Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7451/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək güzəştli əmək pensiyasının 18 oktyabr 2018-ci il tarixindən, 57 yaşdan yenidən hesablanması və 10 yanvar 2022-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərarqəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il hesablanmaqla pensiya fərqinin ödənilməsi, verilmiş imtinanın qanunsuz hesab edilməsi və 60 yaşdan pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən cavabdeh tərəfindən təyin edilmiş güzəştli əmək pensiyasının 57 yaşdan yenidən hesablanması və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajım olduğu üçün “Əmək pensiyalan haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasısının 57 yaşdan yenidən hesablanması və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişəm. Lakin cavabdeh özünün 21 yanvar 2025-ci il tarixli, 3-17-1/2-S-l2506/2025 saylı məktubu ilə xahişimi yerinə yetirməkdən imtina etmiş və bildirmişdir ki, „ xx.xx.1996-xx.xx.1997 və xx.xx.2000xx.xx.2006-cı illərdə işlədiyiniz rejrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının(seksiyalarının) mexanikləri vəzifəsinə uyğun deyil. 01ş01ş2006-cı il tarixinə kimi güzəştli iş stajınız 10 il 10 ay 21 gün təşkil edir. Bu səbəblə, ... yenidən hesablanma mümkün sayılmır. ” İddiaçının xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 25 yanvar 2025-ci il tarixində poçtamt vasitəsilə almışam və bu fakt konvertin üzərində poçt şöbəsinin möhürü ilə təsdiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Cavabdeh iddiaçıya 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. İddiaçı xx xxxxxxx 1961-ci ildə ünvan 1 ünvanında yaşayır. İddiaçı orta təhsilini başa vurduqdan sonra 05 sentyabr 1978-ci il tarixində Ələt Avtobus Təmiri Zavodunda qaynaqçı şagirdi vəzifəsinə işə qəbul edilmişdir. 01 dekabr 1978-ci il tarixində 1-ci dərəcəli elektrik qaynaqçısı keçirilmişdir. 24 oktyabr 1979-21 noyabr 1981-ci il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. 01 fevral 1982-ci il tarixində Azərbaycan Dəmir Yollarının X1 Deposunda sürücü vəzifəsinə işə qəbul edilmişdir. 01 sentyabr 1982-ci il tarixində çilingər (refrijerator seksiya maşinisti kursunda oxumaqla) keçirilmişdir. 10 yanvar 1983-cü ildə işdən çıxmışdır. 19 yanvar 1983-cü ildə Salyan Rayon Kommunal İstismar Hissəsində avtomaşın sürücüsü vəzifəsinə qəbul edilmiş və 27 may 1983-cü ildə işdən çıxmışdır. 30 may 1983-cü ildə Azərbaycan Dəmir Yollarının X1 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 27 may 1985-ci ildə soba avadanlıqlarının təmiri üzrə çilingər keçirilmişdir. 12 fevral 1986-cı ildə soyuducular üzrə çilingər keçirilmişdir. 05 may 1989-cu ildə hərəkətdə olan soyuducu avadanlıqları tərkibinin təmiri üzrə çilingər keçirilmişdir. 25 noyabr 1993-cü il tarixində refrijerator seksiyasının dublyor mexaniki vəzifəsinə keçirilmişdir. 16 avqust 1994-cü il tarixində həmin vəzifədə müstəqil işə buraxılmışdır. 09 avqust 1996-cı il tarixində refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə keçirilmişdir. 16 oktyabr 1997-ci il tarixində refrijerator seksiyasının mexaniki vəzifəsinə keçirilmişdir. 29 fevral 2000-ci il tarixində refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə keçirilmişdir. 07 fevral 2018-ci il tarixində işdən çıxmışdır. 07 fevral 2018-ci il tarixində X6 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 24 sentyabr 2018-ci il tarixində işdən çıxmışdır. 25 oktyabr 2018-ci il tarixində Azərbaycan Dəmir Yolları QSC-nin X6 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 28 dekabr 2018-ci il tarixində işdən çıxmışam. 28 dekabr 2018- ci il tarixində X6 böyük mexanik vəzifəsinə işə qəbul edilmişdir. 01 mart 2019-cu il tarixində işdən çıxmışdır. 02 mart 2019-cu il tarixində X6 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 24 iyul 2019-cu ildə Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmir sexində böyük mexanik vəzifəsinə keçirilmişdir. 28 sentyabr 2023-cü il tarixində işdən çıxmışdır. 29 sentyabr 2023-cü il tarixində Azərbaycan Dəmir Yollan QSC-də X6 ildə Refrijerator seksiyalarının daxili avadanlıqlanna xidməti baxış və cari təmir sexində böyük mexanik vəzifəsinə işə qəbul edilmiş və hazırda da orada əmək fəaliyyətini davam etdirmişdir. İddia ərizəsinin əsasında əmək fəaliyyət dövründə 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinaından imtina haqqında məktubda qeyd edilmişdir ki, vətəndaşa 17 aprel 2024-cü il tarixində Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən hesablanmışdır. Eyni zamanda bildirilir ki, Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə lutuian işıəraə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filialda mövcud olan sənədlərdə xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 10 ay 21 gün (xx.xx.1983-xx.xx.1985-ci ii, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1996-cı il və xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Caaabdeh tərəfindən xx.xx.2025-ci ii tarixdə iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli İş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əınək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gör əmək pensiyası hüququ erən istehsalatların peşələrin, vəzifələrin və göstəricilorn Siyahısı’hın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bədində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filialda mövcud olan sənədlərdə xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az, yəni 10 il 10 ay 21 gün təşkil edir: - xx.xx.1983 - xx.xx.1985-ci il; - 05.05 1989 -xx.xx.1993-cü il; - xx.xx.1994- xx.xx.1996-cu il; - xx.xx.1997- 28.02 2000-ci il “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1,0.2-cı maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əməkhaqlarının kompensasiyası hesabına təyin edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verimə əmək şəıaitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən əz olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa va staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə əsasən bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli ‘Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən hazırlanmış arayışa əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həli edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasım, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını. Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələbiərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.
6. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək (ümumilikdə 6 il 4 ay 6 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki ilə xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (ümumilikdə 20 il 3 ay 28 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin refrijerator seksiyaların rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. İddiaçı işlədiyi refrijerator seksiyaların mexaniki və rəhbər mexanikinin vəzifə təlimatlarının surəti məhkəməyə təqdim edilmişdir. Refrijerator seksiyası mexanikinin vəzifə borcu:
1. Rəhbər mexanikin ref.seksiyanın xidmətinə və əlavə göstərişlərini (açılmasım ,katolun yandırılmasını,yük vaqonlarının çərçivələrinin qaldırıb buraxılmasını və qapılarının açılıb bağlanmasını).
2. Təyin olunmuş iş rejiminə riayət etmək, həmin rejimi saxlaya bilmədikdə, rəhbər mexanikə təcili olaraq məlumat vermək.
3. Vaxtlı-vaxtında stansiyanın təchiz olunması haqqında rəhbər mexanikə məlumat verməsi.
4. Vaxtlı-vaxtında düzgün olaraq ,iş jurnalına qeydlər aparmaq.
5. Rəhbər mexanikin göstərişi ilə yükün yüklənməsində və boşalmasında, vaqonların təmizlənib yuyulmasında yaxından iştirak etmək.
6. Vaxtlı-vaxtında avadanlıqlara texniki xidmət etmək.
7. Rəhbər mexanikin icazəsi ilə vaqonlarda təmir işləri aparmaq.
8. Ancaq rəhbər mexanikin tapşırdığı, təhlükəsiz şəraitdə yaxşı bildiyi işi yerinə yetirmək.
9. Təhlükəsiz texnikasını,istehsalat sanitar qaydalarını və ya yanğın təhlükəsizliyini pozan işçilər haqqında onlara xəbərdarlıq etmək və onların rəhbərliyinə qanun pozuntusu haqqında məlumat vermək.
10. Ref. seksiyadan rəhbər mexanik icazə verdikdə aralaşmaq olar.
11. Mexanik növbədə olduqda, avadanlıqların işləməsini, yük vaqonlarında temperatorun daşınmaya uyğunluğunu yoxlayır, bakta dizel yanacağının qədərini ölçür və xidməti vaqonun təmizliyinə cavabdehdir.
12. Yük vaqonlarında temperaturu təlimata uyğun yoxlamaq və iş jurnalında lazımı qeydləri aparmaq.
13. Xidməti vaqonda lazımı temperaturu saxlamaq.
14. Növbəni qurtardıqda iş jurnalına aqreqatların neçə saat işləməsi haqqında məlumatı yazmaq, avadanlıqlarda nasazlığı aradan qaldırmaq, görülmüş işlər haqqında jurnalda qeydiyyat aparmaq, xidməti vaqonu yığışdırmaq, növbəni təhvil vermək və işçi jurnalında lazımı qeydiyyat aparmaq.
15. Ref seksiya rəisi olmadıqda, ref seksiyaya cavabdehlik mexanikin üzərinə düşür. Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu: Rəhbər mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır.
1. İşə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir.
2. Briqadaya rəhbərlik edir,seksiyalara xidmət vaxtı əmək intizamım yerinə yetirməsini tələb edir.
3. Briqada üzvlərinə təhlükəsizlik texnikasına ,istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir.
4. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasın təmin edir.
5. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir.
6. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir.
7. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edir.
8. Yük boşaldıqdan sonra , vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir.
9. Yanacaqdım normaya uyğıııı istifadəsini və qənaitini təmin edir.
10. Texniki sənədləri səliqəli saxlayır ,ehtiyyat hissələrin .materialların .yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır.
11. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir.
12. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir.
13. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda , rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür.
14. Avadanlıqlar saz vəziyyətdə olduqda .rejimi saxlaya bilmədikdə , növbəti stansiyaya teleqramla müraciət edir, (tez xarab olan yüklərin daşınması qaydaları) ytikün sotıra daşınması haqqında xüsusi komisiya tələb ed ir.Teleqramın surəti lıəmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir.
15. Ref. seksiya vaxtlı-vaxtmda texniki xidməti və cari təmiri təmin edir.
16. Depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir.
17. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir.
18. Əmək və istehsalat intizamı pozulduqda lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək yə növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir. Lazım olduqda mexaniki əvəz edir.
7. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışa əsasən İddiaçı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə (peşələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə Vəzifədən təyin edilmə İşdən azad azad (başqa işə olunduğu və Sıra Çalışdığı struktur Vəzifə edilməyə İşə başladığı keçirilmə) başqa işə №-si vahidi (peşənin) adı dair əmrin tarix barədə keçirildiyi tarixi və əmrin tarixi tarix nömrəsi və nömrəsi Yeni-Ələt refrijerator xx.xx.1983 xx.xx.1985
1. refrijerator vaqon seksiyaların xx.xx.1983 xx.xx.1985 406 429 deposu mexaniki Yeni-Ələt hərəkətdə olan xx.xx.1989 xx.xx.1993
2. refrijerator vaqon tərkibin təmiri xx.xx.1989 25.11.993 207 525 deposu üzrə çilingər Yeni-Ələt refrijerator xx.xx.1994
3. refrijerator vaqon seksiyaların xx.xx.1994 591 deposu mexaniki refrijerator Yeni-Ələt seksiyaların xx.xx.1996
4. refrijerator vaqon xx.xx.1996 rəhbər 49 deposu mexaniki Yeni-Ələt refrijerator xx.xx.1997
5. refrijerator vaqon seksiyaların - xx.xx.1997 - 386 deposu mexaniki refrijerator Yeni-Ələt seksiyaların xx.xx.2000 xx.xx.2018
6. refrijerator vaqon xx.xx.2000 xx.xx.2018 rəhbər 64 159 deposu mexaniki refrijerator seksiyaların xx.xx.2018 xx.xx.2018
7. Şərq vaqon deposu xx.xx.2018 xx.xx.2018 rəhbər 125 664 mexaniki
8. "xxxx" MMC-nin refrijerator xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 28 12 2018 Şərq vaqon deposu seksiyaların 18-AEXP- 18-AEXPrəhbər 631 1093 mexaniki
9. "xxxx" MMC-nin refrijerator xx.xx.2018 xx.xx.2019 xx.xx.2018 01 03 2019 Şərq vaqon deposu seksiyaların 18-ASVS- 19-AEXPböyük mexaniki 249 325
10. "xxxx" MMC-nin refrijerator xx.xx.2019 xx.xx.2019 Şərq vaqon deposu seksiyaların 19-AEXPrəhbər 293 mexaniki
11. "xxxx" MMC-nin refrijerator xx.xx.2019 28 09.2023 24 07 2019 28 09.2023 Şərq vaqon deposu seksiyaların 19-AEXP- 23-AEXPböyük mexaniki 610/1 596
12. Hərəkət refrijerator 29 09 2023 29 09 2023 hal-hazırda vasitələrinin təmiri seksiyaların 13-1/3-8- işləyir departamentinin böyük mexaniki 27092/2023 Yük vaqonlarının təmiri xidmətinin Şərq vaqon deposu İşlədiyi müvafiq vəzifələr (peşələr) üzrə sosial sığorta (əmək) stajı 36 il 8 gün təşkil edir. İşlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsinin əsas xüsusiyyətləri təmirə dayanmış hərəkət tərkibinə texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri isə refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında müvafiq olaraq 21.4-cü bəndin 20 və 27-ci abzaslarına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir.
8. Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-5420/2024 nömrəli Qərara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
9. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 7348/2024 nömrəli Qərara əsasən İddiaçı 340,94 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 355,89 manat müəyyən edilmişdir (Yenidən hesablama hərbi xidmət dövrün staja daxil edilməsi).
10. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə olunmuşdur.
11. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi.
12. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
15. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
16. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
19. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
21. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
22. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
23. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçı ümumi iş stajı ilə bağlı mübahisə mövcud deyildir və hazırda İddiaçı 60 yaşının tamam olması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. İddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olsa da, pensiya kapitalı ilə bağlı qanunun tələbi xx.xx.2022-ci il tarixdə aradan qalxdığından cavabdeh tərəfindən pensiya həmin tarixdən təyin edilmişdir.
24. Cavabdeh orqan pensiya təyinatından imtina haqqında məktubda, həm də etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gör əmək pensiyası hüququ erən istehsalatların peşələrin, vəzifələrin və göstəricilorn Siyahısı’hın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bədində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filialda mövcud olan sənədlərdə xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil.
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə və xx.xx.2000-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə Yeni-Ələt refrijerator vaqon deposunda “refrijerator seksiyaların rəhbər mexaniki” vəzifəsində işləmişdir. Müvafiq “refrijerator seksiyaların rəhbər mexaniki” vəzifəsinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müvafiq olaraq 21.4-cü bəndin 27-ci abzasına uyğundur.
26. Məhkəmə eyni zamanda müəyyən edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək (ümumilikdə 6 il 4 ay 6 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki ilə xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (ümumilikdə 20 il 3 ay 28 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin refrijerator seksiyaların rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. (İddiaçı işlədiyi refrijerator seksiyaların mexaniki və rəhbər mexanikinin vəzifə təlimatlarının surəti məhkəməyə təqdim edilmişdir).
27. Məhkəmə hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1955/2024 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “... 9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunu 9.8-ci maddəsinə, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən, xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı toplamış kişilərə 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır.
10. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
11. Həmçinin oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)- 641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-171/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli və s.). ...”
28. 2 nömrəli Siyahı: 23001000— refrijerator qatarların (seksiyaların) mexanikləri 23598
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”:
21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: refrijerator qatarlarının (seksiyaların) mexanikləri
30. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
31. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mübahisələndirilən dövrdə (xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə və xx.xx.2000-cı il tarixdən xx.xx.2006-ci il tarixədək olan dövrdə) zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş təqdim olunmuş arayış və vəzifə təlimatı ilə təsdiq olunmuş, eləcə də iddiaçının işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə uyğunlaşdırılmışdır. Bu əsasla məhkəmə müəyyən edir ki, iddiaçının güzəştli əmək stajı mövcuddur və bu, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına hüquqi əsas yaradır.
32. Məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 17 il 11 ay 03 gün stajı mövcuddur.
33. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).
34. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
36. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdən yaranmış, xx.xx.2024-cü il tarixə qədər pensiya təyinatı üçün lazımi qaydada müraciət etməmiş, üç ildən əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.
37. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2021-ci il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlərlə pensiya təyinatından imtinası qanunsuz hesab edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva