Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-746/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatların müvafiq altsistemə daxil edilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş 3 qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 avqust 1967-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Füzuli şəhərində orta məktəbi bitirmişdir. X12 sıralarında hərbi xidmətdə olmuşdur. X5 iştirak etmiş və döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiasının 16 iyul 2010-cu il tarixli 816 saylı Qərarından görünür ki, “İddiaçı Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zamanında hərbi xidmət keçərkən 1993-cü ildə aldığı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu xəstəlik—diaqnoz: “məxmərək” və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu xəstəlik—diaqnoz: “Allergik dermatit”. (Füzuli RHK-nın xx.xx.2010-cu il tarixli 573 saylı göndərişi, xx.xx.2010-cu il tarixli 582 saylı arayışı, MN MHHK-dan verilmiş xx.xx.2010-cu il tarixli 117/1 saylı və xx.xx.2010-cu il tarixli 117/2 saylı arayışları ilə təsdiq olunur) və hərbi xidmət dövründə aldığı və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu xəstəlik— diaqnoz: “ikitərəfli pielnefritin kəskinləşməsi". (MN MHHK-dan verilmiş xx.xx.2010-cu il tarixli 117/3 saylı arayış. MN MHHK-nın həkim-mütəxəssisi terapevtinin rəyi ilə təsdiq olunur). “HƏRBİ TRAMVADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". ƏSAS: MN MHHK-nın 718 saylı xx.xx.2010-cu il tarixli protokolu. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiasının 20 sentyabr 2022-cu il tarixli 527 saylı Qərarından görünür ki, “İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən döyüş əməliyyatı zamanı 1993-cü ilin sentyabr ayında düşmənin atdığı odlu mərminin partlaması nəticəsində aldığı və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmaların nəticələri - diaqnoz: "Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyyəsində, sol orbitanın yuxarı bayır kənarında, gicgah nahiyəsində, başın sol təpə nahiyəsində, başın sağ ön alın nahiyəsində köhnə çapıq toxumaları" (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1216 saylı göndərişi, xx.xx.2022-ci il tarixli 772 saylı arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/260 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi Aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “HƏRBİ TRAMVADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. ƏSAS: MN MHHK-nın 718 saylı xx.xx.2010-cu il tarixli protokolu. 1994-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya İİİ qrup əlillik təyin edilmişdir. Həmin vaxtdan hər il müalicə və müayinə olunmuşdur. Xəstəliyi ilə əlaqədar mütamadi olaraq müalicələr almışdır. Xəstəliyi xronikidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində növbəti müayinədən keçmiş və Xidmətin xx.xx.2006-cı il tarixli 3JR4DXD0004 saylı “əlilliyi təsdiq edən verilməsi üçün keçirilmiş müayinə barədə məlumat”la mənə “iki tərəfli xroniki pielnefrit tez-tez kəskinləşmələrlə, renalhipertoniya, allergik dermatit” diaqnozu qoyulmuş, müddətsiz 3-cü dərəcəli əlillik təyin edilmişdir. 2023-ci ilin yanvar ayında iddiaçıya müddətsiz təyin edilmiş 3-cü dərəcəli əlilliyinin ləğv olunduğunu və ona əlillik dərəcəsi verilməsindən imtina olunduğunu bildirdilər. Şikayət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Heyətinin sədr müavini Ramin Rzayev tərəfindən imzalanmış 10 avqust 2023-cü il 3-17-4/2-M-22021/2023 saylı cavabla bildirildi ki, şəxsin əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı, ona müddətsiz təyin edilmiş 3-cü dərəcəli əlilliyinin ləğv olunmasının və ona əlillik dərəcəsi verilməsindən imtina olunmasının səbəbini bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Füzuli rayon Mərkəzi Xəstəxanası və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. İddiaçı sonradan məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə müddətsiz “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” səbəbi ilə təyin edilmiş əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, iddiaçıya sonuncu dəfə 31 saylı Birləşmiş Şəhər Xəsdəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Əlilliyin müddətinin bitdiyi tarixdən etibarən sonra iddiaçı ona yenidən əlillik təyin edilməsi ilə bağlı müraciət etməmişdir. İddiaçı təqdim etdiyi müayinə aktına əsaslanaraq ona sonuncu dəfə 1 il müddətinə deyil, məhz müddətsiz əlillik təyin edildiyini, bu səbəbdən alt sistemdə yol verilmiş səhvin düzəldilərək iddiaçının əlillik müddətinin müddətsiz kimi qeyd edilməsini mübahisələndirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçıya əlillik dərəcəsi təyin edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. - 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 Sosial Ekspertiza və X9 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.-4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.-2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.-2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.-2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi əlillik təyinatı məhz adsızlaşdırılmış tibbi göndərişlərin əlillik alt sisteminə göndərilməsi, həmin göndərişlərə Tibbi sosial ekspert komissiyası tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi və qəbul edilmiş qərarın komissiya üzvlərinin yalnız gücləndirilmiş imzası ilə sistem üzərindən imzalanması və qərarın əlillik alt sistemində yerləşdirilməsi ilə başa çatır. Göründüyü kimi əlillik təyinatı ilə bağlı alt sistemdə iddiaçının əlillik dərəcəsi xx.xx.2014xx.xx.2015- ci il tarixədək, yəni 1 il müddətinə göstərilmişdir. Başqa sözlə, iddiaçı barəsində olan ekspert komissiyasının gücləndirilmiş imzası ilə imzaladığı qərarı əlillik təyinatının müddətsiz deyil, 1 illik müddətlə məhdudlaşdırmış və əlillik təyinatı xx.xx.2015ci il tarixdə qüvvədən düşmüşdür. Bu halda iddiaçının təqdim etdiyi üzərində əlyazma ilə “müddətsiz” ifadəsi yazılmış müayinə aktındakı düzəlişlər Ekspert komissiyasının rəyini ehtiva etmir və yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun olaraq komissiya üzvlərinin qəbul etdiyi, gücləndirilmiş elektron imzası ilə imzalanmış qərarı kimi qəbul edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddianı müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verdi və tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE seriyalı ******** şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -MN Mərkəzi Hərbi Komissiyası tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 816 nömrəli qərarına əsasən Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ildə aldığı, xx.xx.1993cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «məxmərək» və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: «Allergik dermatit» (Füzuli RHK-nın xx.xx.2010-cu il tarixli 573 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 582 nömrəli arayışı, MN MHKH-dan verilmiş xx.xx.2010-cu il tarixli 1 17/1 nömrəli və xx.xx.2010-cu il tarixli 117/2 nömrəli arayışları ilə təsdiq edilir) və hərbi xidmət dövründə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «İkitərəfli pielonefritin kəskinləşməsi» (MN MHKH-dan verilmiş xx.xx.2010-cu il tarixli 117/3 nömrəli arayış MN MHHK-nin həkim-mütəxəssisi terapevtin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatından görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -DSMF-nin xx.xx.2011-ci il tarixli qərarından görünür ki, iddiaçıya ikinci dərəcəli əlilliyə görə xx.xx.2011-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01№ 519356 nömrəli, xx.xx.2014-cü il tarixli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. -MN Mərkəzi Hərbi Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 527 nömrəli qərarına əsasən Füzuli RHK tərəfindən 1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən döyüş əməliyyatı zamanı 1993cü ilin sentyabr ayında düşmənin atdığı odlu mərminin partlaması nəticəsində aldığı və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyəsində, sol orbitanın yuxarı bayır kənarında, gicgah nahiyəsində, başın sol təpə nahiyəsində, başın sağ ön alın nahiyəsində köhnə çapıq toxumaları’’ (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1216 nömrəli göndərişi, xx.xx.2022- ci il tarixli 772 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/260 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi Aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə olunan məlumatlara əsasən bildirilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2011-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.2012-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.2015-ci ilədək) üçüncü dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. -DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı əmək pensiyası xx.xx.2015xx.xx.2016-cı il tarixləri arasındakı dövr üzrə 454,40 manat, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə 485,48 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə 519,08 manat, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə isə 647,60 manat təşkil edib. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1: 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1.21. Müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələridir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin: 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir - 2.1.4. “Sosial ödənişlər” altsistemi; - 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; - 2.1.8. “Pensiya” altsistemi; - 2.1.15-1. “Zəfər” altsistemi; 2.2. “Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir. 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: - 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; -2.3.15-1. şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların “Zəfər” altsistemi vasitəsilə toplanması və sistemləşdirilməsi, habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyuişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bəhs olunan qanunvericilik və normativ hüquqi aktların tələblərinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs statusuna malikdir. Qeyd edilməlidir ki, Agentlik öz səlahiyyətləri çərçivəsində Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət sahələrində zəruri tədbirləri həyata keçirir və normativ hüquqi aktlarda əks olunmuş vəzifələrin icrasını təmin edir. Bu vəzifələr sırasında müvafiq sahədə elektron xidmətlərin təşkili və göstərilməsi də xüsusi yer tutur. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi çərçivəsində bir sıra altsistemlər fəaliyyət göstərir və onlardan biri olan “Əlillik” (TSERAS) altsisteminə məlumatların ötürülməsi məhz Agentlik tərəfindən həyata keçirilir. Hazırkı işin faktiki halları göstərir ki, iddiaçı müddətsiz əsaslarla təyin olunmuş ikinci dərəcəli əlillik statusuna malik olduğunu bildirməklə, bu məlumatın müvafiq altsistemə ötürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun əlilliyinin sonuncu dəfə xx.xx.2014-cü il tarixdə qiymətləndirildiyini və həmin tarixdən etibarən ona 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edildiyini əsas gətirmiş, daha sonrakı dövrlərdə əlilliyin olub-olmaması barədə məlumatın mövcud olmadığını bildirmişdir. Bununla əlaqədar olaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi müayinə aktlarında ona üçüncü dərəcəli əlillik təyin edildiyinin göstərilməsinə baxmayaraq, təqdim olunmuş əlillik və pensiya təyinatına dair sənədlərdən aydın olur ki, ona ikinci dərəcəli əlillik müəyyən edilmiş, bu əsasla pensiya təyin olunmuş və ikinci dərəcə əlilliyə görə 2022-ci ilin fevral ayınadək pensiya ödənilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya təyin olunan əlillik dərəcəsinin ikinci yoxsa üçüncü olması ilə bağlı ziddiyyətli halların mövcudluğu araşdırılmış, lakin cavabdeh tərəfindən bu ziddiyyətin aradan qaldırılması istiqamətində hər hansı əsaslı izahat verilməmişdir. Belə olan halda, məhkəmə mövcud sənədlərin məzmunu əsasında hesab edir ki, iddiaçıya faktiki olaraq ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlillik ilə bağlı məlumatın olmamasına gəldikdə məhkəmə aşağıdakiları qeyd etməyi məqbul hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən əlilliyin təyini ilə bağlı rüşvət, hədəqorxu, aldatma, yaxud səhv və ya təhrif olunmuş məlumatların təqdim edilməsi halları müşahidə edilməmişdir. Başqa sözlə, iddiaçının əlilliyin müəyyən olunmasına qeyri-qanuni müdaxiləsi sübuta yetirilməmişdir. Doğrudur ki, 2014-cü ildə iddiaçının əlillik statusu ilə bağlı iki ayrı inzibati qərar qəbul edilmişdir: ilkin qərarla 2014-cü ilin yanvar ayından etibarən bir il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuş, daha sonra isə xx.xx.2014-cü il tarixli qərarla iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik statusu verilmişdir. Həmin qərar ləğv edilməmiş, qüvvədən düşməmiş və ya məhkəmə tərəfindən etibarsız sayılmamışdır. Bununla belə, cavabdeh inzibati orqan, əlilliyin təyini ilə bağlı iddiaçıya verilmiş müddətsiz ikinci dərəcəli əlillik barədə məlumatın olmadığına istinad edir. Halbuki, cavabdehin üst qurumu, başqa sözlə desək tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aidiyyəti üzrə yerli şöbəsi uzun müddət ərzində həmin əlillik əsasında iddiaçıya pensiya ödəmişdir. Bu halda, DSMF-nin uzun müddət ərzində iddiaçıya məhz ikinci dərəcəli müddətsiz əlillik əsasında pensiya ödənişlərini həyata keçirməsi, cavabdehin üst qurumunun özü tərəfindən bu statusun faktiki olaraq tanındığını göstərir. Belə bir hüquqi vəziyyətdə cavabdeh tərəfin iddiaçının əlilliyini qəbul etməməsi faktiki olaraq Nazirliyinin tabeçiliyində olan struktur orqanlar arasında daxili uyğunsuzluğun olduğuna dəlalət edir. Bundan başqa, Məhkəmə, “İnzibati icraat haqqında” Qanunun 13.4-cü maddəsinə əsaslanaraq vurğulayır ki, vətəndaşın, yəni iddiaçının dövlət orqanlarının qanuni və yazılı qərarlarına güvənərək hüquqi mövqeyini müəyyən etməsi onun etimad hüququnun birbaşa təzahürüdür. İddiaçıya ikinci dərəcəli əlillik statusu əsasında uzun müddət pensiya ödənilməsi, bu hüquqi münasibətin legitim gözləntilərin formalaşması ilə nəticələnmişdir. Beləliklə, cavabdeh tərəfindən bu statusun tanınmaması və aidiyyəti altsistemlərə daxil edilməsinin rədd olunması həm etimad hüququnun pozulması, həm də inzibati fəaliyyətin qanunauyğunluğunun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda onu da vurğulamağı zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Lakin hazırki iş üzrə iddiaçıya ehtimal olunan əlilliyin əsassız olması ilə bağlı 1 il müddətində əlilliyin ləğvi və ya əlilliyə görə səhv təyin olunmuş pensiya ödənişinin dayandırılması istiqamətində də hər hansı tədbir görülməmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə müddətsiz “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” səbəbi ilə təyin edilmiş əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-746/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-746/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver