Məhkəmə qərarları › İş №2-1(112)-7463/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7463/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7463/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixində Cəbrayıl rayonunda doğulmuşdur. 1992-2000-ci illərdə Silahlı Qüvvələrdə zabit kimi həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2014-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 2015-ci ildən 2021-ci ilədək müddətli və xx.xx.2021-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə örnək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü ildə pensiya və təqaüdüm dayandırılan zaman Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirəndə məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron altsistemdə vardır, lakin cavabdeh pensiya və təqaüdünün dayandırılması barədə aidiyyəti orqanlara əsassız olaraq məktub göndərib, pensiya və təqaüdü dayandırılıb, belə ki, ona qarşı bu çox haqsız mövqedir, çünki 2021-ci ildən müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun xx.xx.2021-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlil olmağı barədə cavabdeh tərəfindən pensiya və təqaüdünün dayandırılması üçün aidiyyəti orqanlara göndərdiyi məktub əsassız hesab edilməli, pensiya və təqaüdü bərpa etməlidir. 2015-ci ildən etibarən 9 ildir müddətsiz əlildir, əlilliyi əsassız dayandırılmış, hər hansı bir ekspertizaya və müayinəyə göndərilməyinə etiraz edir, iddia tələbi üzrə hüquqi qiymət verilərək iddianın təmin edilməsi qanunamüvafiqdir. Ali Məhkəmənin 2-1(102)-1685/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarına əsasən cavabdeh tərəfindən əlilliyinin dayandırılması əsassız və qanunsuzdur. Cavabdeh müraciətinə yazdığı cavab məktubuna əsasən barəsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdən müddətsiz əlilliyi ləğv edilmişdir, lakin bu mövqe əsassız və qanunsuzdur. Onun barəsində şübhə doğuran əlillik təyinatı ifadəsi altında əlilliyi ləğv edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1685/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarına əsasən ziddiyətli mövqedir. Bu barədə Ali Məhkəmənin 2-1(102)-1330/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Ali Məhkəmənin 2-1(102)-996/2022 nömrəli xx.xx.2022-ci il tarixli analoji qərarları iddia ərizəsinə əlavə etmişdir. Əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki 2015-ci ildə qiymətləndirilmişdir və 2-ci dərəcə müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlilliyi bərpa edilməlidir. Dəfələrlə müraciətinə biganə baxıldığı, əlil və sosial hüquqları məhdudlaşdırıldığı üçün hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunması məcburiyyətindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “əlilliyin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçıya xx.xx.2021-ci il tarixdən təyin edilmiş müddətsiz ikinci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “əlilliyin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya aid olan hissəsinin ləğv edilməsi və iddiaçıya xx.xx.2021-ci il tarixdən təyin edilmiş müddətsiz 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cəbrayıl rayon sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-H-26432/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməs məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydas ”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquq arı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əli liyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane o an sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən veri ir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozun :uların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədi ilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 705 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.2014-cü Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ təpə-ənsə nahiyyəsində və döş qəfəsinin arxa səthində çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin xx.xx.2014-cü il tarixli 737 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 71 saylı arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 148 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış **********8 saylı xx.xx.2022-ci il tarixli bildirişdə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq 30 sentyabr 2022-ci il tarixində saat 12:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Bakı şəhəri, Binəqədi rayonu, ivlirmahmud Kazımovski küçəsi 134) əyani müayinəyə dəvət olunmuşdur. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi əlan şəxslərdə - “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməsi xahiş olunur. Əyani müayinəyə gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-H-26432/2023 saylı xx.xx.2023-cü il tarixli bildirişdə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2023-cü il tarixində saat 11:40-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunur. Əyani müayinəyə gələrkən özü ilə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməsi xahiş olunur. Əyani müayinəyə gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən təqdim edilmiş 3-17-7/2-E-12973/2024 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ikinci dərəcəli müharibə əlilliyinə görə 400 (dörd yüz) manat məbləğində prezident təqaüdü almışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 5-18-9/2-585/2024 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Sabunçu rayonu Sabunçu qəsəbəsi N.Baybakov küçəsi Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 3-17-4/2-14253/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-cı il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin uyğun olaraq xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. İddiaçı “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin həmin tarixdə əyani müayinədə iştirak etmədiyi üçün mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində vətəndaşa dair diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0001 saylı göndərişə əsasən xx.xx.2015-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: Vİ Sinif - Siniı sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya) Postravmatik ensefalopatiya” diaqnozu ilə qiymətləndirilmiş və ona “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0002 saylı göndərişə əsasən xx.xx.2016-cı il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları = S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar) Kəllədaxili travma.Postravmatik ensefalopatiya qıcolma tutmaları ilə,ayda 6-7 dəfə.Hipertoniya xəstəliyi İİ st.ürək beyin forması” diaqnozu ilə qiymətləndirilmiş və ona (Meyar: 2.2 İkinci de rəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbindən əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0003 saylı göndərişə əsasən xx.xx.2021-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların. zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından (1992 ci il) sonrakı davamlı qalıq əlamətləri tez tez təkrarlanan qıcolma tutmaları ilə koordinasiyanın pozulması ilə.Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, tez tez təkrarlanan qıcolma tutmaları (ayda 5-6 dəfə) Başgicəllənmə və dayanıqlılığın pozulması, koordinasiyanın pozulması Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, postravmatik ensefolopatiya tez tez təkrarlanan qıcolma tutmaları ilə( ayda 5-6 dəfə) Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. L4-L5 f/a disk yırtığının çıxarılmasından sonrakı vəziyyət .Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİİ mərhələ.Xroniki posttravmatik baş ağnsı, xroniki postravmatik kranialgiya.Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, kiçik çanaq üzvlərinin funksiyasının pozdmasıinterstisial (xronik) sistit. sidik kisəsi boynunun TUA-u əməliyyatından sidik kisəsinin diaqnostik sistoskopiya əməli - və yerişin pozulmaları, yerişin və hərəkətin pozulması” diaqnozu ilə qiymətləndirilmiş və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbindən əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0005 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların. zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından (1992-ci il) sonrakı davamlı qalıq əlamətləri tez tez təkrarlanan qıcolma tutmaları ilə koordinasiyanın pozulması ilə.Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, tez tez təkrarlanan qıcolma tutmaları (ayda 5-6 dəfə) Başgicəllənmə və dayanıqlılığın pozulması, koordinasiyanın pozulması. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, postravmatik ensefolopatiya tez tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə) Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. L4-L5 f/a disk yırtığının çıxarılmasından sonrakı vəziyyət. Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİİ mərhələ.Xroniki posttravmatik baş ağnsı, xroniki postravmatik kranialgiya.Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, kiçik çanaq üzvlərinin funksiyasının pozdmasıinterstisial (xronik) sistit. sidik kisəsi boynunun TUA-u əməliyyatından sidik kisəsinin diaqnostik sistoskopiya əməli - və yerişin pozulmaları, yerişin və hərəkətin pozulması” diaqnozu ilə qiymətləndirilmiş və ona “diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin 3-17-4/3-3-19366/2024 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən əyani müayinəsi həyata keçirilmiş 2 nəfər barəsində qüvvədə olan qərarlar ləğv edilmiş və “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərarlar ləğv edilmişdir və “Hissəvi reabilitasiya olması” na dair qərar qəbul edilmişdir. Əyani müayinəsi həyata keçirilmiş 4 nəfər şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. Əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində “əlillik səbəbinin dəyişdirilməsi, qalan hissədə qərarın qüvvədə saxlanılması”na dair qərar qəbul edilmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 14 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmişdir. Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinə (İ.Yusifov; Ş.Əliyev) “Əlillik” altsistemində əlilliyi barədə qərarı ləğv edilmiş şəxslərin əlillik vəziyyətində müvafiq dəyişikliyin edilməsi tapşırılmışdır. Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti (R.Hüseynov) qərar barədə məlumatın yazılı şəkildə Dövlət Sosial Müdafiə Fonduna 1 iş günü ərzində verilməsinin təmin edilməsi qərara alınmışdır. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi (S.Məmmədli) bu qərarın aidiyyəti struktur bölmələrə və surətinin barəsində inzibati icraat aparılmış şəxslərə göndərilməsini təmin edilməsi qərara alınmışdır. Bu Qərarın icrasına nəzarət X8 sədr müavini R.Məhərrəmova həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-19205/2023 saylı 29 noyabr 2023-cü il tarixli qərarına əsasən Cəbrayıl rayon sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-H-26432/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. İddiaçı barədə Tibbi Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Bakı 12 nömrəli şəhər poliklinikası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş 0175003AAERC saylı xx.xx.2021-ci il tarixli göndərişdən (Forma 88) görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Bakı 12 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1992-ci ildir. Xəstəliyin gedişi xronikidir. Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından (1992 ci il) sonrakı davamlı qalıq əlamətləri tez tez təkrarlanan qıcolma tutmaları ilə koordinasiyanın pozulması ilə Ağırlaşmalar: G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) imptomatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-6 dəfə) R42 Başgicəllənmə və dayanıqlılığın pozulması, koordinasiyanın pozulması G93.8 Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, postravmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə) Yanaşı xəstəliklər: M51.1 Sel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-L5 f/a disk yırtığının çıxarılmasından sonrakı vəziyyət (2015-ci il) İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİİ mərhələ G44.3 Xroniki posttravmatik baş ağrısı, xroniki postravmatik kranialgiya R32 Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, kiçik çanaq üzvlərinin funksiyasının pozulması N30.1 İnterstisial (xronik) sistit, sidik kisəsi boynunun TUA-u əməliyyatından (2016) sidik kisəsinin (liaqnostik sistoskopiya (2017) əməliyyatından sonrakı vəziyyət R26 Hərəkətin və yerişin pozulmaları, yerişin və hərəkətin pozulması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-23682/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı şəhəri 12 nömrəli şəhər poliklinikasının 0175003AAERC nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-H-26432/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixdə əyani müayinədə iştirak etmədiyi üçün mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində vətəndaşa dair diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0005 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı “diaqnoz öz təsdiqini tapmaması” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Odur ki, hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. -X9 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən: Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququn qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayı verilmişdir. -13-cü maddə etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Məhkəmə müəyyən edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilmişdir. İş materiallarından görünür ki, təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas cavabdeh qurum tərəfindən təqdim edilən inzibati icraat materallarında hər hansı bir məlumat yoxdur. Ümumi əsas kimi, əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması qeyd edilmiş, araşdırmasnın əsası kimi isə bir qrup şəxs tərəfindən mail ünvanına daxil olmuş anonim məktub qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən inzibati icraatın başlanılmasına səbəb kimi əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının (xx.xx.2021) düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunundan: 3.0.15. anonim müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət. 6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir: 6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); 6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı; 6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı. 6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Belə olan halda məhkəmə hesab edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli xxxxxxx0005 saylı qərarı və iddiaçıya aid olan hissədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19205/2023 saylı qərarı ləğv edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən təyin edilmiş müddətsiz 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin ləğv edildiyi xx.xx.2023cü il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli xxxxxxx0005 saylı qərarı və iddiaçıya aid olan hissədə xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-19205/2023 saylı qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən təyin edilmiş müddətsiz 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin ləğv edildiyi xx.xx.2023cü il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar