Məhkəmə qərarları › İş №2-1(112)-744/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-744/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-744/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X12, Cavabdehin nümayəndəsi X22, Üçüncü şəxs X21 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər X21 və X15) qarşı “sərəncamın qismən ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş, ünvan 1 ünvanında yerləşən tikililərə verilmiş mülkiyyət hüququnun və bu barədə X13 adına verilmiş xx.xx.2005-ci il tarixli, 005451 saylı və X9 adına verilmiş xx.xx.2005-ci il tarixli 005452 saylı mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur, içməli suyun fasiləsiz və normal qaydada abonentlərə çatdırılması, su və kanalizasiya sistemlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması, onlara mütəmadi texniki xidmətin göstərilməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mühüm vəzifələrindəndir. “Bakı Sukanal” İdarəsinin əməkdaşları tərəfindən aparılmış texniki baxış zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsindən keçən 1957-ci il tarixindən bəri istismarda olan diametri 700 mm olan yüksək təzyiqli magistral su kəmərinin üzərində və mühafizə zonasında qeyri-yaşayış sahəsinin inşa edildiyi müəyyən edilmişdir. Tikililərin inşası nəticəsində diametri 700 mm olan magistral su xəttinin tikilinin altında qalan hissəsinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi qeyri-mümkün olmuşdur. Bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə, su itkisinə səbəb olmaqla onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr, eyni zamanda mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmaqla əhalinin gigyenik təhlükəsizliyi üçün risk yaratmışdır. Digər tərəfdən, magistral su xəttinin tikilinin altında qalan hissəsində baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işlərinin aparılmasının qeyri-mümkün olması ilə yanaşı qeyd olunan kəmər üzrə əhalini içməli su ilə təchiz etmək mümkünsüz olacaq, həmçinin qəzalı hissədən xaric olan yüksək təzyiqli su ətrafa axaraq həmin tikilidə, ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Belə hallar dəfələrlə baş vermiş, Cəmiyyətə qarşı bununla əlaqədar müvafiq məhkəmələrdə dəymiş ziyanın ödənilməsinə dair iddialar qaldırılmış və kompensasiya tutulmuşdur. Araşdırma zamanı inşa edilmiş qeyri-yaşayış sahəsinin 70.3 kv.m hissəsinin X13 adına və 60.0 kv.m hissəsinin isə X9 adına rəsmiləşdirildiyi və bu barədə vətəndaşlara Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) xx.xx.2005-ci il tarixdə 005451 saylı və xx.xx.2005-ci il tarixdə 005452 saylı Mülkiyyyət hüququ haqqında şəhadətnamələrin verilmiş olduğu müəyyən edilmişdir. Verilmiş şəhadətnamə nəticəsində “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun və "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”n, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin AzDTN 2.6-1 saylı “Dövlət tikinti normaları”nın tələbləri kobud surətdə pozulmuşdur.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya etirazında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130,3 kv.m olan 90 saylı mağaza xx.xx.2003-cü il tarixli, 481 nömrəli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti tərəfindən X2 və ona xx.xx.2003-cü il tarixli, 001400 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. Daha sonra X23 həmin qeyri-yaşayış binasını X5 və ona xx.xx.2004-cü il tarixli, 002111 nömrəli "Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. X20 xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətində olan 130,3 kv.m qeyri-yaşayış binasının 60 kv.m hissəsini X4 və həmin hissəyə dair M.Nəcəfova xx.xx.2005-ci il tarixli, 005452 nömrəli, X14 qalan 70,3 kv.m hissəyə dair isə ona xx.xx.2005-ci il tarixli, 005451 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Qeyd edilən 90 saylı mağaza binasının xx.xx.2003-cü il tarixində tərtib edilmiş texniki pasportuna və dövlət əmlakının Registrindən verilmiş çıxarışa əsasən bina 1973-cü ildə istismara verilmişdir. Qeyri-yaşayış binasının yuxarıda qeyd edilən ünvanda inşasından 48 il, özəlləşdirilməsindən isə 18 il müddət keçmişdir və əgər bina 1957-ci ildən istismarda olan magistral su xəttinin mühafizə zolağına düşürdüsə, iddiaçı bu müddət ərzində həmin binanın inşasının qarşısını almalı və ya onun sökülməsi ilə bağlı tədbir görməli idi. Lakin keçən bu müddət ərzində iddiaçı bununla bağlı hər hansı tədbir görməmişdir. İddiaçı 1973cü ildə istismara verilmiş 90 saylı mağazanın binasının həqiqətən həmin magistral su xəttinin mühafizə zonasına düşməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Özəlləşdirilmiş 90 saylı mağazanın binası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən inşa edilməmiş, yuxarıda qeyd edildiyi kimi həmin bina 1973-cü ildə inşa edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsi su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərininin yerinə yetirilməsini qadağan edir. Maddənin məzmunundan göründüyü kimi, həmin norma artıq mövcud olan tikilinin satılmasını deyil, yalnız torpaq və tikinti işlərinin yerinə yetirilməsini qadağan edir. Mübahisənin predmeti olan qeyri-yaşayış binası su kəmərinin mühafizə sonasına düşsə belə, bu həmin əmlaka dair 3-cü şəxslərə verilmiş mülkiyyət hüququ haqqında sənədlərin ləğv edilməsi üçün hüquqi əsas deyildir.

4. Üçüncü şəxs X20 tərəfindən məhkəməyə təqdim olunan iddiaya etirazda göstərilmişdir ki, iddiaçı öz iddia tələbini ünvan 1 ünvanında yerləşən tikililərin altından diametri 700 mm olan magistral su xəttinin keçməsi ilə əsaslandırmış, lakin bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. ünvan 1 ünvanında yerləşən tikililərin texniki pasportundan görünür ki, həmin tikili X20 tərəfindən deyil, hələ Sovet İttifaqının mövcud olduğu dövrdə dövlət tərəfindən tikilmiş və həmin tikilidə ərzaq mağazası fəaliyyət göstərmişdir. Özəlləşdirmə prosesi nəticəsində həmin tikili X6, bir müddət sonra X23 həmin tikilini X3. X20 qeyd edilən tikilini qanuni əsaslarla əldə etmişdir. Həmin əmlakın ilk mülkiyyətçisi isə dövlət olmuşdur. Tikilinin mülkiyyətçisinin dövlət olması faktı həmin tikilinin qanuni əsaslarla inşa edildiyini göstərir. Bundan başqa, X20 ilə X23 arasında həmin əmlakın əldə oluması ilə bağlı müqavilənin ləğv edilməsi inzibati məhkəmənin yurisdiksiyasına aid deyil.

5. İddiaçı xx.xx.2022–ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekun olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.3 kv.m olan 90 saylı mağazaya münasibətdə, həmin sərəncam əsasında keçirilən 09 dekabr 2003-cü il tarixli, 43/05 saylı hərracın nəticələrinin, sözügedən əmlakın alqı-satqısı ilə əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə X23 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 481 nömrəli müqavilənin və həmin müqavilə əsasında ona verilmiş xx.xx.2003-cü il tarixli, 001400 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin, X23 tərəfindən həmin qeyri-yaşayış binasının X1 dair müqavilənin və həmin müqavilə əsasında X16 verilmiş xx.xx.2004-cü il tarixli, 002111 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə"nin, həmin əmlakın 60 kv.m hissəsinin alqı satqısına dair X20 ilə X15 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin və həmin müqaviləyə uyğun olaraq X16 verilmiş xx.xx.2005-ci il tarixli, 005451 saylı və X10 qalmış 70.3 kv.m sahəyə verilmiş xx.xx.2005-ci il tarixli, 005452 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamə”lərin, bundan əlavə həmin əmlakın 60 kv.m hissəsinin yenidən X13 mülkiyyətinə verilməsinə dair X20 ilə X15 arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir.

6. Cavabdeh dəyişdirilmiş iddiaya öz münasibətini məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sərəncamın ləğv edilməsini xahiş etsə də, həmin qərarın qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

7. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X20 və X15 hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişlər.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Üçüncü şəxs M.Məmmədov və onun vəkili iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdilər.

11. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

12. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olur ki: - İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin “kiçik dövlət müəssisələrinin (obyektlərinin) istifadəsiz qeyri-yaşayış sahələrinin və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli 251 saylı sərəncamı ilə həmin sərəncamla özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssislərinin (obyektlərinin) nümunəvi özəlləşdirmə planları təsdiq edilmiş, həmin sərəncama əlavələrdə göstərilən müəssisə və obyektlərin özəlləşdirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada respublikanın şəhər və rayonlarında hərraclar vasitəsilə həyata keçirilməsi qərara alınmışdır. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin (obyektlərin) siyahısında TXMOFƏM-nin 90 saylı mağazası (ünvan - ünvan 2 - xx.xx.2003-cü il tarixdə Əmlakın inventarlaşdırılması bürosu tərəfindən verilən 005557 nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən 90 saylı mağaza 1973-cü ildə tikilmiş, ümumi sahəsi 130.3 kv.m, balans saxlayıcısı İqtisadi İnkişaf Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi olmuşdur. - xx.xx.2003-cü il tarixli 251 saylı sərəncama əsasən keçirilmiş hərrac nəticələri xx.xx.2003-cü il tarixdə 43/05 saylı hərrac protokolu ilə rəsmiləşdirilmiş, protokola əsasən 90 saylı mağazanın özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın qalibi X23 olmuşdur. -xx.xx.2003-cü il tarixli 481 nömrəli Müəssisənin (obyektin) alqı-satqısı müqaviləsinə əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ünvan 1-də yerləşən 90 saylı mağazanı auksiondan satış qiyməti ilə X8, ümumi sahəsi 130,3 kv.metr olan 90 saylı mağazanın X17 mülkiyyətində olması barədə xx.xx.2003-cü il tarixdə 001400 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir. - xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında R.Qafarov ümumi sahəsi 130,3 kv.metr olan 90 saylı mağazanı X5, M.Məmmədovun həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ reyestrdə qeydə alınmaqla bu barədə ona 002111 qeydiyyat nömrəli xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. - ******* nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X7 İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamenti Mülkiyyət hüququ haqqında kitab 4, səh. 2, qeydiyyat 002111-xx.xx.2004-cü ildə verilmiş 02111 saylı şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 130 kv.m qeyri-yaşayış sahəsindən 60 kv.m qeyri yaşayış sahəsini alıcı X9 mülkiyyətinə vermiş, M.Nəcəfovun N.Vəzirov küçəsi, 1 ünvanında yerləşən 60 kv.metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınmaqla bu barədə ona 005452 nömrəli xx.xx.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. - 005451 qeydiyyat nömrəli xx.xx.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 70,3 kv.m qeyri-yaşayış sahəsi X13 xüsusi mülkiyyətində qalmışdır. - X15 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 60 kv.m olan qeyri yaşayış sahəsini alıcı X5, M.Məmmədovun həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə M.Məmmədova çıxarış verilmişdir.

13. Göründüyü kimi, hazırda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 kv.metr olan qeyri-yaşayış sahəsi və 70.3 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi, yəni özəlləşdirilən 90 saylı mağaza tam olaraq mülkiyyət hüququ əsasında X16 məxsusdur.

14. İddiaçı hazırda həmin əmlakın 1957-ci il tarixdən bəri istismarda olan diametri 700 mm olan yüksək təzyiqli magistral su kəmərinin üzərində və mühafizə zonasında yerlşdiyini iddia edərək həmin əmlakın özəlləşdirilməsinə dair xx.xx.2003-cü il tarixli sərəncamın 90 saylı mağazaya münasibətdə olan hisəsinin, habelə həmin sərəncamda sonra əmlakın qeydə alınması və özgəninkiləşdirilməsinə dair bütün alqı-satqı müqaviləsi və şəhadətnamələrin ləğv edilməsini xahiş edir. İddiaçının tələbi aşağıdakılardan ibarətdir:

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.3 kv.m olan 90 saylı mağazaya münasibətdə ləğv edilməsi;

2. həmin sərəncam əsasında keçirilən 09 dekabr 2003-cü il tarixli, 43/05 saylı hərracın nəticələrinin, sözügedən əmlakın alqı-satqısı ilə əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə X23 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 481 nömrəli müqavilənin və həmin müqavilə əsasında ona verilmiş xx.xx.2003-cü il tarixli, 001400 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin ləğv edilməsi;

3. X23 tərəfindən həmin qeyri-yaşayış binasının X1 dair müqavilənin və həmin müqavilə əsasında X16 verilmiş xx.xx.2004-cü il tarixli, 002111 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi;

4. həmin əmlakın 60 kv.m hissəsinin alqı satqısına dair X20 ilə X15 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin və həmin müqaviləyə uyğun olaraq X16 verilmiş xx.xx.2005-ci il tarixli, 005451 saylı və X10 qalmış 70.3 kv.m sahəyə verilmiş xx.xx.2005-ci il tarixli, 005452 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamə”lərin ləğv edilməsi;

5. həmin əmlakın 60 kv.m hissəsinin yenidən X13 mülkiyyətinə verilməsinə dair X20 ilə X15 arasında bağlanmış müqavilənin ləğv edilməsi.

15. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, bu iddia tələbləri mümkün sayıla bilməz. İ tələbə münasibətdə

16. Məhkəmə qeyd edir ki, iddiaçının əsas tələbi mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamın qismən ləğv edilməsidir ki, bu iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır.

18. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı).

19. Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən edir ki, İddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir.

20. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, 29 avqust 2003-cü ildə qəbul edilmişdir.

21. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi.

22. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).

23. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).

24. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.

25. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər.

26. Məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisəli sərəncamı hazırkı məhkəmə icraatında əldə etməsi barədə dəlili əsaslı sayıla bilməz.

27. Çünki iddiaçının iddia etdiyinə görə mübahisəli su kəməri 1957-ci ildən istismara verilmiş, mübahisəli əmlak isə 1973-cü ildə dövlət tərəfindən tikilməklə dövlətin mülkiyyətində olmuşdur.

28. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli, 1038 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Kommunsənayesutəchizatı” İstehsalat-İstismar Birliyi və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu, onlara məxsus olan bütün əsas və dövriyyə vəsaitlərini birləşdirərək, açıq tipli X25 Su Cəmiyyətinə çevrilmişdir.

29. “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli, 252 nömrəli Sərəncamı ilə X25 Su Cəmiyyəti İddiaçı Səhmdar Cəmiyyəti adlandırılmış, Azərbaycan “Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri ləğv edilmiş, onların funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə İddiaçı Səhmdar Cəmiyyətinə verilmişdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Dövlət adından Cəmiyyətin səhmlərinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.

31. Nizamnaməyə əsasən Cəmiyyət suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir, su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir.

32. Göründüyü kimi, iddiaçı dövlət müəssisəsi olmaqla ən azından 1995-ci ildən etibarən fəaliyyət göstərir və su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsi funksiyasını icra edir.

33. Deməli, iddiaçı artıq 1995-ci ildən müvafiq su kəmərlərinə, o cümlədən hazırda mübahisəli əmlakın üzərində yerləşdiyi güman olunan diametri 700 mm olan magistral su kəmərinə nəzarət işlərini həyata keçirir və 90 saylı mağazanın N.Vəzirov 1 ünvanında yerləşməsi ona məlumdur (“Bakı Sukanal” İdarəsinin əməkdaşlarının texniki baxışı yalnız 2020-ci ildə keçirməsi və tikili olmasının həmin vaxt aşkar edilməsi inandırıcı olmamaqla yanaşı, ağlabatan deyildir).

34. Tikili barədə sənədlər iddiaçıda olmasa da, onun müvafiq dövlət orqanlarından zəruri sənədləri əldə etmək və tikilinin statusunu müəyyən etmək imkanı olmuşdur. Lakin iddiaçı azı 30 il hərəkətsizlik, bununla da dözümlülük göstərərək, bu hüququndan istifadə etməmiş, bu halı, həmçinin mübahisəli əmlakın magistral su kəməri üzərində tikilməsini mübahisələndirməməsini, habelə niyə məhz indi, yəni ən azında 2020-ci ildə həmin əmlakın sökülməsi zərurəti yarandığını əsaslandıra bilməmişdir. Buna görə də onun mübahisəli sərəncamdan hazırkı məhkəmə icraatında məlumatlı olması və bununla da iddia müddətini ötürməməsi barədə dəlili qəbul edilə bilməz.

35. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

36. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

37. Məhkəmə qeyd edir ki, işdə olan Bakı Kommersiya Məhkəməsininxx.xx.2020-ci il tarixli 2-2(113)-38/2020 saylı qəntaməsindən görünür ki iddiaçı M.Məmmədova qarşı iddia qaldırmaqla, X20 tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılmasını xahiş etmişdir.

38. Həmin məhkəmə icraatı çərçivəsində mübahisəli tikilinin özbaşına tikili olmaması və dövlət əmlakının özəlləşdirilməsi nəticəsində M.Məmmədovun hüququnun yaranması müəyyən edildiyindən iddiaçı hazırkı iddianı qaldırmışdır.

39. Deməli, iddiaçının əsas hüquqi marağı mübahisəli əmlakın özəlləşdirilməsinə dair sərəncamın ləğvinə deyil, onun üzərində tikilmiş daşınmaz əmlakın sökülməsinə yönəlmişdir.

40. İddiaçı bu marağını Bakı şəhərinin içməli su ilə fasiləsiz və təhlükəsiz təmin edilməsi üçün su təchizhizatını təmin edən magistral su kəmərlərinin, həmçinin axıdılan çirkab suların vaxtında nəql edilərək tam təmizlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi ilə, yəni ictimai maraqla əsaslandırır.

41. Məhkəmə qeyd edir ki, iddiaçının ümumi maraqdan doğan bu tələbinin təmini üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia ola bilməz.

42. Çünki dövlət müəssisəsi olan iddiaçı ümumi maraqdan doğan tələblərlə fərdin hüquqlarından irəli gələn tələb arasındakı tarazlığı gözləmək üçün bütün səyləri göstərməyə borcludur. Yəni əgər mübahisəli əmlak həqiqətən magistral su kəmərinin mühafizəsi zolağında inşa edilmişsə və ictimai maraq baxımından sökülməsi tələb olunursa, onda dövlət tərəfindən inşa edilmiş və deməli, dövlət tərəfindən yol verilmiş pozuntu vətəndaşın, hazırkı halda M.Məmmədovun mülkiyyət hüquqları pozulmaqla, yəni hazırkı iddia vasitəsi ilə aradan qaldırıla bilməz. İİ tələbə münasibətdə

43. İddiaçının xx.xx.2003-cü il tarixli sərəncamın qismən ləğvindən ibarət ilkin tələbi mümükün sayılmadığından həmin sərəncamın icrası ilə bağlı keçirilmiş hərrac və onun nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin ləğvinə dair iddia da mümkün sayılmamalıdır. İİİ, İV və V tələblərə münasibətdə

44. İddiaçı həmin tələblərlə fiziki şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələrin (alqı-satqı müqaviləsi) və həmin müqavilələr əsasında hüquqların qeydə alınması ilə bağlı sənədlərin ləğv edilməsini tələb edir, hansı ki, bu tələblər inzibati mühakimə icraatının predmeti ola bilməz.

45. Çünki birincisi, həmin müqavilələrlə tərəflər arasında inzbati deyil, mülki hüquq münasibətləri yaranmışdır və bu münasibətlərdən yaranan mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. İkincisi, həmin müqavilələr üzrə cavabdeh tərəf olmadığından onların ləğvi ilə bağlı iddia tələbi ona yönələ bilməz.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar