Məhkəmə qərarları › İş №2-1(112)-7420/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7420/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7420/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı2, X50 və İddiaçı6 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı1 və ailə üzvləri - arvadı İddiaçı5, qızı - İddiaçı4, oğlu - İddiaçı2, nəvələri - X50, İddiaçı6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 190 ünvanına pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı2, X50 və İddiaçı6 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçılar qismində X51, İddiaçı5, İddiaçı4, İddiaçı2, X50 və İddiaçı6 və cavabdeh qismində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsini göstərməklə, məhkəmədən, onların yəni, iddiaçılar X51, İddiaçı5, İddiaçı4, İddiaçı2, X50 və İddiaçı6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 190 ünvanına pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun illər ünvan 2 ünvanında yaşamışlar. ünvan 3zrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X18 cavabdehlər X19, X20, İddiaçı1, X21, İddiaçı2, X31, X22, X32, X38, İddiaçı4, X33, X39, X23, İddiaçı5 və X40 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər X8, X9, İddiaçı1, X10, İddiaçı2, X24, X11, X25, X34, İddiaçı4, X26, X35, X12, İddiaçı5, X36 və himayələrində olan xx.xx.2017-ci il təvəllüdlü X13 xx.xx.2004-cü il təvəllüdlü X37, xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X41, xx.xx.2011ci il təvəllüdlü X27, xx.xx.2005-ci il təvəllüdlü X15, 15 10.2006-cı il təvəllüdlü X16, xx.xx.2004-cü il təvəllüdlü X28, xx.xx.2006-cı il təvəllüdlü X29, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X42, 02 11.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X30, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X43 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Məhkəmə tərəfindən işə baxılan zaman müəyyən edilmişdir ki, ünvan 5 saylı ev əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev 38 adlandırılmış, yeni qaydalarla həmin Koroğlu küçəsi, ev 88-ə dəyişdirilmişdir. İddiaçılar uzun illər Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdə pasport qeydiyyatında olmuşlar. Qeyd olunanlardan da görünür ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə iddiaçı X44 və onlar ayrı-ayrı evlərdə yaşasalar da ünvanları bir olmuş, yeni qaydalarla ünvan dəyişdirilərkən iddiaçıya məxsus evə faktiki olaraq onların qeydiyyatda olduqları ünvan verilmiş və yuxarıda qeyd olunan qətnamə onların uzun illər pasport qeydiyyatında olduqları tamamilə fərqli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsinə və nəticədə pasport qeydiyyatından çıxarılmalarına səbəb olmuşdur. Hazırda onların faktiki olaraq yaşadıqları ünvana yeni qaydalarla ünvan 4 ünvan nömrəsi təyin edilmişdir. Onların həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən onların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) ərizəsi icraata qəbul edilmiş və əsl olmayan cavabdeh Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilmiş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçılardan İddiaçı5, İddiaçı4, İddiaçı2, X50 və İddiaçı6 və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçılar gəlmədikləri barədə məlumat vermədiklərindən, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçıların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürürlər. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində 2-1(112)-7420/2023 nömrəli məhkəmə işi üzrə iddiaçılar olan – xx.xx.1950-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı5, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı4, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2013-cü il təvəllüdlü X50 və xx.xx.2017-ci il təvəllüdlü İddiaçı6 şəxsi məlumatlarından görünür ki, onlar hal-hazırda heç bir ünvanda qeydiyyatda deyillər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********78-10301 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev 38 (yeni qaydalarla: AZ 1114, ünvan 5) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X18 adına qeydiyyata alınmışdır. “Asan 1” tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından müəyyən olunur ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2005-ci ildən ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. xx.xx.1965-ci il təvəllüdlü İddiaçı5, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı4, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2013-cü il təvəllüdlü X50 və xx.xx.2017ci il təvəllüdlü İddiaçı6 da ünvan 5 ünvanında qeydiyyatda olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2805/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X44 cavabdehlər X19, X20, İddiaçı1, X21, İddiaçı2, X31, X22, X32, X38, İddiaçı4, X33, X39, X23, İddiaçı5 və X40 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 88 ünvanına cavabdehlər X8, X9, İddiaçı1, X10, İddiaçı2, X24, X11, X25, X34, İddiaçı4, X26, X35, X12, İddiaçı5, X36 və himayələrində olan xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X37, xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlüX41, xx.xx.2011-ci il təvəllüdlü X27, xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2004-cü il təvəllüdlü X28, xx.xx.2006-cı il təvəllüdlü X29, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X42, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X30, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X43 istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər X8, X9, İddiaçı1, X10, İddiaçı2, X24, X11, X25, X34, İddiaçı4, X26, X35, X12, İddiaçı5, X36 və himayələrində olan xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X37, xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X41, xx.xx.2011-ci il təvəllüdlü X27, xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2004-cü il təvəllüdlü X28, xx.xx.2006-cı il təvəllüdlü X29, xx.xx.2013cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X42, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X30, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X43 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmiş və qeyd olunan qətnamənin cavabdehlər X8, X9, İddiaçı1, X10, İddiaçı2, X24, X11, X25, X34, İddiaçı4, X26, X35, X12, İddiaçı5, X36 və himayələrində olan xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X37, xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X41, xx.xx.2011ci il təvəllüdlü X27, xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2004-cü il təvəllüdlü X28, xx.xx.2006-cı il təvəllüdlü X29, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X42, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X30, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X43 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qeyd olunmuşdur. Göstərilən qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 iyul 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, X18 xüsusi mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 10 ünvanı təyin edilmişdir. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X48 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Z.Mehdiyev küçəsi, ev 38 və Koroğlu küçəsi, ev 88 iki fərqli evdir. Aralarında təxmini 250-300 metr məsafə vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********55 nömrəli məktubunda göstərilmişdir ki, X49 Sisteminə əsasən ünvan 2 ünvanına yeni qaydalarla ünvan 12 ünvan nömrəsi təyin edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2805/2020 nömrəli, xx.xx.2023cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2805/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər X8, X9, İddiaçı1, X10, İddiaçı2, X24, X11, X25, X34, İddiaçı4, X26, X35, X12, İddiaçı5, X36 və himayələrində olan xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2004-cü il təvəllüdlü X37, xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X41, xx.xx.2011-ci il təvəllüdlü X27, xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2004-cü il təvəllüdlü X28, xx.xx.2006-cı il təvəllüdlü X29, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2013- cü il təvəllüdlü X42, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X30, xx.xx.2013cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X43 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdən istifadə hüququ itirilmiş hesab edilmişdir. 10 noyabr 2020-ci il tarixdə qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Binəqədi Rayon Polis İdarəsi Qeydiyyat məsələləri bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 059-43712- 1220 saylı, 26 noyabr 2020-ci il tarixli məktubuna əsasən yuxarıda göstərilən şəxslər ünvan 10 ünvanından pasport qeydiyyatından çıxarılmışlar. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 17872/2023 nömrəli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdən xx.xx.2020ci il tarixədək ünvan 13 ünvanında, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəh, Binəqədi rayonu, 7-ci mikrorayon, X77 küç. 1 (İnzibati bina) ünvanında, İddiaçı5 xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bakı şəh., Rəsulzadə qəs., Koroğlu küç., ev 8 ünvanında, xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 16 ünvanında, İddiaçı4 xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 17 ünvanında, İddiaçı2 xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 16 ünvanında, İddiaçı3 Nihat oğlu xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 19 ünvanında, İddiaçı6 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 19 ünvanında qeydiyyatda olmuşdurlar. ünvan 20 ünvanında heç bir şəxsin qeydiyyatı aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********0 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 21 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Hazırkı tələblə bağlı iddiaçıların ərizəsinə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 059-2981C-3222 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onlar, ünvan 10 ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidirlər. Qanunla qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onların göstərilən ünvana tərəflərindən qeydiyyata alınmaları qanuna müvafiq deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların hazırda yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri və əvvəllər qeydiyyatda olduqları ünvan 2 ünvanına yeni qaydalarla ünvan 12 ünvan nömrəsi təyin edilmişdir. ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaydalarla ünvan 10 ünvanı təyin edildikdən sonra həmin fərdi evin mülkiyyətçisi tərəfindən verilmiş iddia əsasında qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən hazırki iş üzrə iddiaçıların qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmalarına və iddiaçıların yaşadıqları fərdi evə yeni qaydalarla müəyyən edilmiş qaydada verilmiş ünvana yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün cavabdeh inzibati orqana müraciət etmələrinə baxmayaraq, cavabdeh orqan əsassız olaraq iddiaçıları həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar sözügedən mübahisəli fərdi yaşayış evində yaşayır və əvvəllər həmin evdə qeydiyyatda olmuşlar. Cavabdeh inzibati orqanın iddiaçıların faktiki yaşadığı və əvvəllər qeydiyyatda olduğları ünvana qeydiyyata alınmaları barədə müraciətlərinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı5, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı4, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2013-cü il təvəllüdlü X50 və xx.xx.2017-ci il təvəllüdlü İddiaçı6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 190 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Binəqədi RPİ-yə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar - xx.xx.1950-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı5, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı4, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2013-cü il təvəllüdlü X50 və xx.xx.2017-ci il təvəllüdlü İddiaçı6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 190 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar