Məhkəmə qərarları › İş №2-1(112)-7472/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7472/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7472/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.07.1976-cı il tarixdən 01.12.1977-ci i tarixədək Azərbaycan SSR Ali Məhkəməsində məhkəmə sərəncamçısı, 16.12.1977-ci il tarixdən 21.01.1982-ci il tarixədək Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində (Azərbaycan Respublikası Statistika Komitəsində) kadrlar üzrə müfəttiş və hüquqşünas, 04.04.1983-cü il tarixdən 27.05.1991-ci il tarixədək RSFSR (Rusiya Federasiyasının) Kursk Vilayət X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsində baş Arbitr və baş hüquqşünas, 29.05.1991-ci ildən 01.03.1993-cü ilədək Azərbaycan Respublikası Dövlət Arbitrajında dövlət arbitri vəzifələrində işləmişdir. Beləliklə, onun dövlət qulluğu üzrə əmək stajı 15 il 3 ay 15 gün təşkil edir. Cavabdehə müraciət edərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasını xahiş etmişdir. Cavabdeh ona ünvanladığı **********4 saylı 19 may 2021-ci il tarixli cavab məktubu ilə dövlət qulluğu üzrə stajının 7 il 2ay 22 gün təşkil etdiyini bildirərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablamasını qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Halbuki, "Dövlət qulluqçularının pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanunun 5-2.3-ci maddəsinə görə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti (mənim RSFSR X2 Soveti İcraiyyə Komitəsinin Ticarət İdarəsindəki fəaliyyətim dövlət qulluğu hesab olunmaqla) pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına daxil edilir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır, onun dövlət qulluqçusu kimi əmək pensiyası hüququnu pozur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 19 may 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nətcəsində müəyyən olunmuşdur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (7 il 2 ay 22 gün (16.07.1976-01.12.1977-ci il, 16.12.1977-21.01.1982-ci il, 29.05.1991-01.03.1993-cü l tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” 19 may 2021-ci il tarixli, **********4 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, 10.11.1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 29.11.2013-cü il tarixdən etibarən əmək fəaliyyəti başa çatmışdır. O cümlədən, 16.07.1976-cı ildən 01.12.1977-ci il tarixədək Azərbaycan SSR Ali Məhkməsində məhkəmə sərəncamçısı, 16.12.1977-ci il tarixdən 21.01.1982-ci il tarixinədək Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində kadrlar üzrə müfətiş və hüquqşünas, 04.04.1983-cü il tarixdən 27.05.1991-ci il tarixinədək RSFSR (Rusiya Federasiyasnın) Kursk Vilayət X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsində baş arbitr və baş hüquqşünas, 29.05.1991-ci ildən 01.03.1993-cü ilədək Azərbaycan Respublikası Dövlət Arbitrajında dövlət arbitri vəzifələrində işləmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq 19.05.2021-ci il tarixli, **********4 nömrəli məktubla verilmiş “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” imtina məktubunun surətindən görünür ki, bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (7 il 2 ay 22 gün (16.07.1976-01.12.1977-ci il, 16.12.1977-21.01.1982-ci il, 29.05.1991-01.03.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də, ona dövlət qulluqçu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 04/4-22/29696 nömrəli, 12.11.2021-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, məhkəmənin İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması” tələbi üzrə iddiaçının 1983-1991-ci illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsinə dair sorğusuna Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək-pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Yuxarıda qeyd edilən Siyahıya əsasən İddiaçı 1983-1991-ci illərdə işlədiyi Rusiya Federasiyasının Kursk Vilayəti X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsi həmin Komitənin aparatında nəzərdə tutulduğu və Ticarət İdarəsinin ştat cədvəlində baş arbitr və baş hüquqşünas vəzifələri mövcud olduğu halda, həmin illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, hazırki işin hallarından görünür ki, mübahisənin predmetini iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. İş materiallarında olan cavabdehin imtina məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının 16.07.1976-01.12.1977-ci il, 16.12.1977-21.01.1982-ci il, 29.05.1991-01.03.1993-cü il tarixləri arasındakı işlədiyi dövrlər onun dövlət qulluğu stajına daxil edilərək, dövlət qulluğu stajının 15 ildən az, yəni 7 il 2 ay 22 gün təşkil etməsinə istinad edilməklə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının qənaətinə görə isə, cavabdeh tərəfindən qanunsuz olaraq onun 04.04.1983-cü ildən 27.05.1991-ci ilədək RSFSR (Rusiya Federasiyasının) Kursk Vilayət X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsində Baş Arbitr və baş hüquqşünas peşələrində işlədiyi illər dövlət qulluğu stajına daxil edilməyərək, nəticədə, dövlət qulluğu stajı 15 il 3 ay 15 gündən az hesablanmışdır. Məhkəmə tərəfindən iddiaçının 04.04.1983-cü ildən 27.05.1991-ci ilədək RSFSR (Rusiya Federasiyasının) Kursk Vilayət X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsində Baş Arbitr və baş hüquqşünas peşələrində işlədiyi dövrlərin dövlət qulluğu stajına daxil edilməsi məsələsinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu göndərilmiş, sonuncu tərəfindən sorğuya cavab verilərək bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək-pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Yuxarıda qeyd edilən Siyahıya əsasən İddiaçı 1983-1991-ci illərdə işlədiyi Rusiya Federasiyasının Kursk Vilayəti X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsi həmin Komitənin aparatında nəzərdə tutulduğu və Ticarət İdarəsinin ştat cədvəlində baş arbitr və baş hüquqşünas vəzifələri mövcud olduğu halda, həmin illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilir ki, o həqiqətən, 04.04.1983-cü ildən 27.05.1991-ci ilədək RSFSR (Rusiya Federasiyasının) Kursk Vilayət X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsində Baş Arbitr və baş hüquqşünas peşələrində işləmişdir. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasına əsasən onun həqiqətən 04.04.1983-cü ildən 27.05.1991-ci ilədək RSFSR (Rusiya Federasiyasının) Kursk Vilayət X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsində Baş Arbitr və baş hüquqşünas peşələrində işlədiyini, həmçinin həmin illərin dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin mövqeyini, nəzərə alaraq hesab edir ki, iddiaçının 04.04.1983-cü ildən 27.05.1991-ci ilədək RSFSR (Rusiya Federasiyasının) Kursk Vilayət X3 İcraiyyə Komitəsinin Ticarət İdarəsində Baş Arbitr və baş hüquqşünas peşələri “1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.17-ci bəndində - rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmaqla dövlət qulluğu stajına daxil edilməlidir. Məhkəmə eləcə də, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (64 yaş) 10.07.2018-ci il tarixdə çatmışdır. Ona yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluçusu kimi əmək pensiyasının təyin edilməsi üçün ümumilikdə 15 il 4 ay 15 gün (16.07.1976-01.12.1977-ci il, 16.12.1977-21.01.1982-ci il, 04.04.1983-27.05.1991-ci il, 29.05.1991-01.03.1993-cü illər) dövlət qulluğu stajı mövcuddur. Beləliklə, məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla birlikdə tədqiq edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar