Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7420/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.20N3-cü il tarixli əmrin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinin həll edilməsinə dair məhkəmə iclası 26 noyabr 2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, xx.xx.N997-ci ildən xx.xx.2002-ci ilədək müdavim, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək N saylı hərbi hissədə desant gəmisinin artilleriya döyüş hissəsi komandiri, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək N saylı hərbi hissədə texniki bölmə rəisi, xx.xx.2006-cı ildən xx.xx.20N0-cu ilədək N saylı hərbi hissədə silah və döyüş sursatları anbarlarının filialının saxlanc rəisi, xx.xx.20N0-cu ildən xx.xx.20N3-cü ilədək N saylı hərbi hissədə silah və döyüş sursatları anbarının texniki bölmə rəisi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin bəndinə (xidməti uyğunsuzluğuna görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.20N3-cü il tarixli müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Qüsursuz xidmət keçirmiş, dəfələrlə qusursuz xidmətlərə görə medal almışdır. xx.xx.20N3-cü il tarixli əmrə əsassən ehtiyatla buraxılmışdır. Qeyd edir ki, vətən uğrunda gedən döyüşlərdə iştirak edə bilərdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, verilmiş iddia tələbi üzrə işə baxılaraq, qərar qəbul dilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, N0 aprel 20N5-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (N.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (N.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.N-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Hazırki halda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğuna görə) əsasən barəsində verilmiş 22 sentyabr 20N3-cü il tarixli 0408 nömrəli əmrin ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.N-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin N4.N-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.N-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: N. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 200N-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş Arayışdan müəyyən edilir ki, N979-cu il təvəllüdlü ehtiyatda olan kapitan-leytenant İddiaçı həqiqətən xx.xx.N997-ci ildən xx.xx.2002-ci ilədək müdavim, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək N saylı hərbi hissədə desant gəmisinin artilleriya döyüş hissəsi komandiri, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək N saylı hərbi hissədə texniki bölmə rəisi, xx.xx.2006-cı ildən xx.xx.20N0-cu ilədək N saylı hərbi hissədə silah və döyüş sursatları anbarının filialının saxlanc rəisi, xx.xx.20N0-cu ildən xx.xx.20N3-cü ilədək N saylı hərbi hissədə silah və döyüş sursatları anbarının texniki bölmə rəisi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğuna görə) əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 22 sentyabr 20N3-cü il tarixli müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarından olan iddiaçıya məxsus EZ№00N3520 saylı 26 fevral 2020-ci il tarixli hərbi biletdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğuna görə) əsasən ehtiyata buraxılmışdır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı 22 sentyabr 20N3-cü il tarixli əmrin verilməsindən məlumatlı olmuşdur. Hazırki iddia tələbi ilə isə 28 oktyabr 2020ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı həmin əmrdən göstərilən dövrdən məlumatlı olmuş və həmin əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir. Göstərilən hallar məhkəməyə iddiaçının onun barəsində qəbul edilmiş 22 sentyabr 20N3-cü il tarixli 0408 nömrəli əmrdən daha əvvəl məlumatının olması qənaətinə gəlməsinə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğuna görə) əsasən barəsində verilmiş 22 sentyabr 20N3-cü il tarixli 0408 nömrəli əmrini qanunvericliklə müəyyən edilmiş müddətdən sonra mübahisələndirmiş, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə tərəfindən həmçinin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, Azərbaycan Respublikası İPM-nin 38.N-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətə əməl edilməli olduğu, mübahisə predmeti olan inzibati aktın məzmunundan hansı vaxtdan məlumatlı olması barədə sübutu məhkəməyə təqdim etmək təklif edilsə də, lakin iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, lakin iddiaçı buna dair ərizəni məhkəməyə təqdim etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 22 sentyabr 20N3-cü il tarixli əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən N0 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Fərid Mədətli