Məhkəmə qərarları › İş №2-1(112)-7462/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7462/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7462/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi üçün adının siyahıya salınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci tarixdə (Vətən müharibəsi başladığı vaxt) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində Baş Mexanik kimi döyüş bölgəsinə qrupu ilə birlikdə ezam olunmuşdur. Vətən müharibəsində Cəbrayıl rayonu, Daşkəsən Dağ-tumas, Daş Veysəlli, Havisli kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı şəhərinin Çanaqçı, Daşaltı Sığmaq kəndlərində Xocavənd rayonunu Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində sıradan çıxmış texnikanın bərpa olunmasında iştirak etmişdir. Bu fakt N №-lı hərbi hissənin komandiri Qərargah Rəisi verdikləri arayışda təsdiqini tapmışdır. Əlavə olaraq N №-li hərbi hissənin N avqust 2022-ci il tarixdə 17/1204 №-li arayışından göründüyü kimi Vətən müharibəsi zamanı döyüş bölgəsinə cəlb olunmuş, həmin ərazilərdə mühəndis texnikalarını yerində təmirini bərpasını icra etmiş və texnikanın döyüş hazırlığı vəziyətində saxlanılmasını təmin etmişdir. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 13 yanvar 2023-cü il tarixli 22 nömrəli arayışında öz əksini tapmışdır. İddiaçı 27 sentyabr 2020-ci il tarixdən, N noyabr 2020-ci il tarixədək gedən döyüş əməliyatlarında iştirak etmişdir. İddiaçı texnikanı yaxşı təmir etdiyi üçün hərbi hissələrin komandirləri tərəfindən yazılı Fəxri Fərmanlar və Təşəkkürnamələr almışdır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. Məlumat üçün bildirirəm ki, təqdim edilmiş arayışlardan görünür ki, “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarının aparıldığı dövrdə N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. N nömrəli hərbi hissənin N avqust 2022-ci il tarixli 17/1204 nömrəli arayışdan görünür ki, “Vətən müharibəsi” zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanmasını təmin etmiş, N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş 13 yanvar 2023-cü il tarixli 22 nömrəli arayışdan görünür ki, 27 sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi”ndə Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Dağ veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı Mollu kəndlərində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonunun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmisinizdir. N və N nömrəli hərbi hissələrə ezamiyyətə gəlmələri və ezamiyyətdən qayıtmaları barədə müvafiq əmrlərdən çıxarışlar təqdim edilməmişdir. Sadalananlar nəzərə alaraq, habelə təqdim edilmiş sənədlərdə həmin şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı Qüvvələr veteranı və əmək veteranı adlarınır verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin onuncu və on birinci abzaslarında qeyc edilən ərazilərdə və döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerins yetirməsində iştirakınız müvafiq əmrlərlə (əmrlərdən çıxarışlar) təsdiqlənməmişdir. Bu Əsasnamənin tələblərinə uyğun olaraq, Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycar Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmir qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

5. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

6. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

7. Həmin Əsasnamənin N-cu və 11-ci bəndlərinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ...Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

8. İddianın növü öhdəliyin icrasında dair iddiadır.

9. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 18 nömrəli Satınalma Müqaviləsinə əsasən (Əsas: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 11 fevral 2020-ci il tarixli 08/52m nömrəli məktubu) bu müqaviləni Müdaiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi (Sifarişçi) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) bağlamışdırlar. Müqavilənin predmeti – Müdafiə Nazirliyinin hərbi hissələrin balansında olan mühəndis texnikasına texniki baxışın keçirilməsi, onlara servis xidmətinin göstərilməsi və təmir işlərinin aparılması (bundan sonra “servis xidməti” adlandırılacaq) Tərəflər təsdiq edirlər ki, sifarişçi servis xidmətinin göstərilməsi üçün icraçını 500 000,0 (büş yüz min) manat məbləğində təklifini qəbul etmişdir.

11. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən "xxxx" MMC-də işləyir.

12. "xxxx" MMC tərəfindən verilmiş 362 nömrəli Ezamiyyət Vəsiqəsinə əsasən İddiaçı (Texniki xidmət şöbəsi: Baş mexanik) AR Müdafiə Nazirliyi və Grand Motors MMC arasında bağlanmış 18 saylı müqaviləyə əsasən AR Müdafiə Nazirliyinə (Füzuli, Beyləqan, Ağcabədi) ezam olunmuşdur.

13. "xxxx" MMC tərəfindən verilmiş 397 nömrəli Ezamiyyət Vəsiqəsinə əsasən İddiaçı (Texniki xidmət şöbəsi: Baş mexanik) AR Müdafiə Nazirliyi və Grand Motors MMC arasında bağlanmış 18 saylı müqaviləyə əsasən AR Müdafiə Nazirliyinə (Beyləqan, Füzuli, Ağcabədi) ezam olunmuşdur.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0657 nömrəli Arayışa əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Texniki Xidmət Şöbəsində baş mexanik vəzifəsində çalışmış İddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020ci il tarixlərdə döyüş bölgələrinə ezam olunaraq həmin ərazilərdə Mühəndis Qoşunları İdarəsinin balansındakı texnikalarının yerində servisi yerinə yetirmiş və texnikaların saz vəziyyətdə saxlanmasını təmin etmişdir.

15. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissə komandirləri tərəfindən İddiaçı təqdim edilmiş Fəxri Fərman və Təşəkkürnamələr iş materiallarına əlavə olunmuşdur.

16. İddiaçı məxsus hərbi biletdə qeyd olunmuşdur ki, Vətən Müharibəsi zamanı (27.09xx.xx.2020-ci il) döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə (xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissənin balansında olan) mühəndis texnikaların yerində bərpası, təmiri və daimi saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. Əsas: N №-li h/h-nin xx.xx.2022-ci il tarixli 17/1204 saylı və N №-li h/h-nin xx.xx.2022-ci il tarixli 313 saylı arayışı

17. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.

18. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir.

19. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 284 nömrəli məktuba əsasən İddiaçı 44 gün davam edən vətən müharibəsi zamanı mühəndis texnikalarının yerində təmirini və bərpasını icra etmədi barədə aktlar məhkəməyə təqdim edilmişdir.

20. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş "xxxx" QSC-nin əməkdaşlarının Vətən Müharibəsi zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmələri haqqında” xx.xx.2024-cü il tarixli, 1159 nömrəli Aktda qeyd edilmişdir ki, “X3” QSC-nin əməkdaşı baş mexanik İddiaçı 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09.-xx.xx.2020-ci il) Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir.

21. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən təqdim olunmuş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş gedən ərazilərdə mühəndis texnikalarının bərpa və təmir işlərini aparılması və daima saz vəziyyətdə saxlanılmasının təmin edilməsində iştirak etmiş vətəndaş barədə Arayış-Məlumat əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman (14.N-xx.xx.2020-ci il tarixlərdə) döyüş gedən bölgələrə ezam olunmuşdur. Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixdə Qarabağda başladığı əks-həmlə əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad olunmasında əməliyyat aparan müxtəlif qoşn növlərinin və onların qarşılıqlı fəaliyyətlərinin uzlaşdırılması məqsədilə döyüş tapşırıqlarını yerinə yetirən mühəndis texnikalarında təmir işlərinin aparılmasında və daima saz vəziyyətdə saxlanılmasının təmin edilməsində iştirak edib.

22. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli Arayışa əsasən "xxxx" QSC-nin baş mexaniki İddiaçı genişmiqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük “Vətən Müharibəsi” dövründə xx.xx.2020-ci ildən xx.xx.20N tarixədək N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikaların yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. Azərbaycan Respublikasım Müdafiə Nazirliyi "xxxx" QSC-nin arasında bağlanmış 18 saylı müqaviləyə əsasən N nömrəli hərbi hissənin balansında olan ekskovator, buldozer və təkərli yükləyicilərin daim saz vəziyyət saxlanması və yerində (döyüş əməliyyatları gedən erazilərdə) təmirinin texniki xidmətinin göstəririlməsini təmir edilmişdir.

23. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli Arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək “Vətən” müharibəsində Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Daş veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndlərində, Füzuli rayonunun Güləbürt, Başarat kəndlərində, xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir.

IV. Məhkəmənin mövqeyi

24. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir.

26. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

27. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında və ya döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarında iştirakı faktı olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

28. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarında döyüş aparılan ərazilərdə iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir. Belə ki, iddiaçı qeyd edilən ərazilərə ezam olunmaqla texnikaların yerində (döyüş aparılan ərazilərdə) təmirini və saz vəziyyətdə saxlanmasını təmin etmişdir: - "xxxx" MMC tərəfindən verilmiş 397 nömrəli Ezamiyyət Vəsiqəsinə əsasən İddiaçı (Texniki xidmət şöbəsi: Baş mexanik) AR Müdafiə Nazirliyi və Grand Motors MMC arasında bağlanmış 18 saylı müqaviləyə əsasən AR Müdafiə Nazirliyinə (Beyləqan, Füzuli, Ağcabədi) ezam olunmuşdur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0657 nömrəli Arayışa əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Texniki Xidmət Şöbəsində baş mexanik vəzifəsində çalışmış İddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020ci il tarixlərdə döyüş bölgələrinə ezam olunaraq həmin ərazilərdə Mühəndis Qoşunları İdarəsinin balansındakı texnikalarının yerində servisi yerinə yetirmiş və texnikaların saz vəziyyətdə saxlanmasını təmin etmişdir. - İddiaçı məxsus hərbi biletdə qeyd olunmuşdur ki, Vətən Müharibəsi zamanı (27.09xx.xx.2020-ci il) döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə (xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissənin balansında olan) mühəndis texnikaların yerində bərpası, təmiri və daimi saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir (Əsas: N №-li h/h-nin xx.xx.2022-ci il tarixli 17/1204 saylı və N №-li h/h-nin xx.xx.2022-ci il tarixli 313 saylı arayışı). - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş "xxxx" QSC-nin əməkdaşlarının Vətən Müharibəsi zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmələri haqqında” xx.xx.2024-cü il tarixli, 1159 nömrəli Aktda qeyd edilmişdir ki, “X3” QSC-nin əməkdaşı baş mexanik İddiaçı 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09.-xx.xx.2020-ci il) Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən təqdim olunmuş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş gedən ərazilərdə mühəndis texnikalarının bərpa və təmir işlərini aparılması və daima saz vəziyyətdə saxlanılmasının təmin edilməsində iştirak etmiş vətəndaş barədə Arayış-Məlumat əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman (14.N-xx.xx.2020-ci il tarixlərdə) döyüş gedən bölgələrə ezam olunmuşdur.Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixdə Qarabağda başladığı əks-həmlə əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad olunmasında əməliyyat aparan müxtəlif qoşun növlərinin və onların qarşılıqlı fəaliyyətlərinin uzlaşdırılması məqsədilə döyüş tapşırıqlarını yerinə yetirən mühəndis texnikalarında təmir işlərinin aparılmasında və daima saz vəziyyətdə saxlanılmasının təmin edilməsində iştirak edib. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli Arayışa əsasən "xxxx" QSC-nin baş mexaniki İddiaçı genişmiqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük “Vətən Müharibəsi” dövründə xx.xx.2020-ci ildən xx.xx.20N tarixədək N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikaların yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. Azərbaycan Respublikasım Müdafiə Nazirliyi "xxxx" QSC-nin arasında bağlanmış 18 saylı müqaviləyə əsasən N nömrəli hərbi hissənin balansında olan ekskovator, buldozer və təkərli yükləyicilərin daim saz vəziyyət saxlanması və yerində (döyüş əməliyyatları gedən ərazilərdə) təmirinin texniki xidmətinin göstəririlməsini təmir edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir.

29. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur.

30. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin qoyulması üçün yetərlidir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

36. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar