Məhkəmə qərarları › İş №2-1(112)-7420/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7420/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7420/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, Abşeron rayonu, Saray qəsəbəsi, Ərazi dairəsi, təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 18.02.2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildrir ki, o xx.xx.1984-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuşdur və hal-hazırda da Şirvan şəhər sakinidir. Xəstəliyilə əlaqədar hərbidən təxris olunmuş, ona görə də əmək qabliyyəti olmadığı üçün heç bir yerdə işləmir. İddiaçı 17.04.2004-cü il tarixdən, 27.05.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının DİN-nin DQ-da müddətsiz hərbi xidmət keçmişdir. Belə ki, 21.05.2020-ci il tarixli DİN-nin DQ-ın Hərbi Həkim Komissiyasının 903 №-li xəstəlik şəhadətnaməsinə əsasən və “Hərbi xidmət və hərbi vəzifə haqqında” AR-nın Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq (AR NK-nin 29.02.2008-ci il tarixli 59 №-li qərarı və DİN-nin 03.10.2008-ci il tarixli 559 №-li əmri ilə təsdiq edilmiş) 59 “a” maddəsinin 3-cü bəndinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğuna görə DİN-nin DQ-da hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra DİN-nin DQ-nın Hərbi Həkim Komissiyasının Hərbi Hospitalında aparılmış müayinələrdə “Dolixomeqakolon. Xroniki qəbzlik. Eroziv siqmoidit”ə görə aparılmış “laparotomiya. Soltərəfli hemikolektomiya (65 sm). Transverzorektoanastomoz. Qarınböşluğunun drenajı” (21.02.2020), bağırsaq keçməməziyinə görə “Relaparotomiya. Bitişmənin ləğvi. Qarın boşluğunun sanasiya və drenaj olunması” cərrahi əməliyyatlarından (28.04.2020) sonrakı tam bərkimiş dəri çapığı, təxliyyə funksiyasının mühüm dərəcədə pozulması” aşkar edilməklə diaqnoz qoyulmuşdur. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. O xidmət etdiyi “12318” №-li hərbi hissədə hərbi xidmət etdiyi dövrdə xəstələnmiş və xəstəliyinə görə 20.04.2020-ci il tarixindən 06.05.2020-ci il tarixə kimi həkim stasionar nəzarətində olmuşdur. Bununla bağlı həmçinin 18.02.2021-ci il tarixdə Şirvan ŞMX-nın poliknikasının ƏƏSMN-nin yanında TSERM-nə 88 №-li göndərişinə əsasən görülən tibbi-profilaktik tədbirlərlə bağlı əmək qabliyyətini itirdiyinə görə əlillik dərəcəsinin müəyyən edilməsinin müvafiq olması barədə qeyd aparılmışdır. Həmçinin həzm orqanlarının, tibbi proseduralardan sonra əmələ gələn dəqiqləşdirilməmiş pozğunluğu. Qidalanma və həzm qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə müvafiq olaraq, əlilliyin təyini üçün əsas olacaq patofunksional ağırlaşmalar aşkar edilmədiyinə görə”əlill hesab edilmir” qərarı verilməsinə və həmçinin bunun qanda HB-107,0 q/1, xəstənin çəkisi 51 kq, boyunun isə 162 sm olmasına əsaslandırmaqla imtina cavabı verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının 28.01.2021-ci il tarixli 0254003AAGVA saylı göndərişi əsasında baxılmış və “X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K56 - Paralitik bağırsaq çevrilməsi və bağırsaq keçməməzliyi, yırtıq olmadan => K56.5 - Bağırsaq bitişmələri, ke...; Diaqnozun mətni: Əsas diaqnoz K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə. Ağırlaşma K59.8 Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, Bitişmə mənşəli xroniki hissəvi bağırsaq keçməməzliyi Agrı sindromu və təxliyyə funksiyasının əhəmiyyətli dərəcədə pozulması.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Xəstədə əsas diaqnozun agirlq dərəcəsinə gorə müalicə kursu yeterli deyil, ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var” səbəbi ilə imtina verilmişdir. Qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan, -İddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 16 iyun 1987-ci il təvəllüdlüdür. -AO0446191 nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 iyul 202-ci il tarixdə hərbi xidmətə çağırılmış, 03 yanvar 2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin553 saylı 23.12.2003-cü il tarixli Əmri ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, 17.04.2004-cü il tarixdən 27.05.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının DİN-nin DQ-da müddətsiz hərbi xidmət keçmişdir. 27.05.2020-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 57-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Şirvan MDM tərəfindən verilən 06 may 2020-ci il tarixli SN seriyalı 702746 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinən görünür ki, İddiaçı dolixomeqakolon, xroniki qəbzlik, eroziv siqmoidit diaqnozu qoyularaq işdən azad edilmişdir. -Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Tibb xidmətində Hərbihəkim komissiyası tərəfindən verilən 21 may 2020-ci il tarixli 903 saylı xəstəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı DİN-nin DQ-nın Hərbi Həkim Komissiyasının Hərbi Hospitalında müayinə edilərək, “Dolixomeqakolon. Xroniki qəbzlik. Eroziv siqmoidit”-ə görə aparılmış “laparotomiya. Soltərəfli hemikolektomiya (65 sm). Transverzorektoanastomoz. Qarınböşluğunun drenajı” (21.02.2020), bağırsaq keçməməziyinə görə “Relaparotomiya. Bitişmənin ləğvi. Qarın boşluğunun sanasiya və drenaj olunması” cərrahi əməliyyatlarından (28.04.2020) sonrakı tam bərkimiş dəri çapığı, təxliyyə funksiyasının mühüm dərəcədə pozulması” diaqnozu qoyulmuşdur. - İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 0254003AAGVA saylı Forma 88 arayış üzrə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi olaraq Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə gorə müalicə kursunun yeterli olmadığı, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac olduğu qeyd edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının 0254003AAGVA saylı göndərişinə cavabdan görünür ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasının göndərişinə əsasən əlilliyin təyin edilməsindən imtina edilmişdir. TSEK-in cavabı olaraq diaqnoz: “X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K56 - Paralitik bağırsaq çevrilməsi və bağırsaq keçməzliyi, yırtıq olmadan => K56.5 - Bağırsaq bitişmələri,...; Diaqnozun mətni: Əsas diaqnoz K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə. Ağırlaşma K59.8 Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, Bitişmə mənşəli xroniki hissəvi bağırsaq keçməzliyi Ağrı sindromu və təxliyyə funksiyasının əhəmiyyətli dərəcədə pozulması.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə gorə müalicə kursunun yetərli olmadığı, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyacın olması göstərilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsinin əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlar təqdim edilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı barəsində Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0254003AAGVA nömrəli göndəriş 28.01.2021-ci il tarixdə qiymətləndirilmiş və Ağırlaşma K59.8 Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, Bitişmə mənşəli xroniki hissəvi bağırsaq keçməzliyi Ağrı sindromu və təxliyyə funksiyasının əhəmiyyətli dərəcədə pozulması.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə gorə müalicə kursunun yetərli olmadığı barədə qərar qəbul edilərək, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyacın olması göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçının əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının 18.01.2021-ci il tarixli 0254003AAGVA nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən qiymətləndirilmə aparılarkən, əlavə müalicəyə ehtiyacın olması, xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə gorə müalicə kursunun yetərli olmaması, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyacın olması əsası ilə imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.3.1-ci bəndinə əsasən şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması göndəriş verilməsi üçün əsasdır. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsasdır. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş əsasında iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni əlavə müalicəyə ehtiyacın olması, xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə gorə müalicə kursunun yetərli olmaması, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyacın olması qeyd olunmaqla Mərkəzə geri göndərmişdir. Lakin bundan sonra İddiaçı ətraflı müayinə olunub, ixtisaslaşdırılmış stasionar müalicə almasını və bundan sonra sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. Belə olan halda iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Odur ki, Məhkəmə iddiaçıya diaqnoz üzrə qoyulan xəstəliklərini müalicə edilməklə reabilitə olunması ehtimalının olmasını nəzərə alaraq ixtisaslaşdırılmış müalicəni qəbul etməsini, o cümlədən eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasını, xəstəliyində hər hansı müsbət, vəziyyətini yaxşılaşdıran irəliləyişin olmadığını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən iddianın əsassız olduğu qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə sonuncu müayinə zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyindən, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 0254003AAGVA nömrəli göndərişi əsasında ona əlilliyin təyin edilməsi mümkün olmadığından, cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar