Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7455/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı adından iddia ərizəsi məhkəməyə təqdim edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən torpaq sahəsinə dair AR Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 saylı korperativin 18 saylı orderi əsasında İddiaçı 13 aprel 1992-ci il tarixli 544 saylı qərar əsasında BTK nəzdində 0, 12 hektar torpaq sahəsi olan 3449 a saylı bağ torpağının İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən torpaq sahəsinə dair AR Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 saylı korperativin 18 saylı orderi əsasında İddiaçı 13 aprel 1992-ci il tarixli 544 saylı qərar əsasında BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 3449 a saylı bağ ayrılıb. Maştağa Bələdiyyəsinin ünvan 4 ünvanında yaşayan 1976-cı il təvəllüdlü X3 “Ləəç" bağ masivində 1200 kv.m torpaq sahəsi torpaq vergisinə cəlb edilməsi barədə sərəncam qəbul edilmişdir. Beləliklə, 2612 saylı şəhadətnaməyə əsasən xx.xx.202013-cü il tarixli, 180020YZB634 saylı vergi ödəyicisinin kodu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-21 -3-30/2-M1743-8/2023 saylı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “3449” və “3448” saylı torpaq sahəsi və bölünənləri ilə birgə bölgü sxeminin tərtib edilməsi barədə imtina edilmişdir. Bu torpaq sahəsi AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.1992-ci il tarixli, 544 saylı sərəncamından verilmiş xx.xx.2015-ci il tarixli, R-61-112 saylı çıxarışa əsasən, İddiaçı verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən bağ sahəsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. AR İN yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi 1 Saylı Ərazilər İdarəsinin 3-21 -3-30/2-M1743-8/2023 saylı, xx.xx.2024-cii il tarixli məktubu ilə torpağın mənim adıma rəsmiləşdirilməsi, əmlak hüquqlarının daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı müraciətimdən imtina elmişlər. İmtinaya səbəb isə qeyd edilən ünvanda X2 bölgü sxemində torpaq sahəsinin nömrəsinin əks olunmaması göstərilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd olunmuşdur ki, eyni torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə dair aparılan araşdırma zamanı torpaq sahəsinin nömrəsinin İdarədə mövcud olan Bağ Tikinti Kooperativinin sxemində aşkar olunmadığı məlum olmuş, həmçinin yerləşmə mövqeyini göstərən cizgi olmadığından qeyd olunan hissənin 3449 saylı torpaq sahəsinin bölünənlərinə aid olub- olmadığının müəyyənləşdirilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, i, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən torpaq sahəsinə dair AR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 saylı kooperativin 18 saylı orderi əsasında İddiaçı 13 aprel 1992-ci il tarixli 544 saylı qərar əsasında BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 3449 a saylı bağ torpağının İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** saylı, xx.xx.2015-ci il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il, ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən X1 bölgü sxemində torpaq sahəsinin nömrəsi əks olunmamışdır. Qeyd olunan hissənin “3449” saylı torpaq sahəsinin bölünməsinə aid olub-olmamasını müəyyənləşdirmək tərəfimizdən mümkün olmamışdır. Həmçinin keçid yolları nəzərə alınmaqla “3449” və “3448” saylı torpaq sahəsi və bölünənləri ilə birgə bölgü sxeminin tərtib edilməsi məqsədəuyğun olması barədə iddiaçıya məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi ümumi hasar daxilində olan sahədən taxta dirəklər və metal lövhələrlə ayrılmışdır və ümumi sahə 2980 kv.m təşkil edir. Həmçinin bildiririk ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3449a saylı bağ sahəsinə dair sənədin, 241 saylı BTK-nın bölgü sxeminin, müayinə aktının təsdiq edilmiş surəti, eləcə də sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir.
6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə və faktiki ölçüsü 1200.0 kv.m təşkil edir. 3449a saylı bağ sahəsi kimi göstərilən 1200,0 kv.m bağ sahəsi ümumi hasar daxilində olan sahədən taxta dirəklər basdırılaraq və metal lövhələrlə çəpərlənərək ayrılıb. Ümumi sahə 2980.0 kv.m təşkil edir. Vətəndaşın nümayəndəsi ümumi hasar daxilində olan digər sahənin də öz istifadələrində olduğunu bildirmişdir. Bağ sahəsində həyət tikilisi var. 3449a saylı bağ sahəsi ayrılmış 1200.0 kv.m sahənin koordinatları əlavə olunmuşdur.
7. Bakı şəhər İcraiyyə Komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 №-li kooperativin 18 №-li Orderində qeyd olunmuşdur ki, Bakı şəhər icraiyyə komitəsinin 13 aprel 1992-ci il tarixli 544 nömrəli qərarına əsasən İddiaçı ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 3449a №-li bağ ayrılmışdır.
8. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 544 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncamdan çıxarış məhkəməyə təqdim edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli 195 nömrəli qərarına və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 1988-ci il 14 iyun tarixli 6/333 nömrəli qərarına uyğun olaraq 241 saylı BTK-nın şəxsi heyəti təsdiq edilmiş (1 nömrəli əlavəyə uyğun olaraq) və onlara bağ evləri ayrılmışdır: 3.18 İddiaçı - Razina, bina 2, mənzil 59 - SP-12317 (bağ sahəsinin №-si sərəncamda göstərilməyib)
9. İddia ərizəsini İddiaçı adından imzalayan X4 məhkəmə iclasında iştirak edərək bildirdi ki, İddiaçı yaxın qohumu və ya vəkillər kollegiyasının üzvü deyildir. İddiaçı səhhəti ilə əlaqədar olaraq X4 iddia ərizəsini imzalamış və hazırki iddianı onun (İddiaçı) adından qaldırıb.
II. İddianın mümkünlüyü
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsi iddianı qaldıran şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
12. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.
13. İddia ərizəsi İddiaçı məhkəmədə təmsilçi ola bilməyən nümayəndəsi X4 tərəfindən imzalanmışdır. İddiaçı onun adından iddia ərizəsini imzalayan X4 ilə yaxın qohumluq münasibətlərinin olması və İddiaçı adından iddia qaldırmaq səlahiyyəti müəyyən edilmir.
14. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi maraqlarına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva