Məhkəmə qərarları › İş №2-1(112)-7445/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7445/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7445/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “cərimə qeydinin silinməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin X1 cərimə qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə cavabdeh Baş X3 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.6-cı və maddəsi ilə toplanmış material baxılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə verilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 3(008)-1953/2020 saylı qərarı ilə həmin material üzrə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ilə Sabunçu rayon Məhkəməsinin həmin qərarı ləğv edilərək işə yenidən baxılması üçün Sabunçu Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(008)-2721/2021 saylı qərarı ilə barəsində olan həmin inzibati icraata xitam verilmişdir. Qərarda buna səbəb olaraq tərəfindən cərimə və dəbbə pulunun tam ödənilməsi əsas tutulmuşdur. Qərarda onun icrası Bakı X3nə həvalə edilmişdir. Bakı şəhər X3 İdarəsi tərəfindən ona ünvanlanan xx.xx.2022-ci il tarixli, 046-7886M-3222 saylı məktubda belə qeyd edilmişdir ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərar tərəfindən icra edilərək cərimə və dəbbə pulunu tam ödədiyindən iş üzrə icraata xitam verilmiş və bu barədə DİN-nin BDYPİ-nin X2 qeyd aparılmışdır. Daha sonra isə X4 idarəsi tərəfindən barəsində yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə toplanmış material baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(008)-1570/2022 saylı qərarı ilə 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Lakin yenə qərardan verdiyi şikayətə əsasən həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(008)- 1570/2022 saylı qərarı ilə əvvəlki qərar ləğv edilərək barəsində olan həmin inzibati icraata xitam verilmişdir. Bu dəfə də qərarda buna səbəb kimi tərəfindən cərimə və dəbbə pulunun tam ödənilməsi əsas tutulmuş və qərar icra edilməsi üçün Bakı X3nə göndərilmişdir. Lakin Bakı X3 İdarəsi tərəfindən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)- 1570/2022 saylı qərarı icra edilməmiş, cərimə və dəbbə pulu silinməmişdir. Belə ki, X3 İdarəsinin X2 cəriməsinin olması qeyd edilmişdir. Həmin cərimənin X1 silinməsi barədə cavabdehə müraciət etsə də, cavabdehin ünvanlandığı xx.xx.2022-ci il tarixli, №016- 59760BM-322 saylı məktubda qaldırdığı bu məsələyə aydınlıq gətirildiyi və şikayətinin olmaması barədə məlumat verməyi qeyd olunsa da, heç bir nəticə olmamış və yenə də cərimə barədə qeydiyyat X2 saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1570/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(008)-1570/2022 saylı qərarına xitam verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 016-39760/3M-3222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Baş X3 İdarəsinin X2 məhkəmənin qeyd olunan iş üzrə xx.xx.2022-ci il tarixli, 3(008)- 1570/2022 nömrəli qərarına dair məlumat mövcuddur. Müraciətlə bağlı onunla telefon əlaqəsi saxlanılaraq qaldırdığı məsələyə aydınlıq gətirilmiş, şikayətinin olmamasına dair verdiyi məlumat nəzərə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 046-39760/4M-3222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Baş X3 İdarəsinin X2 sözügedən məhkəmə qərarları haqda məlumat mövcuddur. Müraciətlə bağlı onunla telefon əlaqəsi saxlanılaraq DYP-nin xidməti fəaliyyətini tənzimləyən normativ sənədlərin tələbləri barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 046-7886M-3222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, idarə etdiyi avtomobilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul olunmuşdur. Qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə müvafiq inzibati tədbir görülməsi və həmin qərarın məcburi şəkildə icra edilməsi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarı icra edərək cəriməni dəbbə pulu ilə birlikdə ödədiyindən Məcəllənin 529.3-cü maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilmiş və bu barədə DİN BDYPİ-nin X2 qeydlər aparılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. İddia tələbinə əsasən, məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarından: 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar