Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7446/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2ci dərəcə ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsinin, orqanizm funksiyalarının pozulması faiznin və əmək zəmanətinin dəyişdirilərək orqanizm funksiyalarının pozulması faizinin 81- 100% qeyd edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxslər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini və Kürdəxanı Sağlamlıq Mərkəzi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 100 faiz ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Kürdəxanı Sağlamlıq Mərkəzi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmamışdırlar.
3. Məhkəmənin qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi əsasında iddia tələbi “2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsinin, orqanizm funksiyalarının pozulması faiznin və əmək zəmanətinin dəyişdirilərək orqanizm funksiyalarının pozulması faizinin 81-100% qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının faizinin qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı səhhətində olan ankoloji xəstəliklərlə bağlı xx.xx.2022-ci il tarixdən etibarən Milli Onkoloji Mərkəzdə iki dəfə açıq cərahiyyə əməliyyatı olmuş, mütamadi olaraq müayinə və müalicələrdə də olur. Xəstəliyi çox ağırdır, həyatda qalmaq uğurunda mübarizə aparır. Demək olar ki, tam əmək qabiliyyətsizdir, Bakı şəhər Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı Sağlamlıq Mərkəzində xəstə kimi qeydiyyatdadır, bütün tibbi sənədləri qeyd etdiyi tibbi mərkəzə təqdim edilib, lakin ona əlillik təyin edilməsi üçün səhiyyə müəsissəsi tərəfindən (forma 88) tibbi göndəriş Dövlət Tibbi Sosial Ekspertiza və Reblitatsiya Agentliyinə göndərilməsinə və ona ağır onkoloji xəstə olduğu üçün birinci dərəcə əlillik təyin edilməsinə ehtiyac vardır. Lakin dəfələrlə müraciət etsə də, qeydiyatda olduğu tibb mərkəzi müəyyən bəhanələrlə tibbi göndərişi (forma 88) aidiyyatı orqana göndərmir və cavabdeh tərəfindən əlillik təyin edilmir, hesab edir ki, onlar gözləyir ki, iddiaçı rəhmətə gedən sonra bu işləri görələr. Ancaq tam əmək qabiliyyətsiz olduğu üçün tibb müəssisəsi tərəfindən tibbi heyət ayrılmalı, onu ev şəraitində müayinə etməli və əlillik təyin edilərək müraciətinə əsasən ona kömək edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı xx.xx.2023-cü il tarixli vəsatət ilə məhkəməyə müracitə edərək vəsatətdə bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Ümumi xəstəlik səbəbi ilə OPT:100 faiz olmaqla müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq iddia tələbi təmin olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon nömrəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış, həmçinin qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli 3-17-4/2-Ş-21731/2023 nömrəli çağırış məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin Q00122232XPG nömrəli göndərişi əsasında xx.xx.2023-cü il elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır.
8. 14 saylı Tibbi Sosial Eksperet Komissiyasının qərarına əsasən xx.xx.2023-cü il tarixdə təkrar müayinə nəticəsində İddiaçı ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə müddətsiz əlillik dərəcəsi verilmişdir.
9. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iddiaçının vəsatətini, cavabdehin məhkəməyə ünvanlanmış məktubunu və iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
11. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
12. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
13. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva