Məhkəmə qərarları › İş №2-1(112)-747/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-747/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-747/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması bаrədə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh rəisinin Ə204ş/h-038- 21 nömrəli, 16 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddiaçı sonradan məhkəyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi rəisinin Ə57- 38-21 nömrəli, 13 fevral 2021-ci il tarixli və Ə204ş/h-038-21 nömrəli, 16.02.2021-ci il tarixli əmrlərinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxxxx 1976-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşunaslıq fakültəsini 1999-cu ildə bitirmiş, 26 yanvar 2006-cı il tarixdən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis əməkdaşı kimi işə qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi rəisi polis genral-mayoru Nurullah Məmmədxanlının 16 fevral 2021-ci il tarixli, Ə204ş/h-038-21 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilsin. İddiaçının Xidmətdən xaric edilməsi daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən hərəkət etdiyi iddia olunsa da, əslində isə polis əməkdaşı adına ləkə gətirə biləcək heç bir hərəkət və fəaliyyətlə məşğul olmamışdır. Əksinə xidmətdə olduğu müddət ərzində vəzifəsini dərk edib layiqincə icra etmişdir. Polis orqanlarından xidmətdən xaric edilməsinə səbəb vətəndaş X5 iddiaçıdan hamilə qaldığını iddia edərək onunla rəsmi nikaha daxil olmaması barədə X14 ünvanladığı şikayət ərizəsi olmuşdur. İddiaçı bildirir ki, 12 dekabr 2009-cu il tarixdə X11 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından ikisi əkiz olamaqla üç övladı var. Nuranə Nağıyeva ilə münasibətləri pisləşdiyinə görə nikahları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqları analarının yanında saxlanılmışdır. Nuranə Nağıyeva ilə nikah pozulduqdan sonra həmyerlisi, qohumu 18 fevral 1977-ci il təvəllüdlü X9 ilə münasibəti yaranmışdır. Qeyd edir ki, Nəzakət əvvəllər nikahda olmuş, həmin nikahından uşağı olmadığı üçün boşanmışdır. Sonuncu dəfə Nəzakət Həsənovanı 2020-ci ilin avqust ayında görmüş və münasibətləri pozulmuşdur. Həmin ilin dekabr ayında Nəzakət ona whatsapp proqramı vasitəsi ilə şəkil göndərərək hamilə olduğunu bildirmişdir. Bu xəbər onun üçün gözlənilməz olduğu üçün sarsılmış, ilk öncə düşünmüşdür ki, yalandır, onunla barışmaq üçün bir hərəkətdir. Nəzakət Həsənova onu hamilə olduğuna inandırmışdır. İddiaçı onun üç uşağı və yaşlı anasının olduğunu, onların maddi ehtiyaclarını belə tam ödəyə bilmədiyini Nəzakət Həsənovaya bildirmişdir. Sonuncu israrla ondan Türkiyə Respublikasına getməsini və orada işləməsini istəyirdi. İşini, ailəsini və doğmalarını sevdiyi üçün iddiaçı bu təklifi rədd etmişdir. Bütün bunlardan sonra Nəzakət Həsənova elektron qaydada şikayət ərizəsi ilə X14 müraciət etmişdir. Nəzakət Həsənovanın şikayət ərizəsi əsasında iddiaçını polis orqanlarında xidmətdən xaric etmişlər. Nəzakət Həsənova etdiyi şikayətdən peşmandır. Hazırda hər hansı bir şikayətinin olmadığını bildirir. Bundan başqa, Nəzakət Həsənovanın şikayəti güya onun daxili işlər orqanları əməkdaşının adına ləkə gətirməsi anlamına gələ bilməz. Belə ki, Nəzakət Həsənovanı aldatmamış, onun da, razılığı ilə uzun müddət münasibətləri olmuşdur. Xidməti və işi ilə bağlı hər hansısa bir qanunsuz əməl etmədiyi halda cavabdeh qanunsuz olaraq 16 fevral 2021-ci il tarixli, 2204ş/h-038-21 nömrəli əmr verərək onu xidmətdən kənarlaşdırmışdır. Halbuki işlədiyi 16 ildən artıq müddət ərzində hər zaman nümunəvi polis əmədaşı kimi rəislərinin rəğbətini qazanmış və müxtəlif təşəkkürnamələr ilə təltif edilmişdir. Hazırda qanunsuz olaraq işdən azad edildiyi üçün 3 yektinlik yaşlarına çatmayan balalarının alimentini ödəyə bilmir. Bundan başqa, yaşlı və onkoloji xəstəliyi olan anası X3 və İİ qrup əlil qardaşının da, dolanışığını o təmin edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, İddiaçı iddia tələbi tam əsassızdır. Belə ki, aparılan xidməti yoxlama ilə müəyyən edilmişdir ki, 3 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ə.Rəhimov küçəsində yaşayan X7 Baş Mühafizə İdarəsinin rəhbərliyinə müraciət edərək, həyat yoldaşı İddiaçı onun hamilə olduğunu bilib atıb getməsi və atalıq borcunu yerinə yetirməkdən yayınması barədə məlumat vermişdir. 26.01.2006-cı il tarixdən daxili işlər orqanlarında, həmin tarixdən də Nəsimi Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət aparan polis serjantı İddiaçı 2016-ci ilin oktyabr ayında Nəzakət Həsənova ilə tanış olmuş və aralarında münasibətlər yaranmışdır. Bir müddətdən sonra onlar Nəzakət Həsənovanın kirayəyə götürdüyü Bayıl qəsəbəsində yerləşən evində yaşamışlar. 2019-cu ildə aralarında dini qaydalara uyğun nikah bağlanmışdır. 2020-ci ildə qısqanclıq zəminində aralarında mübahisələr baş vermiş və İddiaçı Nəzakət Həsənova ilə yaşadığı mənizili tərk edib getmişdir. Həmin ilin dekabr ayında N.Həsənova tibbi müayinədən keçərək hamilə olduğunu bilmiş və bu barədə İddiaçı məlumat vermişdir. İddiaçı isə uşağın onunla birgə yaşayışdan dünyaya gəldiyi fakt təsdiq olduğu halda onu qəbul edəcəyini bildirmişdir. Bundan sonra hamiləlik dövründə N.Həsənova tibbi müayinələrdən keçmək və dərmanlar almaq zərurətində olduğuna görə maddi köməklik məqsədilə bir neçə dəfə İddiaçı müraciət etmiş və heç bir nəticə əldə etmədiyinə görə ərizə ilə BMİ-yə müraciət etmişdir. Polis serjantı İddiaçı izahatında Nəzakət Həsənovaya lazımi ehtiyacların ödənilməsində köməklik etməyə hazır olduğunu, keçmiş həyat yoldaşı N.Nağıyevanın uzun müddət onu məhkəmə çəkişmələrinə cəlb etdiyinə görə ərizəçi ilə nikahı rəsmiləşdirmədiyini bildirmişdir. Nəzakət Həsənova araşdırmaya təqdim etdiyi səsyazmadan isə məlum olmuşdur ki, polis nəfəri İddiaçı izahatında göstərdiklərinə zidd olaraq ərizəçi ilə telefon danışığı zaman daxili işlər orqanlarına müraciət etdiyinə görə onu və uşağı qəbul etməyəcəyini, onlara köməklik göstərməyəcəyini, araşdırma aparılarkən onun ünvanına səslənən ittihamların hamısının şər olduğunu bildirəcəyini qeyd etmişdir. Xidməti yoxlama zamanı arxiv sənədləri təhlil edilərkən aşağıdakılar məlum olunmuşdur. X10 13.10.2016-cı il şikayət ərizəsi əsasından Nəsimi RMİ-də aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, polis serjantı İddiaçı ərizəçinin qızı Nuranə Nağıyeva ilə 12.12.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyata qurmuş, birgə nikahdan üç övladların dünyaya gəlmiş, Xəzər rayon məhkəməsinin 24.07.2013-cü il tarixli Qətnaməsinə əsasən nikahları ləğv edildikdən sonra 25.01.2014-cü ildə cütlük yenidən əlaqələrini bərpa edərək birgə ailə qurmuş, 2016-cı ilin oktyabr ayında isə yeni yaranmış ailə dağılmışdır. Məhkəmənin qətnaməsinə əsasən uşaqlar anasının himayəsinə verilmiş, ataları ilə görüşmək üçün müəyyən saatlar təyin olunmuşdur. Lakin uşaqlarla görüşmək üçün təyin olunmuş saatlardan sonra övladlarını anasına qaytarmayan İddiaçı barəsində şikayətə zəmin yaratmışdır. Araşdırmanın nəticəsi ilə bağlı qəbul olunmuş qərarda mübahisənin ailə-məişət zəminində baş verdiyini nəzərə alaraq ərizəçiyə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuş, polis nəfərinin psixoloji durumunun nəzarətdə saxlanılması üçün bölük komandirinə tapşırıqlar verilmişdir. X11 10.07.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN və BMİ-nin, eləcə də Nəsimi RMİ-nin rəhbərliyinə müraciət ünvanlayaraq, keçmiş həyat yoldaşı İddiaçı 30.06.2018-ci il tarixdə uşaqlarla vaxt keçirmək üçün onları gəzməyə apardığını, lakin həmin gün uşaqları qaytarmadığını, növbəti gün icra məmurunun müdaxiləsindən sonra uşaqları geri qaytardığını, nalayiq söyüşlərlə onu və valideyinlərini təhqir etdiyini bildirmişdir. Nəsimi RMİ-də aparılmış araşdırma zamanı vətəndaş müraciətində göstərilən xüsusatların təsdiq olunduğundan, həmçinin sosial şəbəkədə fotoşəkillərini paylaşdığına görə polis nəfəri İddiaçı hərəkətləri İdarənin «Sıravi və kiçik rəis heyəti yığıncağı»na müzakirəyə çıxarılmış və BMİ-nin 10.08.2018-ci il tarixli Ə185-038-18 nömrəli əmri ilə onun xüsusi rütbəsi bir pillə aşağı salınmışdır. X12 29.07.2019-cu il tarixdə Nəsimi RMİ-yə müraciət edərək polis nəfəri İddiaçı onun ailə işlərinə müdaxilə etdiyini bildirmişdir. Müəyyən olunmuşdur ki, 2017-ci ildə İddiaçı şikayətçinin həyat yoldaşı Həsən Əliyevlə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. X15 nikahdan kənar uşağı ilə fotoşəkil çəkdirərək sosial şəbəkədə paylaşması sonuncunun qəzəbləndirib və aralarında olan isti münasibətə son qoyulması ilə nəticələnmişdir. Araşdırmanın yekunu ilə əlaqədar qəbul olunmuş qərara əsasən, ərizəçinin şikayəti olmaması barədə təkrar ərizəsi də nəzərə alınaraq, polis nəfəri İddiaçı şikayətə zəmin yaratdığına və sosial şəbəkədə paylaşım etdiyinə görə üzərində olan intizam tənbehi ilə kifayətlənilmişdir. Göründüyü kimi, polis nəfəri İddiaçı Azərbaycan Respublikasının qanunveriliciyinə, o cümlədən Konstitusiyada təsbit olunmuş «Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir» prinsipinə tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq əvəzinə cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına, keçmiş ailəsində baş vermiş çoxsaylı mübahisələr də nəzərə alınmaqla, açıqca hörmətsizlik ifadə edərək vətəndaş Nəzakət Həsənova ilə uzun müddət qeyri-rəsmi yaşamış, bu münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərməmiş, ərizəçinin hamiləliyi ilə bağlı maddi ehtiyacların ödənilməsindən yayınmaqla barəsində haqlı şikayətə zəmin yaratmış, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik göstərməmişdir. Ona görə də polis serjantı İddiaçı «Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən əsaslı olaraq xaric edilmişdir. Şifahi məhkəmə baxışı iclasında işrirak edən İddiaçı və nümayəndəsi, Vəkil iddia tələbinin əsaslı olduğundan təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şifahi məhkəmə baxışı iclasında işrirak edən cavabdehin nümayəndəsi X2 etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək iddia tələbinin əsassız olduğunu bildirdi və verdiyi izahatında əlavə olaraq qeyd etmişdir ki, iddiaçı polis adına yaraşmayan hərəkətlərə yol vermiş, xidməti dövründə dəfələrlə xəbərdarlıq edilmiş, xüsusi rütbəsi aşağı salınmış, barəsində intizam tənbehi görülmüşdür. Qeyd olunanlara əsasən iddiaçının barəsində Azərbaycan Respublikası Cavabdeh tərəfindən qəbul edilən əmrlər əsaslı olduğundan iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Polis haqqında" Qanunun 5-ci maddəsinə əsasən polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərəəməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Həmin maddənin İİ hissəsinə əsasən polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. Həmin Qanunun 34-cü maddəsinə görə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; and içməkdən imtina etdikdə; cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; xidmətdə olmanın son yaş həddinə çatdıqda; səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hissələri). Hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi rəisinin Ə57-38-21 nömrəli, 13 fevral 2021-ci il tarixli və Ə204ş/h-038-21 nömrəli, 16.02.2021-ci il tarixli əmrləri iddiaçı tərəfindən mübahisələndirilir. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından İddiaçı barəsində Azərbaycan Respublikası Cavabdeh Ə57-38-21 nömrəli, 13 fevral 2021-ci il tarixli və Ə204ş/h-038-21 nömrəli, 16.02.2021-ci il tarixli əmrlərinin təsdiq edilmiş surətləri, həmçinin iddiaçının şəxsi iş materiallarının surəti sorğu əsasında Azərbaycan Respublikası Cavabdehndən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cavabdeh tərəfindən 29 aprel 2021-ci il tarixli müşayiətedici məktubla tələb olunan sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan məktuba əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, -Azərbaycan Respublikası Cavabdeh rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı tərəfindən tərtib edilən “X6 Azərbaycan Respublikası Cavabdehnə ünvanlanmış 03.02.2021-ci il tarixli müraciəti əsasında aparılmış xidməti araşdırmanın nəticəsinə dair” Rəydə aşağıdakılar qeyd olunmuşdur: Mən, Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru S.Hüseynov Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri İddiaçı hərəkətləri ilə əlaqədar araşdırma apararaq aşağıdakıları müəyyən etdim: 03 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ə.Rəhimov küçəsində yaşayan X7 Baş Mühafizə İdarəsinin rəhbərliyinə müraciət ünvanlayaraq, həyat yoldaşı İddiaçı onun hamilə olduğunu bilərək atıb getdiyi və atalıq borcunu yerinə yetirməkdən yayındığı barədə məlumat vermişdir. Polis serjantı İddiaçı xx.xx.1976-cı ildə Cəlilabad şəhərində anadan olmuş, subay, ali təhsilli, 26.01.2006-cı il tarixdən daxili işlər orqanlarında, həmin tarixdən də Nəsimi Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət aparır. Xidmət zamanı 9 dəfə mükafatlandırılmış, 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Qüvvədə olan intizam tənbehi yoxdur. Kollektivdə mənfi xarakterizə olunur. Toplanmış materiallardan və aparılmış söhbətlərdən məlum olmuşdur ki, 2016-ci ilin oktyabr ayında Nəzakət Həsənova yolla gedərkən ona yaxınlaşan İddiaçılə tanış olmuş və aralarında münasibətlər yaranmışdır. Bir müddətdən sonra onlar Nəzakət Həsənovanın kirayəyə götürdüyü Bayıl qəsəbəsində yerləşən evdə ailə kimi yaşamağa başlamışlar. Cütlük arasında 2019-cu ildə din qaydalarına uyğun nikah bağlanmışdır. 2020-ci ildə qısqanclıq zəminində aralarında mübahisələr baş verməyə başlanmış və İddiaçı Nəzakət Həsənova ilə yaşadığı mənizili tərk edib getmişdir. Həmin ilin dekabr ayında N.Həsənova tibb müayinədən keçərək hamilə olduğunu bilmiş və bu barədə İddiaçı məlumat vermişdir. İddiaçı uşağın onunla birgə yaşayışdan dünyaya gəldiyi faktı təsdiq olduğunu halda onu qəbul edəcəyini bildirmişdir. Bundan sonra hamiləlik dövründə ərizəçi N.Həsənova tibbi müayinələrdən keçmək və dərmanlar almaq zərurətində olduğuna görə maddi köməklik məqsədilə bir neçə dəfə İddiaçı müraciət etmiş və heç bir nəticə əldə etmədiyinə görə yuxarıdakı məzmunlu ərizə ilə BMİyə müraciət etmişdir. Polis serjantı İddiaçı izahatında yuxarıdakıları təsdiq etməklə yanaşı Nəzakət Həsənovaya lazımi ehtiyacların ödənilməsində köməklik etməyə hazır olduğunu, keçmiş həyat yoldaşı N.Nağıyevanın uzun müddət onu məhkəmə çəkişmələrinə cəlb etdiyinə görə ərizəçi ilə nikahı rəsmiləşdirmədiyini, komandir heyəti tərəfindən ailə münasibətlərin tənzimlənməsi barədə «Davranış Kodeksi»nin və DİN-in müvafiq göstərişlərinin tələblərini polis nəfərlərinə daim çatdırıldığını bildirmişdir. Nəzakət Həsənova araşdırmaya təqdim etdiyi səsyazmadan məlum olmuşdur ki, polis nəfəri İddiaçı izahatında göstərdiklərinə zidd olaraq ərizəçi ilə telefon danışığı zaman daxili işlər orqanlarına müraciət etdiyinə görə onu və uşağı qəbul etməyəcəyini, onlara köməklik göstərməyəcəyini, araşdırma aparılarkən onun ünvanına səslənən ittihamların hamısının şər olduğunu bildirəcəyini qeyd etmişdir. Arxiv sənədlərin təhlili zamanı aşağıdakılar məlum olunmuşdur. X10 13.10.2016-cı il şikayət ərizəsi əsasından Nəsimi RMl-də apanlmış yoxlama zamanı müəyyən olunmuşdur ki, polis serjantı İddiaçı ərizəçinin qızı Nuranə Nağıyeva ilə 12.12.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyata qurmuş, birgə nikahdan üç övladların dünyaya gəlmiş, Xəzər rayon məhkəməsinin 24.07.2013-cü il tarixli Qətnaməsinə əsasən nikahları ləğv edildikdən sonra 25.01.2014-cü ildə cütlük yenidən əlaqələrini bərpa edərək birgə ailə qurmuş, 2016-cı ilin oktyabr ayında isə yeni yaranmış ailə dağılmışdır. Məhkəmənin qətnaməsinə əsasən uşaqlar anasının himayəsinə verilmiş, ataları ilə görüşmək üçün müəyyən saatlar təyin olunmuşdur. Lakin uşaqlarla görüşmək üçün təyin olunmuş saatlardan sonra övladlarını anasına qaytarmayan İddiaçı barəsində şikayətə zəmin yaratmışdır. Araşdırmanın nəticəsi ilə bağlı qəbul olunmuş qərarda mübahisənin ailəməişət zəminində baş verdiyini nəzərə alaraq ərizəçiəy məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuş, polis nəfərinin psixoloji durumunun nəzarətdə saxlanılması üçün bölük komandirinə tapşınqlar verilmişdir. X11 10.07.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN və BMl-nin, eləcə də Nəsimi RMl-nin rəhbərliyinə müraciət ünvanlayaraq, keçmiş həyat yoldaşı İddiaçı 30.06.2018-ci il tarixdə uşaqlarla vaxt keçirmək üçün onları gezməyə apardığını, lakin həmin gün uşaqları qaytarmadığını, növbəti gün icra məmurunun müdaxiləsindən sonra uşaqları geri qaytardığını, nalayiq söyüşlərlə onu və valideyinlərini təhqir etdiyini bildirmişdir. Nəsimi RMl-də aparılmış araşdırma zamanı vətəndaş müraciətində göstərilən xüsusatlann təsdiq olunduğundan, həmçinin sosial şəbəkədə fotoşəkillərini paylaşdığına görə polis nəfəri İddiaçı hərəkətləri İdarənin «Sıravi və kiçik rəis heyəti yığıncağı»na müzakirəyə çıxarılmış və BMl-nin 10.08.2018-ci il tarixli Ə185-038-18 nömrəli əmri ilə onun xüsusi rütbəsi bir pillə aşağı salınmışdır. X12 29.07.2019-cu il tarixdə Nəsimi RMl-yə müraciət edərək polis nəfəri İddiaçı onun ailə işlərinə müdaxilə etdiyini bildirmişdir. Müəyyən olunmuşdur ki, 2017-ci ildə İddiaçı şikayətçinin həyat yoldaşı Həsən Əliyevlə tanış olmuş və aralannda dostluq münasibətləri yaranmışdır. X15 nikahdan kənar uşağı ilə fotoşəkil çəkdirərək sosial şəbəkədə paylaşması sonuncunun qəzəbləndirib və aralarında olan isti münasibətə son qoyulması ilə nəticələnmişdir. Araşdırmanın yekunu ilə əlaqədar qəbul olunmuş qərara əsasən, ərizəçinin şikayəti olmaması barədə təkrar ərizəsi də nəzərə alınaraq, polis nəfəri İddiaçı şikayətə zəmin yaratdığına və sosial şəbəkədə paylaşım etdiyinə görə üzərində olan intizam tənbehi ilə kifayətlənilmişdir. Göründüyü kimi, polis nəfəri İddiaçı Azərbaycan Respublikasının qanunveriliciyinə, o cümlədən Konstitusiyada təsbit olunmuş «Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir» prinsipinə tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq əvəzinə cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına, keçmiş ailəsində baş vermiş çoxsaylı mübahisələr də nəzərə alınmaqla, açıqca hörmətsizlik ifadə edərək vət. Nəzakət Həsənova ilə uzun müddət qeyrirəsmi yaşamış, bu münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərməmiş, ərizəçinin hamiləliyi ilə bağlı maddi ehtiyacların ödənilməsindən yayınmaqla barəsində haqlı şikayətə zəmin yaratmış, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik göstərməmişdir. Göstərilənləri nəzərə alaraq Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı Azərbaycan Respublikasının qanunveriliciyinə, o cümlədən ailə-məişət normalanna tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik olmaq əvəzinə, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli, verilən suallara tam və dəqiq cavab verməli olmalı olduğu halda daxili işlər orqanları əməkdaşının adına xələl gətirən hərəkətlərə yol verərək DİN-in 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanlan əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 3, 12, 17-ci maddələrinin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlannın İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin, həmçinin 02.08.2018-ci il tarixli G51-001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozduğuna görə, xidmətdə mənfi xarakterizə olunduğu da nəzərə alınmaqla daxili işlər orqanlarından xidmətdən xaric olunması məqsədəmüvafiq hesab edilmiş, tabelikdəki əməkdaşlar tərəfindən ailə münaqişəsi zəminində baş verən neqativ hərəkətlərin qarşısının alınması məqsədilə mənəvi-psixoloji təminatın subyektləri taqım komandiri, polis baş leytenantı A.Mahmudlu və İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı E.Muradov tərəfindən məqsədyönlü işlərin görülməsi tələb olunsun və məsuliyyətləri nəzərlərinə çatdırılsın. Əmr layihəsi hazırlanmaqla araşdırma başa çatmış hesab edilsin, ərizəçiyə məlumat verilsin və toplanmış materiallar BMl-nin Katibliyində işə alınsın. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin “Nəsimi RMİnin polis nəfəri İddiaçı DİO-da xidmətdən xaric olunması barədə” 13.02.2021-ci il tarixli, Ə57- 038-21 №li Əmrində aşağıdakılar qeyd edilmişdir: “X6 ərizəsi əsasında Baş İdarədə aparılmış araşdırma zamanı, Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri İddiaçı ailə münasibətlərin tənzimlənilməsinə nail ola bilməməsi, barəsində keçmiş ailə üzvlərinin çoxsaylı müraciətləri ilə bağlı həyata keçirilmiş profilaktiki tədbirlərdən heç bir nəticə çıxarmadığı, şikayətçi ilə 2016-cı ildə tanış olduğu və aralarında qeyri-rəsmi münasibətlərin yarandığı müəyyən olunmuşdur. Cütlük üç il müddətində qeyri-rəsmi yaşamış, 2019-cu ildə aralannda dini kəbin kəsilmiş, 2020-ci ilin əvvəlində isə qısqanclıq zəminində baş vermiş mübahisələr İddiaçı N.Həsənova ilə yaşadığı mənzili tərk etməsi ilə nəticələnmişdir. Həmin ilin sonunda N.Həsənova tibbi müayinədən keçərək hamilə olduğunu bilmiş və bu barədə İddiaçı məlumat verərək atalıq borcunu yerinə yetirməsini xahiş etmişdir. Bu vəzifənin icrasından yayınmaqla yanaşı polis nəfəri İddiaçı qeyri-rəsmi münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərməməklə, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik etməməklə DİNin 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin, həmçinin 02.08.2018-ci il tarixli G51-001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, «Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi haqqında Əsasnamə»nin 5.6-cı bəndinin tələbini rəhbər tutaraq Azərbaycan Respublikası DİN-in 130 (2005) saylı əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1,3, 12, 17-ci maddələrinin, 330 (2009) saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.2 və 3.9-cu bəndlərinin, həmçinin 02.08.2018-ci il tarixli G51- 001-18 nömrəli göstərişinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qanunveriliciyinə tam şəkildə əməl etməsi ilə digər şəxslərə nümunə olub dövlət hakimiyyəti nümayəndəsi kimi sağlam düşüncəyə və aydın mövqeyə malik, həmçinin vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq əvəzinə əxlaq normalara və mənəvi dəyərlərə laqeyd münasibət bəsləyərək, eləcə də cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına, keçmiş ailəsində baş vermiş çoxsaylı mübahisələr də nəzərə alınmaqla, açıqca hörmətsizlik ifadə edərək vət. Nəzakət Həsənova ilə uzun müddət qeyri-rəsmi yaşadığına, bu münasibətlərin rəsmiləşdirilməsinə təşəbbüs göstərmədiyinə, ərizəçinin hamiləliyi ilə bağlı maddi ehtiyacların ödənilməsindən yayınmaqla barəsində haqlı şikayətə zəmin yaratdığına, araşdırma zamanı obyektivliyin təmin olunmasına köməklik göstərmədiyinə, yol verdiyi qəbahətlərlə daxili işlər orqanı əməkdaşının adına və polisin nüfuzuna xələl gətirədiyinə görə Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xidmətdə mənfi xarakterizə olunduğu də nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən «daxili işlər orqanlarında xidmətdən xaric edilsin». Tabelikdəki əməkdaşlar tərəfindən ailə münaqişəsi zəminində baş verən neqativ hərəkətlərin qarşısının alınması məqsədilə məqsədyönlü işlərin görülmədiyinə görə taqım komandiri, polis baş leytenantı A.Mahmudlu və İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı E.Muradov ciddi xəbərdar olunsunlar. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 16.02.2021-ci il tarixli, Ə204ş/h-038-21 №li şəxsi heyət üzrə Əmrindən görünür ki, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə müvafiq olaraq 135-ci maddəsinin 9-cu bəndinə əsasən «daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Baş Mühafizə İdarəsi qəbul etdiyi inzibati aktları (Ə57-38-21 saylı, 13 fevral 2021-ci il tarixli və Ə204ş/h-038-21 saylı, 16.02.2021-ci il tarixli əmrləri) iddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının nikahına xitam verilməsinə və övladlarının analarının yanında saxlanılmasına baxmayaraq övladları ilə ünsiyyət hüququnu həyata keçirtmək adı altında övladlarını anasına qaytarmamış, buna əsasən İddiaçı barəsində Nəsimi RMİ-də aparılmış araşdırma zamanı vətəndaş müraciətində göstərilən xüsusatlar təsdiq olunduğundan, həmçinin sosial şəbəkədə fotoşəkillərini paylaşdığına görə barəsində İdarənin «Sıravi və kiçik rəis heyəti yığıncağı»da müzakirə aparılmış və BMİ-nin 10.08.2018-ci il tarixli Ə185-038-18 nömrəli əmr əsasında onun xüsusi rütbəsi bir pillə aşağı salınmışdır. Digər hal üzrə X12nın 29.07.2019-cu il tarixli Nəsimi RMİ-nə etdiyi şikayəti araşdırılmış, yekunda ərizəçinin şikayəti olmaması barədə təkrar ərizəsi nəzərə alınaraq, iddiaçının şikayətə zəmin yaratdığı və sosial şəbəkədə paylaşım etməsi əsası ilə intizam tənbehi tətbiq edilmişdir. Qeyd olunanlara məhəl qoymayan İddiaçı növbəti dəfə vətəndaş Nəzakət Həsənovaya qarşı polis nəfərinə yaraşmayan hərəkətlərə yol verərək «Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən əsaslı olaraq xaric edilmişdir. Belə olan halda məhkəmə, cavabdeh inzibati orqanın iddiaçının hərəkətlərinə görə onun barəsində «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə əsasən xidmətdən xaric edilmə barəsində əmrini əsaslı hesab edir. Belə ki, «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 135-ci maddəsinin 10-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 141 -ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 10-cu bəndinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. Həmin Kodeksin 20-ci bəndinə əsasən xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 108-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidməti intizam əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Beləliklə, məhkəmənin qənaətinə görə, cavabdehin mübahisələndirilən Ə57-38-21 nömrəli, 13 fevral 2021-ci il tarixli və Ə204ş/h-038-21 nömrəli, 16.02.2021-ci il tarixli əmrləri "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq İddiaçı DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilməsi qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar