Məhkəmə qərarları › İş №2-1(112)-7425/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7425/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7425/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin imtinasının əsassız hesab edilməsi, “BMW X - 6” markalı 90- MS- 011 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvale edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, BMW X- 6 markalı 90MS011 dövlət qeydiyyat nişanlı, ban WBAFG8104BL28650 nömrəli, ağ rəngli avtomobili satın almışam. Həmin avtomobillə xx.xx.2021 - ci il tarixdə Bakı şəhəri,Xətai rayonu ərazisində Babək prospektində idarə edərkən törətdiyim yol- nəqliyyat hadisəsi zamanı avtomobilim əzilmişdir. Bu səbəbdəndə müəyyən müddət avtomobilim təmirdə olmuşdur. Təmir zamanı avtomobilin ban nömrəsi olan hissə ətrafında qaynaq işləri aparılmışdır. Bu işlərə səbəb həmin hissəsin əzilərək deformasiyaya uğraması olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsində aparılmış araşdırma zamanı, BMW X-6 markalı 90MS011 dövlət qeydiyyat nişanlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ Qİİ -in X1 Sistemi üzrə oğurlanmış və qaçırdılmış avtonəqliyyat vasitələrinin uçotunda olmaması aşkar edilmişdir. Həmçinin avtomobilin üzərindən həbs və məhdudiyyətdə aşkar olunmamışdır. “BMW X-6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı AR DİN Baş X3 İdarəsinə müraciət olunmuş, AR DİN BDYPİ-nin 07 fevral 2023-cü il tarixli 3- 13-16/2M-11900/11 saylı məktubu ilə nəqliyyat vasitəsinə dair DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul ediləcəyi təqdirdə mümkün ola biləcəyi qeyd edilmiş və hüququn rəsmiləşdirilməsindən imtina edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyqun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyqunsuzluqu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 18 - ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 19 - cu maddəsinə əsasən nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 küb.santimetr və daha çox,konstruktiv maksimal surəti saatda 50 km-dən artıq olan bütün tipli,markalı və modelli mexaniki nəqliyyat vasitələrini,onların qoşqularını və yarım qoşqularını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər. “Nəqliyyat vasitələrinin qeydiyyatı” haqqında normativ sənədin 2.2 - ci bəndinə əsasən fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi,yaxud müvəqqəti (daimi qeydiyyta olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır. “Nəqliyyat vasitələrinin qeydiyyatı” haqqında normativ sənədin 2.6-1-ci bəndinə əsasən Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir: 2.6-1.1. Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vl-ll hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə; 2.6-1.2. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə. İmtinaya əsas kimi qeyd olunan ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması ilə bağlı AR DİN Baş İstintaq və Təhqiqat İdarəsində araşdırlma aparılmış, “BMW X - 6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin BDYPİ Qİİ-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda olmaması aşkar olunmuş, həmçinin qaynaq işlərinin həmin avtomobilin xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində Babək prospektində tərəfimdən idarə olunarkən törətməyi yol nəqliyyat hadisəsi zamanı avtomobil əzilmiş, ona görə avtomobilin ban nömrəsi olan ban hissə ətrafında qaynaq işləri aparılmışdır. Hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və hüquqlarını pozur.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən “BW X-6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.

4. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BDYPİ-nin rəis müavininə ünvanlanmış məktubda bildirilmişdir ki, qeydiyyat işi aparılması məqsədilə xx.xx.2022-ci ildə BDYPİ Qİldə texniki müayinə zamanı İddiaçı məxsus olan BMW X-6 minik markalı 90MS011 dövlət qeydiyyat nişanlı, ban WBAFG8104BL286503 nömrəli, 2010-cu il buraxışlı, ağ rəngli avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması və birkasız olması faktına dair material araşdırma aparılması üçün Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilməklə icraatına daxil olmuşdur. BMW X-6 minik markalı 90MS011 dövlət qeydiyyat nişanlı avtomobil uçot göstəricildəri üzrə BDYPİ Qİl-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Avtomobilə baxış zamanı ban nömrəsi ətrafında qaynaq işləri aparılması müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, BMW X- 6 minik markalı 90MS011 dövlət qeydiyyat nişanlı, ban WBAFG8104BL286503 nömrəli 2010-cu il buraxışlı, ağ rəngli avtomobili satın alaraq ona məxsusdur. Həmin avtomobili xx.xx.2021-ci ildə Bakı şəhəri Xətai rayonu ərazisində Babək prospektində idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi zamanı avtomobil əzilmiş, ona görə avtomobil təmirə dayanmış və təmir zamanı avtomobilin ban nömrəsi olan ban hissə ətrafında qaynaq işləri aparılmışdır. Odur ki, nəqliyyat vasitəsinin qeyliyyata alınması məqsədəmüvafiq hesab edilmir.

5. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 şöbə 18 tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ekspert rəyinə əsasən İddiaçı sağ qaşüstü nahiyəsinin əzilmiş yarası, sağ göz qaaqlarının, sol alın nahiyəsinin və sağ əlin sıyrıqları olmuşdur.

6. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

7. Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən xx.xx.2022-ci il tarixdə vət. DİNnin 102 xidmətindən məlumat daxil olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Nizami rayonu Babək pr-də saat 23:53 radələrində YNH-si baş vermişdir xəsarət alanlar vardır. Daxil olmuş məlumat Nizami RPİ-də «Cinayətlər haqqında ərizələr və məlumatların uçotu» kitabında 21 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2022-ci il tarixdən icratına qəbul edilmiş və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

8. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında vətəndaş İddiaçı məxsus BMW X6 E 71 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşın təmrinə icazə verilmişdir.

9. Nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövcudluğu barədə məlumata əsasən 90MS011 dövlət nömrə nişanlı BMW X6 minik markalı, 2010-cu buraxılış ili olan nəqliyyat vasitəsi üzərində məhdudiyyət qoyulmuşdur, ban nömrəsində qaynaq işləri aparılaraq müdaxilə olunmuşdur.

10. İddiaçının ərizəsi əsasında iddia tələbi cavabdeh Baş X3 İdarəsinin imtinasının qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən BMW X6 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması kimi dəyişdirilmişdir.

11. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddianın növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”dən: 1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.11. Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır.

16. Cavabdeh qurumun hərəkələri mülkiyyətdən istifadəyə nəzarətlə bağlıdır.

17. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-yə bildirilməyib və bu fakt lazımi qaydada sənədləşdirilməmişdir. Belə ki, avtomobilin qeyd edilən vəziyyətdə fotoşəkilləri təqdim edilməklə təmir müəssisəsi (servis) tərəfindən ban nömrəsi ətrafında qaynaq işlərinin aparılmasını zəruri edən sənədləşmə mövcud deyildir. Nizami rayon polis idarəsi tərəfindən maşının sadəcə təmirinin həyata keçirilməsinə icazə xarakterli arayış vermişdir (ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı deyil).

18. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi, yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı kı qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Göründüyü kimi avtomobildə ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Bu hal nəzərə alınmalıdır.

19. Odur ki, təqdim olunmuş sənədlərdə aşkar edilmiş çatışmazlıqlar barədə iddiaçıya (ərizəçiyə) məlumat verilmişdir. Nəticə etibarilə cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

20. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar