Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-745/2020 04.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və kəşfiyyat ixtisası üzrə 1-ci məharət dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək ona 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9-cu il tarixli 0148 nömrəli əmrinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi generalpolkovnik Nəcməddin Sadıkov tərəfindən onun kəşfiyyat ixtisası üzrə 1-ci məharət dərəcəsinin aşağı endirilərək, 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9cu il tarixli 0148 nömrəli əmrinin ləğv edilməsi və kəşfiyyat ixtisası üzrə 1-ci məharət dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddianın mümkünlüyü məsələsinin həll edilməsinə dair məhkəmə iclası 04 sentyabr 2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 04 avqust 2001-ci il tarixindən həqiqi hərbi xidmətdədir. Hərbi xidmətini 16 iyul 2008-ci il tarixindən 28 sentyabr N9-cu il tarixədək Müdafiə Nazirliyinin “Region” X3 davam etdirmişdir. Hazırda ehtiyyatda olan mayordur. O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin N iyun N9-cu il tarixli, 15/1115 nömrəli göndərişinə əsasən 14 iyun N9-cu il tarixindən 05 iyul N9-cu il tarixinədək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olmuşdur. Müalicə müddəti 05 iyul N9-cu il tarixində bitdikdən sonra isə ümumi müayinənin nəticəsi olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmışdır” səbəb əlaqəsi ilə hərbi xidmətə yararsız kimi şəhadətləndirilmişdir. Bu barədə ona 5282 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan tarixlərdə üzürlü səbəbdən 1-ci məharət dərəcəsi üçün keçirilmiş imtahanlarda iştirak edə bilməmişdir. Buna baxmayaraq Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi, general-polkovnik cənab Nəcməddin Sadıkovun adına onun kobud şəkildə intizam pozuntusu etdiyini səbəb gətirmək bəhanəsi ilə 1-ci məharət dərəcəsinin aşağı endirilməsi ilə bağlı 12 iyul N9-cu il tarixində 0148 nömrəli əmr imzalatdırılmışdır. Qeyd olunan əmr əsasında son 7 il ərzində daşıdığı 1-ci məharət dərəcəsi aşağı endirilməklə 2-ci məharət dərəcəsi verilmişdir. Bu da öz növbəsində hərbi xidmətdən xəstəlik səbəbi ilə ehtiyata buraxılacaq zabitin bir mənalı şəkildə əmək haqqının və alacağı əmək pensiyasının azaldılması ilə nəticələnəcəkdir. Qeyd olunan qanunsuz əmr mahiyyət etibarı ilə ona qarşı aparılan qərəzçiliyin təşkil edilməsinin sübutudur. Belə ki, xəstəliyinə görə hərbi xidmətə yararsız hesab edilmiş bir zabit barəsində sonradan verilən əmri qanunsuz hesab edir.Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 108-ci bəndinə əsasən hər bir hərbi qulluqçu komandirlərin (rəislərin) onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə bilər. Bununla bağlı Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik cənab Zakir Həsənova ünvanladığım şikayət ərizələrində göstərdiyi faktlar 4 ay keçməsinə baxmayaraq, araşdırılmamış və müraciətlərinə bu günə qədər heç baxılmamışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı iddia İnzibati Prosessual Məcəlləsinin müddəalarında nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr N9-cu il tarixli 2-1(81)- 4137/N9 nömrəli qərardadı ilə İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə, 3-cü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, “Region” X2rşı digər tələblər ilə yanaşı “Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi generalpolkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək iddiaçıya 2-ci məharət dərəcəsi təyin olunma haqqında 12 iyul N9-cu il tarixli müvafiq nömrəli əmrinin ləğv edilməsi”nə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsinin (şikayətin verilməsinə dair tələblər) 85.1-ci bəndinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.Qərardaddan inzibati prosessual qanunvericiliklə müəyyən olunmuş müddətdə apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. İddiaçının “qanunsuz əmrin ləğv edilməsi barədə” 29 noyabr N9-cu il tarixli iddia ərizəsi ilə məhkəmədən “Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi generalpolkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək ona 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9-cu il tarixli 0148 nömrəli əmrinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” xahiş olunmuşdur.Göründüyü kimi, iddiaçının iddia ərizəsi üzrə mübahisənin predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur və həmin qanuni qüvvəyə minmiş qərardadla iddiaçının “Qanunsuz əmrin ləğv edilməsi barədə” 29 noyabr N9-cu il tarixli iddia ərizəsi mümkünsüz hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə (Məhkəmə qərarının qanuni minməsinin hüquqi nəticələri) əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinin (Mübahisələndirmə haqqında iddia) 32.1-ci bəndinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 12 iyul N9-cu il tarixli 0148 nömrəli əmrinin ləğv edilməsini xahiş edir və belə olan halda iddia mübahisələndirmə haqqında iddiaya aiddir. İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinin 32.2-ci bəndinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. İddiada göstərilən inzibati aktdan məhkəməyə şikayət verilmişdir və bununla əlaqədar bu inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. İddia ərizəsindən göründüyü kimi İddiaçı 12 iyul N9-cu il tarixli əmrin ləğv edilməsini xahiş edir. İddiaçının mübahisələndirilən əmrdən məlumatlı olmasını aşağıdakı hallar və sənədlər təsdiq edir: - xx.xx.N9-cu il tarixdə - MN ******* nömrəli pul attestatı (təsdiq olunmuş surəti əlavə olunur) əsasında; - İddiaçı xx.xx.N9-cu il tarixli şikayət ərizəsi (təsdiq olunmuş surəti əlavə olunur); - 12 iyul N9-cu il tarixdən sonra İddiaçı 2-ci məharət dərəcəsi üzrə faiz nəzərə alınmaqla pul təminatı ilə təmin edilmişdir. Göstərilənlər iddiaçının İnzibati Prosessual Məcəllə ilə məhkəməyə müraciət üçün müəyyən edilmiş müddətə riayət etməməsini təsdiq edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, verilmiş iddia tələbi üzrə işə baxılaraq, qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel N5-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Hazırki halda iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tərəfindən onun kəşfiyyat ixtisası üzrə 1-ci məharət dərəcəsinin aşağı endirilərək, 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9-cu il tarixli 0148 nömrəli əmrinin ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından olan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanlanmış 31 iyul N9-cu il tarixli şikayət ərizəsinin məzmunundan görünür ki, iddiaçı 12 iyul N9-cu il tarixli əmr əsasında onun birinci dərəcəli məharət dərəcəsinin aşağı salınması barədə əmrin verilməsindən məlumatlı olmuşdur. Hazırki iddia tələbi ilə 02 dekabr N9-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı həmin əmrdən göstərilən dövrdən məlumatlı olmuş və həmin əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir. Göstərilən hallar məhkəməyə iddiaçının onun barəsində qəbul edilmiş 12 iyul N9-cu il tarixli 0148 nömrəli əmrdən daha əvvəl məlumatının olması qənaətinə gəlməsinə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək ona 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9-cu il tarixli 0148 nömrəli əmrini qanunvericliklə müəyyən edilmiş müddətdən sonra mübahisələndirmiş, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə həmçinin cavabdehin etirazında iddiaçı tərəfindən əvvəlcədən hazırda mübahisələndirilən inzibati aktdan məhkəməyə şikayət verilməsi, bununla əlaqədar olaraq mübahisələndirilən əmrin iddianın predmeti ola bilməyəcəyi barədə göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərardadlarından görünür ki, hazırda mübahisələndirilən 12 iyul N9-cu il tarixli əmr həmin məhkəmə mübahisələrinin predmeti olmamışdır. Belə ki, 1 saylı Bakı İnzibati İqtisadi-Məhkəməsinin 2-1(81)-4137/N9 saylı, 11 dekabr N9-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh N N-li hərbi hissəyə (Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi), 3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, "Region" X2rşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X4 rəisi vəzifəsini icra edən polkovnik-leytenant Ceyhun Süleymanov tərəfindən şiddətli töhmət verilməsi barədə 08 may N9-cu il tarixli 30 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri general-mayor Hilal Nəcəfov tərəfindən şiddətli töhmət verilməsi barədə 11 may N9-cu il tarixli 15 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək iddiaçıya 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9-cu il tarixli müvafiq nömrəli əmrinin ləğv edilməsi, xx.xx.N9-cu il tarixinədək peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 30 faizi həcmində aldığı əlavənin xx.xx.N9-cu il tarixindən bərpa edilərək verilməsini təmin etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmənin xx.xx.N9-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iş üzrə iddia tələbi “Azərbaycan RespublikasıMüdafiə Nazirliyinin "Region” X4 rəisi vəzifəsini icra edən polkovnik-leytenant Ceyhun Süleymanov tərəfindən şiddətli töhmətin verilməsi barədə xx.xx.N9-cu il tarixli 30 nömrəli əmrin ləğv edilməsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri general mayor Hilal Nəcəfov tərəfindən şiddətli töhmətin verilməsi barədə xx.xx.N9-cu il tarixli 15 nömrəli əmrin ləğv edilməsini, xx.xx.N9cu il tarixinədək peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 30 faizi həcmində aldığı əlavənin xx.xx.N9-cu il tarixindən bərpa edilərək verilməsini təmin etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” kimi icraata qəbul edilməsi, və iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh N №-li hərbi hissə (Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi) ilə əvəz edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “Region” X6 inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı ilkin olaraq iddia tələbində Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək ona 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9-cu il tarixli müvafiq nömrəli əmrinin ləğv edilməsini tələb etsə də, lakin daha sonra iddia tələbinin həcmini azaldaraq, həmin əmrin ləğv edilməsini hissəsinin tələbdən çıxılmasını xahiş etmiş və həmin məhkəmənin 20 noyabr N9-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Belə olan halda cavabdehin iddia ərizəsi üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadının mövcud olması barədə dəlilləri əsassızdır. Lakin məhkəməyə təqdim edilmiş 1 saylı Bakı İnzibati İqtisadi-Məhkəməsinin 2- 1(81)-4137/N9 saylı, 11 dekabr N9-cu il tarixli qərardadından da görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi generalpolkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək iddiaçıya 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9-cu il tarixli müvafiq nömrəli əmrindən həmin iddia tələbi ilə məhkəməyə müraciət edərkən məlumatlı olmuşdur və həmin iddia tələbi üzrə 24 sentyabr N9-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı həmçinin Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək ona 2-ci məharət dərəcəsi təyin olunması haqqında 12 iyul N9-cu il tarixli əmrin mövcud olmasından 19 iyul N9-cu il tarixdən məlumatlı olmasını etiraf etmişdir. Məhkəmə tərəfindən həmçinin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətə əməl edilməli olduğu, mübahisə predmeti olan inzibati aktın məzmunundan hansı vaxtdan məlumatlı olması barədə sübutu məhkəməyə təqdim etmək təklif edilsə də, lakin iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, lakin iddiaçı buna dair ərizəni məhkəməyə təqdim etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və kəşfiyyat ixtisası üzrə 1-ci məharət dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli