Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7440/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndələri Nümayəndə və X2 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “öhdəliyin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz tutulmuş 3824.65 manat pul vəsaitinin iddiaçı "xxxx" MMCnin xeyrinə tutulması; iddaçıya MDSS SE 2019 İ rüb üzrə qanunsuz olaraq analoji hesablanmış 534.78 manatın şəxsi hesab vərəqindən silinməsi; iddaçının bank hesabına qanunsuz qoyulmuş 534,78 manat məbləğində ******* nömrəli “Bloklaşma”, **********4A nömrəli xx.xx.2024-cü il tarixli Sərəncamın ləğv və ya icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, əvvəlki adı DSMF-nin Bakı şəhəri üzrə X4 departamenti, hazırda DSMF-nin FU üzrə Mərkəzi Filalı tərəfindən ( əvvəliki adı “RM*LM Audit LTD” MMC olmuş) "xxxx" MMC-yə əsassız olaraq 2019-cu ilin İ rübü üzrə Analoji sosial sığorta haqqı hesablamışdır. Bundan başqa Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli İş № 2-inz(81)-2810/2012 saylı Qiyabi Qətnamə çıxarılmış, Qiyabi Qətnamənin ləğv edilməsi barədə məhkəmə tərəfindən 29 noyabr 2012-ci il tarixli İş № 2-(81)-2810/2012 Qərardad qəbul edilmiş, lakin DSMF-nin Bakı şəhəri üzrə X4 departamenti ləğv edilmiş qiyabi qətnaməni əsas götürərək cəmiyyətin bank hesabına xx.xx.2019-cu ildə 211OPXO19003004-MDSS0111 saylı Sərəncam qoyaraq, xx.xx.2019-cu il tarixdə Cəmiyyətin hesabından 3465,70 manat pul vəsaiti silinərək cavabdehin hesabına keçmişdir. Qanunsuz silinmiş pul vəsaitinin qaytarılması məqsədi ilə cavabdehə dəfələrlə məktub yazılmasına baxmayaraq pul vəsaiti cəmiyyətin hesabına qaytarılmamış və şəxsi hesab vərəqində artıq ödəmə kimi uçota bərpa edilməmişdir. Cəmiyyət xx.xx.2010-cu ildə fəaliyyətini dayandırmış və xx.xx.2018-ci ildə fəaliyyətini bərpa etmişdir. Fəaliyyəti dövründə qanunvericiliyə əsasən bütün hesabatları təqdim etmişdir. Təqdim edilmiş hesabatlarda rəsmi fəaliyyət əsasında yaranan məlumatlar əks etdirilmişdir. Lakin heç bir əsas olmadan və qanunsuz olaraq xx.xx.2021-ci il tarixdə MDSS SE 2019 İ rüb-ANALOJİ(B) xx.xx.2019, Hesablama ilə 600 manat, MDSS SE 2019 İ rüb-ANALOJİ(B) Hesablama xx.xx.2019 ilə 200 manat, MDSS SE 2019 İ rüb-ANALOJİ(B) Hesablama xx.xx.2019 ilə 200 manat şəxsi vərəqədə əks etdirilmişdir. Bu qanunsuz əməliyyatlardan sonra əks olunmuş məbləğlərin silinməsi üçün məktublar yazılmış, məktublarda hesablamaların qanunsuz olmasını təsdiq edən faktlar öz əksini tapmışdır. Müraciətlərdən sonra xx.xx.2021 -ci ildə MDSS SE 20191 rüb xx.xx.2019 450 manat, MDSS SE 2019 İ rüb xx.xx.2019 150 manat, MDSS SE 2019 İ rüb xx.xx.2019 150 manat Azalma aparılmışdır. Nəticədə, ümumilikdə əsassız və qanunsuz hesablanmış MDSS SE 1000 manat məbləğdən azalma verilərək 534.78 manat isə qanunsuz olaraq şəxsi vərəqədən silinməmişdir. Bununla kifayətlənməyərək qanunsuz Analoji hesablanmış məbləğə peniyada hesablanması təmin edilmişdir. Analoji hesablamanın əsassız olması haqqda onlarla məktub yazılmasına baxmayaraq qanunsuz yazdığı hesablamanı ləğv etməmişdir. Bu haqqda yazılan əsaslı faktlara riayət edib səhv və qanunsuz yazılmış hesablamaları ləğv etməyərək cavabdeh Cəmiyyətin bank hesabına 534,78 manat məbləğində ******* nömrəli “Bloklaşma”, **********4A nömrəli xx.xx.2024-cü il tarixli Sərəncam qoyaraq qanunsuz hesablanmış pul vəsaitinin silinməsi məqsədi ilə banka sərəncam qoyulmuşdur. İddiaçı qeyd edilən Analoji hesablamalar əsasında şəxsi vərəqəyə qanunsuz yazılmış MDSS SE məbləğindən silinməmiş 534.78 manat məbləğin silinməsini DSMF-dən tələb etmiş, lakin qanunsuz hesablanıb yazılmış məbləğin silinməsi təmin edilməmişdir. Qeyd edilən faktlardan başqa DSMF-nin Bakı şəhəri üzrə X4 departamenti tərəfindən Cəmiyyətə qanunsuz olaraq 3824.65 manat sosial sığorta haqqı hesablanmış, həmin sosial sığorta haqqı qanunsuz hesablanması səbəbindən 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək həmin məbləğin silinməsi tələbi qoyulmuş, sonra isə iddiaya baxış təxirə salınmış, bir müddətdən sonra isə iş yenilənərək məhkəmə baxışma təyin edilmiş, iddia təmin edilmişdir. Bundan sonra Cavabdeh DSMF-nin Bakı şəhəri üzrə X4 departamenti tərəfindən Cəmiyyətə qarşı iddia ərizəsi ilə 3824.65 manat pul vəsaitinin cəmiyyətdən tutulması barədə 1 saylı İnzibati- İqtisadi Məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2012-ci il tarixli İş № 2-inz(81)- 2810/2012 saylı Qiyabi Qətnamə çıxarılaraq iddia təmin edilmişdir. Məhkəmə tərəfindən işə baxılması üçün cavabdeh kimi Cəmiyyət məlumatlı olmamış, bu səbəbdən Quyabi Qətnamənin ləğv edilməsi üçün “RM*LM Audit LTD” MMC tərəfindən məhkəməyə ərizə ilə müraciət edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2012-ci il tarixli İş № 2-iqt(81)-2810/2012 saylı Qiyabi Qətnamənin ləğv edilməsi barədə məhkəmə tərəfindən 29 noyabr 2012-ci il tarixli İş № 2-(81)- 2810/2012 Qərardad qəbul edilmişdir. Bu iddialar bir icraatda birləşmiş və 3845.65 manat pul vəsaitinin iddiaçı “RM*LM Audit LTD” MMC-nin xeyrinə tutulması barədə xx.xx.2013-cü il tarixli İş 2-inz(81)-17/2013 №-li qərar qəbul edilmişdir. DSMF-nin Bakı şəhəri üzrə X4 departamenti tərəfindən verilmiş qarşılıqlı iddia rədd edilmişdir. Bundan sonra cavabdeh DSMF-nin Bakı şəhəri üzrə X4 departamenti tərəfindən apellyasiya şikayəti verilmiş, məhkəmə kollegiyası tərəfindən şikayətə baxılaraq aşağıdakı kimi qərar qəbul etmişdir: “DSMF-nin Bakı şəhəri üzrə X4 Departamentinin şikayəti təmin edilməsin.” “1 saylı Bakı İnzibatı-lqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli İş 2-inz(81)-17/2013 №-li qərardadı dəyişdirilmədən saxlanılsın” barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 23 aprel 2013-cü il tarixli İş № 2-inz(103)-584/13 qərar qəbul etmişdir. Qeyd edilənlərə baxmayaraq 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin xx.xx.2012- ci il tarixli İş 2-iqt(81)-2810/2012 №-li Qiyabi Qətnaməsi ləğv edildiyi halda, qanunsuz və əsassız olaraq DSMF-nin Bakı şəhəri üzrə X4 Departamenti tərəfindən Cəmiyyətin bank hesabına sərəncam qoyularaq hesabdan 3824.65 manat pul vəsaiti onların hesabına tutulmuşdur. Bu haqqda DSMF-nin Bakı şəhəri üzrə X4 Departamentinə dəfəflərlə müraciət edilmiş, lakin qanunsuz silinmiş pul vəsaitinin Cəmiyyətin hesabına qaytarılması təmin edilməmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı haqqında” Əsasnaməyə əsasən ölkə üzrə sıqortaedənlərin və sıqortaolunanların uçotunun həyata keçirilməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması, məcburi dövlət sosial sığorta hesabına ödənilən sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsini və dövlət sosial sığorta sistemində fərdi uçotu mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına həvalə edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması; 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılınası. Həmin Qanunun 3-cü maddəsinə əsasən fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir: 3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; 3.0.2. hər bir sığortaolunanın fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında özü barəsində olan məlumatları əldə etməsi; 3.. 3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması; 3.. 4. fərdi uçotun informasiya bazasından bu uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan digər məqsədlər üçün istifadəsinin yolverilməz olması; 3.0.5. sığortaolunanın bütün əmək fəaliyyəti dövründə fərdi uçotun həyata keçirilməsi. Həmin Qanunun 9-cu maddəsində sığortaedənin hüquq və vəzifələri qeyd olunmuşdur. Sığortaedən aşağıdakı hüquqlara malikdir: • sığortaolunandan bu Qanunun 5.2.2 - 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək; • sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək. Sığortaedənin aşağıdakı vəzifələri vardır: • sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək; • sığortaolunan haqqında bu Qanunun 5.2.2 - 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Hazırki iş üzrə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-iqt(81)-2810/2012 nömrəli Qiyabi Qətnaməsi ilə cavabdeh RM & LM Audit LTD MMC-nin 3824,65 manat (üç min səkkiz yüz iyirmi dörd manat altmış beş qəpik) məbləğində məcburi dövlət sosial sığorta haqqının cavabdehin əmlakı hesabında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 Departamentinin xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-(81)-2810/2012 nömrəli Qərardadı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2-(81)-2810/2012 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Mülki Prosessual Məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Maddənin məzmunundan da göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-(81)-2810/2012 nömrəli Qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2-iqt(81 )-2810/2012 nömrəli Qiyabi Qətnaməsi formal tələblər əsasında ləğv olunmuş, işə mahiyyəti üzrə qiymət verilməmişdir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 6-cı bəndinə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: 6.1.1. sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir; 6.1.2. hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, DSMF orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının DSMF orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam (Əlavə №2) verir. Həmçinin “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və ’’Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual 4 Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yarjjış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlafımasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə, və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********278100 nömrəli məktubunda "xxxx" MMC-nin xx.xx.2019-cu U tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 3608,19 manat borcu mövcua|plduğundan, xx.xx.2019-cu il tarixdə 3465,70 manat, xx.xx.2019-cu il tarixdə 0.82 manat borcun Vergi Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq bank hesablarına qoyulmuş sərəncam əsasında silindiyi qeyd olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutuimuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; 5) prosessual həmiştirakçılığın yol verilənliyi; 6) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdfifən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, iddiaçı "xxxx" MMC-nin 2-1(112)- 7440/2025 nömrəli inzibati iş üzrə iddia tələbinin mümkün sayılmamasını, işə mahiyyəti üzrə baxılacağı halda iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir.
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2019cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 və 422 nömrəli Fərmanlarına əsasən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. Araşdırma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixə məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün “İşəgötürənlər- muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)” üzrə 3465,69 manat borcunun olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 3 608,19 manat borcu mövcud olduğundan, xx.xx.2019-cu il tarixdə 3 465,70 manat, xx.xx.2019-cu il tarixdə 0,82 manat borcu Vergi Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq bank hesablarına qoyulmuş sərəncam əsasında silinmişdir. Belə ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. "xxxx" MMC ilə bağlı müraciətdə qaldırdığı məsələ 2012-ci ilə dair olduğu üçün həmin faktın dəqiqləşdirilməsi və araşdırmanın nəticəsi barədə məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan müvafiq cavab alındıqdan sonra nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlərin görülməsi mümkündür. Eyni zamanda "xxxx" MMC ilə bağlı müraciətinizdə qaldırdığı məsələ ilə əlaqədar bildirilmişdir ki, 2019-cu ilin 1-ci rübünə dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ı (məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün 0111 kodu üzrə) və “İşsizlik sığortası üzrə rüblük hesabat”ı (işsizlikdən sığorta üçün fəaliyyət növünün 1000 kodu üzrə) təqdim etmədiyinizə görə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə əsasən analoji hesablama ilə sosial sığorta haqları hesablanmışdır. Bununla yanaşı bildirilir ki, "xxxx" MMC-yə 2019-cu ilin 3-cü rübünə dair məcburi dövlət sosial sığorta haqları üzrə analoji hesablama aparılmamışdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin (www.taxes.gov.az) internet səhifəsinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.
5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-iqt(81)-2810/2012 nömrəli Qərardadına əsasən cavabdeh RM & LM Audit LTD MMC-nin 3824,65 manat (üç min səkkiz yüz iyirmi dörd manat altmış beş qəpik) məbləğində məcburi dövlət sosial sığorta haqqı cavabdehin əmlakı hesabına Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 Departamentinin xeyrinə tutulması qərara alınmışdır.
6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-(81)-2810/2012 nömrəli Qərardadına əsasən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2-1(81)-2810/2012 saylı qiyabi məhkəmə qətnaməsi ləğv edilmişdir. İş üzrə icraat təzələnmişdir.
7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-17/2013 nömrəli Qərardadına əsasən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2inz(81)-17/2013 saylı qərardadından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 Departamentin verdiyi şikayət təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2inz(103)-584/13 nömrəli Qərardadı ilə DSMF-nin Bakı şəhəri üzrə X4 Departamentinin şikayəti təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2013-cü il tarixli 2-1inz(81)-17/2013 №-li qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdilər.
II. İddianın mümkünlüyü
10. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
13. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-iqt(81)-2810/2012 nömrəli Qiyabi Qətnaməsi ilə cavabdeh RM & LM Audit LTD MMC-nin 3824,65 manat (üç min səkkiz yüz iyirmi dörd manat altmış beş qəpik) məbləğində məcburi dövlət sosial sığorta haqqının cavabdehin əmlakı hesabında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 Departamentinin xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-(81)-2810/2012 nömrəli Qərardadı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2-(81)-2810/2012 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Lakin prosesin sonrakı mərhələsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı məlumat və sənəd təqdim edilməmişdir. Buna baxmayaraq qeyd edilənlər məhkəməyə imkan verir ki, mübahisənin vaxtilə mövcud olmuş məhkəmə mübahisəsi ilə əlaqədar yarandığı qənaətinə gəlinsin.
14. İddiaçı "xxxx" MMC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda qeyd olunan yekun məhkəmə aktlarını məhkəmə təqdim etmiş və qüvvədə olan yekun məhkəmə aktı olmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının bank hesabından pul tutulduğunu, bank hesabına bloklaşma qoyulduğunu bildirmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən qeyd edilən halları təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.
15. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli qərarından:
33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.
16. İstənilən halda məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu 01 yanvar 2019-cu il tarixdən etibarən hazırda Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.
17. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9-1.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
18. Odur ki, DSMF-nin adiyyəti qurumu iddiaçının bank hesabları üzərinə hər hansı sərəncam qoymaq hüququna malik deyildir. İddiaçı hüquqi marağına uyğun olaraq Dövlət Vergi Xidmətinin aidiyyəti qurumuna qarşı sərəncamın (belə bir sərəncam olduğu halda) ləğvi tələbinə dair iddia ərizəsi ilə müraciət edə bilər.
19. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva