Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-744/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə Gədəbəy rayonunda anadan olmuş və hazırda 61 yaşındadır. Orta məktəbi bitirdikdən sonra həmin rayonda xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilədək (03 il 10 ay 06 gün) İnqilab kartofçuluqətçilik sovxozunda fəhlə işləmişdir. Sonra isə işləmək üçün Bakı şəhərinə gələrək "xxxx" Bakı İstehsalat Birliyində 4 saylı şüşəəritmə sexində işə qəbul olunmuşdur. xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci ilədək (10 il 01 ay 12 gün) həmin sexdə isti şüşə məmulatların çıxarıcısı peşəsində işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək (12 il 06 ay 08 gün) isə yenə də həmin sexdə şüşə əridən sobalara əl üsulu ilə şixta tökən (xəlitə dolduran) peşəsində işləmişdir. İddiaçının əsas işi şüşənin tərkibini təşkil edən materiallardan (potaş, dolomit, daş kömür, kvars qumu və s.) hazırlanmış xəlitəni əl üsulu ilə şüşə əridən sobaya doldurmaqdan ibarət olmuşdur. İş şəraiti isə həmin vaxtlarda “xüsusilə ağır və zərərli iş şəraiti” hesab olunurdu və ona görə də hər gün 2 litr süd verilirdi. Həmin işdə işləyən qadınlara güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 7 il 6 ay əmək stajı lazım idi. İddiaçının isə həmin sexdə “xüsusilə ağır və zərərli iş şəraiti”ndə olan əmək stajı 22 il 07 ay 18 gün olmuşdur. xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 09 ay 28 gün, bundan da “ağır və xüsusilə ağır” iş şəraitində olan əmək stajı 20 il 10 ay 09 gündür. xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək (06 il 03 ay 00 gün) isə fərdi sahibkar yanında xadimə işləmişdir.xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək (03 il 07 ay 19 gün) Nizami rayon MKTBnin 28 saylı MKİS-də dalandar işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə "xxxx" ASC-nin 13 noyabr 2013-cü il tarixli arayışında xx.xx.1985-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin şüşə əritmə sexində şüşə məmulatlarının çıxardıcısı və şixta tökən vəzifələrində işlədiyinə istinadən cavabdeh tərəfindən bildirilmişdir ki, sözügedən müəssisədə keçirilən yoxlama zamanı müəssisənin zərərli sexlərinin xx.xx.1995-ci il tarixdən sonra fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Bu fakt özlüyündə iddiaçının təqdim etdiyi xx.xx.2013-cü il tarixli arayışın mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Eləcə də, qarşılıqlı yoxlamaya əsasən iddiaçının xx.xx.1994xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1994-cü il tarixləri üzrə öz hesabına ödənişsiz məzuniyyətdə olması aşkarlanmışdır. Göstərilən səbəblərdən iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 20 gün (xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı ildən sonrakı dövr üzrə 8 il 7 ay)) təşkil edir, güzəştli iş stajı isə ümumiyyətlə yoxdur. Bundan başqa, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2013-cü il tarixli arayışda işlədiyi qeyd olunan vəzifələrin təsnifatı verilsə də, sözügedən müəssisə ilə qarşılıqlı yoxlama nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən müəssisənin zərərli peşələri xx.xx.1995-ci ilədək fəaliyyət göstərmişdir. Qeyd olunanlar müvafiq arayışın mötəbər olmaması üçün kifayət qədər əsas verir. Bundan başqa, həmin arayışda vəzifələrlə bağlı izah verilsə də, sözügedən vəzifələrin orada qeyd olunmuş güzəştli şərtlərlə pensiya hüququ verən hansı kod üzrə vəzifə ilə uyğunluq təşkil etməsini əks etdirmir. Eləcə də, iddiaçının işlədiyi vəzifələrin qeyd olunan vəzifələrilə eynilik təşkil etməsini sübuta yetirəcək vəzifə təlimatları da Mərkəzi Filiala təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-112-H-291382/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdə BİB "xxxx" ASC-yə şüşə sexinə kalibrçi qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə ona birinci dərəcə verilmiş, xx.xx.1989-cu il tarixdə 2-ci dərəcəli isti məmulatları çıxaran keçirilmiş, xx.xx.1995-ci il tarixdə 4-cü dərəcəli əl üsülü ilə sixta tökən keçirilmiş və xx.xx.2007-ci il tarixdən öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək xadimə, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə dalandar işləmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci ilə qədər "xxxx" ASC-nin şüşə əritmə sexində şüşə məmulatlarının çıxardıcısı və şixta tökən işləmişdir. Hacıyevə K.M. şüşə çıxardıcısı işlədiyi müddət ərzində, onun əsas işi sobadan çıxaraq mexaniki üsulla kəsilmiş isti kolbaiarı əl ilə seçmək və hərnin koibaları əl ilə kalibrlərdə yoxladıqdan sonra, ölçülərə görə ayrı-ayrı arabacıqlara yığmaqdan ibarət olmuşdur. Şixta tökən işlədiyi müddət ərzində isə onun əsas işi. əvvəlcədən hazırlanmış şixtanı şüşə əridən sobaya tökməkdən ibarət olmuşdur. İşlədiyi müddət ərzində İddiaçı bütöv iş vaxtını isti işləri yerinə yetirmiş və bu səbəbdən də o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.93-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş 2-ci siyahının 18-ci bölməsinin 2190100a-11438 və 2190100a-19454 bəndlərinə uyğun olaraq güzəştli pensiya hüququna malikdir. -Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1985-ci ildə 54 nömrəli əmrlə işə qəbul olunmuş, xx.xx.1994-xx.xx.1994 və xx.xx.1994-xx.xx.1994-cu illər arasında öz hesabına ödənişsiz məzuniyyətdə olub. Təsviyəçinin verdiyi məlumata əsasən müəssisənin zərərli sexləri xx.xx.1995-ci ildən fəaliyyəti dayanıb. xx.xx.2007-ci ildə öz xahişinə əsasən 60 nömrəli əmrlə işdən azad edilib. -DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. -DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun (baş müəssisə) çevrilməsi nəticəsində yaranmış və onun hüquqi varisidir. -Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı ümumi iş stajı 22 il 20 gün (xx.xx.2006-cı il tarixinədək 13 il 5 ay 20 gün (xx.xx.1981xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il və xx.xx.1994xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 il 7 ay) təşkil edir. -Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki iddiaçı 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 20 ildən, güzəştli iş stajının isə 10 ildən az olması əsası ilə pensiya təyinatının aparılmasından imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hazırki iddianın qanuni əsası ilə bağlı bildirir ki, Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Deməli, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olduğunu iddia etsə də, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı tələb olunan 20 il şərtinə cavab vermir. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı,xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Hazırkı inzibati mübahisə ilə bağlı məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək BİB "xxxx" ASC-də (əvvəlki adı: Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodu) müxtəlif vəzifələrdə (şüşə sexinə kalibrçi, isti məmulatları çıxaran və əl üsulu ilə sixta tökən) işləməsi barədə məlumat əmək kitabçasında yer almışdır. Lakin iddiaçı ümumi iş stajı ilə bağlı tələb olunan şərti ödəməmişdir. Belə ki, ləğv prosesində olan müəssisənin arayışına görə, İddiaçı xx.xx.1985-ci ildə 54 nömrəli əmrlə işə qəbul olunmuş, lakin xx.xx.1994-xx.xx.1994 və xx.xx.1994-xx.xx.1994-cü illər arasında öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Müəssisənin xx.xx.1995-ci ildən fəaliyyətini dayandırması faktiki olaraq, iddiaçının həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmadığına dəlalət edir. Məhkəmə, xüsusilə vurğulayır ki, "xxxx" ASC-nin (əvvəlki adı: Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodu) fəaliyyətdə olmaması məsələsi, mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, müəssisənin xx.xx.1995-ci ildən etibarən fəaliyyətini dayandırması və xx.xx.2001-ci ildə tam ləğv olunaraq "xxxx" ASC kimi qeydiyyata alınması, faktiki olaraq iddiaçının həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmaması ilə nəticələnmişdir. Həmin dövrdə zərərli iş şəraitində işləməsi və ya ümumiyyətlə iş fəaliyyətini yerinə yetirməsi barədə heç bir məlumat və sübut mövcud deyil. Məhkəmənin araşdırmaları göstərir ki, Bakı "xxxx" zavodu xx.xx.1995-ci ildən fəaliyyətini dayandırmış və bu dövr ərzində iddiaçının həmin müəssisədə işləməsi, xüsusilə də zərərli əmək fəaliyyəti ilə məşğul olması istisna olunur. "xxxx" ASC-nin xx.xx.2001-ci ildə dövlət qeydiyyatına alınması, həmin hüquqi şəxsin əvvəllər fəaliyyət göstərən "xxxx" İstehsalat Birliyinin hüquqi varisi olması, faktiki olaraq müəssisənin fəaliyyətinin durmasına işarə edir. Göründüyü kimi iddiaçının xx.xx.1995-xx.xx.2001-ci il tarixlər arasında fəaliyyətdə olan müəssisədə əmək funksiyalarını yerinə yetirməsi, zərərli iş şəraitində işləməsi müəyyən olunmur ki, bu halda iddiaçının ümumi iş stajının tələb olunan 20 ildən az, daha dəqiq desək 13 il 10 ay 23 gün (xx.xx.1985-xx.xx.1995; xx.xx.2001-xx.xx.2006) olması müəyyən olunur. Bu əsasla, məhkəmə hesab edir ki, iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödənilmədiyindən, güzəştli iş stajı ilə bağlı əlavə araşdırma aparılmasına və oxşar müəssisələrə sorğular göndərməyə zərurət yoxdur. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin hazırkı iddia tələbi üzrə imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-744/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-744/2025
23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver