Məhkəmə qərarları › İş №2-1(112)-7410/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7410/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7410/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-bədən tərbiyəsi müəllimi), iddiaçının nümayəndəsi, vəkili X2(Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Bakı şəhəri 11 saylı vəkil bürosunda işləyi vəkil işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “ailənin mənzil növbəsində bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “ailənin mənzil növbəsində bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının atası X5 03 iyul 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Ağdərə rayonunun işğaldan azad olunması vaxtı gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçının atası şəhid olduqdan sonra ailəsi çətin vəziyyətə düşmüşdir. İddiaçının anası X3 müraciəti əsasında 13.03.2007-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 90-saylı sərəncamı ilə 4-nəfər ailə üzvü olaraq güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşlər, ailə üzvünün sayı artdığından Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 37 saylı, 06 mart 2012-ci il tarixli sərəncamı ilə iddiaçının ailəsi 5-nəfər ailə üzvü olaraq mənzil növbəsində hesab edilmişdir. Mənzil şəraiti yaxşı olmadığından iddiaçının anası X6 dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edərək mənzil şəraitinin yaxşılaşdırılmasını istəmiş, müraciətə hər dəfə verilmiş cavab məktublarında Nazirliyin sifarişi əsasında çox mənzilli binaların tikildiyini, müraciətə müvafiq komisiyada baxılacağı göstərilmişdir. İddiaçının anası X6 16 sentyabr 2012-ci ildə vəfat etmişdir. İddiaçının Binəqədi rayon İcra Hakimiyyətinə 2021-ci ildə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, onlar şəhid ailəsi olaraq mənzil novbəsindən çıxarılmışlar. İddiaçının atası X5 03 iyul 1992-ci ildə şəhid olarkən iddiaçının 7 yaşı var idi və onlar şəhid ailəsi hesab edilirdi, eləcədə güzəştli əsaslarlada şəhid ailəsi olaraq mənzil növbəsinə götürülərkən onların ailə üzvülərinin sayı nəzərə alınmış, hətta ailə üzvülərinin sayına görə 2012-ci ildə Binəqədi rayon İcra Hakimiyyətinin sərancamında dəyişiklik belə edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2007-ci ildən şəhid ailəsi olaraq ailə növbəsinə götürülmələrini bərpa edilərək bu barədə müvafiq qeydiyyatın aparılması və güzəştli əsaslarla növbəlik əsasında mənzillə təmin olunması öhdəliyinin cəvabdehə həvalə edilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti əsasında izah edilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşma çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Vətəndaşın müraciətinə gəldikdə isə mənzil növbəsində olan şəxslərin vəfat etmələrindən sonra, mənzil növbəsinin ailə üzvlərinin adına keçirilməsi qüvvədə olan qanunvericilik normalarında yalnız Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən mənzil şəraitənin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarında “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilmişdir. Qaydalara əsasən yalnız əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılır. Sadalanan qanun normalarından başqa bir norma nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi vətəndaş O.S.Rüstəmovun xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İddiaçının digər tələbi güzəştli əsaslarla növbəlik əsasında mənzillə təmin olunması öhdəliyinin cəvabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsini absurd tələbdir. Şəhid ailələlərinin mənzillə təmin edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu normanı iddiaçı öz tələbində dəfələrlə vurğulayır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddia ərizəsinin əsassız olunmasını İddiaçı iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini tələb etmişdirlər. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iddia tələbini təsdiq edən sübut qismində iddiaçı məhkəməyə şəxsiyyət vəsiqəsinin, X4 məxsus 009190 nömrəli vəsiqənin (şəhid ailələrinə müəyyən imtiyazların verilməsinə dair), İddiaçı məxsus 337123 nömrəli, 27 dekabr 1985-ci il tarixli doğum haqında şəhadətnamənin, X1 262717 nömrəli, 24 iyul 1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin, X3 AZ-İ 567553 nömrəli, 04 oktyabr 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətləri təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 06 mart 2012-ci il tarixli, 37 nömrəli sərəncamından görünür ki, X3 ailə tərkibinin dəyişdirilməsinə dair ərizəsinə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin 90 saylı, 13.03.2007-ci il tarixli sərəncamına dəyişiklik edilərək X6 ailə tərkibi 5 nəfərlə (özü, 2 oğlu, gəlini və nəvəsi) olmaqla yaşayış yeri üzrə mənzil növbəsində hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 19 iyun 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı anası X3 vəfat etməsini nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə şəhid ailəsi kimi güzəştli əsaslarla olan mənzil növbəsinin bərpa edilərək iddiaçının adına keçirilməsini xahiş etmişdir. İcra Hakimiyyəti orqanı iddiaçıya cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.3-cü məddəsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Qanunun müddəalarından göründüyü kimi mənzil növbəsinin addanada keçirilməsi yalnız müharibə əlili vəfat etdikdə mümkün olur. Bu səbəbdən də iddiaçının anasının mənzil növbəsinin onun adına keçirilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Məhkəmə işdə olan sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçının anası X6 13.03.2007-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 90 saylı sərəncamı ilə güzəştli mənzil uçotuna götürülmüşdür. İddiaçının anası X6 16 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı mənzil növbəsinin bərpa edilərək, anasının adından onun adına keçirilməsi il əlaqədar Rayon İcra Hakimiyyətinə müraciət edərək güzəştli mənzil növbəsi siyahısına əlavə edərək, güzəştli mənzillə təmin olunmasını tələb etsə də müraciəti təmin olunmadığı üçün məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbyacan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-ci (Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması) maddəsində göstərilmişdir: “55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir." Məhkəmə hesab edir ki, iddaçının hal hazırda şəhid ailəsi hesab edilərək mənzil növbəsinə götürülməsi üçün əsas yoxdur. Belə ki, iddiaçının anası həyat yoldaşı şəhid olduqdan sonra ailə üzvləri ilə birlikdə rayon icra hakimiyyəti orqanı tərəfindən güzəştli mənzil növbəsinə götürülmüş və o, vəfat etdikdən sonra mənzil növbəsindən çıxarılmışdır. İddiaçının hazırkı tələbi vaxtilə anasına verilmiş güzəştli mənzil növbəsinin bərpa edilərək ona verilməsidir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi qanunvericilik bununla bağlı hər hansı norma müəyyən etmədiyindən iddiaçının mənzil növbəsinə götürülməsinin bərpa edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Beləliklə, inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları öz təsdiqini tapmamışdır Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar