Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7464/2020 29.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.1996-cı il tarixə kimi Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi vəzifəsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 08 dekabr tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, məhkəmə iclasının keçirilməsi təxirə salınmış və tərəflərə bildiriş ünvanlanaraq, xx xxxxxx 2020-ci il tarixədək işə baxılmasının mümkünlüyünə dair mövqelərini məhkəməyə bildirmələri təklif olunmuşdur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin etirazı məhkəməyə daxil olmamışdır. Buna görə də işə tərəflərin iştirakı olmadan keçirilərək, iddianın aidiyyəti məsələsinə baxılmışdır. Məhkəmə hesab edir ki, hazırki iddianın aidiyyəti məsələsi İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinin təsiri altına düşür. Ona görədə hazırki iş aiddiyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarındakı iddiaçının qeyd edilmiş ünvanı iddia ərizəsi ilə müəyyən olunur ki, iddiaçının qeydiyyat və yaşayış ünvanı Masallı rayonu Hişkədərə kəndidir. Masallı rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən “İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddia tələbindən göründüyü kimi tələb inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Qanunverici isə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialar üzrə məhkəmə aidiyyətini müəyyən edərkən birinci növbədə bunu iddiaçının yaşayış yerindən asılı etmişdir. Bu isə vətəndaşların məhkəməyə müraciət imkanlarının asanlaşması ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə görə müəyyən edir ki, hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair 2-1(112)-7464/2020 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7464/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7464/2020
29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver