Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-741/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi və müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup ümumi xəstəliklə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinin və 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçının əlillik vəziyyətinə Bakı 20 nömrəli şəhər poliklinkasının 04.05.20201-ci tarixli, 2756003AAET9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70- İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban..., Diaqnozun mətni: Obliterasiya edən trombangiit (Byuger xəstəliyi), aşağı ətrafların obliterasiyaedici tromangiti İİİ dərəcə. Barmağın (barmaqların) baş barmaq da daxil olmaqla birtərəfli qazanılma olmaması, Sağ ayağın İ-İİ-İİ-İV barmaqlarının qanqrenasına görə ekzartikulyasiyasından sonrakı vəziyyət. Nevrasteniya Asteno-nevrotik sindrom İnsulindən asılı olmayan şəkərli diabet, Gözlərin zədələnməsi ilə., Şəkərli diabet, İİ tip orta ağır forma. Diabetik retinopatiya (E10- E14 ümumi dördüncü. 3 işarəsi ilə) OU Diabetik retinopatiya. VİS OU=0,8 (onda səkkiz); Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmamazlığı ilə (İ70.2, İ73-İ74, İ74.3, İ80- İ80.3, İ83.0-İ83.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərardan görünür ki, İddiaçı 14.05.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılmış iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi və müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-741/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-741/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver