 2 ədəd satışa yararlı sahəsi 360.3 kv.m təşkil edən mənzil, satışa yararlı sahəsi 2113.6 kv.m təşkil edən zirzəmi və qeyri yaşayış sahələri üzrə ümıımilikdə 4 271 165.25 manat dövriyyədən 768 809.76 manat ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 384 904.88 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilir. Hesab edirik ki, "xxxx" MMCyə 768 809.76 manat ƏDV-nin və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 384 904.88 manat maliyyə sanksiyasının hesablanması qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC tərəfindən yoxlama ilə əhatə edilən dövr ərzində satış və ya təqdimetmə aparılmamışdır. Aktın 2.1. bəndində (səhifə 13, abzas 4) qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən Bina tikintisi fəalliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlanması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə, yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş və əvvəlki yoxlamalar ilə satış müəyyən edilməmiş və bu hallar vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəy içiləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi imkanı olduğu halda, vergi ödəyicisi tərəfindən satılmış mənzillərə və qeyri-yaşayış obeyktlərinə dair dövriyyələr bəyan edilməmiş və vergidən yayınma halına yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq, 10 943 939,24 manat (ƏDV istisna) (853.6 kv. m yararlı qeyri yaşayış sahəsi, 7055.3 kv.m yararlı yaşayış sahəsi) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına (avqust 2021) bərpa edildi və dövriyyədən büdcəyə 1 969 909.06 manat ƏDV hesablandı. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1ci və 67.16 cı maddələrinə əsasən ümumilikdə 2 738 718.82 manat əlavə dəyər vergisi hesablandı və Vergi Məcəllsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%- i miqdarında, yəni 1 369 359.40 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edildi. İddiaçı hesab edir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsini rəhbər tutmaqla İddiaçı MMC-yə hər hansı bir vergi məbləğinin və maliyyə sanksiyasının hesablanıb tətbiq edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1.bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2.bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdini edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.8. maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-qurraşdırma işlərinə başlamış; 16.8.2.sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-qnraşdırına işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. İddiaçı qeyd edir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.8-ci maddəsi ilə nəzərdə tutulmuş şəxslər sırasına aid edilə bilməz. Belə ki, torpaq sahəsinin ayrılması səlahiyyətli icra hakimiyyəti orqanının xx.xx.2004- cü il tarixli 195 saylı sərəncamı ilə baş vermişdir; - torpaq Ayrıc Aktı ayrıc aktlarının qeydiyyat kitabında 05/25 sayla qeydiyyata alınmaqla xx.xx.2005-ci il tarixdə verilmişdir; - Bakı şəhər İcra Hakimiyyəti və iddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə xx.xx.2005-ci il tarixdə bağlanmışdır; - tikinti-quraşdırma işlərinin aparılmasına 3754 saylı İcazə xx.xx.2006-cı il tarixdə verilmişdir; - həmin dövrdən başlayaraq zəruri icazələr əsasında inşaat işləri podratçı subyektlər tərəfindən aparılmaqla 2019-cu ildə başa çatdırılmışdır; - tikintisi başa çatmış binaya Ünvan Reyestrindən Arayış xx.xx.2019-cu il tarixdə verilmişdir; - tikinti obyektinin istismarına 001 saylı İcazə xx.xx.2020-ci il tarixdə verilmişdir; - vergi orqanının təqdim etdiyi xx.xx.2019-cu il tarixli **********547700 saylı arayışı ilə də təsdiq olunur ki, onun dövlət büdcəsinə ödənilməmiş heç bir vergi borcu və öhdəliyi olmamışdır.İddiaşı məhkəmənin diqqətinə çatdıraraq qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********150231 saylı Qərarla İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının aparılması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması sentyabr 2018 - avqust 2021 olan dövrü əhatə etmişdir. Sözü gedən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş Aktda qeyd olunur ki, İddiaçı MMC tərəfindən yoxlama ilə əhatə edilən dövr ərzində satış və ya təqdimetmə aparılmışdır və bu hala görə İddiaçı MMC-yə vergi məbləğləri və maliyyə sanksiyaları hesablanmışdır. Lakin inzibati orqana yoxlama zamanı iddiaçı tərəfindən təqdim edilmiş və müvafiq sorğular vasitəsi ilə inzibati orqan tərəfindən əldə edilmiş notarial qaydada təsdiq edilmiş 5 İ ədəd alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC-yə məxsus olmuş cəmi 54 mənzildən 51 mənzil xx.xx.2014 - xx.xx.2018 tarixləri arasında satılmışdır. Vergi yoxlamasının əhatə etdiyi dövr isə xx.xx.2018-ci il tarixdən başlayır. İddiaçı MMC-yə məxsus olmuş 1 ədəd Bakı şəhər İcra Hakimiyyətini sərancamı əsasında şəhid ailəsi üzvü vətəndaş Bağırova Ofelyaya, 1 mənzil məhkəmə qətnaməsi əsasında vətəndaş Ağayev Sakitə, İ mənzil isə hal-hazırda İddiaçı MMC-yə məxsusdur. Eləcə də, inzibati orqana yoxlama zamanı iddiaçı tərəfindən təqdim edilmiş və müvafiq sorğular vasitəsi ilə inzibati orqan tərəfindən əldə edilmiş notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı MMC-yə məxsus olmuş qeyri-yaşayış sahələrinə dair təqdimetmələr isə xx.xx.2014- xx.xx.2016 tarixləri arasında həyata keçirilmişdir, bu tarixlərdə növbədənkənar səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə (xx.xx.2018 - xx.xx.2021) təsadüf etmir. Beləliklə İddiaçı MMC tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdimetmə tarixlərini (xx.xx.2014 - xx.xx.2018 tarixləri arasında) əhatə edən dövr üzrə səyyar vergi yoxlamaları daha əvvəl aparılmışdır, həmin dövrlər üçün vergi öhdəlikləri tam icra edilmişdir və bunun təsdiqi olaraq vergi orqanının təqdim etdiyi xx.xx.2019-cu il tarixli **********547700 saylı arayışı mövcuddur ki, həmin arayışla təsdiq olunur ki, İddiaçı MMC-nin xx.xx.2019-cıı il tarixinə dövlət büdcəsinə ödənilməmiş heç bir vergi borcu və sair öhdəliyi olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.2-ci bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hliquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməni istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər iizrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********150231 nömrəli Qərarına əsasən, "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi üzrə (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********150271 “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. MMC tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmişdir. Bununla əlaqədar olaraq etibarnamə ilə səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə 2 nüsxədən ibarət xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli **********151444 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən, müəsissəyə məxsus sənədlərin təsdiq edilmiş surətləri götürülərək, xx.xx.2021- ci il tarixli protokol tərtib edilmiş və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş satış müqavilələrində (mənzillər, qeyri-yaşayış obyektləri və zirzəmi sahələri üzrə satış müqavilələri) Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində (30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə,xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxan) fərqləndikdə) nəzərdə tutulan hallar olduğundan ekspert dəvət olunmasına zərurət yaranmışdır. Vergi Məcəlləsinin 14cü maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin mallann (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3-ci malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı Vergi Məcəlləsinin 14.6.3.1-ci maddəsinin tələblərinə uyğun “əlavələr” müəyyən edilə bilmədiyindən Vergi Məcəlləsinin 14.6.3.1-ci maddəsinə istinad oluna bilməmişdir. Vergi Məcəlləsini 14.6.3.2 maddəsinin tələblərinə uyğun əsaslandırılmış bütün xərcləri və çeşidlər (dövrlər) üzrə mənfəəti müəyyən edilə bilmədiyindən Vergi Məcəlləsinin 14.6.3.2ci maddəsinə istinad oluna bilməmişdir. Göstərilən səbəblərdən Vergi Məcəlləsinin 14.6.3.3-ci maddəsinə əsasən bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər və ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Yoxlama ilə əhatə olunan dövrdə Bakı şəhəri,ünvan 1 ünvanında inşa edilən 1 blokdan ibarət yaşayış binası (14 mərtəbən ibarət), 2 mərtəbədən ibarət qeyri-yaşayış obyektləri və 1 mərtəbən ibarət zirzəmi və 1 mərtəbən ibarət həyətaltı (avtodayanacaq sahəsi) sahələrinin real bazar qiymətlərini müəyyənləşdirmək məqsədilə Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********157220 nömrəli Qəranna əsasən "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. xx.xx.2022-ci il tarixli **********157220 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən ekspert X3 dəvət edilmiş və orta bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyi verilmişdir. Əlavə dəyər vergisi üzrə: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004cü il tarixli 195 saylı sərəncamına asasan Bakı şəhəri Yasamal rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu məhəllədə 0.72 hektar torpaq sahəsi ayrılmışdır. Razılaşdırılmış eskiz layihəsi əsasında 1 girişli 14 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Cari yoxlama ilə satışa yararlı sahəsi 93.2 kv.m təşkil edən 1 ədəd 5-ci mənzildən başqa ütün 53 ədəd mənzilin, zirzəmilərin və qeyri yaşayış sahələrinin satışı müəyyən edilmişdir. Belə ki satışı müəyyən edilən satışa yararlı sahə yaşayış üzrə 8738.8 kv.m, zirzəmi üzrə 1213.6 kv.m, qeyri yaşayış üzrə 1753.6 kv.m təşkil edir. Müəssisə tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə verginin hesablanması və ödənilməsi əvvəlki yoxlanılan vergi dövrlərdə öz təsdiqini tapmışdır. Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən tikilmiş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin və zirzəmi sahələrinin orta bazar qiyməti aşağıdakı kimi təşkil etmiş və ekspert rəyinə əsasən hesablamalar aparılmışdır. Beləliklə, yoxlama zamanı təqdim edilmiş mənzillər, qeyri-yaşayış obyektləri və zirzəmi sahələr üzrə satış müqavilələr əsasında Vergi Məcəlləsinin 159.1-ci maddəsinin (Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi vergitutma obyektidir.) tələblərinə əsasən yoxlama dövründə (sentyabr 2018-avqust 2021) təqdim edilmiş 2 ədəd satışa yararlı sahəsi 360.3 kv.m təşkil edən mənzil, satışa yararlı sahəsi 2113.6 kv.m təşkil edən zirzəmi və qeyri yaşayış sahələri üzrə ümumilikdə 4271165.25 manat dövriyyədən 768809.76 manat ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 384904.88 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilir. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş və əvvəlki yoxlamalar ilə satış müəyyən edilməmiş və bu hallar vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi imkan olduğu halda vergi ödəyicisi tərəfindən satılmış mənzillərə və qeyri-yaşayış obyektlərinə dair dövriyyələr bəyan edilməmiş və vergidən yayınma halına yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq, 10943939,24 manat (ƏDV istisna) (853.6 kv.m yararlı qeyri yaşayış sahəsi, 7055.3 kv.m yararlı yaşayış sahəsi) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına (avqust 2021) bərpa edildi və dövriyyədən büdcəyə 1969909.06 manat ƏDV hesablandı. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci və 67.16cı maddələrinə əsasən ümumilikdə 2738718.82 manat əlavə dəyər vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1-cimaddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 1369359.40 manat maliyyə sanksiyası tətbiq edildi. Bundan əlavə yoxlama zamanı səyyar vergi yoxlaması ilə əhatə edilməyən dövr üzrə (Əvvəlki səyyar vergi yoxlaması dövrü ilə cari səyyar vergi yoxlaması dövrü aralığında olan və səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövr üzrə (xx.xx.2017-xx.xx.2018) yararlı sahəsi 1323,20 m2 olan 8 ədəd mənzil sahəsi (satış qiyməti ümumilikdə 1827168.32 manat ƏDV daxil) təqdim olunmuş müqavilələr üzrə satışlar 3 il müddət keçdiyindən yoxlama ilə əlavə hesablama aparılmadı. Eyni zamanda yoxlama ilə 2021-ci ilin iyul ayı üzrə vergi ödəyicisi tərəfindən hesablanmış 1710.0 manat ƏDV öz təsdiqini tapmadığına görə azaldılmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150231 nömrəli qərarına əsasən İddiaçı MMC barəsində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. • İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “İnfina Kapital" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü 36-cı, 37-ci və 42-ci maddələrini əsasən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********150271 nömrəli Tələbnamə göndərilmişdir. • Yoxlamanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli **********150270 nömrəli Səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir. • İddiaçı MMC barəsində Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********168354 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. • Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, "xxxx" MMC-nə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı ilə Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçəsi 610-cu məhəllədə 0,5428 hektar sərhədlər daxilində yaşayış binasının tikintisi üçün 05/25 nömrəli 2005-ci il tarixli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin” Ayrıc Aktı tərtib edilmişdir. • Yasamal rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu məhəllədə ayrılmış torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti (icarəyəverən) ilə "xxxx" MMC (icarəçi) arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli 0490 nömrəli müqavilə bağlanılmışdır. • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal gəlirlər Baş İdarəsinin sifarişi əsasında icraçı Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən İddiaçı MMC (VÖEN **********) tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaşayış və qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real bazar qiymətlərinin müəyyən edilməsi barədə ekspert rəyi tərtib edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyət etibarilə əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150231 nömrəli qərarına əsasən İddiaçı MMC barəsində (VÖN 1********) Vergi Məcəlləsinin 383.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (sentyabr 2018-ci il avqust 2021-ci ilədək) olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********150271 nömrəli Tələbnamədən görünür ki, İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, “İnfina Kapital" Məhdud Məsuliyyətli Cəmiyyətindən zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli **********150270 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmişdir. “Səyyar vergi yoxlaması aktı”nın əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********168354 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edərək iddiaçıya 2 738 878 82 manat əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 1369359.40 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, “Özünəməxsus ərazidə yaşayış binalarının, istehsalat bazasının lahihələndirilməsinə icazə verilməsi haqqında” Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 145 saylı sərəncamına əsasən, Yasamal rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu sahələrdə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün istifadəyə verilmiş ərazinin 0,72 ha sahəsi "xxxx" MTKnın xx.xx.2004-cü il tarixli, 02 saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixli, 2004/03 saylı müraciəti nəzərə alınaraq, eyni məqsədlə həmin MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 113 saylı sərəncamının 4-cü və 4.1-ci bəndləri ləğv edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, "xxxx" MMC-nə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004cü il tarixli 195 saylı sərəncamı ilə Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçəsi 610-cu məhəllədə 0,5428 hektar sərhədlər daxilində yaşayış binasının tikintisi üçün 05/25 nömrəli 2005-ci il tarixli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin” Ayrıc Aktı tərtib edilmişdir. İş materiallarında olan, xx.xx.2005-ci il tarixli 0490 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı, xx.xx.2004-cü il tarixli, 11521 saylı inşaat pasportu və 05/25 saylı, xx.xx.2005-ci il tarixli ayrıc aktı əsasında Yasamal rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu məhəllədə ayrılmış torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti (icarəyəverən) ilə "xxxx" MMC (icarəçi) arasında müqavilə bağlanılmışdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli 001 nömrəli “Tikinti obyektinin istismarına” İcazə aktından görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 3 ünvanda yerləşən coxmənzilli yaşayış binasının, təqdim edilmiş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq xx.xx.2020-ci il tarixdən tikinti obyektinin sifarişçisi İddiaçı MMC-nə tikinti obyektinin istismarına icazə verilmişdir. İş materiallarından görünür ki, Sifarişçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal gəlirlər Baş İdarəsinin sifarişi əsasında icraçı Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən İddiaçı MMC (VÖEN **********) tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaşayış və qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real bazar qiymətlərinin müəyyən edilməsi barədə ekspert rəyi tərtib edilmişdir. Tərtib edilmiş ekspert rəyinin nəticəsi olaraq aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC (VÖEN **********) tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaşayış və qeyri- yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real bazar qiymətləri aşağıdakı kimi təşkil edir:
Təyinatı 2018-ci il üzrə 2019-cu il iizrə 2020-ci il üzrə 2021-ci il üzrə 1 kv.m dəyəri, 1 kv. m dəyəri, ƏDV-li 1 kv.m dəyəri, 1 kv.m dəyəri, ƏDV-li manatla manatla ƏDV-li manatla ƏDV-li manatla Yaşayış sahəsi 1250,00 1250,00 1250,00 1250,00 Qeyri yaşayış sahəsi İ mərtəbə 3200,00 3200,00 3200,00 3200,00 İİ mərtəbə 1600,00 1600,00 1600,00 1600,00 Zirzəmi (-1) 1600,00 1600,00 1600,00 1600,00 Parking (-2) 1200,00 1200,00 1200,00 1200,00 İş materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İnfina Kapital” MMC-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-in xx.xx.2019-cu il tarixə vergi üzrə dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Həmçinin iş materialları əsasında müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli tikinti obyektinin istismar aktına əsasən binanın layihə üzrə və faktiki sahəsi 12 483.4 kv.m, mənzilllərin ümumi sahəsi 9 415 kv.m , qeyri-yaşayış sahəsi 2 221.6 kv.m, - 2 səviyyə zirzəmi-1241.5 kv.m, -1 səviyyə zirzəmi sahəsi- 1 203.3 kv.m təşkil edir. Lakin cavabdeh tərəfindən binanın sahəsinə münasibətdə 3 dəfə fərqli mövqe nümayiş etdirilmişdir. Belə ki, Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə də təsdiq edilmiş Azərekspertiza Birliyinin xx.xx.2013-cü il tarixli rəyinə əsasən 14498.14 kv.m (yaşayış 9163, q/yaşayış 1832.5, zirzəmi 1874, texniki sahə 415, pilləkan, dəhliz, lift sahəsi 1 213.64 kv.m olması müəyyən olunmuş, bu fakt xx.xx.2016-ci il tarixli səyyar vergi yoxlaması aktında da öz əksini tapmışdır. Lakin xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən ümumi sahə 15 848.14 kv.m( yaşayış 9163, q/yaşayış 2 241.4, zirzəmi 2815.1(qaraja yararli sahə-840) , texniki sahə 415, pilləkan, dəhliz, lift sahəsi 1213.64 kv.m, xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktında “X7” MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən ümumi sahə- 18 318.2 kv.m, q/yaşayışın satişa yararli sahəsi-1753.6 kv.m, zirzəminin satışa yararlısı-1 213.6 kv.m, yaşayış mənzillərinin ümumi sahəsi 8832 kv.m, pilləkan, dəhliz, lift sahəsi, divaralti sahə, avtomobil yollarinin ümumi sahəsi 6519 kv.m olması qeyd edilmişdir. İddiaçı MMC onun barəsində tərtib edilmiş qərarın əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları kimi qeyd edilmişdir. Vergi Məcəlləsinin 23.1.6-1-cı maddəsinə əsasən vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək vergi orqanın hüquqları hesab edilir. Vergi Məcəlləsinin 24.1.5-1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyək isə vergi orqanın vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə əsasən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər: 36.3-1.1. vergi ödəyicisinin müraciəti əsasında; 36.3-1.2. keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 36.3-1.3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38.3-ci maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; - 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. - 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; - 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; - 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə - 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; - 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. - 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; -38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; - 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: - 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; - 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; - 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Yuxarıda qeyd edilən normaların tələblərinə əsasən vergi qanunvericiliyi hər 2 yoxlamanın və operativ vergi nəzarətinin keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyinin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı bu hər hansı yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur. Vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda sadalanmış müəyyən konkret hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədən kənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin vəyavergitutma obyektinin gizlədilməsi (azaldılması) əlamətlərinin müəyyən edilməsidir (VergiMəcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, birərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. İnzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəldikdə VMnin 38.3-cü maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. (VM-nin 15.1.7-ci maddəsi.Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək) Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli **********150231 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (VM-nin 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları dəqiq göstərməmiş, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş, yoxlamanın qanuniliyini əsaslandırmamış və diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): - 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; - 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; - 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; - 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; - 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. -38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Vergi Məcəlləsinin 39.3-cü maddəsinə əsasən Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Vergi Məcəlləsinin 44.3-cü maddəsinə əsasən ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir. Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsi (VM-nin 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır)) yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Həmin əsaslardan biri də VM-nin 38.7.3-cü maddəsində təsbit edildiyi kimi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə. Hazırki mübahisəyə dair iş üzrə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə çap edilmiş KY211653923 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021ci il, sona çatma tarixi xx.xx.2021-ci il tarixi ilə qeydiyyata alınmışdır. Lakin, yoxlama xx.xx.2021-ci il tarixində başlasa da, yoxlama müddəti müxtəlif vaxtlarda mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılmasıdır ki, hazırkı iş üzrə cavabdeh bu hala istinadən yoxlamanı (xx.xx.2021- xx.xx.2022) 9 dəfə (272 gün) dayandırmışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdeh inzibati orqanın yoxlama müddəti müxtəlif vaxtlarda 272 gün- 9 aydan çox olmaqla Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi səbəbi ilə dayandırıldığı qeyd etsə də “X7” MMC şirkətinin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi və "xxxx" MMC Konsalting və Qiymətləndirmə Şirkəti tərəfindən tərtib edilmiş ekspert rəyi xx.xx.2022-ci il tarixdə tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmaya səbəb olmuş halları aradan qaldırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın 9 dəfə eyni əsaslarla dayandırılması inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Məhkəmə qeyd edir ki, keçirilmiş səyyar vergi yoxlaması zamanı əldə edilən ekspert rəyi mötəbər sübut ola bilməsi üçün ekspertizanın keçirilməsi üçün vergi orqanı tərəfindən VM-də qeyd edilən tələblərə mütləq şəkildə cavab verilməlidir. Hazırkı iş üzrə isə cavabdehin ekspertin cəlb edilməsi barədə qərarı məhkəməyə təqdim edilmiş sənədlərin siyahısında mövcud deyildir. Ekspertiza keçirilməsi haqqında qərar iş materiallarında mövcud olmadığından ekspertizanın keçirilməsinin əsasları və zəruriliyi hazırkı vergi yoxlaması üzrə müəyyən olunmur. Hazırki mübahisəyə dair iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, səyyar vergi yoxlamasının başa çatdığı tarix xx.xx.2021-ci il olaraq qeyd edilsə də Səyyar vergi yoxlaması aktı xx.xx.2022-ci il tarixdə tərtib edilərək rəsmiləşdirilmişdir. xx.xx.2023cü ildə tərtib edilmiş Aktın 1.9.4-cü bəndində və 1.9.5-ci bəndində (Ekspert rəyi Baş idarənin xx.xx.2022-ci il tarixli **********143400 nömrəli məktubu ilə müəssisənin elektron poçt ünvanına göndərilmişdir və mütəxəssis rəyi Baş İdarənin xx.xx.2022-ci il tarixli **********143400 nömrəli məktubu ilə müəsissənin elektron poçt ünvanına göndərilmişdir) qeyd edilmişdir. Beləliklə də, Səyyar vergi yoxlaması Aktının qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış (Səyyar vergi yoxlaması aktı tərtib edildiyi tarix) və vergi ödəyicisinin məsuliyyətə cəlb etmə qərarı xx.xx.2023-cü il tarixində vergi yoxlamasının başa çatmasından 4 ay sonra Vergi Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. İş materiallarında olan ünvan 5 ünvanında yerləşən yaşayış sahələrinə dair cədvələ və yaşayış sahələrinin alqı-satqı müqavilələrinə əsasən müəyyən olunur ki, 10 mənzil 2014-cü ildə, 6 mənzil 2015-ci ildə, 24 mənzil 2016-ci ildə, 7 mənzil 2017-ci ildə, 4 mənzilin isə 2018-ci ildə təqdim edilməsinə dair müqavilələrə uyğun olaraq, həmin şəxslərə verilmiş və həmin tarixlər üzrə də maliyyə arayışı təqdim edilmişdir. 2020-2021-ci illərdə bağlanılmış müqavilələr isə sadəcə ilkin əməliyyat notarial qaydada təsdiq edilmişdir. Belə olan halda həmin sahələrin təqdim edilməsinə görə vergi hesablanması VM-nin 13.2.10-cu və 56.1-ci maddələrinin tələblərinə ziddir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixdə çap edilmiş KY211653923 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən plandankənar (növbədənkənar) səyyar vergi yoxlaması təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi) göstərilmişdir. Çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021-ci il, sona çatma tarixi xx.xx.2021-ci il tarixi ilə qeydiyyata alınmışdır. Yoxlanılan dövr xx.xx.2018-ci il -xx.xx.2021-ci olaraq qeyd edilmişdir. Təqdim edilmiş Çıxarışdan da görünür ki, yoxlama xx.xx.2021-ci il tarixində başlasa da, yoxlama müddəti müxtəlif vaxtlarda; xx.xx.2021-ci il tarixindən xx.xx.2021 tarixinədək (29 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (31 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (34 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (31 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (31 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (29 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (23 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə bağlı dayandırılmışdır. Həmçinin çıxarışda xx.xx.2021-ci il tarixindən xx.xx.2022 tarixinədək (49 gün müddətinə)əsası: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması, xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (43 gün müddətinə) əsası: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması ilə bağlı olaraq yoxlama müddəti artırılmışdır. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin və maddi hüquq normalarının tələbləri pozularaq qanunvericilikdə nəzərədə tutulmuş müddətlərə riayət etmədən yoxlama həyata keçirilmiş və müvafiq qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti əhatə edir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. İş materiallarına əlavə edilmiş, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********142135 nömrəli Tələbnamədən görünür ki, İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, “İnfina Kapital" Məhdud Məsuliyyətli Cəmiyyətindən zəruri sənədlərin təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşgul olan vergi ödəyiciləri ilə iş idarəsinin vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin əməkdaşları tərəfindən Vergi Məcəlləsinin 43.10cu maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə sənədlərin təqdim olunmasından imtina barədə Akt tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh İddiaçı MMC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (yoxlanılan dövr üzrə gəlirləri və xərcləri təsdiq edən sənədlər, satış və alış müqavilələri, elektron əmək müqavilələri, təhviltəslim aktı, qaimə-fakturalar, bank sənədləri, xəzinə sənədləri, keçid(ssuda) sənədləri, lisenziya, layihə-smeta sənədləri, kassa kitabı, texniki hesabatlar, dövriyyə cədvəllərinin İddiaçı MMC-dən götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 2-2(81)778/2018 saylı Qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti cavabdeh İddiaçı MMC-nə qarşı “sənədlərin götürülməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələrinin 5ci bəndinə əsasən müəyyən olunur ki, müqavilələrin 4-cü bəndində nəzərdə tutulmuş məbləğlər ilkin alqı-satqı müqavilələrinin imzalandığı tarixlərdə ödənilmişdir.(maliyyə arayışına əsasən satıcıya əvvəlcədən ödənilmişdir) İş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən müxtəlif növ vergi qismində 1063433.40 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki, yaşayış və qeyriyaşayış sahələri faktiki olaraq yoxlama ilə əhatə olunmayan dövrdə təqdim edilmişdir və bu səyyar vergi yoxlaması ilə təsdiq edilir. Eyni zamanda müvafiq cədvəl vergi orqanın özü tərəfindən məhkəmə araşdırmasına təqdim edilmişdir. Həmçinin VM-nin 166.1-ci maddəsinin tələbinə əsasən ƏDV öhdəliyi “nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt” yaranır. Lakin yoxlama ilə də təsdiq edilmişdir ki, mənzillərin alqı-satqısı və dəyərinin ödənilməsinə dair maliyyə arayışları yoxlamadan əvvəlki dövrlərdə verilmişdir. SVY aktında yoxlama dövründə mənzillərin təqdim edilməsi və müəssəsinin bank hesabına və digər hesablarına hər hansı məbləğ daxil olması sübut olunmamışdır. Belə olan halda yoxlama dövrünə ƏDV hesablanması VM-nin 166.1-ci maddəsinə ziddir. Belə ki, Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, yoxlama ƏDV üzrə sentyabr 2018-avqust 2021-ci illəri əhatə etmişdir. Beləliklə də məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, daşınmaz əmlakların real olaraq satıldığı (maliyyə arayışları ilə) dövrdə cavabdeh inzibati orqan tərəfindən yoxlamalar həyata keçirilməsinə baxmayaraq, səlahiyyətlərindən səmərəlli istifadə etməklə (sənədləri tələb etmə, bu barədə iddia qaldırmaq və s.) vergiyə cəlb olunmalı halları müəyyən etməli olduğu halda müvafiq tədbirləri görməmiş və müəyyən olunmuş müddəti ötürməklə iddiaçını vergi məsuliyyətinə cəlb etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi orqanının hərəkətləri yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı mütəxəssis rəyi ilə də müəyyən edilə bilər. Lakin hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız mütəxəssis rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında qeyd edilmişdir: “Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar)”. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Belə ki, Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmim Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********168354 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun:
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. ... 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.2-ci maddəsinə əsasən Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********168354 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev