Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7422/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, iddiaçı X1 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanda evin həyətində qanunsuz maşın dayanacağını qadağan etmək cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: 1.İddiaçı Salaykina Larisa Mixailovna cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “ ünvan 1 ünvanda evin həyətində qanunsuz maşın dayanacağını qadağan etmək cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yaşayır və həmin mənzilin icarədarı olmaqla qeydiyyatdadır. Qeyd edilən mənzil Müdafiə Nazirliyinin tabeliyində olan KEU EİN №2 tərəfindən, iddiaçıya məxsus olan mənzilin eyvanının altında dayanacaq tikilir. Nəticədə dəm qazı qeyd edilən mənzilə daxil olur. Mühərrikin səsi ona narahatlıq yaradır. Mənzil qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış sanitar-gigiyenik normaları tez-tez pozulur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’nin 3.15.13-cü maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə uyğun olaraq, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün, onların müraciətinə əsasən, pulsuz parklanma yerləri ayırır (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) və onlara fərdi parklanma talonu verir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53cü maddəsinin İ bəndinə əsasən dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin maddənin İİ bəndinə əsasən parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla təşkil edilir. Həmin maddənin İİİ bəndinə əsasən parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin Vİİ bəndinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Həmin maddənin XXV bəndinə əsasən parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.31-ci bəndinə əsasən həmin Qanunun 53-cü maddəsinin 1-ci və 2-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Həmin Fərmanın 2.31-1-ci bəndinə əsasən həmin Qanunun 53-cü maddəsinin 25- ci hissəsində “orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 -346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları istisna olmaqla, həmin Qanunun 53cü maddəsində nəzərdə tutulmuş digər tələblərlə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Həmin Fərmanın 2.34-cü maddəsinə əsasən həmin Qanunun 53-cü maddəsinin 7- ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə parklanma yerlərinin ayrılmasına münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, fərdi parklanma talonlarının verilməsinə münasibətdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; Qeyd olunanlardan göründüyü kimi dövlət avtomobil yollarında parklanma yerləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən olunur və bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən sözügedən qurumlarla razılaşdırılmaqla təşkil edilir. Təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən pulsuz parklanma yerləri ayrılır. Həmçinin, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 - 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirir. İddiaçı iddia tələbini əsl cavabdehə yönəltməmişdir. Belə ki, parklanma yerlərinin təşkil olunması, həmçinin, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət etmək cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində deyildir. İş üzrə əsl cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya imtina olunmamış, onun müraciəti məsələyə baxmaq səlahiyyəti olan quruma göndərilmişdir. İddiaçı isə bu göndərməni əsassız olaraq imtina kimi qəbul etmiş və əsl cavabdeh olmayan tərəfə qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
6. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmiş, işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
8. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmə iclasını təyin etmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə bildirməmişdir.
9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “ ünvan 1 ünvanda evin həyətində qanunsuz maşın dayanacağını qadağan etmək cavabdehə həvalə edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4cıbəyova