Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7468/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 ümumi əlillikdən çıxarılması və Qarabağ əlili statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 29 iyun 2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və tələbinin “mərhum əri X5 təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi və əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi müəyyən edilməsi vəzifəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbinin dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X7 08 fevral 2016-cı il tarixdən ümumi xəstəlikdən İ qrup əlil olmuş, bu, xx.xx.2018-ci il tarixli 338 nömrəli arayış, AR Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 401 nörməli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixdə AR Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının 1135 nömrəli qərarı ilə “hərbi travmadır, AR-nin Müdafiəsi zamanı almışdır” diaqnozu qoyulmuşdur. Lakin Yasamal rayon 19 saylı poliklinikasının səhlənkarlığı nəticəsində forma 88 səbəb dəyişmə iddiaçıya verilməmişdir. Həyat yoldaşı aldığı qəlpə yaralarından və müharibənin törətdiyi fəsadlar nəticəsində 2020-ci ilin fevral ayının 19-da vəfat etmişdir. İddiaçı hesab edir ki, X7 hərbi əməliyyat zamanı aldığı qəlpə yarasından və qazandığı xəstəlikdən vəfat etdiyi üçün ona Qarabağ döyüşlərində iştirak etməsi, yaralanmasına istinadən Qarabağ əlilliyi şamil edilməlidir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi İdarəsinə müharibə veteranı təqaüdünün təyin edilməsi ilə əlaqədar müraciət etmiş, ona bildirilmişdir ki, halhazırda İ qrup əlil kimi Prezident təqaüdü aldığına görə müharibə veteranı təqaüdü təyin etmək mümkün deyildir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X3 əlillik vəziyyətinə 1 saylı X8 xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “səbəbi:ümumi xəstəlik; X1 İ sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19- Vərəm =>15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 Vərəm plevriti, bakterioloji və histoloji...; Diaqnozun mətni: ağ ciyərlərin fibroz kavernoz vərəmi. BK(+) Multiresistent forma. TÇ İİ dər; Meyar 2.2 ikinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı X8 xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “səbəbi:ümumi xəstəlik; X1 İ sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19- Vərəm =>15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => 15.0 – Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: AG ciyərlərin fibroz kavernoz vərəmi.MDR forma. QDC- İİ d.Qan hayxırma; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Bronxial astma İAF – ağır gedişli. Allergik rinit. AG ciyər emfizeması. TC İİ d” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 3 nömrəli X8 xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “səbəbi:ümumi xəstəlik; X1 İ sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19- Vərəm =>A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 Vərəm plevriti, bakterioloji və histoloji...; Diaqnozun mətni: ağ ciyərlərin fibroz kavernoz vərəmi. MDR forma.Ağ ciyər ürək çatışmazlığı İİ dər. Qabarıb asteno-nevrotik sindrom; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.5. Ağ ciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 3 nömrəli X8 xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “səbəbi:ümumi xəstəlik; X1 İ sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19- Vərəm =>A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.1 – Ağ ciyər vərəmi, yalnız kultural üsulla t....; Diaqnozun mətni: Ağ ciyərlərin fibroz kavernoz vərəmi. TÇ İİ dərəcə; Meyar: 2.2.1 birinci dərəcə əlillik=> 2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (127.0-127.9,128.0-128.8)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının mərhum həyat yoldaşı X5 əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunamamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, X5 xx.xx.2012-ci il tarixdə, xx.xx.2014-cü il tarixdə və xx.xx.2015-ci tarixdə hər dəfə 1 il müddətinə olmaqla ümumi xəstəlik səbəbindən “2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernozvərəmi, intoksikasiya əlamətləri ilə” diaqnozu üzrə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2015-ci il tarixdə isə ümumi xəstəlik səbəbindən “2.1.3. üçüncü dərəcəli ağciyər –ürək çatışmazlığı dekompensasiya mərhələsi” diaqnozu üzrə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1135 saylı Qərarından görünür ki, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X3 döyüş zonasında hərbi xidmət keçərkən 1994cü ilin yanvar ayında aldığı və 18 05.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra sağ sağrı nahiyəsinin bayır kvadratında bir ədəd köhnə çapıq toxuma" ’(Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin 19 03.2018-ci il tarixli 346 nömrəli arayış, xx.xx.2018-ci il tarixli 338 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 401 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MM MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş X7 barəsində məlumatdan görünür ki, o, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırda vəfat etmiş həmin şəxsə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən həmin Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmn Qaydanın 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydanın 2.3-cü bəndnə görə Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Qaydanın 2.5-ci bəndinə əsasən həmin Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Qaydanın Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydanın 3.1-ci bəndinə görə əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Qaydanın 3.2-ci bəndinə görə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin və onun səbəbinin müəyyən edilməsi üçün ilk növbədə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir və bu göndəriş əsasında Agentlik tərəfindən şəxsə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilir. Əlilliyinin səbəbinin dəyişdirilməsi üçün də eyni sənədlər, yəni əlilliyin həqiqi səbəbini təsdiq edən sənəd əsasında verilən göndəriş üzrə müvafiq qərar qəbul edilir. Həmçinin qanunvericiliyin istinad olunan tələbindən görünür ki, əlilliyin səbəbi əvvəlki tarixdən deyil, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. İşdən görünür ki, əlilliyi müəyyən edilən şəxs ölmüşdür. Belə olan halda onun barəsində göndəriş verilməsi, yaxud onun barəsində yeni hüquq və imtiyazalar verəcək inzibati akt qəbul edilməsi mümkünsüzdür. Çünki Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İşdən o da müəyyən olunur ki, nə mərhum Elşən Tağıyev sağlığında, nə də iddiaçı hazırda müvafiq tələblə cavabdeh orqana müraciət etməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7468/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7468/2022
29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver