Məhkəmə qərarları › İş №2-1(112)-7438/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7438/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7438/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinın verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, N0-cı illərdə erməni silahlı birləşmələrinin ölkəmizə silahlı hücumları zamanı Bakı şəhəri Qaradağ Rayon Hərbi Komissarlığına çağrılaraq N saylı hərbi hissədə xidmətə başlamış, N aprel N2-ci il tarixdən N saylı hərbi hissəyə ezam edilmişdir. Hərbi hissə tərəfindən bütün növ təminatlarla təmin edilərək N saylı hərbi hissənin dislakasiya üzrə sərhəd kəndlərdə xidmətə başlamışdır. Erməni silahlı birləşmələrinin silahlı hücumları zamanı bütün döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatı zamanı ağır xəsarətlər almışdır. 28 aprel N3-cü il tarixdən NN may N3-cü il tarixədək Müdafiə Nazirlyi Mərkəzi Hərbi Kliniki Hospitalında müayinə və müaliçə olunmuşdur. Xidməti ilə əlaqədar uzun illərdir Müdafiə Nazirliyinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də, heç bir müsbət qərar qəbul edilməmişdir. Yuxarıda qeyd edilən faktlara bir əsas gətirərək Müdafiə Nazirliyi vətəndaş hüquqlarını pozmaqla, hal-hazırda qüvvədə olan «Veteranlar haqqında» AR Qanunu ilə onların ədalətsiz qərarları arasında ziddiyyət təşkil edir. Belə ki, hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidməti® ehtiyatda olan xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində mümkündür. «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinin əvvəlki redaksiyasında nəzərdə tutulurdu ki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini AR Nazirlər Kabineti təsdiq edir. Müharibə və Silahlı Qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədləri uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri verirlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin N8-ci il 06 yanvar tarixli 4 nömrəli əmrinə N nömrəli Əlavə kimi qəbul edilmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.9-cu bəndinə əsasən, hərbi qulluqçulara “müharibə veteranı” adı və vəsiqəsi hərbi hissə komandirləri və ya hərbi hissə kimi fəaliyyət göstərən hərbi müəssisə və təşkilatların rəisləri tərəfindən komanda üzrə təqdim edilmiş sənədlər arasında Müdafiə Nazirliyinin mərkəzi aparatlarının nəzdində yaradılmış komissiyasının rəyi ilə verilir. N yanvar N7-ci il tarixinədək tərxis olunmuş hərbi qulluqçulara “müharibə veteranı” adı və vəsiqəsi rayon (şəhər) hərbi komissarlğı tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika hərbi komissarlığının nəzdində yaradılmış komissiyanın, N yanvar N7-ci il və sonrakı tarixlərdə tərxis olunmuş hərbi qulluqçulara isə hərbi hissə komandirləri və ya hərbi hissə kimi fəaliyyət göstərən hərbi müəssisə və təşkilatların rəisləri tərəfindən komanda üzrə təqdim edilmiş sənədlər əsasında Müdafiə Nazirliyinin mərkəzi aparatının nəzdində yaradılmış komissiyanın rəyi ilə verilir. N yanvar N7-ci il və sonrakı tarixlərdə Hərbi hissənin ləğv olunması ilə əlaqədar tərxis olunmuş hərbi qulluqçulara “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi (həmin hərbi qulluqçuya Müdafiə Nazirliyinin mərkəzi aparatının nəzdində yaradılmış komissiya tərəfindən “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi dəqiqləşdirildikdən sonra) rayon (şəhər) hərbi komissarları tərəfindən təqdim edilmiş sənədlər əsasında Respublika hərbi komissarlığında yaradılmış komissiyasının rəyi ilə verilir. Həmin Təlimatın N.6-cı bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “müharibə veteranı” adı və vəsiqəsı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orderin və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. 7 aprel 2006-cı il tarixdə «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə edilmiş dəyişikliklərə əsasən bu maddəyə aşağıdakı ikinci hissə və qeyd edilmişdir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 saylı Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yerilmişdir. «Veteranlar haqqında» AR Qanunun ilkin redaksiyasının icrasını təmin etmək üçün AR Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı qərarı ilə «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin N-ci bölməsinin 9-cu abzası nəzərdə tutulurdu ki, Müharibə veteranı adı Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik orqanı və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin N0-cu abzası isə, nəzərdə tutulurdu ki, Müharibə veteranı adı, müvafiq veteran vəsiqəsi, Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən, AR Nazirlər Kabinetinin 20 may N7-ci il tarixli 53 saylı qərarı ilə Əsasnamənin bir sıra müddəaları ilə yanaşı, müharibə veteranı adının verilməsi ilə bağlı məsələlərə də dəyişiklik edilmişdir. Nəticədə Əsasnamənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi ilə bağlı hissəsi 3 noyabr 20N6-cı il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə aşağıdakı redaksiyada verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Beləliklə, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə qüvvədə olan əsasnaməyə uyğun olaraq verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 9, 25, 26, 60, 7N-ci maddələrinə, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun N.0.NN-ci maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 2-ci maddəsinin birinci hissəsinə, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 9.N, N4.2, 62.N, 77, 87.2, 88-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) N2ci ilin aprel ayından N4-ci ilin may ayınadək döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehuin üzərinə qoyulması bairədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N5-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanmış 29 aprel 202N-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənələrə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın 28 aprel 202N-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən, təqdim olunmuş sənədlər geri qaytarılır. Mərkəzi Arxivin N8 fevral 202N-ci il tarixli 9/2-N360 nömrəli arayışına əsasən N saylı hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna görə AR Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin N iyun 20NN-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxxx N72-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8N – 83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N5 nömrəli N5 yanvar 20N-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: - Bakı şəhəri Qaradağ RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun N5 oktyabr 200N-ci il tarixli məktubunda barəsində cinayət işi və araşdırma materialı olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 6 yanvar N3-cü il tarixdən N yanvar N3-cü il tarixədək Yevlax Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu travma – diaqnoz “İ – İİ bel fəqərəsi nahiyyəsinin yumşaq toxumalarının əzilməsi” və 28 aprel N3-cü il tarixdən NN may N3-cü il tarixədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Düz bağırsağın anal nahiyyəsinin çatı. Çatın kəsilib götürülməsi cərrahiyyə əməliyyatı (29 aprel N3-cü il). Asteno-nevrotik vəziyyət” və 30 noyabr N3-cü il tarixdən 6 dekabr N3-cü il tarixədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Xroniki radikulitin kəskinləşməsi” (AR SHXDX-nin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin N3 noyabr 20N8-ci il tarixli N779 nömrəli göndərişi, 4 yanvar 20N-cu il tarixli N nömrəli arayışı, Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilmiş N yanvar N3-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş NN may N3-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, N nömrəli hərbi hissədən verilmiş N dekabr N3-cü il tarixli çıxarış epikrizi, MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N8 fevral 202N-ci il tarixli arxiv arayışında aşağıdakılar qeyd olunur: - N saylı hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Qaradağ RHK-dan çağırılmış, N72-ci il təvəlüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N2-ci il tarixli 68 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N2-ci il tarixli 8N nömrəli əmrilə sıravi İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N may N2-ci il tarixli 90 nömrəli əmri ilə sıravi İddiaçı ezamiyyətdən qayıtmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli 209 nömrəli əmri ilə artilleriya divizionunun əsgəri, sıravi İddiaçı hərbi hospitalda müalicədə hesab olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Qaradağ RHK-nın çağırışçısı Babayev X2 N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli 90 nömrəli əmri ilə təminatdan azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İPM-in 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının N09-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı müvafiq qaydada cavabdeh AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət etdiyindən və cavabdeh də onun müraciəti ilə bağlı cavab məktubu ilə təqdim edilmiş sənədləri qaldırılan məsələni müsbət həll etmədən geri qaytardığından, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.N.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Qaradağ rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iş materiallarında olan arxiv arayışında iddiaçı XN N2-N4-cü illərdə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar qismən öz təsdiqini tapsa da, N aprel N4-cü il tarixdə müvafiq hərbi hissədə təminatlardan azad edilməsinə səbəb kimi onun hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Bu hal isə, onun qanuni əsaslarla tərxis olunmaması kimi qiymətləndirilməlidir. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş AR Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı hərbi hissəsi özbaşına tərk etdiyindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.N, 58.7, 62, 75, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar