Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7454/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 1337 nömrəli sərəncam əsasında xx.xx.1997-ci il tarixli Bakı şəhər, Babək prospekti, 2340-cı məhəllə, kollektiv qaraj tikintisinə ayrılmış ərazidə texniki pasport əsasında 7 saylı qarajın iddiaçının adına özəlləşdirilərək müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 1337 nömrəli sərəncam əsasında xx.xx.1997-ci il tarixli Bakı şəhər, Babək prospekti, 2340-cı məhəllə, kollektiv qaraj tikintisinə ayrılmış ərazidə texniki pasport əsasında 7 saylı qarajın iddiaçının adına özəlləşdirilərək müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 1337 nömrəli sərancamına əsasın Bakı şəhər, Xətai rayon, Babək Prospekti 2340-cı məhəllədə kollektiv qaraj tikintisinə dair ayrılmış torpaq sahəsində qaraj tikintisinə icazə verilən vətəndaşların siyahısında 37-ci sırada İddiaçı göstərilmişdir. Qaraj tikilərkən ona həmin siyahının kserasurəti verilmişdir.İddiaçı həmin sərəncam üzrə 6.30X4 mişar daşında H-3 metr hündürlükdə qaraj tikdirmiş və həmin qarajın texniki pasportu Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Bakı şəhər, Xətai rayon, Babək Prospekti 2340-cı məhəllədə kollektiv qaraj tikintisinə dair ayrılmış torpaq sahəsində onun tikdiyi qarajın nömrəsi 7 olaraq qeyd edilmişdir. Bakı şəhər, Xətai rayon, Babək Prospekti 2340-cı məhəllədə kollektiv qaraj tikintisinə dair ayrılmış torpaq sahəsində 7 nömrəli qarajın texniki pasport və Bakı şəhər, İcra hakimiyyəti Başçısının sərəncamı ilə ayrılmış qaraj üçün torpaq sahəsini özəlləşdirməyə görə cavabdehə müraciət etmişdir. Onun müraciətinə uyğun olaraq cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.1997-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamının əsli təqdim edilmədiyindən ərizə təmin edilməmişdir. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi Bakı şəhər İcra Hakimiyəti başçısının sərancamın əslinin tələb edilməsi onu süründürməçiliyə salmaqdır. Eyni zamanda, o, məcbur olub Bakı şəhər İcra Hakimiyyəti Başçısının arxiv idarəsinə ərizə verərək həmin sənədi tələb etmiş, 26 yanvar 2022-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərancamına siyahı əlavə edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiаyа dаir etirazını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Belə ki, iddiaçının İdarəyə müraciəti çıxarışın verilməsi ilə əlaqədar deyil, “Bakı şəhəri, Babək prospekti, 2340-cı məhəllə kollektiv qaraj tikintisinə dair ayrılmış torpaq sahəsində qaraj tikintisinə icazə verilən vətəndaşların siyahısının təsdiqlənmiş kserosurətinin verilməsi” ilə bağlı olmuşdur. Cavabdeh göstərilənə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.F.Əliyev iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən,hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İddia ərizəsinə görə iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının 1337 nömrəli sərəncam əsasında xx.xx.1997-ci il tarixli Bakı şəhər, Babək prospekti, 2340-cı məhəllə, kollektiv qaraj tikintisinə ayrılmış ərazidə texniki pasport əsasında 7 saylı qarajın iddiaçının adına özəlləşdirilərək müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələb edilmişdir. Halbuki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 1337 nömrəli sərəncam əsasında xx.xx.1997-ci il tarixli Bakı şəhər, Babək prospekti, 2340-cı məhəllə, kollektiv qaraj tikintisinə ayrılmış ərazidə texniki pasport əsasında 7 saylı qarajın iddiaçının adına özəlləşdirilərək müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 1337 nömrəli sərəncam əsasında xx.xx.1997-ci il tarixli Bakı şəhər, Babək prospekti, 2340-cı məhəllə, kollektiv qaraj tikintisinə ayrılmış ərazidə texniki pasport əsasında 7 saylı qarajın iddiaçının adına özəlləşdirilərək müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7454/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7454/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver