Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7446/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 50 № li Kooperativinin 12 № li orderilə İddiaçı adına ayrılmış Maştağa bağlar massivində yerləşən 636 “q” № li bağın 1200 kv.m torpaq sahəsini Dövlət Reyestrində qeydiyyata almaqla mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 50 № li Kooperativinin 12 № li orderilə İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 290 №li sərəncamından çıxarışa əsasən Maştağa bağlar massivində 1200 m2 ərazisi olan 636 “q” № li bağ sahəsi ayrılmışdır. Qeyd edilən bağ sahəsi hal-hazırda İddiaçı istifadəsindədir. xx.xx.2023-ci ildə isə İddiaçı ********** № li ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək 636 “q” № li bağ sahəsininin X9 alınmasını xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli, **********15 № li bildirişi ilə 636 “q” № li bağın Dövlət Reyestrində Qeydiyyata alınmasına imtina vermişdir. İmtinaya səbəb kimi təqdim olunmuş order barədə məlumatın aşkar edilməməsi və torpaq sahəsinin digər fiziki şəxsə (iddiaçının nənəsi X4) məxsus sahə (636/19 № li bağ sahəsi) ilə bir hasar daxilində yerləşməsi bildirilmişdir. Bundan əlavə, cavabdeh inzibati orqan **********15 № li bildirişlə birlikdə sənədlərin əsillərini İddiaçı təqdim olunması üçün aidiyyatı ASAN xidmət mərkəzinə göndərərkən qeyri-məlum şəraitdə sənədlər itirilmişdir. Cavabdeh imtina haqqında bildirişində "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsinin hansı bəndini rəhbər tutduğunu qeyd etməmişdir. Halbuki, həmin maddədə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilən 6 fərqli hal nəzərdə tutulmuşdur ki, onlardan heç biri cavabdehin istinad etdiyi imtina səbəbini özündə ehtiva etmir. Cavabdeh inzibati orqanın imtina haqqında məktubunun məzmunundan görünür ki, o, istinad etdiyi bu halı ümumiyyətlə əsaslandırmamış və hər hansı müşaiyətedici sübut təqdim etmədən mülahizələrlə bildirmişdir. Şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə xüsusi mülkiyyətdə olan torpaq sahəsinə görə gələcəkdə kompensasiyanın verilməsində fərq olacağından fiziki şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz. Qeyd olunan ünvanda yerləşən torpaq sahələri magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir və mühafizə zolağına düşmür. Cavabdeh tərəfindən Sabunçu rayonu, Maştağa bağlar massivində, bir hasar daxilində yerləşən 1200 kv.m ərazisi olan 636 “q” № li bağ sahəsinə çıxarışın verilməməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubliksının Qanununun tələbləri təmin edildiyindən cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh formal əsaslara istinad edərək Sabunçu rayonu, Maştağa bağlar massivində, bir hasar daxilində yerləşən 1200 kv.m ərazisi olan 636 “q” № li bağ sahəsini Dövlət Reyestrində qeydiyyata almamaqla iddiaçının gözlənilən mülkiyyət hüquqlarının reallaşdırılmasına maneəçilik törədir və bu hal iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı sözügedən torpaq sahələrinin qanuni sahibi və istifadəçisi olduğu üçün aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun əmlak üzərində sahiblik hüququna təminat verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində hüquqların qeydiyyata alınmasının qanuni əsasları, 15-ci maddəsində isə daşınmaz əmlak üzrə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Əsaslardan yalnız biri mövcud olarsa, o zaman hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 №li Sərəncamı ilə X6 və İstismarı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyəti ləğv edilsə də, X6 və İstismarı Birliyinin arxivi ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmişdir. Bu səbəbdən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi X6 və İstismarı Birliyinin hüququ varisi deyil, yalnız onun arxiv daşıyıcısı hesab edilir.
3. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş order hüquqi qüvvəsini itirmişdir. Belə ki, idarənin arxiv əsaslarında X8 ailə üzvlərinin razılıq ərizəsinə əsasən sözügedən torpaq sahəsinin bir hissəsinə dair digər fiziki şəxsin adına verilmiş müqavilə mövcuddur. Yerdə qalan hissəsinin sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxsə məxsus sahə ilə bir hasar daxilində yerləşdiyi məlum olmuşdur. Odur ki, həmin sahələr arasında notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, İddiaçı “X6 və İstismarı Birliyinin 50 nömrəli Kooperativinin 12 nömrəli orderlə Maştağa bağlar massivində yerləşən 636 “q” nömrəli bağın 1200 kv.m torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********15 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxivində X6 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə və Bağ Tikinti Kooperativinin sxemində əks olunmamış, eyni zamanda göstərilən hissədə sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İPM-nin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 1/12 nömrəli bağ-tikinti kooperatinin yaradılması və bağ sahələrinin ayrılmasına dair qərarına əsasən, Məştağa 50 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısında X2 adı qeyd edilmişdir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Məştağa 50 nömrəli Bağ kooperativinin xx.xx.1989-cu il tarixli 15 nömrəli orderində qeyd edilmişdir ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 1/12 nömrəli qərarına əsasən Məştağa 50 nömrəli bağ kooperativində yerləşən 0,12 ha olan 636/19 nömrəli bağ sahəsinin X5 ayrılmasına dair order verilmişdir.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 3-52/2-B-1382-112/2-t/1/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 290 nömrəli sərəncamdan çıxarış “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Maştağadakı 636q 50№ BTK tərkibində İddiaçı istifadəsinə verilsin.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Maştağa bağlar sahəsinin 50 nömrəli kooperati tərəfindən verilmiş 12 nömrəli orderdə qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 290 nömrəli qərarına əsasən İddiaçı Maştağa bağlar sahəsində 50 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 636 nömrəli bağ ayrılmışdır.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin X6 və X10 50 nömrəli BTK-ya və İddiaçı ünvanladığı məktubda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 18/924 nömrəli 15.X.1986-cı il və 6/333 nömrəli 14.6.88-ci il tarixli qərarlarına əsasən X6 və İstismarı Birliyi icarədara ona ayrılmış sahədə öz gücü ilə ev və yardımçı tikinti tikməyə icazə verir.
10. ünvan ünvanlandığı xx.xx.2023-cü il tarixli 488 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1991-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka (Bakı şəh, Sabunçu ray, Maştağa qəs, 636/19.., saylı sahədə yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X3 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın, dublikatın, və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.
11. Məhkəmə sorğusu əsasında əldə edilən Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-511/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 1/12 saylı qərarı 1 saxlama vahidindən (qovluqdan) 63 (altmış üç) vərəqdən ibarət olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. Bildiririk ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun 21.2.3-cü maddəsinin tələblərini (sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə maneə yaradırsa ...) nəzərə alaraq qeyd olunan qərarın ksero surətlərinin təqdim olunması imkan xaricindədir. Digər tərəfdən nəzərinizə çatdırırq ki, Bakı Şəhər İHnin arxiv fondu üzrə 1996-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1996-cı il tarixli 290 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Maştağa bağ massivi 636Q-saylı bağın faktiki sahəsi 0,1294 ha (94 kv.m artıq), ümumi sahəsi 1846 kv.m. Bağ sahəsinin iki tərəfi qonşu hasar, bir tərəfi 3 daş hasar, bir tərəfinə isə 2-3 cərgə mişar daşı düzülərək sərhədlənmişdir. Sahədə köməkçi tikili var. Bağ sahəsi qonşu bağla bir hasar daxilindədir, ara sərhəd 4 sıra mişar daşı ilə ayrılmışdır. Vətəndaşın bildirdiyinə görə həmin qonşu bağ ailə üzvləridir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
20. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
21. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
27. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
28. Cavabdehin imtina və iddiaya etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxivində X6 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə və Bağ Tikinti Kooperativinin sxemində əks olunmamış, eyni zamanda göstərilən hissədə sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir.
29. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 290 nömrəli qərarına Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Maştağa bağlar sahəsinin 50 nömrəli kooperativinin 12 nömrəli orderinə əsasən İddiaçı Novruz oğluna 636 q nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır.
30. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “636q” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.
31. Məhkəmə cavabdehin orderin idarənin arxivində aşkar edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, orderin əsli iddiaçıda olmuş, mülkiyyət hüquqların qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət edərkən vermiş (təsdiqetmə bildirişinə əsasən), daha sonra məlum olmuşdur ki, orderin əsli itib.
32. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən “iddiaçının adına bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin (order) idarənin arxivində aşkar edilməməsi”nə dair irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.
33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
34. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar və order qüvvədədir, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
36. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 50 nömrəli Kooperativinin 12 nömrəli orderilə İddiaçı adına ayrılmış Maştağa bağlar massivində yerləşən 636 “q” № li bağın 1200 kv.m torpaq sahəsini dövlət reyestrində qeydiyyata almaqla iddiaçının mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva